Ы мцщазиря: информатика фяннинин предмети


Microsoft Accessin-in təyinatı və işə salınması



Yüklə 1,24 Mb.
səhifə8/10
tarix14.04.2018
ölçüsü1,24 Mb.
#38152
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10

Microsoft Accessin-in təyinatı və işə salınması


Microsoft Access 2000 verilənlər bazalarının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş bir proqramdır. O, müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir.

Microsoft Access-i işə salmaq üçün mausun oxunu Start düyməsinin üstünə gətirib sol düyməni basın. Açılan menyuda Programs sətirini, sonra isə Microsoft Access sətirini seçin və mausun sol düyməsini basın.

Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi, Microsoft Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə verilənlər bazasının adı yazılır. Başlığın altında 7 bənddən ibarət olan menyu sətri, bu sətrin altında isə alətlər lövhələri yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.

Ekranda gördüyünüz dialoq pəncərəsinin köməyi ilə yeni verilənlər bazası yaratmaq(BlankAccess Database), yeni verilənlər bazasının yaradılması üçün hazır şablonlardan istifadə etmək və yaxud mövcud bazalardan birini açmaq (Open) olar.

Gəlin Yeni bir verilənlər bazası yaradaq . Bunun üçün Yeni verilənlər bazası yaratmaq (BlankAccess Database) sətrini seçib OK düyməsini basırıq.

Yeni bazanı Mənim Sənədlərim (My Documents) qovluğunda yadda saxlamaq üçün ona BSTC adı verək və Yaratmaq (Create) düyməsini basaq.

Siz verilənlər bazasının əsas pəncərəsini görürsünüz. Bu pəncərə bazaya müxtəlif tipli obyektlər əlavə etmək və istənilən obyekti pozmağa imkan verir.

Obyektlər bir neçə qrupa bölünür. Pəncərənin sol tərəfində qrupları seçmək üçün düymələr, sağ tərəfində isə bazanın seçilmiş qrupa aid olan obyektləri və yeni obyektlər yaratmaq üçün düymələr yerləşir. Hal-hazırda verilənlər bazasında heç bir obyekt yoxdur.



Bazadakı informasiya bir və ya bir neçə Cədvəldə(Tables) saxlanılır. Sorğular (Queries) vasitəsilə cədvəllərdən müəyyən şərtlərə uyğun olan verilənlər seçilir. Formalar (Forms) informasiyanın lazımi şəkildə daxil edilməsi və nəzərdən keçirilməsinə imkan verir. Hesabatlar (Reports) informasiyanın istənilən şəkildə çapa verilməsini təmin edir.
MS Access proqramının menyu əmrləri

MS Access ilə qarşılıqlı əlaqə menyu əmrlərinin köməyilə həyata keçirilir. Windows əməliyyat sistemində mühitində işləyən digər proqramlarda olduğu kimi olduğu MS Access proqramında da menyular konkret vəziyyətdən asılı olaraq dəyişir. Hər obyekt üçün açılan pəncərənin özünə uyğun əmrlər və funksiyalar toplusu mövcuddur. Menyu əmrləri digər proqramlarda olduğu kimi maus və ya klaviatura düymələri (F10 və ya Alt) ilə seçilə bilər.

MS Access proqramının menyu əmrləri aşağıdakılardır:

File (Fayl) menyusu

  • New (Yarat) –yeni verilənlər bazası yaradır;

  • Open (aç) – mövcud verilənlər bazasını açır;

  • Get External Data( verilənləri kənardan al) –başqa verilənlər bazası fayllarındakı cədvəlləri, sorğuları, formaları və s. aktiv verilənlər bazası faylına idxal edir (İmport) və ya onlarla əlaqə (Link) yaradır;

  • Close( bağla) –fayl pəncərəsini bağlayır;

  • Exit( çıx) - MS Access proqramını bağlayır;

  • Save(yadda saxla ) seçilmiş obyekti ( məsələn cədvəli, formanı və s.) yaddaşa yazır;

  • Save As( fərqli adla saxla) – seçilmiş obyekti ( məsələn cədvəli, formanı və s.) yeni adla yadda saxlayır;

  • Export( İxrac et)- seçilmiş obyekti ( cədvəli, formanı, hesabatı) başqa verilənlər bazalarına ixrac edir;

  • Print( çap et)- seçilmiş obyekti ( cədvəli, formanı, hesabatı) çapa göndərir;

  • Page Setup(Səhifə parametrləri) –səhifə parametrlərinin təyin edir;

  • Print Preview(çapdan öncə baxış) – sənədə çapdan öncə baxış edir;

  • Database Properties( verilənlər bazasının xüsusiyyətləri)-verilənlər bazasının xüsusiyyətlərini göstərir;

Edit menyusu

Edit (redaktə) menyusunun əmrləri aşağıdakılardır:

  • Cut( kəs) – seçilmiş obyekti kəsib buffer yaddaşına yazır.

  • Copy( köçür) - seçilmiş obyektin surətini buffer yaddaşına yazır.

  • Paste (yapışdır) –bufer yaddaşındam məlumatları kursorun olduğu yerə əlavə edir;

  • Delete( sil)-seçilmiş obyekti silir;

  • Rename( adını dəyişdir) seçilmiş obyektin adını dəyişir;

  • Create Shortcut( qısa yol yarat) seçilmiş obyekt üçün qısa yol piktoqramı yaradır

View ( görünüş ) menyusu

View ( görünüş ) menyusunun əmrləri aşağıdakılardır:

  • Detalis ( Təfərrüatlar) və List ( siyahı) əmrləri verilənlər bazası pəncərəsində obyektlərin əksolunma üsullarını göstərir. Bu əmrlə ekrana cədvəl şəklində verilənlər bazasının obyektləri ilə bağlı ətraflı məlumatlar ( məsələn yaranma və dəyişdirilmə tarixləri və s.) çıxarılır. List ( siyahı) əmri seçildikdə ətraflı məlumat yox olur;

  • Database Objects (verilənlər bazasının obyektləri) - əmri verilənlər bazasının müəyyən kateqoriyalıobyektlərinə daxil olmaq imkanı verir;

  • Properties ( xüsusiyyətlər) – ekrana berilənlər bazasının seçilmiş obyerkti ilə bağlı məlumatlar şıxarır, məsələn, obyektin saxlanıldığı yer, yaranma və dəyişdirilmə tarixləri və saatı haqqında məlumat verir.

Insert menyusu

Insert( əlavə et) menyusunun əmrləri verilənlər bazası pəncərəsində yeni obyektlərin – cədvəllərin, sorğuların, formaların, hesabatların və s. yaradılması üçün istifadə olunur.

Tools menyusu

Tools ( alətlər) menyusunun əmrləri MS Office proqram paketinin digər proqramlarında rast gəlinən menyu əmrləri ilə eynidir

Window menyusu

Window ( pəncərə) menyusu ekranda açıq olan pəncərələri idarə edən əmrlərdən ibarətdir. Bu əmrlər ilə açıq olan pəncərələri ekranda nizamlamaq, gizlətmək və s. olar.

Help menyusu

Bu menyu MS Access proqramı ilə işləmək üçün müxtəlif məlumatlar almaq imkanı verir.

MS Access proqramının alətlər panelləri

MS Access proqramının hər bir iş rejiminə uyğun alətlər paneli mövcuddur. İş rejimləri dəyişdikcə alərlər panelinin düymələri də yeni rejimə müvafiq olaraq avtomatik dəyişir.

Ən çox istifadə olunan Database ( verilənlər bazası) alətlər panelidir ki, bu alətlər panelinin bir sıra düymələrinin funksiyaları digər tətbiqi proqramları il eynidir, fərqli olan düymələr:

  • OfficeLinks düyməsinin funksiyası MS office –in digər tətbiqi proqramları ilə əlaqə yaratmaqdır.

  • Analyze düyməsinin funksiyası verilənlər vazası cədvəllərinin strukturlarını və seçilmiş obyektlərin cəldliyini analiz edir;

  • Code düyməsinin funksiyası proqram modulunun pəncərəsini açır;

  • properties düyməsinin funksiyası seçilmiş obyektin xüsusiyyətlərini göstərən pəncərə açır;

  • Relationsshops düyməsinin funksiyası cədvəllərarası əlaqə yaradırvə əlaqələri redakrə edir;

  • New Object düyməsinin funksiyası verilənlər bazasının yeni obyektlərini yaradır;

- MS Access Help düyməsinin funksiyası MS Access proqramı ilə əlaqəli yardım almaq üçün məlumatlar sistemini çağırır.

Verilənlər bazasının yaradılması

MS Access verilənlər bazası iki üsulla yaradıla bilər. birinci üsulda boş verilənlər bazası yaradılır və sonra ona cədvəllər, formalar, hesabatlar və digər obyektlər əlavə olunur. İkinci üsul isə xüsusi usta proqramın köməyilə müəyyən tipli verilənlər bazasının yaradılmasıdır. Bu üsulla yaradılan verilənlər bazası üçün zəruri olan cədvəllər, formalar və hesabatlar proqram tərəfindən avtomatik yaradılır. Belə ki, MS Access proqramına böyük çeşiddə hazırlanmış verilənlər bazaları daxildir. Hansı üsulla yaradılmasından asılı olmayaraq hər iki halda yaradılan verilənlər bazasında dəyişiklik etmək və bazanı genişləndirmək mümkündür.

Boş verilənlər bazasının yaradılması üçün aşağıdakı əməliyyatları icra etmək lazımdır:

  1. Proqram pəncərəsinin File menyusundan New əmri seçilir və ya alətlər sətrindən bu əmrə uyğyn düymə sıxılır. Pəncərənin sağında açılan New File dialoq pəncərəsindən Blank database ( boş blanklar bazası) əmri seçilir.

  2. Ekrana File NewDatabase (yeni verilənlər bazası faylı) adlı pəncərə açılır.

  3. Pəncərənin Sve in (burada saxla) sahəsindən yaradılan VB faylını saxlamaq üçün istədiyimiz qovluğun adı seçilir. Yeni yaradılan verilənlər bazasını saxlamaq üçün proqram öncə My Documents (Sənədlərin ) qovluğunu açır.;

  4. File name ( faylın adı) sətrinə yaradılan fayla veriləcək ad yazılır və create (yarat) düyməsi sıxılır. Ekrana yeni verilənlər bazasının obyektlərini yaratmaq üçün fayl pəncərəsi açılır.

Verilənlər bazasının ustası

Verilənlər bazasını bu üsulla yaratmaq üçün aşağıdakı əməliyyatları icra etmək lazımdır:

  1. File menyusundan New əmri seçilir.

  2. Tapşırıqlar panelinin New from template (şablonlara əsasən yarat) bölməsindən General Templates. (ümumi şablonlar) əmri seçilir. Ekrana müxtəlif verilənlər bazaları nümunələrindən ibarət siyahı açılır.

  3. Uyğun verilənlər bazası nümunəsinin piktoqramı seçilir və ok düyməsi sıxılır;

  4. File New Database (yeni verilənlər bazası faylı) dialoq pəncərəsində yaradılan verilənlər bazası faylına ad verilir və create ( yarat) düyməsi sıxılır;

  5. Açılan növbəti dialoq pəncərəsində verilənlər bazası ustası yaradılan bazanın hansı məlumatlardan ibarət olduğunu bildirir.

  6. Next (növbəti) düyməsilə növbəti addıma keçilir;

  7. Açılan dialoq pəncərəsi iki siyahıdan ibarət olur. Soldakı siyahı ( Tables in the database) yaradılan verilənlər bazasına daxil olan cədvəllərin adlarını, sağdakı isə (Fields in the table) seçilən cədvələ daxil olan sahə adlarını göstərir. cədvələ daxil olan sahə adları qarşısında işarəsi qoyulur;

  8. Növbəti dialoq pəncərəsində ekranın və çap ediləcək hesabatların görünüş forması seçilir və verilənlər bazasına ad verilir.

  9. Finish ( son) düyməsi sıxılaraq verilənlər bazasını yaradan usta proqram işə qoşulur. Verilənlər bazasının yaradılması prosesi sona çatdıqdan sonra verilənləri cədvəllərə daxil etmək, çap etmək və digər əməliyyatları icra etməyə başlamaq olar.

Verilənlər bazasının açılması

Kompüterin xarici yaddaşlarında saxlanılan, faylları açmaq üsulları aşağıdakılardır:

  1. Proqramın baş pəncərəsinin tapşırıqlar panelindən More files ( Çox fayl) əmrini seçməklə;

  2. File menyusundan Open əmrini seçməklə;

  3. Ctrl+O klaviatura düymələri ilə;

Open düyməsi ilə verilənlər bazası fayllarını dörd variantda açmaq olar:

  • Open əmri seçilmiş verilənlər bazası faylının bütün istifadəçilər tərəfindən normal olaraq açılmasını yerinə yetirir;

  • Open Read-Onlu ( Yalnız oxumaq üçün aç) verilənlər bazası faylının hamı tərəfindən yalnız oxunma rejimində açılmasını yerinə yetirir;

  • Open Exclusive Read Onlu ( yalnız oxumaq üçün xüsusi aç) Faylın bir istifadəçi tərəfindən ( şifrə ilə) yalnız oxunma rejimində açılmasını təmin edir.

Faylın bağlanması

Açıq olan verilənlər bazası faylını bağlamaq üsulları aşağıdakılardır:

  • File menyusundan Close əmri;

  • Ctrl+W klaviatura düyməlri ilə;

  • verilənlər bazası pəncərəsinin sağ yuxarı küncündən X düyməsini sıxmaqla.

Faylların silinməsi

Bu əməliyyatı LOpen pəncərəsindən Tools ( alətlər) düyməsini sıxdıqda açılan siyahıdan Delete ( sil) əmri ilə və ya Windows Explorer pəncəsindən icra etmək olar.

Faylın sıxılması və bərpası

Verilənlər bazasınına gündəlik daxil edilən məlumatlar faylın ölçüsünü daim artırır. Buna görə də vaxtaaşırı verilənlər bazasının cıxılması vacib sayılır. Bu əməliyyatı icra etmək üçün fayl açıldıqdan sonra Tools ( alətlər) menyusundan Database Utilites ( Verilənlər bazasının xidməti proqramları) alt menyusundan Compact and Repair Database ( verilənlər bazasını sıx və bərpa et) əmri seçilməlidir.

Fayllara şifrə verilməsi

Verilənlər bazası faylının istifadəçi tərədindən açılmasına və dəyişdirilməsinə qadağa qoymaq üçün ona şifrə verilir. Fayla şifrə vermək üçün fayl Open Exclusive ( xüsusi aç) rejimindən açılmalıdır. Sonra Tools (Alətlər) menyusundan Securite ( mühafizə) və Set Database Password ( verilənlər bazasına şifrə ver) əmri seçilir.

Şifrə daxil edildiyi andan sonra fayl yalnız şifrəni bilən istifadəçi tərəfindən açıla bilər. Şifrəni ləğv etmək üçün fayl Open Exclusive ( xüsusi aç) rejimində açılır. Tools (alətlər) menyusundan Seurite ( mühafizə) və Unset Database Password ( verilənlər bazası şifrəsini ləğv et) əmri seçilir və faylən şifrəsi silinərək ok düyməsi sıxılır.

Əvvəlki versiyalarda hazırlanmış MS Access fayllarının yeni versiyalara çevrilməsi

İndiyə qədər Microsoft firması tərəfindən Access proqramının müxtəlif versiyaları yaradılmışdır. Bu proqramın istifadəçilər tərəfindən geniş istifadə olunmasının səbəblərindən biri əvvəlki versiyalarda hazırlanmış faylların hər yeni versiya tərəfindən asanlıqla oxunaraq yeni formata çevirmək və ya köhnə versiyalarda saxlanılaraq işləmək imkanının olmasıdır. Başqa sözlə , məs., Access 97 versiyasında yaradılan verilənlər bazası faylını Access 2000 və ya Access 2002 versiyalarına çevirmək olar. Əvvəlki versiyalarda hazırlanmış faylları yeni versiyalara iki üsulla çevirmək olar:

  1. Birinci üsulda Open pəncərəsindən seçilən fayl, əgər köhnə versiyada hazırlanmışdırsa, MS Access bu barədə xəbərdarlıq pəncərəsini açaraq faylı açılış şəklinin seçilməsini gözləyir. Əgər fayl şəbəkədə paylaşan fayl deyilsə, onda yeni formata çevrilməsi üçün Convert Database ( verilənlər bazasını çevir) düyməsi və ok sıxılır. Bu andan sonra faylı əvvəkli versiyada istifadə etmək olmaz. Əgər fayl şəbəkədə paylaşan fayldırsa, onda Open database ( verilənlər bazasını aç) əmri ilə onun versiyasını dəyişmədən öz versiyasında açmaq mümkündür.

  2. İkinci üsul ilə isə bu əməliyyatı icra etmək üçün öncə açıq olan verilənlər bazası faylı bağlanır. Pəncərənin boş vəziyyətində Tools (Alətlər) menyusunun Database Utilities ( verilənlər bazasının xidməti proqramları) alt menyusundan, Convert Database ( verilənlər bazasını çevir) əmri seçilir və açılan siyahıdan çevirmək istədiyimiz versiyanın adı seçilir.

  3. Açılan Convert Database İnto (Verilənlər bazasını çevir) dialoq pəncərəsindən versiyası dəyişdiriləcək faylın adı seçilir.

  4. Fayla yeni ad verilir və Save düyməsi sıxılır. Bu zaman köhnə versiyadakı fayl da yadda saxlanılır. Qeyd etmək lazımdır ki, bu əməliyyatı eyni qayda ilə tərsinə də yerinə yetirmək olar.

MÜHAZİRƏ 21: KOMPÜTER ŞƏBƏKƏLƏRİ

Plan:

1. Kompüter şəbəkələri.

2. Lokal şəbəkələr

3. Lokal şəbəkələrdə istifadə olunan kabellər

4. Qlobal şəbəkələr

5. Korparativ şəbəkələr.

Kompüter şəbəkələri.

Kompüter şəbəkəsi kompüter və bu tip sistemlər (printer və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompü­terlərə instalizasiya edilir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:



  • İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;

  • İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;

  • Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;

  • Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və s.

Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnifat edilə bilər:

1. Lokal şəbəkələr ( LAN-Lokal Area Network);

  1. Qlobal şəbəkələr (WAN- Wide Area Network).

  2. Korparativ şəbəkələr.

Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və uyğun protokolları vardır. IEEE 802.x standartları lokal kompüter şəbəkələri üçün işlənilmişdir.

Lokal şəbəkələr

Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulurlar.



Şin topologiyası:

Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar (şək.1,a). Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya kadrlar şəklində şinlə hər iki tərəfə ötürülür (şək.1. ).





Şək.1. Şin topologiyalı lokal şəbəkə.
İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub- olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib- göndərməməsini) kontrol edir. Əgər şin boş isə kompüter kadrları şinlə ötürür. Kadr bir neçə hissədən: informasiyanın ünvanladığı kompürerin adresindən, informasiyanı göndərən kompüterin adresindən, göndərilən informasiyadan və s. ibarətdir. Hər bir kompüter şinlə ötürülən kadrların ünvan hissəsinə baxır və ona ünvanlaşmış kadrları özündə qeyd edir.

Əgər iki kompüter eyni zamanda kadrlarını şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.

Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:

  • Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;

  • Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;

  • Şəbəkə kartları (adapterləri) ujuzdur;

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə