suyun miqdarı, ondan buxarlanmaya
və suvarmaya sərf olan itkilər, anbara aid olan
hidrotexniki qurğuların hesabi sərfləri hidroloji hesablamalar yolu ilə
müəyyənləşdirilir.
Müasir hidrologiya elminin həll etdiyi əsas məsələlərə su obyektlərinin
müəyyən edilməsi, onların hesabi sərflərinin təyini, axımın paylanması, çay
hövzəsindən və su səthindən olan buxarlanmanın təyini,
su obyektlərinin hidroloji
rejiminin paylaşdırılması, təbii suların çirklənməsi və ona qarşı mübarizə
tədbirlərinin hazırlanması və s. daxildir.
Hidrologiyada müxtəlif tədqiqat üsullarından istifadə olunur. Bunların ən
geniş yayılmışları ekspedisya, stasionar və laboratoriya üsullarıdır.
Ekspedisya üsulunda geniş ərazilərin suları və ya hidroloji obyektlər
kompleks şəkildə, xüsusi hazırlanmış proqramlar əsasında öyrənilir. Bu üsul
zamana görə ləng dəyişən, lakin ərazi üzrə, əksinə,
kifayət qədər dəyişkən olan
hidroloji hadisələrin öyrənilməsində daha çox tətbiq edilir.
Hal-hazırda çöl tədqiqatlarında hidroloji elementlərin (səviyyə, axınlar,
dalğalanma, suyun temperaturu, buz hadisələri və s.) ölçülməsinin müasir
üsullarından geniş istifadə edilir. Belə tədqiqatların nəticələri yalnız su
obyektlərinin regional təsviri üçün deyil, həm də hidroloji proseslərin və onların
amillərinin öyrənilməsi üçün vacibdir.
Stasionar müşahidələr üsulu, su obyektlərinin hidroloji rejim ünsürlərinin
zamana görə dinamikasını öyrənmək üçün çox əlverişlidir.
Hidrometeoroloji
məntəqələrdə suyun səviyyəsi və sərfi, dalğalanma, gətirmələrin hərəkəti və s.
üzərində müntəzəm müşahidələr aparılır. Bu müşahidələr elmin və praktikanın
tələblərinə müvafiq olan vahid proqramla yerinə yetirilir.
Hidrometeoroloji məntəqələrin və çöl ekspedisyalarının məlumatları xüsusi
informasiya mərkəzlərində toplanır. Orada bu məlumatlar işlənir və coğrafi
ümumuləşdirmələrdə, məlumat kitablarının, xəritə və atlasların, hidroloji
proqnozların tərtib edilməsində geniş istifadə olunur. Ekspedisya şəraitində
eksperimental tədqiqatlar da yerinə yetirilir. Məsələn,
elmi-tədqiqat gəmilərində
okeanla atmosferin qarşılıqlı əlaqəsi problemi üzrə elmi eksperiment həyata
keçirilir. Ayrı-ayrı ekosistemlərin su balansının dəyişməsini öyrənmək üçün xüsusi
stasionarlarda eksperimentlər aparılır.
Laboratoriya üsulu suyun fiziki və kimyəvi xassələrini öyrənməyə,
hidrodinamiki prosesləri modelləşdirməyə imkan verir. Laboratoriya modellərində
müxtəlif hidroloji hadisələri tədqiq etmək mümkündür. Məsələn, çay yataqlarının
modellərində axınların, su sərfinin, dib gətirmələrinin tərkibinin
məcra proseslərinə
təsiri öyrənilir.
2
Behruz Melikov
Behruz Melikov
2. Hidrologiyanın inkişaf tarixi və hidroloji öyrənilməsi.
Su mənbələri və ehtiyatlarının düzgün qiymətləndirilməsi üçün onların
hidrologiyasının hərtərəfli öyrənilməsi böyük əhəmiyyətə malikdir. Hələ 5-6 min il
əvvəl, qədim Misirdə, Mesopotamiyada, Çində,
Cənubi və Mərkəzi Amerikada
hidrotexniki qurğular-irriqasiya kanalları, su anbarları, dambalar və s. inşa
edilmişdir. Bunları bilmək üçün çayların rejimi haqqında müəyyən biliklər tələb
olunurdu. Eramızdan 3000 il əvvəl Nil çayının daşqın səviyyələri qeydə alınırdı.
Buna görə də hidrologiya ən qədim elmlərdən biri sayılır.
Elmi hidrologiyanın vətəni Fransa hesab olunur və onun tarixi XVII əsrdən
başlayır. 1674-cü ildə fransız alimi Perro “Bulaqların mənşəyi haqqında ” adlı
kitabını çap etdirmişdir.
1694-cü ildə Almaniyada E.Melxior “Hidrologiyada üç hissədə” adlı kitab
çap etdirmişdir. “Hidrologiya” termininə ilk dəfə məhz bu kitabda rast gəlinir. Rus
ədəbiyyatında bu termin ilk dəfə XVIII əsrdə işlənmişdir.
XVIII əsrdə Avropanın iri çaylarında hidroloji müşahidə məntəqələri təşkil
olunmağa başlandı: Reyn, Dunay, Elba(1727), Sena(1732), Tibr(1782),
Volqa(1792) və s.
XIX əsrdə bəzi Avropa ölkələrində səth sularının öyrənilməsi üzrə xüsusi
idarələr yaradıldı: Fransada(1853), Almaniyada(1883), Macarıstanda(1886),
İsveçrədə(1891).
1919-cu ildə Rusiyada məhşur Dövlət Hidrologiya İnstitutu təşkil olundu.
İlk hidroloji illiklər Avstriyada(1893), Macarıstanda(1896),
Bavariyada(1898), ABŞ-da (1906) və s. çap olunmağa başlandı.
XIX əsrdə hidrologiyanın inkişafında A.Penk (Avstriya), Şrayber,
Rixter(Almaniya), Montanari(İtaliya), Qemfis, Abbot, Nyuell(ABŞ),
N.Berdmor(İngiltərə), A.İ.Voyeykov (Rusiya) və b. böyük rol oynamışlar.
XX əsrdə Ven Te Çou, U.Vissmen (ABŞ), Q.Keller (Almaniya), C.K. Rodda
(İngiltərə), Azit K. Bisvas (Kanada), G.G.Svanidze (Gürcüstan), S.H.
Rüstəmov,
S.A.Axundov, M.Ə.Məmmədov, F.Ə.İmanov (Azərbaycan), D.L.Sokolovski,
A.İ.Çebotaryov, A.V.Rojdestvenski, A.M.Vladimirov (Rusiya) və b. xüsusilə qeyd
etmək lazımdır.
Bir çox ölkələrdə (Rusiya, ABŞ, Almaniya, Fransa, İspaniya və s.) hidroloji
informasiya dövri olaraq illiklərdə çap olunur. Bəzi ölkələr haqda bu məlumatları
əldə etmək çox çətindir. Son dövrdə dünya çayları üzərində aparılan müşahidə
məlumatlarını YUNESKO xüsusi kitablarda çap etmişdir. Bu kitablarda dünyanın
250 çayı haqda məlumat var (hər bir ay və il üçün orta aylıq su sərfləri ).
Bir çox ölkələrdə çay axımının xəritəsi tərtib olunmuşdur (Rusiya, Çin, ABŞ,
Kanada, Avstraliya və s.). Bu xəritələr kifayət qədər etibarlıdır, çünki çoxlu sayda
müşahidə məntəqələrinin məlumatına əsasən hazırlanmışlar.
Qurunun 11%-də çay şəbəkəsi yoxdur. Bu ərazidə quruya düşən armosfer
yağıntılarının hamısı buxarlanmaya sərf olunur. Bütün Avropa (Yunanıstandan
başqa), Avstraliya və Asiyanın, Şimali Amerikanın əsas hissələri üçün çay axını
haqda kifayət qədər məlumat var. Bu məlumatlar çay axımının xəritələrində və ya
1
Behruz Melikov
Behruz Melikov