Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə30/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

166 
 
Faşizm cəlladları  şübhələndikləri işçilərə, onların öz əllərilə  məzar qazdırırlar, sonra 
yüzlərcə, minlərcə yaylım atəşi altında məhv edirlər. İmdi o gözəl diyar bir xərabəzardan 
başqa bir şey deyildir. (Göz yaşını silərək, titrək səslə) Ah, ispanlar çoq alçaldılar, çoq 
alçaldılar. Sizlər bəxtiyarsınız ki, o vəhşiləri görmədiniz. Uf, kaş ki, mən də 
görməyəydim, mən də!.. (Hönkür-hönkür ağlayaraq yerindən çəkilir. Hey’ətə  məxsus 
sandaliyələrdən birinə oturur) 
A r i f. Gözəl Sima! Ağlama! Bəşəriyyəti hiç bir zaman göz yaşları qurtarmamışdır. 
İb l i s. Mənə söz veriniz, lütfən söz veriniz. 
Ş e y t a n l a r. Ona söz verilsin. 
S  ə d r (zilə basar, sükutdan sonra, İblisə). Buyurun. (Nümayəndələrə) Bu cənab 
Roma papası tərəfindən göndərilmişdir. 
A r i f (yana). Əvət, bu da müqəddəs bir tilki!.. Baqalım nələr söyləyəcək. 
İb l i s (xitabət kürsüsünə  çıqaraq Simaya). Alqış sana yavrum, alqış  səndəki həzin 
çırpınışlara! Alqış gözlərindən saçılan inci yaşlara. (Nümayəndələrə)  İştə  həzrət-İsa 
yolunu izləyən  şəfqətli və  mərhəmətli bir mələk!.. Mən hər kəsin bu könüldə olmasını 
dilərdim.  İncilişərif bizləri sülhə çağırmış, hiç bir fənalığa qarşı qoyulmamasını 
göstərmişdir. 
A r i f (yerindən). Sən bu sözləri bizə deyil, kilisə divarlarına söylə. 
İb l i s. Mən bu acı kinayəni bağışlayıram. Cənab Haq bağışlayanları sevər. Siz məni 
dinlərsəniz, zalimlərə qarşı durmazsınız. 
A r i f. Yetər, hədyan dinləməyə vaqtımız yoqdur. 
İb l i s. Mən sənin bu qaba çıqışlarını cəvabsız bıraqmaq istəyirəm. 
S ə d r. Sözünüzə dəvam edin. 
İb l i s. Ulu Tanrı insanları sevgi için yaratmışdır. Vəqta ki, Adəm evladı doğru 
yoldan sapar, onlara umulmaz bir bəla müsəllət olur. 
A r i f (yana). Sonra!? 
İb l i s. Vəqta ki, İspaniya xalqı kilisələrə  və din rəhbərlərinə xor baqdılar, göylər 
səltənəti onları  cəzasız bıraqmadı. Mən  əminəm ki, dinsizlər yer yüzündən 
qaldırılmadıqca sülh arzusu yersizdir. 
Ü ç ü n c ü ş e y t a n (yerindən). Doğrudur. 
D ö r d ü n c ü ş e y t a n. Əvət, doğrudur. 
A r i f (İblisə). Əcəba bu yüksək ilhamları sana hanki “dahi” verdi? 


167 
 
İb l i s. Təbii, papa həzrətləri!.. O bəni buraya qarışdırmaq için deyil, barışdırmaq için 
göndərmiş. Hər kəs bilir ki, papa yer yüzündə ən şanlı və müqəddəs bir rəhbərdir. 
A r i f. Əvət, öylə müqəddəs rəhbər ki, bir yanında qanlı Mussolini, bir yanında 
cihangir kral!.. Sən də onların püskürtdüyü yanğınlara neft sərpən müqəddəs bir dəllal!.. 
İb l i s. Hiç zərər yoq. Mən bu təhqirlərə dayanıram. Sağ yanağıma sillə vursalar, 
solunu çevirməyə hazıram. 
S ə d r. Vaqt azdır, məsələyə keçəlim. 
İb l i s. Biz əgər ümumi və daimi sülh istəyirsək, yalnız iki yol var: əvvəla hiç bir 
yerdə inqilabi hərəkata yol verməmək, ikinci müharibə  qızışdıranlar ilə yumşaq rəftar 
etmək... 
S o v e t n ü m a y ə n d ə s i (qızğın). Xayır, bizə əl uzadanların dişləri qırılacaqdır. 
S ə d r (zilə basaraq). Rica olunur, natiqi kəsməyəsiniz! (İblisə) Cənab, bitirin! 
İb l i s. Daha nə söyləyim? Anlayanlar için bu qadar kafidir. (Mə’yus adımlarla yerinə 
keçər) 
Ü ç ü n c ü ş e y t a n. Ah, onu incitdilər. 
D ö r d ü n c ü ş e y t a n. Bu mədəniyyətsizlikdir. 
S  ə d r (zilə basaraq).  İmdi söz Almaniya nümayəndəsinindir. Nümayəndə xitabət 
yerinə keçər. 
Ü ç ü n c ü ş e y t a n (yanında oturan İblisə). Bu nə? Sən dəmi sülh istəyənlər sırasına 
keçdin? Sən dəmi hissiyyata qapıldın? 
D ö r d ü n c ü ş e y t a n. Öküz! Sən o incəliyi anlamazsın. 
İb l i s. Əvət, öylə tərs adamlar var ki, sülhə çağırsan hərb istər. 
Ü ç ü n c ü ş e y t a n. Bağışla, imdi anladım. 
D ö r d ü n c ü ş e y t a n. Göz dəyməsin, baş var ha!.. 
İb l i s. Susunuz! 
B i r i n c i a l m a n (məğrur və sərt bir ahəng ilə). Həzərat! Hər kəs kibi Almaniya 
xalqının da sülhə böyük ehtiyacı var. Lakin bizim ölkədə yaşayış getdikcə  ağırlaşır. Bu 
acı  həqiqəti bilməyən yoqdur. Burada sevgidən, mərhəmətdən bəhs etdilər. Bu bir 
xəstəlikdir. Həqiqi sülhü əldə etmək için hər kəsin haqqı tə’min olunmalıdır. Bizə hüquq 
və topraq verilmədikcə, barışıqdan söz açmaq yersizdir. 


168 
 
B i r i n c i İt a l y a n. Doğrudur, doğrudur. 
İk i n c i İt a l y a n (işçi). Hiç də öylə deyil. 
B i r i n c i y a p o n. Natiq yanılmayır. Hər ölkənin ehtiyacı ödənilməlidir. 
İk i n c i y a p o n (işçi). Fəqət başqasına təcavüz edilməməli! 
S ə d r (zilə basaraq). Yerinizdən söyləməyin. 
B i r i n c i a l m a n. Biz tə’min olunmadıqca, Avropa divlətləri sülh və əmniyyət 
görəməyəcək. Kommunizm qorqusu, inqilab hərəkatı  hər ölkəyi titrədəcək, hər kəsi 
düşündürəcəkdir. 
İk i n c i a l m a n (işçi... yerindən). Xayır, səni qorqudan bu üzüntülər, alman 
əməkçilərini qorqutmayır. Onların kimi işsizlikdən bunalmış, kimi zəncirlər altında 
inləyir. 
B i r i n c i a l m a n. Boşboğazlıq yetər. Almanlıq  şərəfini itirənlərlə  mənim işim 
yoqdur. 
İk i n c i a l m a n. Mən də hitlerçilər izilə sürünməkdə hiç bir şərəf görməyirəm. 
B i r i n c i a l m a n. Bu cəsarət sənə ucuz oturmaz. 
İk i n c i a l m a n (ortaya fırlar, yumruğunu sıqaraq). Biz kimsədən qorqmayırıq. 
S ə d r (zilə basaraq). Həzərat! Harada olduğunuzu düşünməlisiniz. 
B i r i n c i a l m a n. Mən düşünürəm. Yalnız ipsizlər, sayğısızlar düşünə bilməyir. 
İk i n c i a l m a n. Sayğısız olsam da cəllad deyilim. 
S  ə d r (zilə basaraq). Mən kimsəyə söz verməyirəm.  İntizamı pozanlar məclisdən 
çıqarılacaqdır. 
B i r i n c i a l m a n. Onsuz da mən çıqmaq istəyirəm. Burada durmaq qan 
qaraltmaqdan başqa bir şeyə yaramaz. 
B i r i n c i İt a l y a n (yerindən qalqar).  Əvət, sıra-sayğısı olmayan məclisdə 
oturulmaz. 
B i r i n c i y a p o n (qalqar). Haydı, mən də sizinlə bərabər. Hər üçü kinli baqışlarla 
çıqıb gedər. 
S  ə d r. Cənablar!  İclası bitirmədən  əvvəl sizə bildirməliyim ki, bu yersiz çıqışlar 
təəssüfə layiqdir. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə