HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə331/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   327   328   329   330   331   332   333   334   ...   337

644

 

 



Onun əməlindən yüz fitnə törəyirdi

Yaraşıqlı cavanlar divardakı cansız şəkilə dönürdü”. 

 

Müzəffər və cəsur qoşun neçə gün ərzində qala əhlinə qarşı təzyiq göstərməyə səy etdi, gəliş-gediş 



yolunu  bağladı  və  giriş-çıxış  qapılarını  onların üzünə qapatdı.  Axırda  çoxsaylı  qazilərin  hamısı  birdən  atəş 

kimi aşağıdan yuxarıya üz qoydular. İsgəndər cövşən deşən ox ucu ilə Süha [ulduzunun] bəbəyinin dairəsin-

dən nöqtəni götürən və qəzavü-qədər kimi rəftar edən tüfəngin yarası ilə günəşin gözündən nuru yox edən di-

lavərlərlə birlikdə, 

Beyt 

“Oyunçular kimi tək və cüt zər atırdılar, 



Oxla bədənlər cütləşirdi, qılıncla başlar təklənirdi”. 

qarşıdurma və vuruşma qədəmi ilə irəli gəlib qılınc çalmağa və ox atmağa başladı. 

Şeir 

“Əyri qaşlı kaman öz müjganı ilə, 



Cövşənin döşündən süd çıxardı. 

Baş parçalayan qılınc elə kəsdi ki, 

Başdan göbəyə qədər yarıb keçdi”. 

 

Atların əli öldürülənlərin ürəyindən Bədəxşan ləlinin rəngini aldı və döyüş meydanının daşı cavanla-



rın qanından nar dənəsi rəngli yaqutun görkəminə büründü. 

Beytlər 


“Dəbilqələr qandan şərab camı oldu, 

Əcəl badə paylayan saqi oldu. 

Bədən köklərindən qan çıxardı baş, 

Qan dəryasından bitdi təzə-tər mərcan”. 

 

Tüfəngin qorxusundan əcəl tısbağa kimi başını içəri çəkdi və ürək deşən oxun yarasından döyüş əri-



nin bədəni kirpi kimi ox tikanları ilə doldu. Düşmənlər və rəqiblər qalibiyyətli qoşunun fəth ayəsini öz gözlə-

ri ilə müşahidə və mülahizə etdilər və öz vəziyyətlərinin zəiflik və qüsurdan ibarət olduğunu hiss etdilər. Be-

lə olduqda, onlar fərar ətəyinə əl vurub qala yaxınlığındakı kəndə tərəf qaçdılar. Qazilər o rəzillərin qalanla-

rını iti qılınc yarası ilə cəhənnəmə vasil etdilər və yüksək bəxtin nərdivanı ilə qalanın başına çıxdılar. Əyya-

mın yeyin alaca atının aqibətsiz hərəkəti üzündən İsgəndərin murad atı alçaqların üzrü kimi ləng idi və caha-

nın sahəsi ona paxılların hövsələsi kimi təng (dar) idi. O, fəlakətə mübtəla olmuş iki-üç nəfərlə həmin qırğın-

dan xilas oldu. Sulaq Hüseyn bu xəbəri islamın pənahı olan dərgaha göndərdi. Qasid üç

2692


 günə Pələngan-

dan Qəzvinə çatdı. Aləmin pənahı olan şah o qalaların hakimliyini Sulaq Hüseynə tapşırdı. O diyarın cəmi 

sakinləri və ümumi əhalisi öz vəziyyətlərindən fərəhlli və könlü rahat bir şəkildə asayiş beşiyində və asudəlik 

yatağında yuxuya getdilər və ölkənin əmin-amanlığının, bəndələrin asayişinin səbəbi olan o həzrətin dövləti-

nə dua etməklə məşğul oldular. 

 

O zaman Bayram bəy Qaramanlunun oğlu Hüsam bəy cəhalət və nadanlıq ucbatından bir fəqiri qətlə 



yetirib şəhərdə gizləndi. Axırda ələ keçirilib dara çəkildi.  

 

Uğurlu saata təsadüf edən bu vaxtlarda Rey hakimi Ərdoğdu xəlifə Təkəlü həbs edildi. Aləmin pəna-



hı olan şah böyük qorçular arasından oymaqların əmirzadələri olan qırx dörd süvarini tam sürətlə Tehran tə-

rəfə göndərdi ki, Sultan Həsən mirzəni

2693

 qətlə yetirsinlər. O qorçulardan iyirmi ikisi bir tərəfdən və iyirmi 



ikisi digər tərəfdən kəməndi o məzlum şahzadənin boynuna saldılar və onu qətlə yetirdilər

2694


 

Həmçinin o zaman aləmin pənahı olan şah Herat vilayətinin idarəçiliyini, orada ədalət yaymağı, ora-



nın əyalət və rəiyyətpərvərlik mərtəbəsini qüdrətli dövlətin sütunlarından və Durmuş xanın nəvələrindən olan 

Əliqulu xan Şamluya həvalə edib onu çoxlu qoşunla oraya yolladı. 

                                                 

2692


 Nuruosmaniyyə nüsxəsi: “iki”. 

2693


 Sultan Həsən mirzə – Sultan Məhəmməd Xudabəndənin böyük oğlu və I Şah Abbasın böyük qardaşı. 

2694


 Nuruosmaniyyə nüsxəsi: “Aləmin pənahı olan şah, Əliqulu sultan Türkmanı bir dəstə qazi ilə birlikdə Tehran tərəfə göndərdi 

ki, Sultan Həsən mirzəni qətlə yetirsinlər. O, tam sürətlə yola çıxıb qəflətən Tehrana daxil oldu. Sultan Həsən iztiraba düşüb Tehran 

hakimi Əli xəlifəni xəncərlə vurdu. Lakin axırda öldürüldü”.  



645

 

 



 

O zaman dövlətin xəbərçiləri ərz etdilər ki, Əbülxan zəlalət yolunun azğınları və cəhalət çölünün sər-

gərdanları olan qardaşları ilə birlikdə ayağını həddən kənara qoyub Nişapurun nahiyələrinə qədər basqın et-

mişdir və ...-də

2695

 olan bədbəxtlər dəstəsinin tamahkarlıq qüvvəsi hərəkətə gəlmiş, istilaçılıq bayrağını yük-



səltmişlər. Sevindik by Əfşarın oğlu Hüseyn bəy əcəl [kimi] qüvvətli olan çoxsaylı qazilərdən təxminən əlli 

nəfərlə birlikdə onun ardınca sürətlə yürüş etdi. ...

2696

 ətrafında onlar həmin yaramaz və bədbəxt mərdimazar-



lara çatdılar. Qılınclarının dili fəth və zəfər ayələrini təfsir edən və fitnə nişanlı nizələrinin parıltısı dini və 

dövləti qoruyan müzəffər qazilər düşmənlərin üzərinə tökülüb, Rəbbin hüsn-rəğbətinin köməyi ilə o hünərsiz 

qövmdən təqribən yüz nəfəri yaraladılar və öldürdülər, onların başlarını isə aləmin pənahı olan dərgaha gön-

dərdilər. 

 

Seşənbə günündə, rəcəb ayının 5-də (18.09.1577)



2697

 Dəkən padşahı Nizamülmülkün

2698

 elçiləri Qəz-



vin şəhərinə gəldilər, peşkəş olaraq çoxlu nağdlar (pullar) və saysız cavahirlər gətirdilər və öz padşahlarının 

dilindən dedilər: 

Nəzm 

“Tamam sədaqət və niyaz ilə həmişə, 



Bu astananın qulamıyam mən. 

Sən bir yerə qədəm qoyduğun zaman

Torpaq sənin məhəbbətinlə alışıb yanar. 

Fələk əgər bədənimə edərsə qübar, 

Sənin lütfünün dərmanı ilə tutaram qərar. 

Mənim gülümdən açan çiçəkdən il və ay boyu, 

Ətir saçsın şahın ehsanının qoxusu”. 

 

Şənbə günü, şaban ayının 20-də (02.11.1577)



2699

 aləmin pənahı olan şah öz sevimli oğlu Əbül-Fəva-

ris Şücaəddin Məhəmmədin lələliyini Şiraz hakimi Vəli sultana verdi. O da öz növbəsində böyük bir ziyafət 

tərtib edib, bütün əmirləri və dövlət ərkanını [oraya] çağırdı. Xoş ahəngli mütrüblərdən ud və çəng nəğməsi 

ucaldı. 

Şeir 


“Qıvraq və şirin dilli bütün mütrüblər

Şükür nəğməsini tökdülər barmaqlarından. 

Mütrübün əlində dəf alırdı kam, 

Günəşin pəncəsində ay idi sanki o. 

Şəkər dodaqlı gözəllər tərənnüm edir, 

Cahan şövkət ilə dolur başdan-ayağa. 

Əcəb bir məclisdir, lap cənnət kimi

Onun şərab piyaləsi daşan su kasası kimidir”. 

 

Aləmin pənahı olan şah təşrif gətirib taxtda qərar tutdu. 



Beyt 

“Çıxdı cahangir Süleyman, 

Günəş kimi ürək oxşayan taxta. 

Sarayının pərdəsi asimana həsəd verir, 

Ona asiman atlası əkizdir. 

Pəri üzlülər ədəb qaydası ilə, 

Qönçətək dodaqlarını söhbətə bağladılar. 

Sənubər qamətlilər hər tərəfdə durdular, 

Onların tellərindən fitnə qaldırmışdı baş”. 

                                                 

2695

 Bütün nüsxələrdə yeri boş buraxılmışdır. 



2696

 Bütün nüsxələrdə yeri boş buraxılmışdır. 

2697

 Göstərilən miladi tarix çərşənbə gününə təsadüf etmişdir. 



2698

 Əhmədnəgərin Nizamşahlar sülaləsindən olan hökmdarı Mürtəza (h. 972-996 / m. 1565-1588) nəzərdə tutulur (Seddon, şərhlər, 



s.295).  

2699


 Baroda nəşri: “Seşənbə günü, şaban ayının 3-də”. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə