HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə330/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   326   327   328   329   330   331   332   333   ...   337

642

 

 



 

Yeddincisi: Sultan Mahmud mirzə. Dinin pənahı olan şah Şirvan hakimliyini ona həvalə etmişdi. Bu 

il Qəzvində [II] Şah İsmayılın fərmanı ilə qətlə yetirildi. 

 

Səkkizincisi: İmamqulu mirzə. Dinin pənahı olan şah tərəfindən Lahican hakimi idi. Bu il o da hərə-



kət bayrağını axirət səmtinə yüksəltdi. 

 

Doqquzuncusu: Sultan Əli mirzə. Dinin pənahı olan şah tərəfindən Gəncə hakimi idi. Bu il [II] Şah 



İsmayılın fərmanı ilə kor edildi

2685


.  

 

Onuncusu: Sultan Əhməd mirzə. Bu il o da varlıq paltarını ölüm küləyinə verdi. 



 

On birincisi: Zeynalabidin mirzə kiçik yaşında, atasının sağlığında Qəzvin şəhərində əbədiyyət alə-

minə yollandı. 

 

On ikincisi: Musa mirzə. O da kiçik yaşında Qəzvin şəhərində atasının zamanında vəfat etdi. 



 

Qız övladları: 

 

Birincisi: Pərixan xanım. Sultan Süleyman mirzənin bacısıdır



2686

 



Digəri: Fatimə-sultan xanım. Sultan Mahmud mirzənin bacısıdır. 

 

Digəri: Xanış xanım. İsmayıl mirzənin bacısıdır. 



 

Digəri: Gövhər-sultan xanım. Sultan İbrahim mirzənin zövcəsidir. 

 

Digəri: Məryəm xanım. 



 

Digəri: Anaxanımdır ki, Herat hakimi Əliqulu xana verdilər. 

 

Digəri: Şəhrəbanu xanımdır ki, Müseyib xan Təkəlüyə nişanlanmışdı. 



 

Digəri: Xədicə-sultan xanımdır ki, Cəmşid xana verdilər. 

 

Həmçinin bu il, düşənbə gecəsi, zilqədə [ayının] 9-da (28.01.1577) böyük mövlana, fəzilət və hikmət 



sahibi, incəliklərin müşküllərini həll edən və həqiqətlərin çətinliklərini kəşf edən Əmir Fəxrəddin Simaki yer 

üzünü öz vücudundan xali və boş qoydu. O, bəşər ustadı Əmir Qiyasəddin Mənsur Şirazinin tələbələri cüm-

ləsindən idi. Onun mübarək qələminin məhsulu [olan əsərlər] sırasında bunlar vardır: “Haşiyə bər ilahiyyat” 

(“İlahiyyata dair haşiyə”) və “Şərhi-təcrid” (“Təcrid şərhi”). 



985-Cİ İLDƏ (21.03.1577 – 09.03.1578) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

  

Bu il Şirvan camaatı müxaliflik etməyə başladı. Bürhanın bacısı oğlu Kavus mirzəni padşahlığa



2687

 

əyləşdirdilər, öndərlik və rəislik qəbasını onun boyuna biçdilər, ordunun idarəçiliyini onun ixtiyarının ovcu-



na verdilər. O, tam intizamlı və dəbdəbəli bir şəkildə, xəyalların idrakından kənar bir lovğalıq və qürur ilə 

Şabrana üz qoydu. O diyarın valisi Araz sultan Rumlu altı yüz nəfər bahadırı o əbləhləri dəf etmək üçün tə-

yin etdi. Qazilər gözlənilməz bəla kimi Şabranın iki fərsəxliyində müxaliflərə çatdılar. Mirzə Kavus hər biri 

“mənəm və başqası yoxdur” deyə iddia edən tərəfdarlarından [ibarət] bir dəstə ilə həmlə etdi. Qazilər, “Neçə 

dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib!”

2688


 ayəsinə etimad edib özləri-

ni müxaliflərin mərkəzinə vurdular. Onlar müqavimət taqəti və mətanət qüdrəti göstərə bilməyib, “Qarşısın-

da dayanılmayan şeylərdən qaçmaq peyğəmbərlərin ənənəsidir” adətinə əməl edərək qaçışa üz qoydular. Mə-

yus və binamus Mirzə Kavus fərar vadisinə tələsdi. Qazilər o hünərsiz qövmdən dörd yüz nəfəri qətlə yetirdi-

lər və onların namübarək başlarını islamın pənahı olan dərgaha göndərdilər.  

 

Çaharşənbə  günü,  rəbiüləvvəl  [ayının]  26-da  (13.06.1577)



2689

 Mirzə  Şükrulla  vəzirlikdən  çıxarıldı. 

Aləmin pənahı olan şah ali divan mənsəbini və vəzirliyi aydın ürəkli, bacarıqlı, müdrik və tədbirli bir vəzir 

olan, ağıl və bəsirət nurlarını təcəlli etdirən, işlərin öhdəsindən gələn və etiqad gözəlliyi ilə bəzənmiş Mirzə 

Salmana həvalə etdi. İşlərin həlli və təşkili onun iqtidar əlinə verildi. Məmləkətin saxlanması, yolların müha-

                                                 

2685

 Ç.N.Seddonun çapında “İsmayıl  mirzənin fərmanı ilə ölüm şərbətini içdi” yazılsa da, bu, doğru deyildir. Çünki İsgəndər bəy 



Münşi bu şahzadənin kor edildiyindən, lakin sağ qaldığından bəhs etmişdir. Buna görə də biz, Ə.Nəvainin nəşrindəki versiyanı (şah-

zadənin kor edilməsi versiyasını) əsas aldıq. 

2686

 Siyasi həyatda fəal iştirak edən bu qadının həyat yolu və fəaliyyəti haqqında bax: Ş.F.Fərzəliyev. Səfəvi hökmdarı I Şah Təhma-



sibin qızı Pərixan xanımın həyatı və fəaliyyəti barədə bəzi məlumatlar // AMEA Tarix İnstitutunun Elmi Əsərləri. XIX c. Bakı, 2007, 

s.25-46. 

2687


 Baroda nəşri: “əmirliyə”. 

2688


 Qurani-Kərim, “Bəqərə” surəsi, 249-cu ayə. 

2689


 Burada göstərilən miladi tarix çərşənbə gününə deyil, cümə axşamı (pəncşənbə) gününə təsadüf edir. 


643

 

 



fizəsi, mülk və dövlət qapılarının açarları, din və millət məsələlərinin nizamı onun insaf və fərasət ovcuna, 

çalışqanlıq və işgüzarlıq barmaqlarına həvalə edildi. Mərəzlərin şəfasının qanunu (problemlərin həllinin ça-

rəsi) olan və məqsədlərin külliyyatını əhatə edən [şah] öz səadətli və uğurlu batininin istəklərini əldə rəhbər 

tutaraq həmişə şəriət elmlərinin bünövrəsinin möhkəmlənməsi üçün əmək sərf edirdi və kimya kimi təsirli, 

bilikləri cəmləyən, səadət əlamətlərinin müfəssəli olan ürəyin sahibi [II Şah İsmayıl] fəzilətli üləmaya hima-

yə  göstərməyə  meyilli  idi. Bu  dürüst  niyyətin  adil şahidi  və  bu  məramın  doğru sübutu  odur  ki,  çaharşənbə 

günü, rəbiüləvvəl [ayının] 26-da ali sədarət mənsəbini İsfahanın yüksək dərəcəli seyidlərindən olan öndəge-

dən mövlana, hikmət fənlərinin hafizi Şah İnayətullaya tapşırıldı və bu mühüm vəzifənin həlli, təşkili, icrası, 

yerinə yetirilməsi, nizamı və tərtibi onun öhdəsinə qoyuldu. Qərar verildi ki, din əmrinin rəvacında, peyğəm-

bərlər  ağasının  (Məhəmməd  peyğəmbərin)  şəriətinin  hökmlərinin  təşkilində,  xeyriyyə  mərkəzlərinin  (“bü-

qaül-xeyrat”)  tərəqqisində,  əkinçiliyin,  mədaxilin

2690


 və  vəqflərin  çoxaldılmasında  (inkişafında)  tərifəlayiq 

səy göstərsin.   



Pələngan qalasının fəthi haqqında söhbət 

 

Uğurlu saata təsadüf edən həmin vaxtlarda izzətli və calallı [şahın] qulağına çatdı ki, Pələngan qala-



sının

2691


 valisi İsgəndər boynunu itaət çənbərindən çıxarıb. Çünki neçə dəfə Kürdüstan hakimləri ilə mühari-

bə məqamına gəlmişdir, onların arasında şücaət və iqtidar baxımından ən güclüsü kimi önə çıxmışdır və indi 

də həmin iddia onun ürəyindədir. Ona görə də hökmdarın dünyanı bəzəyən düşüncəsi onu cəzalandırmağı qət 

etdi və qərara aldı. Əmirlik rütbəsinə malik Sulaq Hüseyn Təkəlünü o tərəfə doğru göndərdi. Sulaq ağacların 

yarpaqları kimi saysız, səhra qumunun ədədindən və bahar yağışlarından daha artıq miqdarda yaraqlı dilavər-

lərdən [ibarət] bir dəstə ilə hərəkət bayrağını o tərəfə yüksəltdi. 

Beyt 

“Elə bir ordudur ki, öz tozanağı ilə, 



Döyüş günündə Çin dənizini səhraya çevirər”. 

 

İsgəndər zəfər nişanlı əsgərlərin xofundan qorxaq-hürkək olub, qaçış və ehtiyatkarlıq üslubuna riayət 



edərək özünü o hüdudun qalalarına və dağlarına çatdırdı. Oralar elə yerlər idi ki, enişi yerin nəm çəkmiş dibi-

nə və yoxuşu Sürəyyaya çatmışdı. Xəndəyinin sonu balığa və küngürəsinin başı aya birləşmişdi. O vaxtadək 

ali səviyyəli hökmdarların iqtidar kəməndi onu fəth etmək üçün hasarının küngürəsinə yetişməmiş və kama 

çatmış sultanların çalışqanlığının yüksək uçan şahbazı onun işğalı havasında qanad çalmamışdı. 

Şeir 

“Qala demə, bir fələk görkəmli dağdır o, 



Ucalıqda fələkdən də hündürdür. 

Daş ürəklidir, bərk başlıdır, dar gözlüdür, 

Fələklərin şüşəsini daşla sındırmışdır. 

Onun küngürəsi olub Sidrəyə nədim

Edib mişar ilə fələyi iki parça”. 

 

Elə  ki  qızılbaş  qoşunları  qalanın  ətrafına  gəlib  çatdılar,  oranın  sakinlərinin  ürəklərinə  müqayisəyə-



gəlməz bir qorxu yol tapdı. Amma o diyarın əmirlik şaürına malik valisi İsgəndər orduya döyüş və vuruş atə-

şini alışdırmağı əmr etdi. 

Nəzm 

“Zəmanə dikbaşlarının tüklərindən, 



Tuti kimi tüklənmişdi asiman. 

Onların başlarının tükü dağıldı aya və günəşə

Asiman uçan qartallar üçün dar oldu. 

Təzə ay kimi dağ başından doğan kaman, 

Yan-yörəyə öz şövkətini yayırdı. 

                                                 

2690

 Burada vəqf torpaqlarında əkinçiliyin inkişafı və bu ərazilərdən gələn gəlirlərin çoxaldılmasından söhbət gedir. 



2691

 Pələngan qalası – Şəhrizur yaxınlığındadır (Seddon, şərhlər, s.295). 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə