İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   2   3   4   5   6   7   8   9   ...   84

5
Ö
N  SÖZ
Qədim sivilizasiyanın və müasir inkişafın əsas mərkəzlərindən biri 
Ordubad
Azərbaycanın qədim tarixə, füsunkar gözəlliyə malik diyarlarından olan Ordubad bölgəsi
zəngin flora və faunası, özünəməxsus mentaliteti, dadlı təamları, görkəmli ziyalıları və digər milli
xüsusiyyətləri ilə həmişə diqqəti cəlb edib. Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən
Böyük İpək Yolunun Ordubaddan keçməsi, XVI əsrin ikinci yarısından buradan Venesiya, Marsel,
Amsterdam və başqa Avropa şəhərlərinə ipək ixrac olunması  şəhərin  şöhrətlənməsi ilə yanaşı,
onun iqtisadi inkişafına da böyük təsir göstərmişdir. Eyni zamanda, Ordubad Şərq bazarında da
böyük yer tutmuşdur. Beləliklə, tranzit bölgə olması Ordubadın inkişafında, habelə Qərb‐Şərq mə‐
kanında bu regionun tanınmasında mühüm rol oynamışdır. 
Ordubad toponimi qədim türk dillərində “xan düşərgəsi”, “iqamətgah”, “qərargah” və sair
mənalarda işlədilən “ordu” və “abad” (yaşayış  məntəqəsi, kənd) sözlərinin birləşməsindən
yaranmışdır. Mahmud Kaşğari (XI əsr) “ordu” sözünü “xaqanın yaşadığı yer, mərkəz” mənasında
izah edir [Naxçıvan Ensiklopediyası, cild, 2, səh.202].
AMEA‐nın müxbir üzvü Fəridə Məmmədova yazılı mənbələrə əsaslanaraq Ordubad şəhərinin
(mənbədə Ordubad kəndi kimi göstərilir) adını ilk dəfə eramızın I‐II  əsrlərinə aid hadisələrlə
əlaqədar çəkir [Мамедова Ф., 1986, с.223]. Eyni zamanda, VII əsrdə yaşamış Sebeos da Ordubad
adlı yaşayış məskənindən söz açır. 
1902‐ci ildə Ordubad şəhərində yerləşən “Came” məscidinin ətrafında aparılan bərpa işləri
zamanı tapılmış kərpicin üzərində hicri tarixi ilə olan 111‐ci il  (miladi 730/731 – M.) rəqəmi sübut
edir ki, hələ islam dininin yeni yayıldığı dövrdə Ordubad şəhəri inkişaf etmiş yaşayış məskənlərindən
biri olmuşdur. Digər bir mənbədə isə Ordubad şəhər qəbiristanlığından eramızın IX əsrinə aid
qəbirüstü plitənin tapılması haqda məlumat verilir. Həmin tapıntının hicri tarixi ilə 227‐ci ilə (miladi
842‐ci il) aid olduğu bildirilir [Səfərli F.,2013, s.21]. 
Həmdullah Qəzvini (XIV əsr) “Nüzhət  əl‐qülub” (“Qəlblərin  əyləncəsi”)  əsərində yazır ki,
Ordubad çeşidli, dadlı meyvələri ilə şöhrət qazanmış, çoxlu üzüm bağları ilə əhatə olunmuş, dənli
bitkilərin, ipəkçiliyin inkişaf etdiyi bir yaşayış məskənidir. 


6
Səfəvi tarixçısı  İsgəndər Münşi (1560‐1634) Ordubadın meyvə bağları ilə  əhatələnmiş iri
şəhər olduğunu qeyd etmişdir. Fransız tədqiqatçısı  İ.İ.Şopen (1798‐1870) təmiz iqlim şəraiti və
çeşidli meyvələri ilə Qafqazda və Şərqdə şöhrət tapan Ordubad haqqında belə yazır: “Dağlarla
əhatə olun muş Ordubad al‐əlvandır, sağlam iqlimə malikdir, şəhər sudan boldur. Burada çaydan
başqa, bütün bağları  və evləri su ilə  əsasən təmin edən 70‐ə  qədər bulaq var... Ordubadı,
mübaliğəsiz, bütün Qafqazın ən şairanə, ən dilbər guşələrindən biri adlandırmaq olar” [Naxçıvan
Ensiklopediyası, II cild, 2005, s.201‐204]. 
Əsrdən‐əsrə tarixi mənbələrdə Ordubad haqqında məlumatlar daha da zənginləşmişdir.
Görkəmli coğrafiyaşünas, tarixçi, səyyah (1780‐1838) Hacı Zeynalabdin Şirvaninin [Azərbaycan
tarixi, 1999, s. 462] Ordubad haqqında söylədikləri də maraq doğuran kəlamlardır: ‐ “Ordubad
ürək açan bir qəsəbədir…Əhalisi hüsn və camal sahibidirlər…Onlar insaflı və mərhəmətlidirlər…”.
Hələ orta əsrlərdə bu diyarda doğulub boya‐başa çatan, öz bilik və bacarıqları ilə dünya si‐
vilizasiyasına töhfələr verən onlarla görkəmli şeir, sənət adamı, ictimai xadimlər vardır ki, bu gün
də onların adlarını iftixarla çəkə bilərik: ‐ Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alan,
“tuğrayi‐şahi” adlanan xətt növünü ixtira edən Ətiq Ordubadi, şair Mirzə Abdulla Əfsər Ordubadi,
şair Münşi Mirzə Zeynalabdin Ordubadi (XVI‐XVII əsr), tanınmış söz ustası Naci Ordubadi, şair
Qazı Məhəmməd Nəsiri, şair Rami, rübailəri ilə ad qazanan, Hindistan əhli arasında böyük nüfuz
sahibi olmuş Sadiq Ordubadi (XVI əsr), söz‐qələm ustası Sayir Ordubadi (XVII əsr), I Şah Abbasın
(1587‐1629) vəziri olmuş Hatəm bəy Ordubadi, I Şah Səfinin (1629‐1642) vəziri olmuş Əbutalıb
Ordubadi (vəfatı tarixi‐1633), ölməz  əsərlər yaradan Səbati, Fikri Ordubadi, ömrünün çoxunu
Xorasanda keçirən, incə  məfkurəsi ilə  şöhrət qazanmış  Şahhüseyn Ordubadi [Məhəmmədəli
Tərbiyət, 1987], böyük maarifçi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqi (1854‐1903),
qüdrətli yazıçı və ictimai xadim Məmməd Səid Ordubadi (1872‐1950), məşhur kimyaçı alim, ictimai
xadim Yusif Məmmədəliyev (1905‐1961), Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev (1912‐1970)
və başqalarını yada salmaq yerinə düşər. Ümumiyyətlə, Ordubad Azərbaycana və dünyaya çox
alimlər bəxş etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Yusif
Məmmədəliyev keçmiş Sovetlər İttifaqında və dünyada neft kimyası üzrə ən görkəmli alim kimi
şöhrət qazanmışdır. Azərbaycan ədəbiyyatında tarixi roman məktəbi yaratmış Məmməd Səid Or‐
dubadinin tarixi romanları milli ədəbiyyatın tacı olmaqla bərabər, həm də dünya ədəbiyyatının da
şah əsərləri sırasında dayanır. Ordubad şəhərindəki “Alimlər evi” muzeyi Azərbaycan Ordubadiləri
olan görkəmli alimlərin irsini və xatirələrini yaşadır. Akademik Yusif Məmmədəliyevin və qüdrətli
yazıçı Məmməd Səid Ordubadinin ev muzeyləri mühüm elm, ədəbiyyat və mədəniyyət mərkəzinə
çevrilmişdir.
Dövrün ensiklopedist alimi, ictimai‐siyasi xadimi, münəccimi, riyaziyyatçısı, filosofu, şairi Xacə
Nəsirəddin Məhəmməd Tusinin (1201‐1274) sələfləri və  xələfləri Naxçıvan‐Ordubad torpağı ilə
bağlı olmuşdur. Onun atası Firuzşah təhsil almaq üçün Tus şəhərinə getmiş, onların nəsli sonradan
qayıdaraq Naxçıvan və Ordubadda yaşamışlar. Nəsirəddin Tusi monqol hökmdarı Hülakü xanın


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə