Hörmətli əməkdaşlar və dəyərli oxucularımız, müəssisəmizin yarandığı



Yüklə 217,84 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix25.05.2018
ölçüsü217,84 Kb.
#45860
1   2   3   4   5

E

lə bir iş sahəsi və ya fəaliyyət sferası yoxdur 

ki, orada təhlükələr mövcud olmasın.  Odur ki

hansı sahədə çalışmağımızdan asılı olmayaraq 

görəcəyimiz işləri planlaşdırarkən təhlükəsizlik 

məsələlərini daim diqqət mərkəzində saxlamalıyıq. 

Neft sənayesində çalışan insanlar potensial təhlükələr 

haqqında  digərlərindən daha çox düşünməli və riskin 

qiymətləndirilməsinə lazımi qədər vaxt ayırmalıdır.  

Çünki bu sənaye sahəsində potensial təhlükələrin 

risk səviyyəsi yüksək ola biləcək bir çox mürəkkəb 

əməliyyatlar həyata keçirilir. Onlardan biri də 

gəminin boşaldılması və ya mürəkkəb yükqaldırma 

əməliyyatlarıdır. Yükqaldırma əməliyyatı dedikdə 

əslində  həm əllə yüklərin qaldırılması və daşınması, 

həm də mexaniki vasitələrdən istifadə edərək 

yükqaldırma əməliyyatlarının həyata keçirilməsi 

başa düşülür. Bizim məqaləmiz isə bilavasitə 

mexaniki vasitələrdən istifadə edərək yükqaldırma 

əməliyyatlarının yerinə yetirilməsinə həsr olunub. 

Hər birimizə bəllidir ki, 50 kq-dan yuxarı çəkiyə 

malik istənilən yükün qaldırılması və daşınması 

üçün mütləq olaraq mexaniki vasitələrdən istifadə 

olunmalıdır. Əl ilə yüklərin daşınması yalnız məsafə 

60 metr, yüksəkliyə qaldırmaq üçün isə yük 

qaldırılan meydança pilləkənlə təchiz olunduqda və 

meydançanın hündürlüyü 3 metrdən çox olmadıqda 

icazə verilir. 

Həmçinin ağırlığından asılı olmayaraq 3 metr 

hündürlüyə qaldırılması və ya 60 metr uzağa 

aparılması nəzərdə tutulan istənilən hər hansı bir 

yük yalnız mexaniki vasitələrdən istifadə edilərək 

daşınmalıdır.  

Yükqaldırma əməliyyatları zamanı təhlükə 

mənbələrini 4(dörd) növə bölmək olar: avadanlıqlar, 

Yükqaldirma əməlİYYatlari

Qeyd edək ki, 29 nömrəli quyunun Qala Lay Dəstəsinə 

(QLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 

4150 metr təşkil edir.

29 nömrəli quyu 7 saylı özüldə yenicə quraşdırılmış 

və Azərbaycanda anoloqu olmayan yeni nəsil qazma 

avadanlığı-Bentec 3000 HP vasitəsilə qazılır. 3000 

at gücünə malik Bentec 3000 HP qazma qurğusunun 

istifadəsi nəticəsində yatağın məhsuldar laylarında 

uzunluğu 9000 m-dək olan böyük inhiraflı quyuların 

qazılması üçün nadir imkan yaranacaqdır. 

Məlumat üçün bildiririk ki, müəssisə 7 saylı stasionar dəniz 

özülündə paralel olaraq iki qazma qurğusu dəstindən 

istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR-

AQŞ Hong Hua ZJ 70/4500 DZ qazma qurğusu vasitəsilə 

özüldən 316 və 318 nömrəli quyuları keyfiyyətlə qazaraq 

sifarişçiyə təhvil vermiş və hal-hazırda 317 nömrəli 

quyunun qazma işlərini uğurla davam etdirir.



SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 7 saylı 

stasionar dəniz özülündən 29 nömrəli 

quyuda qazma işlərinə başlayıb.

SOCAR-AQŞ  ‘’QƏRBİ ABŞERON’’ 

YATAĞINDA DAHA BİR HORİZONTAL 

QUYU TİKİNTİSİNİ BAŞA ÇATDIRDI 

30 saylı quyuda qazma işləri uğurla başa 

çatdırıldı.

SOCAR-AQŞ  20 saylı stasionar dəniz 

özülündən faktiki dərinliyi 795 m olan 30 

saylı quyunun tikintisi işlərini təhlükəsiz və 

ətraf mühitə heç bir ziyan vurmadan uğurla 

yekunlaşdırdı. 

Qeyd edək ki, 30 saylı quyuda qazma işlərinə 

27 dekabr 2016-cı ildə başlanılmışdı.



SOCAR-AQŞ  ‘’QƏRBİ ABŞERON’’ 

YATAĞINDA DAHA BİR HORİZONTAL 

QUYU TİKİNTİSİNƏ BAŞLADI 

 

SOCAR-AQŞ  20 saylı stasionar dəniz 

özülündən faktiki dərinliyi 850 m olan 31 

nömrəli quyunun tikintisi işlərinə start verdi. 

Qeyd edək ki, 31 saylı quyunun Qırmaki 

Dəsti-3 (QD-3) horizontuna qazılması 

planlaşdırılır. Quyu layihə horizontuna 

horizontal qazılmaqla açıq lüləyə yüksək 

keyfiyyət tələblərinə cavab verən və 

hasilatı artırmağa imkan verən süzgəclər 

buraxmaqla tamamlanacaqdır. 

5

№   0 0 5   •   3 1   M a r t   2 0 1 7 - c i   i l



əməlİYYatlar Haqqinda


Qəzetimizin ilk nömrəsinin çapa imzalandığı 

gündən elə də çox vaxt keçməyib, amma artıq 

beşinci nömrə çapdan çıxır. Bu dörd nömrənin 

hər biri öz informasiya yükü və rəngarəngliyi 

ilə fərqlənmişdir. Qəzetimizin hər bir nömrəsi 

ayrılıqda öz adına müvafiq olaraq iş sahələrimizə 

özü ilə enerji daşıyır. Həqiqətən də, qəzetin 

bütün nömrələri Baş məqalə sütunundan 

başlamış əməliyyatlarla bağlı xronikaya qədər 

müəssisəmizin təşkilati mühitini ifadə edir. 

Bütün bunlar müəssisə rəhbərliyinin dəstəyi 

və qəzetimizin peşəkar yaradıcı komandasının 

böyük zəhməti sayəsində əldə edilib. Davamlı 

təkmilləşməyə doğru atılan hər bir addım bizim 

ümumi uğurumuzdur. 

Davamlı təkmilləşmə yolunu əsas tutaraq, 

Enerji qəzetinin yenidən dizayn və tipoqrafiya 

qaydalarının dəyişdirilərək daha da müasir 

şəkildə tərtib olunmasına qərar verdik və inanırıq 

ki, bu dəyişiklik qəzetimizə yeni uğurlar gətirəcək. 

Bununla yanaşı, müəssisədaxili qəzetimizin 

davamlı olaraq təkmilləşdirilməsi üçün işçilərimiz 

arasında sorğu keçirilmiş və rəylər toplanılmışdır. 

Aparılan sorğunun nəticələrinə əsasən ən çox 

bəyənilən rubrikalar arasında “Maarifləndirmə”, 

“Əməliyyatlar” və “Maraq dairəsi” rubrikalarının 

olduğu, ən çox diqqət yetirilməli məsələlər 

sırasında isə motivasiya verici məqalələrin 

olması, yeni teknika və texnologiyalar haqqında 

məlumatların yerləşdirilməsi məsələləri 

müəyyənləşdirilmişdir. 

Çox sevindirici haldır ki, artıq redaksiya 

heyətində təmsil olunmaq istəyən 

əməkdaşlarımız da var. Redaksiya heyəti 

işinin effektiv təşkili üçün xüsusi mexanizm 

hazırlanmışdır. Artıq növbəti saylarımızda 

ən yaxşı məqalə ilə çıxış edən işçilərimizin 

həvəsləndirilməsi üçün də mükafatlandırma 

meyarları müəyyənləşdirilib. 

Enerji qəzeti, ən gözəl kommunikasiya vasitəsi 

olaraq bizləri daha da ruhlandırır. Müəssisəmizin 

Enerjisindən öz inkişafımızz üçün səmərəli 

olaraq istifadə edək!

Martın 2-də “ADA” Universitetində, bu ali məktəbin Karyera 

Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə 5-ci karyera həftəsində 

müəssisəmiz öz stendi ilə təmsil olunmuşdur. 

Qeyd edək ki, gənclərin karyera qurmalarında və gələcək 

fəaliyyətində önəmli rol oynayan karyera yarmarkasında bu il 

80-dən çox təşkilat və şirkət təmsil olunub.

Universitetin tələbə və məzunları üçün keçirilən karyera 

yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq 

və potensial işçiləri tapmaq, həmçinin gənclərin işlə təmin 

olunmasına kömək etmək məqsədi daşıyır.

SOCAR-AQŞ stendini təmsil edən müəssisənin İnsan resursları 

şöbəsnin məsul əməkdaşları Aytən Məmmədova və Zümrüd 

Allahverdiyeva  Karyera Yarmarkası ilə bağlı öz təəssüratlarını 

bölüşərək qeyd edirlər ki,  yarmarkaların təşkili istedadlı gənclərin 

aşkar olunmasında böyük rol oynayır. ‘’SOCAR-AQŞ olaraq biz 

ADA Universitetində təşkil olunan Karyera Yarmarkalarında ilk 

dəfə olaraq təmsil olunuruq. ADA Universitetinin Biznesin təşkili 

və İdarə olunması, Maliyyə və İqtisadiyyat fakültələrinn tələbələri 

öz fəallıqları ilə seçilirlər. Tələbələr bizimlə söhbətləri əsnasında 

SOCAR-AQŞ-də vakansiyalar və işəgötürmə prosedurları 

haqqında ətraflı informasiya əldə etmək imkanı qazanıblar’’.



Yaşil

 

dəBİlqə

Müəssisədə tətbiq olunan hər bir layihə 

SOCAR-AQŞ-nin davamlı təkmilləşməsinə 

xidmət edir. Belə layihələrdən biri də 

Yaşıl Dəbilqə layihəsidir. Ən effektiv 

kommunikasiya vasitəsi olan müəssisədaxili 

qəzetimizin 2-ci nömrəsində bu barədə 

geniş məqalə yazılaraq onun əsas mahiyyəti 

açıqlanmışdır. İndi isə redaksiyamız 

 

prosesin tətbiqi ilə bağlı müəyyən zəruri 



məlumatları sizinlə paylaşmağı vacib hesab 

edir. Məlumat üçün bildiririk ki, 2016-cı 

ilin dekabr ayının sonlarından başlayaraq,   

istehsalat sahələrinə işə qəbul olunmuş 

yeni işçilər artıq Yaşıl dəbilqə layihəsinə 

cəlb olunurlar. Belə ki, yeni işçilər 5 iş günü 

müddətində layihədə göstərilən STTƏMM 

təlimlərinə cəlb olunmaq üçün ofisə 

çağırılaraq prioritet hesab olunan mövzular 

haqqında onlara ətraflı məlumar verilir və 

sonda onların bilikləri yoxlanılaraq həmin 

işçilər haqqında müvafiq jurnallarda qeydlər 

aparılır. Yeni işçilərin ofisdə əldə etdiyi 

biliklərinin iş sahəsində tətbiqi və onların 

davranışlarının nəzarətdə saxlanılması 

məqsədi ilə hər bir işçi üçün hami təyin 

olunur və işçilər iş sahələrində olduqları 

müddət ərzində hamilər tərəfindən həm 

işçilərin təcrübi bilikləri artırılır, həm də 

onların davranışları izlənilərək prosedurda 

olan xüsusi qiymətləndirmə vərəqinə rəy 

yazılır. Həmçinin, həm 

STTƏMM məsləhətçisi, 

həm də Baş qazma 

ustası tərəfindən 

rəylər yazıldıqdan 

sonra qiymətləndirmə 

vərəqi 3 nüsxədə 

hazırlanaraq Təlim və 

Təkmilləşdirmə, İnsan 

resursları və KSTTƏMM 

şöbələrinə göndərilir. 

Yazılmış rəylər 

əsasında işçi haqqında 

hazırlanmış hesabat 

Baş direktora təqdim olunur və həmin işçi 

haqqında Baş direktor tərəfindən müvafiq 

qərar çıxarılır. 

Yaşıl dəbilqə layihəsinin tətbiqi çərçivəsində 

işçilərə verilən yaşıl dəbilqə əslində iki 

önəmli mesajı çatdırır. Birincisi, “mən 

yeniyəm və yardıma ehtiyacım var”, 

ikincisi isə, “təcrübəm az olduğu üçün 

hər an həm özümə, həm də digərlərinə 

potensial təhlükə yarada bilərəm.” Bu vacib 

məqamları dərk edən hər bir şəxs yeni 

işçilərlə birlikdə işlədiyi müddət ərzində 

daha çox diqqətli olmalı və onlara öz işində 

mümkün olduğu qədər düzgün istiqamət 

verməyə çalışmalıdır.

Əlavə olaraq qeyd edək ki, yaşıl dəbilqə 

layihəsinə ilk cəlb olunan işçilər 16 

yanvarda ofisə çağırılmış və onlara 4 iş 

günü ərzində 8 fəqli 

STTƏMM mövzusunda 

təlimlər keçirilmişdir. 

Keçirilən təlimlər yeni 

işçilər tərəfindən 

maraqla qarşılanmış 

və yeni biliklər əldə 

etdikdən sonra onlara 

öz iş yerlərində 

daha inamla işləmək 

imkanı yaratmışdır. 

ümumiyyətlə, il 

ərzində müəssisədə 

keçirilən daxili 

təlimlər işçilərimizin iş sahələrində - 

yüksək potensial təhlükəli strateji dövlət 

obyektlərində daha təhlükəsiz işləməsi üçün 

ən ən önəmli amil hesab olunur. Məhz bu 

səbəbdən də, müəssisə rəhbərliyi il ərzində 

işçi heyətin daha çox təlimləndirilməsi üçün 

bütün lazımi şəraiti yaradaraq təlimlərin 

səviyyəsinin artırılması istiqamətində 

Təlim və Təkmilləşdirmə şöbəsinə zəruri 

tapşırıqlarını verir. 

Son olaraq belə bir dəyərli aforizmi 

xatırlatmaq yerinə düşərdi: “Oxumaq və 

mütaliə etmək üçün sərf olunan vaxt itki yox, 

əldə edə biləcəyimiz ən böyük sərmayədir.”

İlə

 

daVam

ada unİVerSİtetİndə görüş

6

№   0 0 5   •   3 1   M a r t   2 0 1 7 - c i   i l



laYİHələrİmİZ


Yüklə 217,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə