I fəsil. Dövlətin fiskal siyasəti və onun formalaşmasının elmi-nəzəri əsasları



Yüklə 38,85 Kb.
səhifə2/3
tarix13.05.2022
ölçüsü38,85 Kb.
#86995
1   2   3
1 ci fəsil

Fiskal siyasətin formaları

Büdcə nəzəriyyəsinin 2 forması daha geniş yayılmışdır:



  1. ekspansionist – vergilərin azaldılması və/və ya büdcə xərclərinin artırılması hesabına dövri böhranın aradan qaldırılması;

    1. müsbət nəticələr – qısamüddətli dövrdə tsiklik böhranının aradan qaldırılması;

    2. mənfi nəticələr – büdcə kəsrinin və inflyasiyanın müəssisələrdə vergi yükünün artması;

  2. restriksionist – büdcə xərclərinin sekvestri və/və ya vergilərin artırılması hesabına iqtisadiyyatın dövri artımının məhdudlaşdırılması;

    1. müsbət nəticələr – büdcə kəsrinin, inflyasiyanın və müəssisələrdə vergi yükünün azalması;

    2. mənfi nəticələr – qısamüddətli dövrdə işsizliyin artması, uzunmüddətli dövr üçün staqflyasiya1 təhlükəsi. [5 səh 8]

Büdcə siyasətinin sırf büdcə kəsri ilə bağlı formaları aşağıdakılardır:

  • imkanlara əsaslanan büdcə ( kiçik büdcə kəsri və ya profisit);

  • tələbata əsaslanan büdcə ( böyük büdcə kəsri)

Bu sadalağımız büdcə kəsri formalarından tələbata əsaslanan büdcə bəzi ölkələrin müdafiə sənayesinə çəkilən xərclərin artmasından, bəzilərində isə iqtisadi böhranla üzləşdiklərində xarici ölkələrdən borc istəmə təhlükəsindən yaranır. Biz burada birinci vəziyyətə ABŞ-ın büdcəsini, ikinci vəziyyətə isə Nigeriyanı misal göstərə bilərik. [3,səh 242]

Müasir vəziyyətdə dövlətlərin bir qismi istehsal sahəsinin inkişafını, bir qismi sosial müdafiə sənayesinin inkişafını, geridə qalan qismi isə hər ikisini inkişaf elətdirməyə çalışır. Buna da elmi dildə qarışıq büdcə siyasəti demək mümkündür.

Sosial müdafiə siyasətinin 2 forması vardır:


  • yüksək vergitutma səviyyəsi və yüksək səviyyəli sosial müdafiəli siyasət

  • birincidən fərqli olaraq, vergi dərəcələrini artırmaq yox, borclanma hesabına sosial məsələlərin həlli

Bu zaman biz sosial müdafiə siyasətini maksimal vergi siyasətindən fərqləndirməliyik. Sosial müdafiə siyasətindən fərqli olaraq maksimal vergi siyasətində gəlirləri artırmaq üçün vergilərin həcmini artırmaq lazımdır. Amma yenə də hansı siyasətin seçilməsindən asılı olmayaraq əsas məqsəd kimo cəmiyyətin rifahının yüksəldilməsidir. Belə ölkələrə Avropa ölkələrindən İsveçi, Skandinaviyanı göstərə bilərik. Bu siyasətin nəticəsində cəmiyyət və hökumət arasında maraqlar qarşılıqlı təmin olunur.

Fiskal siyasət aşağıdakı ictimai məqsədlərə nail olmalıdır:



Fiskal siyasətin əsas alətləri aşağıdakılardır:

  • müxtəlif növ vergilər və vergi dərəcələri ilə manipulyasiya edilməsi;

  • transfert ödənişlər;

  • dövlət xərcinin digər növləri.

Dövlət xərclərinin bir komponenti olan transfert ödənişlər pensiya, müavinət və əhaliyə verilən digər ödənişlərdir. Transfert ödənişlərin əsas xüsusiyyətləri bunlardır:

  1. Transfert ödənişlər ilk növbədə əhalinin gəlirini artıran mənbələrdən biridir;

  2. Bu ödənişlər ümumi milli məhsulun tərkibində getmir, təkcə şəxsi gəlirlərdə nəzərə alınırlar;

  3. İstehlak tələbatına dolayısı yolla təsir göstərir. [1]


Yüklə 38,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə