I fəsil. Dövlətin fiskal siyasəti və onun formalaşmasının elmi-nəzəri əsasları


Dövlət fiskal siyasətinin nəzəri əsasları



Yüklə 38,85 Kb.
səhifə3/3
tarix13.05.2022
ölçüsü38,85 Kb.
#86995
1   2   3
1 ci fəsil

Dövlət fiskal siyasətinin nəzəri əsasları.

Fiskal siyasət nəzəriyyəsi vergilərin təbiəti və mahiyyəti, onların cəmiyyət həyatındakı rolu və əhəmiyyəti barədə elmi biliklər sistemidir. [1]

Keçmiş dövrdən indiyə kimi büdcənin formalaşması, iqtisadi artımın əldə olunması barəsində müxtəlif büdcə-vergi siyasətləri yaranmış və zaman keçdikcə inkişaf etdirilmişdir. Vergitutma praktikasının nəzəri cəhətdən əsaslandırılması ilə bağlı görülən işlər fiskal siyasət nəzəriyyələrində öz əksini tapmışdır. Fiskal siyasət nəzəriyyələri iqtisadi ideyanın yaranması və onun istiqamətlərinin inkişafı ilə eyni dövrə təsadüf edir. Bu nəzəriyyələr qarşısına bir sıra tələblər qoymuşdu: büdcə cəmiyyət üçün açıq, şəffaf, başadüşülən olmalıdır ki,cəmiyyətin hır bir üzvü orada yazılan sözləri, rəqəmləri, bir sözlə, onun məğzini anlaya bilsin.

Ümumi fiskal siyasət nəzəriyyələri XVII əsrdən başlayaraq yaranmış və inkişaf etmişdir. Fiskal siyasət nəzəriyyələri özündə özündə maliyyə, vergi, büdcə nəzəriyyələrini birləşdirir. Xüsusi fiskal siyasət nəzəriyyələri də var ki, onlar isə vergi növlərinin tətbiqi ilə bağlıdır.

Orta əsrlərdə yaranan ümumi fiskal nəzəriyyələrdən biri mübadilə nəzəriyyəsidir. Mübadilə nəzəriyyəsində vergi ödəyənlərinin verdikləri məbləğ qarşılığında sabit, təhlükəsiz ictimai şəraitlə təmin olunacağı deyilirdi. Qısaca desək, cəmiyyət hərbi və hüquqi müdafiəni vergi əvəzində alırdılar.

Mübadilə nəzəriyyəsindən sonra onun formasi kimi atomistik nəzəriyyə yarandı. Bu nəzəriyyənin nümayəndələri, fransız maarifçiləri, Sebesten T. Pretr və Şarl Pun Monteskye olmuşdur. Sebesten T. Pretr ictimai mübadilə nəzəriyyəsinin, Şarl Pun Monteskye isə xalq müqaviləsi nəzəriyyəsinin müəllifləri olmuşdur. Bu nəzəriyyə tərəfdarlarına ingilis filosofu Tomas Qobbası, fransız alimlərindən Botleri, Onore Mirabonu göstərə bilərik. Onlar mübadilə nəzəriyyəsində olduğu kimi hesab edirdilər ki, vergi vətəndaşlarla dövlət arasında bağlanmış bir müqavilədir. Bu müqavilənin şərtlərinə görə, vətəndaş müdafiə, ictimai asayişin qorunmasını istəyirsə, vergi verməlidir. Onlar hesab edirdilər ki, belə müqavilə vətəndaşların özləri üçün də sərfəlidir, çünki dövlət onları onların özlərini qoruduqlarından daha ucuz və yaxşı qoruyur.

Həmin dövrdə daha bir nəzəriyyə - vergilərə sığorta ödənişi kimi baxıldığı nəzəriyyə formalaşmağa başlayırdı. Bu nəzəriyyənin görkəmli nümayəndələri fransız dövlət xadimi Adolf Ter və ingilis iqtisadçısı Con Ramsey Mok-Kullox olmuşdur. Bu nəzəriyyəyə görə, vergi verənlər müəyyən məbləğdə vergi verərək öz mallarını, evlərini və digər mülklərini oğurluq, yanğın, fəlakət, müharibə və digər hadisələrdən sığortalayırdılar. Amma bu hallar baş verdikdə isə həmin məbləğ vətəndaşa öz zərərini ödəsin deyə geri qaytarılmırdı, sadəcə bu hadisə ilə bağlı dövlət xərclərinin maliyyələşdirilməsi üçün ödənilirdi. Əslində Rusiya dövlətinin təcrübəsi bir baxımdan bu nəzəriyyəyə əsaslanır. Belə ki, Rusiyada 1990-cı il 24 dekabr “Rusiyada mülkiyyət haqqında” qanuna görə mülkiyyətçiyə dəymiş zərər məhkəmənin qərarı ilə dövlət tərəfindən ödənilir. Lakin 1992-ci ildə Rusiyada yeni vergi sistemi yarandı və bu qanun bir daha fəaliyyət göstərmədi. [11]

Dövlətlərin həyata keçirdiyi büdcə-vergi siyasətləri indiyə qədər yaranmış nəzəriyyələrə, iqtisadçı alimlərin fikirlərinə əsaslanmışdır. Bu alimlərə Adam Smiti, D.Rikardonu, K.Marksı, C.Keynsi, F.Engelsi, K.R.Makkonellini, S.L.Bryunu, Con Ramsey Mok-Kulloxu və digərlərini göstərə bilərik. Bu iqtisadçıların hər biri ayrı-ayrılıqda büdcə-vergi siyasəti və vergi yığımı ilə bağlı fikirləri ilə dünya iqtisad elmi tarixində mühüm rol oynamışlar.




1 Staqflyasiya (ing. Stagflation) – inflyasiya və işsizliyin eyni anda baş verməsi halını ifadə edir.


Yüklə 38,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə