Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,24 Mb.
səhifə2/10
tarix14.04.2018
ölçüsü1,24 Mb.
#38152
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10
.

Plan:

  1. İnformatika”fənninin predmeti.

  2. İnformasiya.

  3. İnformasiyanın ölçü vahidləri.R. Xartli və K. Şennon düsturları.

  4. Hesablama texnikasının inkşaf mərhələləri.

  5. Ehm- lərin nəsilləri


İnformatika”fənninin predmeti.

«İnformatika» termini ilk dəfə 1960 –jı illərdə fransızlar tərəfindən işlənmişdir. O iki sözün İNFORmasiya+avtoMATİKA sözlərinin birləşməsindən əmələ gəlmişdir.

İnformatika-fərdi kompüterlərdən və İnternetdən istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni informasiya sənayesi sahəsidir.

İnformatika elmi fənn və istiqamət kimi kompüterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.

İnformatikanın fundamenti (əsası) - hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir.

Mahiyyətinə görə informatika informasiya proseslərinin və onların avtomatlaş-



dırılması yollarını öyrənən fənn kimi yaranmışdır. İnformatikaya informasiyanın ümumi xassələrini, strukturunu, qanunauyğunluğu, ondan idarəetmədə istifadə olunmasını öyrənən, sistematik olaraq onun yığılmasını, axlanmasını, ötürülməsini, avtomatlaşdırılmış məntiqi emalını həyata keçirməyə imkan verən kompleks fənn kimi yanaşmaq olar.

İnformasiya

«İnformasiya» latın sözü olub (informatino), xəbər vermək(nə haqdasa), hər hansı fakt, hadisə barəsində məlumat vermək mənasını daşıyır. İnformasia öyrənilən, tədqiq olunan obyektlər və hadisələr barədə əldə olunan biliklər, məlumatlar toplusudur. Bir sözlə informasiya dedikdə saxlanılan, ötürülən, çevrilən, dəyişdirilə bilən məlumatlar başa düşülür.

İnformasiy-hesablama sistemlərinin (maşınlarının) emaletmə və ötürmə obyektidir. Hesablama sistemlərində gedən bütün proseslər, informasiyanın fiziki daşıyıjıları, sistemi qurğu və qovşaqlarını təşkil edən fiziki vasitələr informasiya emalı prosesinin yerinə yetirilməsinə xidmət edir.

Məlumat- informasiyanın təsvir olunmuş formasıdır.

Verilənlər- hər hansı bir prosesin gedişatını göstərən jihaz və ya insanlar tərəfindən qeyd olunan fakt, əlamət, müşahidə və hadisədir.

Hesablama maşınlarında bir çox prosesləri informasiya təyin edir.Bu aşağıdakı mərhələlərdən ibarətdir:

-İlkin verilənlərin təyin edilməsi və informasiyanın daxil edilməsi.

-daxil olan informasiyanın dəyişdirilməsi (çevrilməsi) və ya yenidən işlənməsi.

-nətijələrin təyin edilməsi və yenidən işlənən informasiyanın verilməsi.

İstifadəçi ilə HM arasında informasiya mübadiləsi sxemi.





İnformasiyanın ölçü vahidləri.

Mürəkkəb idarəetmə sistemləri anjaq informasiya əsasında fəaliyyət göstərir. Ona görədə informasiyanın ölçülməsi prosesi meydana çıxır. Tutaq ki, m simvoldan n elementli sözlər müəyyən məlumatlar çoxluğunu (N) təşkil edir. Onda bu çoxluğu təşkil edən sözlərin ümumi sayı N=mn şəklində olar. m=2, n=3 olarsa N=23=8 olar.

Düsturdan göründüyü kimi məlumatların sayı onun elementləri ilə eksponensial asılılıqla ifadə olunur.

1928-ji ildə Amerika alimi R.Xartli informasiyanın miqdarının müəyyən olunması üçün aşağıdakı düsturu təklif edir:

l=loq2N

burada l-informasiyanın miqdarıdır.

Xartlinin verdiyi düstura əsasən ən kiçik informasiya vahidi qəbul edilmişdir. Belə ki, n=1,m=2 olarsa l=loq2N=1loq22=1 (əgər m=1 olarsa l=0 olar).

Beləliklə l=loq22=1

1948-ji ildə Amerika alimi K.Şennon informasiyanın orta miqdarını müəyyən etmək üçün aşağıdakı düsturu təklif etmişdir.



Burada P1,…Pn aparılan sınaqların sayıdır.

Əgər hadisə eyni ehtimallıdırsa P1=P2=Pn=1/N onda, P1,…Pn bərabərdirsə onda onlar da 1/N bərabərdir. Beləliklə Xartlinin dusturu alınır.

Beləliklə Xartlinin təklif etdiyi düstur alınır. Burada H-təsadüfi kəmiyyətin entropiyası adlanır və sınağın nətijələrinin qeyri müəyyənliyinin ölçüsüdür.

İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi Şennonun təklifi ilə bit (ingilisjə binary digit (ikilik rəqəm) sözundən) qəbul edilmişdir. 8 bitimiz 1 bayta bərabərdir. Beləki 256 sivolluqklaviatura alfavitini kodlaşdırmağa 8 bayt kifayyətdir (256=28) Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

1 Kb = 1024 bayt = 210 bayt; 1 Mb= 1024 Kb = 220 bayt; 1Qb= 1024 Mb = 230bayt; 1Tb = 1024 Qb = 240bayt; 1Pbayt = 1024 Tbayt=250bayt

.

MÜHAZİRƏ 2: HESABLAMA TEXNİKASININ İNKŞAF MƏRHƏLƏLƏRİ EHM- LƏRİN NƏSİLLƏRİ. MÜASİR EHM- LƏRİN TƏSNİFATI.



FƏRDİ KOMPÜTERLƏRİN ARXİTEKTURASI, ƏSAS VƏ

ƏLAVƏ QURĞULARI.


  1. Müasir ehm- lərin təsnifatı.

  2. Fərdi kompüterlərin arxitekturası

  3. Kompüterin arxitekturasında Fon Neyman prinsipi

  4. EHM-lərin qurulmasında informasiyanın məntiqi əsasları.

  5. Fərdi kompüterlərin əsas və əlavə qurğuları.

  6. Kompüterlərin proqram təminatı.

Hesablama texnikasının inkşaf mərhələləri.

İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaja nəzər salaq.



  • İlk hesab vasitəsi e.ə.V-əsrdə Çində Abak adı ilə hesablama jihazı yaradıldı.

  • İlk dəfə Blez Paskal (Fransa) 1642-ji ildə jəmləyiji maşın hazırlamışdır;

  • 1673-jü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;

  • 1830-su ildə Çarlz Bebij (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa jəhd göstmişdır. Bebijin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur;

  • 1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;

  • Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-jı illərində Amerika alimləri Jon Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-jı ildə ABŞ–da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir ki, həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək surətlə inkişaf etməyə başlamışdır.

EHM- lərin nəsilləri

EHM-lər aşağıdakı mərhələlrdən keçmişdir:

I nəsil (1950-1959) - elektron lampalı kompüterlər.Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerci sərfi çox böyük idi.

II nəsil (1960-1969) - element bazasını əsasən yarımkeçiriji diodlar və tranzistorlar təşkil edirdi. Bu isə onların funksional imkanlarını xeyli artırmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.

III nəsil (1970-1985) - element bazalı mikro elektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EJ EHM yaradılmışdır. Bu nəsil kompüterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan JM-1/2/3/4/1420 və s. maşınları idi.

IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİS, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıja sinfi fərdi kompüterlərdir(FK, PC). Onların yaradılması prinsipjə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələjəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətjə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloci və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələjəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına jiddi ehtiyaj yaranmışdır


Müasir EHM- lərin təsnifatı.
1971-ji ildən mikroprosessorların yaradılması dördünjü nəsil maşınların yeni növünün – fərdi kompüterlərin yaranmasına imkan yaratdı. Fərdi kompüterlərin yaranması hesablama texnikası sahəsində böyük hadisəyə səbəb oldu və hesablama şəbəkələrinin yaranmasına təkan verdi.

Müasir fərdi kompüterlərdə yüksək ifratlı böyük inteqral sxemlərin istifadəsi portativ kompüterlərin yaranmasına səbəb olmuşdur. Ölçülərinə və çəkisinə görə bu kompü­terlər çox kiçik formada olur. Portativ kompüterlərin özləri də “Laptop”, “Notebook”, “Polmtop” sinfinə bölünür. “Notebook”un ölçüsü təqribən 50x279x215mm, çəkisi 2,24,51kq olur. Ekranın ölçüsü 11,3 15 dyüm ölçüsündə olur.

Müasir hesablama sistemlərini əsasən üç böyük sinfə bölmək olar:

  1. Mini - EHM (buraya fərdi kompüterlər də daxildir).

  2. Meynfreym

  3. Superkompüterlər.

Bu siniflərə daxil olan kompüterlər yalnız xariji ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir. (şəkil 1.)

Şəkildən göründüyü kimi kompüterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə birləşmişdir. Fərdi kompüterlərin əsasını prosessor və yaddaş bloku təşkil edir. Prosessor hesab-məntiq qurğusundan və idarə qurğu-sundan ibarətdir. İdarə qurğusu proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə hesablama əməllərini yerinə yetirir. Jari vaxtda yerinə yetirilən proqramları və aralıq nətijələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan istifadə edirlər. Fərdi kompüterlərdə istifadə olunan xariji qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) kompüterə qoşmaq üçün kontrollerdən istifadə edirlər.

Fərdi kompüterlərin arxitekturası

Kompüterin arxitekturası dedikdə aparat proqram vasitələrinin ümumi prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən xarakteristikaları başa düşülür. Kompüterin arxitekturası aparat və proqram vasitələri kompleksinin qurulması ilə bağlı bir çox amilləri nəzərə alan məsələləri əhatə edir. Bu amillərdən əsasları kompüterin qiyməti, tətbiqi sahəsi, funksional imkanları,istismarın asanlığı hesab olunur.

Kompüterin arxitekturası isə kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. Tərkib hissələrinin təsviri isə yalnız bu qaydaların formalaşdırılması üçün tələb olunan səviyyədə verilir. əm də əlaqələrin hamısına yox, əsasən bu vasitələrdən istifadə olunması üçün lazım olanlarına baxılır. Məsələn, istifadəçi üçün kompüterin hansı elementlərdə qurulması, əmrlərin sxem və ya proqram vasitələrilə yerinə yetirilməsi əhəmiyyət kəsb eтмir. Əhəmiyyət kəsb edən məsələlər bunlardı: Kom­pü­terin bu вə ya digər xüsusiyyətləri istifadəçiyə verilən imkanlarla necə əlaqəlidir, kompü­terin tərkibinə daxil olan qurğuların xarakteristikaları bir-birilə necə əlaqələndirilir və bu xarakteristikalar kompüterin ümumi xarakteristikalarına necə təsir edir və s. Başqa sözlə, arxitektura kompüterin layihələndirilməsinin, qurulmasının və proqram təminatının ümumi problemlərini əks etdirir.
Koмpüterin arxitekturasında Fon Neyman prinsipi

Nəsilin bəzi nümayəndələrini çıxmaqla bütün nəsil kompüterin arxitektu­ra­sında məşhur Amerika alimi Con Fon Neyman tərəfindən 40-cı illərdə təklif etdiyi prinsipləri əsas götürülür. Başqa sözlə desək indiki kompüter hələ ki, Neyman arxitekturası ilə qurulur. Fon Neyman arxitekturasının əsas prinsipləri aşağıdalılardır:

1) Kompüter proqramla odarə olunan avtomatdır, yəni kompterin işləməsi üçün proq­ram lazımdır. Proqram bir tərəfdən kmpüterin işini idarə edir. Digər tərəf­dən isə qoyulmuş məsələni həll edir.



2) Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vector şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.

3) Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.

4) Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir.

Kompüter texnikasının inkişaf mərhələlrində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram vasitələri arasında qarşılıqlı əlaqələrin yeni səviyyədə təşkil olunan arxitekturaya gətirib çıxardır.(шякил 2)



ŞƏKİL 2

EHM-lərin qurulmasında informasiyanın məntiqi əsasları.
Kompüterin ümumiləşdirilmiş məntiqi struktura malikdir. (шякил 3) Neyman arxi­tekt­uralı hər bir kompüter iki hissədən –mərkəzi və periferiya (xarici)-dan ibarət olur. Mərkəzi hissə hesab məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DVQ) ibarətdir. Müasir kompüterdə HMQ və İQ prosessor adlanan bir qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə və xaric etmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Köhnə kompüterdə (I vəII nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun quraşdırmağa imkan vermirdi. Müasir kompüterdə mərkəzi hissə ilə periferiya hissəsi sisteminterfeysi adlanan aparat proqram vasitəsilə əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə imkan verir.



Шякил 3.

Fərdi kompüterlərin əsas və əlavə qurğuları.

Fərdi kompüter konstruktiv olaraq sistem blokundan, klaviaturadan, “maus”-dan, monitordan ibarət olur.

Sistem bloku- FK-lərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Sistem blokunun daxilində yerləşən qurğuları daxili, bloka xarijdən qoşulan qurğuları msə xariji qurğular adlanır. Bunlardan əlavə verilənlərin bloka daxil və ya xarij edilməsi üçün periferiya qurğularından istifadə edilir.

Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş və prosessor olan ana platadan, səs kartından, 3,5”/FDD, sərt maqnit disk qurğusundan (HDD), CD-ROM-dan və bəzi əlavə qovşaqlardan ibarət olur. Eyni zamanda sistem blokunda giriş və çıxış qurğularını, klaviaturanı, mausu, monitoru və printeri qoşmaq üçün bir neçə ardıjıl və paralel portlar yerləşir. Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir.

Qida bloku – Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndiriji (paylayıjı) və sərinkeş yerləşdirilmişdir. Sistem blokuna daxil olan gərginliyi transıormator transformasiya edərək müxtəlif qiymətli gərginliyə çeviri. Düzləndiriji isə FK-in bəzi elementlərini düzləndirilmiş gərginliklə təmin edir. Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğular ilə əlaqə yaratmaq üçündür.

Ana plata- Ana plata FK-in əsas lövhəsi sayılır. Ana platanın üzərində əməli yaddaş, Keş-yaddaş, çıxış/giriş kontrelleri,CMOS, BİOS, Chipset mikrosxemləri yerləşir. Eyni zamanda ana platanın üzərində müxtəlif razyomlar yerləşir. Bəzi ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir. Fərdi kompüterlərdə əsasən iki tip: AT- Advanced Technology (qabaqcıl texnologiya) və ATX - Advanced Technology extended (genişləndirilmiş qabaqcıl texnologiya) ana platadan istifadə olunur. IBM PC/AT -286, 386, 486, Pentium I və II tipli kompüterlərdə AT –ana platalardan istifadə olunub. Pentium II, III və IV tipli fərdi kompüterlər üçün isə ATX ana platalarından istifadə olunur. ATX ana platalarında enerciyə təlabat çox azdır.

Kontroller - idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların kontrolleri fərdi kompüterin ana platasının üzərində (klaviatura, mouse, printeri və s.) olur. Bəzi qurğuların kontrolleri isə ayrıja plata şəklində (monitor, sərt maqnit disk qurğusu və s.) olur və onlar ana plata üzərində olan razyomlarda yerləşdirilir.

Şin- xariji qurğuları kompüterə qoşmaq üçün bir neçə şindən istifadə olunur. Şin – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğuları arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən məftillər yığımından ibarətdir. Fərdi kompüterlərdə sistem şini kimi İSA (Industry Standardt Architecture), EISA (Extended Industry Standard Architecture) və PSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə edilir. ISA şinlər: verilənlər şindən (16 bit), ünvan şindən (20 bit) və idarə şindən (8 xətt) ibarət olur. Sistem kontrolleri əsasən mikroprosessorla əməli yaddaş qurğusu və interfeys şinləri vasitəsi ilə xariji qurğularla məlumat mübadiləsini təmin edir.

Mikroprosessor- Mikroprosessor (prosessor) 20x20 mm ölçüdə, kiçik, yastı yarımkeçirici təbəqələrdən yığılır. Onun daxilində metaldan olan çoxlu sayda eontaktlar vardır. Mikroprosessor verilənlərin emalını, ötürülməsini və xariji qurğuların idarə edilməsini təmin edən FK-in əsas qurğusudur. Fərdi kompüterlərin düşünən beyni olan mikroprosessor – CPU ana plata üzərində yerləşir. Mikroprsessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə buraxır. Bu jür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiqi qurğunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun məhsuldarlığı saniyədə 112 (MIPS) milyon əməliyyatdır. Pentium tipli mikroprosessorların tezliyə görə sinifləşməsi aşağıdakı qaydadadır.

Pentium I - 75Mhc  300Mhs – tezlik intervalında olur

Pentium II - 300Mhc  600 Mhs – tezlik intervalında olur

Pentium III - 600Mhc  1100 Mhs – tezlik intervalında olur

Pentium IV - 1100Mhc(1,1Ghc)  4000Mhs(4 Ghc) – tezlik intervalında olur. (Hal-hazırda jore duo adı altında istehsal olunan prosessorların tezliyi 3,2 Hhs-dir.jore 2 duo-larda isə bu tezlik 6,4 Hhs-dir.)

Soprosessor – Bir çox hallarda kompüterdə çoxlu sayda riyazi hesablamaların (məs, mühəndis hesablamaları, üçölçülü hesablamaların təhlili və s.) aparılması lazım gəlir ki, kompüterin daxilində yerləşən mikroprosessor belə yüklənməni təmin edə bilmir. Bu zaman soprsessordan istifadə edilir. Müasir kompüterlərdə isə soprosessorlara ehtiyaj yoxdur.

Əməli yaddaş qurğusu – Əməli yaddaş qurğusu (operativ yaddaş, RAM (Random Ajjess Memory) kompüterin əsas elementidir. Ana plata üzərində yerləşən əməli yaddaş qurğusunun məlumat tutumunun həjmi hal-hazırda 3 Qbayt və daha çoxdur. Əməli yaddaş qurğusu dinamik və statik tiplərdə olur. Statik tipli yaddaşın qiymətinin bahalı olmasına baxmayaraq işləmə sürəti daha yüksək olur. Əməli yaddaşdan ədədin oxunması təqribən 5060 nonasaniyə müddətində olur. Bu isə yüksəksürətli mikroprosessorun (CPU) işini ləngidir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Keş-yaddaşdan istifadə edirlər

Keş-yaddaş - ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında yerləşir. Keş-yaddaşa mürajiət vaxtı 56 nonasaniyə müddətində olur. Keş-yaddaşın qiyməti çox baha olduğundan onun məlumat tutumu hal-hazırda 3 Mbayt və daha çoxdur. Keş-yaddaşın özü əsasən iki səviyyəli olur. I səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində olur. II səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir.

Daimi yaddaş qurğusu (DYQ)- İnformasiyanı uzun müddət saxlamaq üçün istifadə olunan mikrosxemdir. Buna ROM (Read Only Memory –yaddaşdan ancaq oxumaq) deyilir. Buradan informasiya anjaq oxunur, oraya heç bir informasiya yazmaq olmaz. ROM-un üstün jəhəti ondan ibarətdir ki qida mənbəyi açıldıqdan sonra oradakı informasiya pozulmaz qalır. Daimi yaddaş mikrosxemləri 2 jür olur: istifadəçi tərəfindən bir dəfə (ROM) istifadəçi tərəfindən çox dəfə (PROM) proqramlaşdırıla bilən mikrosxemlər.

Daimi yaddaş qurğusu (Vinçestr və ya HDD- Hard Disk)- yaddaş qurğusu kimi sərt maqnit disklərindən istifadə edilir. Belə disklərə informasiya xüsusi texnologiya ilə yazılır.Sərt maqnit disklərin digərilərindən informasiyanın diskə yüksək sürətlə yazılması və oxunması ilə seçilir. Bundan başqa tutumu, tezliyi, interfeysinə görə fərqlənir.Müasir FK-in vinçestrləri 800 Qbayt və daha çox olur.

CMOS - Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide Semiconductor – metal - oksid - yarımkeçiriji) mikrosxemi fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.

BIOS - (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyatçı sistemin yüklənmə hissəsini çağırır. BİOS ayrıja mikrosxem şəklində hazırlanır.

PortlarMikroprosessorun xariji qurğular (Printir, Mouse və s.) ilə informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların paralel (LPT1, LPT2 və s. ilə işarə olunur) və ardıjıl (JOM1, JOM2 və s. ilə işarə olunurlar) növündən istifadə edilir. Paralel portlarda məlumatların fərdi kompüterə daxil və xarij edilmə sürəti ardıjıl portlara nəzərən çoxdur.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə