HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə335/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   329   330   331   332   333   334   335   336   337

652

 

 



nə gəldilər ki, dövlət topunu hiylə çovqanı ilə səadət meydanından aparsınlar. Onlar qəflətən o ətrafa çatdıq-

da o diyarın valisi Qaraxan bəy hər birisi özünü Rüstəmə və İsfəndiyara tay bilən dörd min süvari ilə rumilə-

rin qarşısında döyüş və savaş səfi tərtib etdi. 

Beytlər 


“Hamısı döyüş meydanında Rüstəm kimi, 

Söhbətdə hamısı dillər əzbəri. 

Nəzir verməkdə dərya qədər əliaçıqdırlar,  

Davada Nəcəf çölünün aslanına bənzərlər”. 

 

Əjdahaya oxşayan nizələri külək rəftarlı yeyin atlarının qulaqları üzərinə qoyub, əcəl kimi özlərini o 



çoxsaylı qoşuna vuraraq təxminən əlli nəfəri birdəfəyə izzət yəhərindən zillət torpağı üzərinə saldılar. 

Beytlər 


“Qılınclar bədənləri yardı, 

Bədənlərdəki yarıq qılınclara qılaf oldu. 

Pəhləvanlar qətlə yetirildi, 

Başlarını ölüm yaxası içinə çəkdilər”. 

 

Bir dəstə qazi baş kəsmək üçün atdan enmişdi. Rumilər onları öldürüb, qaziləri yerlərindən dəbərdə-



rək kəndə qədər qovdular. Qaraxan bəyin çadırına isə od vurdular. 

 

Qaraxan bəy öz adamlarına ürək-dirək verib onları müharibəyə rəğbətləndirdi: 



 

- Rumilərin iş bacaran və dövranın igidləri olan əksər adamları öldürülmüşdür. Onların atılıb-düşmə-

yindən qorxmayın!  

 

Bu minvalla o, qoşunu cəsarətləndirdi. Hamısı birdən yenidən o çoxsaylı orduya həmlə etdilər. Ru-



milər qazilərin təzyiqinə və şiddətinə tab gətirməyib savaş meydanından fərar vadisinə üz çevirdilər. Qızılbaş 

ordusu igidliklə onları təqib edib təqribən üç yüz nəfəri qətlə yetirdi. Onlar can qorxusundan ətrafa və yan-

yörəyə pərakəndə oldular. Təqribən daha dörd yüz nəfər qarın çoxluğundan (çoxlu qar ucbatından) həlak ol-

du. Mirzə Əli bəy pərişan və bədhal vəziyyətdə özünü Ərzuruma saldı. 

 

(mənbənin mətninin sonu) 



 

 


653

 

 



GİRİŞ VƏ ŞƏRHLƏRİN YAZILMASI ZAMANI İSTİFADƏ EDİLMİŞ QAYNAQLAR VƏ 

ƏDƏBİYYAT 

Azərbaycan dilində: 

Abbaslı M. Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə. Bakı, 1981. 

Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV-XVI əsrlər). 

Bakı, 2004. 

Aşurbəyli S.B. Şirvanşahlar dövləti (VI-XVI əsrlər). Bakı, 2006. 

Azərbaycan Sovet Ensiklopediyası (on cilddə). Baş redaktor: C.B.Quliyev. Bakı, 1976-1987.  

Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibatçı və redaktor: S.Əliyarlı). Bakı, 2007. 

Babayev A.M. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi. Bakı, 1993. 

Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının 

rolu. Bakı, 2015. 

Bayramlı Z.H. Azərbaycan Səfəvilər dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006.  

Bayramlı  Z.H.  Səfəvi  dövlətinin  idarə  quruluşunda  xüləfa  institutunun  yeri  //  BDU-nun  Xəbərləri 

(humanitar elmlər seriyası). Bakı, 2004, № 2, s.165-174. 

Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989. 

Cəfiyev  T.R.  Azərbaycan  feodal  dövlətləri  XV-XVI  əsrin  I  rübündə  (Xoca  Sədəddin  Əfəndinin 

“Tacüt-təvarix” əsəri əsasında). Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan disserta-

siyanın avtoreferatı. Bakı, 2007.  

Ciddi H.Ə. Gülüstan qalası. Bakı, 1967. 

Əbdürrəşid əl-Bakuvi. Kitab təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar (Abidələrin xülasəsi və qüdrət-

li hökmdarların möcüzələri). Ərəbcədən tərcüməsi, müqəddimə və şərhləri Z.M.Bünyadovundur. Bakı, 1992. 

Əbu-Bəkr Tehrani. Kitabi-Diyarbəkriyyə (Həsən bəy Ağqoyunlunun, onun sələflərinin tarixi və Qa-

raqoyunlu və Cığatay tarixindən ona aid olanlar). Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilə-

rin müəllifi: R.Şükürova. Bakı, 1998. 

Əbülqasim Firdovsi. Şahnamə. Tərcümə edəni: M.Əlizadə. Bakı, 1987. 

Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007. 

Əfəndiyev O.Ə. Salnaməçi Bicən Şah İsmayıl Xətai haqqında // Şah İsmayıl Xətai (məqalələr toplu-

su). Bakı, 1988, s.17-28. 

Əfəndiyev O.Ə. Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikele Membre ve Vinçenso Alessand-

ri). Bakı, 2005. 

Əliyeva R. və d. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I-II c. Bakı, 2007. 

Ərəb və fars sözləri lüğəti. Redaksiya heyəti: B.T.Abdullyev, Ə.Ə.Orucov, Y.Z.Şirvani. Bakı, 1985. 

Əzimli D.M. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı 

– XVII əsrin I yarısı). Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın av-

toreferatı. Bakı, 2010. 

Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı, 1995. 

Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri üzrə). 

Bakı, 1983. 

Fərzəliyev Ş.F. Səfəvi hökmdarı I Şah Təhmasibin qızı Pərixan xanımın həyatı və fəaliyyəti barədə 

bəzi məlumatlar // AMEA Tarix İnstitutunun Elmi Əsərləri. XIX c. Bakı, 2007, s.25-46. 

Gəncə-Qarabağ  əyalətinin  icmal  dəftəri  (layihənin  rəhbəri  və  ön  sözün  müəllifi:  Y.M.Mahmudov; 

tərtibçi: T.H.Nəcəfli). Bakı, 2010. 

Həsən Mahmud oğlu Bayati. Cami-Cəm-ayin. Hazırlayan: İ.Osmanlı. Bakı, 2011. 

Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar (Səfəvi dövrü – Şah İsmayıl və Şah Təh-

masib dövrlərinin tarixi). Fars dilindən tərcümə, müqəddimə və şərhlər: Ə.Rəhimli. Bakı, 1996. 

İbrahim Rəhimizadə Hərimi. Osmanlı qoşunlarının Azərbaycana yürüşləri (XVI  əsrin sonu). Nəşrə 

hazırlayan, ön sözün və şərhlərin müəllifi: R.Şeyxzamanlı. Bakı, 2007. 



Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə