Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə34/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   30   31   32   33   34   35   36   37   ...   211

Planetar dişli çarx ötürməsi 

 

65 


 

oxuna  əsas  ox  deyilir.  Satellitlərlə  təmasda 

olan,  əsas  oxla  tuşoxlu  olan  dişli  çarxlara 

mərkəzi  dişli  çarxlar  deyilir  (a,  b).    Əsas  oxla 

üst-üstə  düşən,  yükü  qəbul  edən  bənd  əsas 

bənd adlanır. Əsas bəndlərdən hər üçü a, b və h 

ilişmədə 

iştirak 


edərsə, 

belə 


ötürmə 

diferensialdır.  

Adətən  planetar  ötürmədə  iştirak  edən  dişli 

çarxlar  radial  qüvvəni  kompensasiya  etmək 

məqsədilə  xarici  səth  boyunca  bərabər  pay-

lanır.  Bu  ötürməni  quraşdırmaq  üçün  mərkəzi 

çarxların  dişlərinin  cəminin  satellitin  sayına 

nisbəti tam ədəd olmalıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Şəkil 1. Planetar ötürmənin sxematik təsviri 

 

Planetar  ötürmədə  dişlərin  yüklənməsi  adi 



silindrik  dişli  çarxlarda  olduğu  kimi  hesab-

lanır.  Bu  ötürmənin  aşağıdakı  üstün  cəhətləri 

vardır: 

 

Ümumi  güc  satellitlər  arasında  bölüşdürül-



düyündən  ötürmənin  ölçüsü  kiçik,  ötürmə 

ədədi isə böyük alınır. 

 

 Ötürmə səlis və səssiz işləyir. 



 

Valların  dayaqlarına  yük  az  düşür  və  bu 

səbəbdən f.i.ə. yüksək olur. 

Çatışmayan cəhətləri isə bunlardır:  

 

Hazırlanması  və  yığılması  yüksək  dəqiqlik 



tələb edir. 

 

Ötürmə əmsalı böyüdükcə f.i.ə aşağı düşür. 



Planetar  ötürmədən  avtomobil,  traktor,  dəz-

gah  və  cihazların  differensialları,  güc  ötürmə-

lərin reduktorları və sürət qutularında geniş tət-

biq olunur.    

Planetar ötürmələrdə ötürmə ədədi Villis üsu-

lu  ilə  tapılır.  Bu  üsul  mexanizmə  bütünlükdə 

aparıcının  bucaq  sürətinə  bərabər  və  onun  ək-

sinə  yönəlmiş  bucaq  sürəti  verməyə  əsaslanır.  

Aparıcı  bənd  (h)  hərəkətsiz  olmaq  şərtində, 

mərkəzi  çarxların  bucaq  sürətlərinin  ötürmə 

nisbəti belə tapılır: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Planetar dişli çarx ötürməsi 

 

(



alm. die Planetengetriebe, ingl. Planetary gear)

 

 

Planetar  ötürməli  başlıqlar 

metalkəsən 



dəzgahlarda  emal  üçün  lazım  olan  mexaniki 

hərəkətləri  müxtəlif  vəziyyətlərdə  ötürümək 

üçün işlədilən qurğudur. Onlar kompakt hazır-

lanaraq  ötürməni  yüksək  dəqiqliklə  icra  et-

məyə  imkan  verirlər.  Çox  vaxt  bu  başlıqlar 

müxtəlif  dövrlər  sayını  təmin  etmək  üçün  pil-

ləli  ötürməyə  malik  konstruksiyada  hazırla-

nırlar.  

 Çoxkoordinatlı  dəzgahlarda  emal  prosesini 

həyata  keçirmək  üçün  planetar  ötüməli 

başlıqlarda  avtonom  işləyən  əlavə  oxlar 

inteqrasiya  olunur.  Məsələn,  5  koordinatlı 

→frezləmə  dzgahında  4  və  5-ci  koordinatlar 

dəzgahın  şaquli  oxunda  bərkidilmiş  planetar 

struktura  malik,  avtonom  →mühərriklərlə  hə-

rəkətə  gətirilən  başlıqlar  tərəfindən  real-

laşdırılır.  

 Bu  başlıqların  tətbiqinin  üstün  cəhəti  bun-

lardan ibarətdir: 

 

İşçi sahədən optimal istifadə olunur, 



 

Müxtəlif  kombinasiya  imkanları  onların 

dəzgaha yaxşı uyğunlaşmağına imkan verir, 

 

Dəzgahda digər komponentlərlə qovuşma 



yerlərinə dəqiq uyğunlaşdırıla bilir, 

 

Yüksək  dinamikli  ötürmədə  cüzi  ətalət 



yaradır, 

a

b

h

b

h

a

h

b

h

a

h

b

h

a

h

a

z

z

n

n

n

n

u

=



=



=



=

ω

ω



ω

ω

ω



ω


Planetar ötürməli başlıqlar 

 

66 


 

 

Pilləli hazırlanması  dövrlər  sayını  tənzim 



ləməyə imkan verir, 

 

Dəqiq hazırlana bilir, 



 

Etibarlıdır, 

 

Yüksək faydalı təsirə malikdir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Planetar strukturlu frez başlığı 

 

(alm.  die  Fräsköpfe  mit  Planetengetriebe,  ingl.



 

Milling head with planetary gear)  

 

Planşayba torna, yonma və başqa metalkəsmə 

dəzgahlarında  üzərində  alət  və  ya  pəstah 

bərkidilərək  onlara  fırlanma  hərəkəti  vermək 

üçün istifadə edilən tərtibatdır (şəkil 1). 

 

 



Şəkil 1. Üzərində qasnaq (a) və boru (b) bərkidilmiş 

planşaybalar 

 

Adətən  planşaybalarda  qeyri-simmetrik,  mü-

rəkkəb  və  ya  böyük  hissələr  bərkidilirlər. 

Pəstahın bərkidliməsi tutqac, üçbucaq, altlıqlar 

və  boltlar  vasitəsilə  aparılır. Planşayba  üzə-

rində tez-tez 4  və  ya  6  dodaqlar  bərkidlir.  On-

ların radial istiqamətdə tənzimlənməsi vintlərlə 

aparılır.  Plaşaybalarda  bərkidilən hissələr  qey-

ri-simmetrik  olduğundan  emalda  radial  isti-

qamətdə vurmalar yaranır. Bunun təsirini azal-

tmaq üçün bu tərtibatdan istifadə zamanı emal 

aşağı sürətlərdə yerinə yetirilir. Sıxıcı dodaqlar 

ayrı-ayrılıqda  əl  ilə  tənzimləndiyindən  dəzga-

hın sazlanma vaxtı böyük olur. 



 

(alm. die Planscheibe, ingl.  Face plate)  

 

Planşayba-çubuq  mexanizmi  maşınqayırma-

da  fırlanan  valın  hərəkətini    irəli-geri  hərəkət 

edən  paralel  çubuqlara  ötürmək  üçün  tətbiq 

olunur.  Proses  əks  istiqamətdə,  yəni  çubuq-

lardan vala da ötürülə bilər. Bu mexanizm val-

dan, planşayba adlanan iki qasnaqdan və onlar-

la  oynaqla  bərkidilmiş  çubuqlardan  ibarətdir 

(şəkil 1). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Planşayba çubuq mexanizmi  

 

 Əgər  planşayba  valın  oxuna  perpendikulyar 



olarsa,  onda  valın  fırlanması  planşaybalardan 

birinin fırlanmasına gətirib çıxaracaq, bu halda 

çubuqlar  tərpənməz  qalırlar.  Ancaq  plan-

şaybanın  bu  vəziyyətdən  azacıq  meyillənməsi 

ona  gətirib  çıxarır  ki,  fırlanmayan  plan-

şaybanın  istənilən  kənar  nöqtəsində  yırğa-

lanma  hərəkəti  icra  edilir.  Planşaybanın  valın 

oxuna nəzərən maillik bucağı böyüdükcə qeyd 

olunan 

yırğalanmaların 



amplitudaları 

da 


böyüyür.  

Əgər  fırlanmayan  planşaybaya  çubuqlar  

bağlanarsa onlar da planşaybanın kənar hissəsi 

ilə birlikdə yırğalanma hərəkətinə məcbur edi-

ləcəklər,  yəni  irəli  geri  hərəkət  alacaqlar  də-

cəklər.  Bu    mexanizmin    yumrucuqlu     mexa-

nizmlərlə oxşar əlamətləri çoxdur.    



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə