I fəsil. Dövlətin fiskal siyasəti və onun formalaşmasının elmi-nəzəri əsasları



Yüklə 38,85 Kb.
səhifə1/3
tarix13.05.2022
ölçüsü38,85 Kb.
#86995
  1   2   3
1 ci fəsil



I Fəsil. Dövlətin fiskal siyasəti və onun formalaşmasının elmi-nəzəri əsasları.

    1. . Dövlətin fiskal siyasətinin mahiyyəti və nəzəri əsasları.

Makro səviyyədə maliyyə siyasəti iki yerə bölünür: monetar və fiskal siyasət. Monetar siyasət pul-kredit siyasətini, fiskal siyasət isə dövlətin gəlir və xərclərini əhatə edir. Bəzi ədəbiyyatlarda maliyyə siyasətindən bəhs olunarkən yalnız fiskal siyasət nəzərdə tutulur. Qərb ədəbiyyatlarında isə maliyyə siyasəti 2 hissəyə: müəssisələrin maliyyəsi və maliyyə bazarına bölünür. Fiskal siyasətin əsas hissəsini büdcə siyasəti tutur.

İ.N.Mıslyayevaya görə büdcə siyasəti – dövlət tərəfindən büdcə gəlirləri və xərclərinin əsas formalaşma parametrlərinin idarə edilməsi üçün həyata keçirilən məqsədyönlü fəaliyyətdir. Rus alimi büdcə siyasətinin səmərəliliyini qiymətləndirmək üçün bəzi göstəricilərdən istifadə edir:



  • büdcə gəlirlərinin yığım səviyyəsi;

  • büdcə öhdəliklərinin yerinə yetirilmə səviyyəsi;

  • dövlət borcunun artım tempi;

  • büdcə kəsrinin həcmi;

  • büdcə kəsrinin maliyyələşdirilməsi üçün istifadə olunan valyuta ehtiyatlarının həcmi;

  • fiskal sahədə qəbul edilmiş hüquqi-normativ aktlarının icra səviyyəsi. [2]

Dövlət büdcəsinin formalaşdırılmasında, büdcəyə daxil olan gəlirlərin, vergilərin və xərclərin həcmlərinin tarazlığının təmin olunmasında, iqtisadi məqsədlərə nail olma yolunda mühüm rol oynamaqla, dövlətin maliyyə siyasətinin tərkib hissəsi olan fiskal siyasət sosial-iqtisadi həyatda önəmli yerə malik iqtisadi siyasətdir.

Dövlətin həm sosial, həm də iqtisadi sahədə həyata keçirdiyi iqtisadi tənzimləmə vasitələrindən biri də fiskal siyasətdir. Bu siyasət dövlət orqanlarının vergitutma səviyyəsi və dövlət xərclərini tənzimləmək məqsədilə işlənib hazırlanan tədbirlərin məcmusudur.

Dövlət xərcləri dedikdə, dövlət tərəfindən həyata keçirilən satınalmalar – xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin tikintisi, qida məhsullarının, hərbi texnikanın alınması, yolların, elektrik, rabitə xətlərinin çəkilişi, bundan əlavə, istehsal və xidmət bazarında tələbin tarazlaşdırılması başa düşülür. Bu satınalmalar digər bir adı ilə dövlət sifarişləri adlanır və dövlət büdcəsindən maliyyələşir. Belə sifarişlər bazar strukturu inkişaf etmiş ölkələrdə - İngiltərədə, ABŞ-da və s. ölkələrdə həyata keçirilir və ÜDM-nin təxminən beşdə biri dövlət tərəfindən alınır, bir şeyi də vurğulamaq lazımdır ki, həmin ölkələrdəki firmalar, müəssisələr, korporasiyalar dövlət tərəfindən sifariş almağa can atırlar. Bunun əsas səbəbi isə dövlətin onlar üçün zəmanətli, güvənli satış bazarı, kredit təmin etməsi və bir sıra imtiyazlar verməsidir. Bu dövlətlər böhran dövrlərində alışları artırmaq, bərpa və inflyasiya dövrlərində isə istehsal sahəsində sabitliyi qorumaq üçün alışları azaltmaq tədbirlərini həyata keçirir və bununla da bazarın tənzimlənməsinə, tələb və təklif arasında tarazlığın qorunmasına nail olunur. [4]

Dövlət fiskal siyasətin köməyi ilə iqtisadi prosesləri tənzimləyərkən milli iqtisadiyyatın səmərəliliyinin artırılması, əhalinin məşğulluq səviyyəsinin, valyuta dövriyyəsinin sabitliyinin təmin olunması üçün tədbirlər həyata keçirərək daim iqtisadi proseslərə müdaxilə edir.

İqtisad alimlərinin bir qrupu belə fikirləşir ki, vergi yığımlarını optimallaşdırmaq və büdcə xərclərini düzgün şəkildə planlaşdırmaq yolu ilə səmərəli iqtisadi inkişafa nail olmaq mümkündür, və bu da büdcə siyasətinin məqsədini təşkil edir. Dünya Bankının mütəxəssisləri isə resursların düzgün bölüşdürülməsini, fiskal intizamın təmin edilməsini, xərclərin səmərəliliyinin artırılmasını büdcə siyasətinin məqsədi hesab edirlər.[3,səh 239]

İlk öncə yuxarıda qeyd etdiyimiz məqsədlərə çatmağın yollarını araşdıraq. Birinci məqsədə çatmaq üçün büdcə xərclərinin səmərəliliyinin davamlı şəkildə qiymətləndirilməsi və fiskal şəffaflığın təmin olunması vacibdir. İkinci məqsədi həyata keçirmək üçün dövlət tərəfindən qanunvericilik aktları və büdcə ilə bağlı qaydalar dünya təcrübəsinə uyğun qəbul olunmalıdır. Və ən nəhayət üçüncü məqsəd isə bu məqsədlərin həyata keçirilməsini tələb edir.

Bir sıra qərb ədəbiyyatlarında büdcə siyasəti dedikdə gəlirlər və xərclər başa düşülür. Xərclər burada 2 yerə ayrılır: 1) sosialyönümlü; 2) investisiyayönümlü. Gəlirlər olaraq da vergi siyasəti göstərilir.

Həm dünya ölkələrinin əksəriyyətində, həm də Azərbaycanda büdcə-vergi anlayışından istifadə edilir. Azərbaycanda olduğu kimi digər ölkələrdə də vergi siyasəti Vergilər Nazirliyi tərəfindən, büdcə siyasəti isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin ölkələrdə qanunvericiliyə uyğun olaraq Vergilər Nazirliyi, onun yerlərdə nümayəndəlikləri vergilərin büdcəyə daxil olmasını təmin etmək, vergiləri ödəyən hüquqi, fiziki şəxslərə qarşı nəzarətin təşkili və qanuna zidd hadisələr baş verdikdə bu barədə müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edir. Maliyyə Nazirliyi isə büdcəyə daxil olan maliyyə vəsaitləri üzərində müxtəlif əməliyyatları yerinə yetirir. Burdan büdcə siyasətinin subyekt və obyektlərini müəyyən edə bilərik: subyekt dedikdə, büdcənin təşkili, idarəsi və onun üzərində nəzarəti təşkil edən dövlət orqanları, obyekt dedikdə isə büdcə sistemi və qanunvericilik nəzərdə tutulur.




Yüklə 38,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə