HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə6/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   2   3   4   5   6   7   8   9   ...   93

16

latlarının, beynəlxalq təsisatların, ölkə vətəndaşlarının çoxsaylı müraciətlərini 

nəzərdən keçirərək, öz təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Pre-

zidentinə təqdim etmişdir. 

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Hey-

dər  Əlirza  oğlu  Əliyevin Azərbaycan  tarixindəki  misilsiz  xidmətlərini  nəzərə 

alaraq, onun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram: 

1.  Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı təsis edilsin. Azər-

baycan  Respublikasının  Nazirlər  Kabineti  Heydər  Əliyev  Mükafatının 

Əsasnaməsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının 

Prezidentinə təqdim etsin. 

2.  Bakı və Naxçıvan şəhərlərində “Heydər Əliyev” Xatirə memorial komp-

leksləri yaradılsın. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azər-

baycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiy-

yəti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, respublikanın 

müvafiq  yaradıcılıq  ittifaqları  ilə  birlikdə  komplekslərin  layihələrinin 

müsabiqəsini keçirsin və üç ay ərzində təkliflərini Azərbaycan Respubli-

kasının Prezidentinə təqdim etsin. 

3.  Azərbaycan  Respublikasının  “Heydər  Əliyev”  ordeninin  təsis  edilməsi 

Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. 

4. Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adı verilsin. 

5. Bakı Beynəlxalq Aeroportuna Heydər Əliyevin adı verilsin.

6. Bakı Dərin Özüllər Zavoduna Heydər Əliyevin adı verilsin. 

7. Respublika Sarayına Heydər Əliyevin adı verilsin. 

8. Bakı şəhərindəki İdman­Konsert Kompleksinə Heydər Əliyevin adı verilsin. 

9.  Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində küçə və meydanlar-

dan birinə Heydər Əliyevin adı verilsin. 

10.  Azərbaycanın şəhər və rayonlarında küçə və meydanlardan birinə Hey­

dər Əliyevin adı verilsin. 

11. Heydər Əliyevin şərəfinə platin, qızıl və gümüş xatirə sikkələri bura xılsın. 

12.  Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əlirza  oğlu  Əliyevin 

adının  əbədiləşdirilməsi  ilə  əlaqədar  olaraq  bir  sıra  özəl  qurum,  şirkət 

və qeyri­hökumət təşkilatları tərəfindən görülmüş tədbirlər, o cümlədən 

Bakı­Tbilisi­Ceyhan ixrac boru neft kəmərinə, “Lider” qazma qurğusuna 

Heydər Əliyevin adının verilməsi, ictimai əsaslarla Heydər Əliyev Fon-

dunun yaradılması dəs təklənsin. 

13.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn 

məsələləri həll etsin. 

14. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 10 mart 2004-cü il.



17

Heydər Əliyev Fondunun yaradılma səbəbi Azərbaycan xalqının öz Ümum-

milli Lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, 

Heydər  Əliyev  siyasi  məfkurəsinin  həmişəyaşar  səciyyəsini  əks  etdirmək  zə­

rurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azər-

baycan  üçün  əhəmiyyətini  vurğulamaq  niyyəti  və  Heydər  Əliyevin  yaratdığı 

milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi kimi şərtlən-

dirilmişdir. Fondun strukturu isə aşağıdakılardan ibarətdir:

1. Fondun strukturu özündə kollegial və vahid hakimiyyətli rəhbərlik üsul-

larını birləşdirir. 

2.  Fondun  icraçı  orqanı  Prezidentdir.  Fondun  prezidenti  onun  səlahiy-

yətli qanuni nümayəndəsidir. Prezident proqramların təsdiqlənməsi və onların 

həyata keçirilməsi üzrə ümumi rəhbərlik, fondun fəaliyyətinin məqsədli priori-

tetlərinin, strukturunun və kadr tərkibinin müəyyən olunması və nizamnamə ilə 

müəyyən olunmuş digər məsələləri həll edir. 

3. Fondun işinə bilavasitə rəhbərlik etmək üçün İcraçı direktor vəzifəsi təs-

diq olunmuşdur ki, o da Prezident tərəfindən onun vəzifələri sırasına daxil edil-

miş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. İcraçı direktor Fondun proqram 

və tədbirlərinə cari nəzarəti həyata keçirir. O, həmçinin onun səlahiyyətləri sıra-

sına daxil edilmiş məsələlər çərçivəsində Fondun səlahiyyətli nümayəndəsidir. 

4. Fondun nəzdində Ekspert Şurası fəaliyyət göstərir ki, onun da əsas məq­

sədi qəbul olunan qərarların böyük səmərəliliyini və effektliliyini təmin etmək-

dən ibarətdir. Ekspert Şurası müxtəlif ixtisaslı ekspertlərdən ibarətdir. Ekspert-

lərin vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələri hazırlayıb Prezidentə 

təqdim etməkdən ibarətdir. Şura konsultativ strukturdur.

Konkret  ixtisaslaşdırılmış  funksiyaların  və  tapşırıqların  yerinə  yetirilməsi 

üçün Fondun strukturunda aşağıdakı qurumlar yaradılmışdır:

•  Nümayəndəliklər;

•  Hüquq şöbəsi;

•  Mühasibatlıq şöbəsi;

•  Humanitar proqramlar departamenti: 

Mədəniyyət və turizm şöbəsi;

Sosial siyasət şöbəsi;

Təhsil, gənclər və idman şöbəsi.

•  Beynəlxalq əlaqələr departamenti:



Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi;

MDB ölkələri ilə əlaqələr şöbəsi;

Xarici ölkələr ilə əlaqələr şöbəsi.


18

•  İctimaiyyətlə əlaqələr departamenti:



Hüquqi və fiziki şəxslər ilə əlaqələr şöbəsi;

KİV ilə əlaqələr şöbəsi.

•  İşlər Departamenti:



İnsan resursları şöbəsi;

Ümumi şöbə;

Təsərrüfat şöbəsi;

Protokol şöbəsi;

Analitik-informasiya şöbəsi;

Təbliğat və tədqiqat şöbəsi;

Mühafizə şöbəsi.

Heydər  Əliyev  Fondunun  yaradılması  məqsədini  şərtləndirən  amillər  isə 

aşağıdakılardan ibarətdir: 

– Azərbaycan  xalqının  Ümummilli  Lideri,  görkəmli  siyasi  xadim  Heydər 

Əliyevin ölkənin sosial­iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteq-

rasiyası,  xalqın  maddi  rifahının  yaxşılaşması  naminə  müəyyən  etdiyi,  işləyib 

hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilmə-

sinə dəstək vermək

–  Azərbaycanın  tərəqqisi  və  xalqımızın  rifahı  naminə  Ümummilli  Lider 

Heydər  Əliyevin  zəngin  irsindən  bəhrələnərək  bu  işə  xidmət  edən  genişmiq-

yaslı proqram və layihələrın reallaşmasına kömək etmək; 

– elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və 

layihələr hazırlayıb həyata keçirmək

–  respublikanın  və  xarici  ölkələrin  fondları,  qeyri  hökumət  təşkiltaları, 

ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr hə­

yata keçirmək; 

– yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qay-

ğıya ehtiyacı olan insanlara kömək göstərmək

– insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılma-

sına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək; 

– Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qo­

runması ilə bağlı aparılan işlərə kömək etmək

–  uşaq  və  gənclərin  hərtərəfli  biliklərə  malik  vətəndaş  kimi  yetişdirilməsi 

işi nə xidmət etmək; 

– Azərbaycan  Respublikasının  beynəlxalq  nüfuzunun  artırılması  ilə  bağlı 

tədbirlərin həyata keçirilməsinə yardım göstərmək

– Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; 

– respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək; 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə