Hesabatın Azərbaycan Bölümü
Azərbaycan kişi, qadın və uşaq alverinin həyata keçirilməsi, qadın və
uşaqların fahişəliyə cəlb edilməsi, xüsusilə məcburi əmək məqsədilə mənbə,
tranzit və təyinat ölkəsidir. Azərbaycandan olan kişilər və oğlanlar Rusiyada
məcburi əməyə cəlb edilir. Azərbaycandan olan qadın və uşaqlar isə BƏƏ,
Türkiyə,Rusiya və İranda fahişəliyə cəlb edilirlər. Azərbaycandan olan
kişilər Azərbaycan daxilində məcburi əmək məqsədilə hərəkət etdirilir, qadın
və uşaqlar isə daxildə fahişəliyə və məcburi əməyə cəlbetmə, o cümlədən zorən
dilənçilik məqsədilə daşınırlar. Azərbaycan Türkiyə və BƏƏ-də fahişəliyə cəlb
edilən Moldova, Özbəkistan və Qazaxıstandan olan qadınlar üçün tranzit
ölkədir. Azərbaycanın anklavı olan Naxçıvan fahişəliyə cəlb edilmə məqsədilə
Türkiyəyə daşınan qadınlar üçün tranzit məntəqə rolunu oynayır. Azərbaycan
Moldova, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan və fahişəliyə cəlb edilən
qadınlar üçün təyinat ölkəsidir. Azərbaycan habelə Bosniya və Hersoqovina,
Serbiya, Makedoniya və Çindən olan, məcburi əməyə cəlb edilən, o cümlədən
inşaat sənayesində işləməyə məruz qoyulan qadın və kişilər üçün də təyinat
ölkəsidir.
Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması ilə bağlı minimum
standartlara tam müvafiq şəkildə fəaliyyət göstərmir; amma bunu etmək üçün o,
əhəmiyyətli səylər göstərməkdədir. Bütün bu ümumi səylərə baxmayaraq, hökumət
məcburi əməyin əhəmiyyətli sayda qurbanlarının müəyyən edilməsi və onlara
yardım göstərilməsi məqsədilə müstəsna dərəcədə qeyri-adekvat səylər nümayiş
etdirmiş və bu işdə iştirak etmiş vəzifəli şəxslərin araşdırılması, onlara
qarşı cinayət təqibinin həyata keçirilməsi, mühakimə edilməsi və
cəzalandırılması istiqamətində hər hansı uğur nümunəsi göstərməmişdir; ona
görə də üçüncü ildir ki, Azərbaycan Sıra 2 Müşahidə edilən ölkə sırasına
daxil edilmişdir. Hökumət tərəfindən 2009-cu ilin avqust ayında İnsan Alveri
Qurbanları üçün Milli İstiqamətləndirmə Mexanizminin qəbul edilməsinə və
2009-cu ilin sentyabr ayında qurbanların müəyyənləşdirilməsinə yardım
göstərmək məqsədilə İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydalarının
(İndikatorlarının) təsdiq edilməsinə baxmayaraq, hökumət 2009-cu ilin oktyabr
ayında aşkar edilmiş halla əlaqədar təqribən 496 qurbanı müəyyən edərək
onlara yardım göstərmək üçün bu vasitələrdən istifadə etməmişdir,
belə ki, o
zaman Şərqi Avropadan olan kişilər inşaat sənayesində məcburi əməyə məruz
qalmışdılar. Beynəlxalq icmanın digər üzvlərini bunun məhz məcburi əmək
olduğunu müəyyən etməyə yönəldən sübutun olmasına baxmayaraq, bu hadisə
zamanı hökumət hər hansı qurbanı müəyyən edə bilməmiş, beynəlxalq icma
qurbanlara yardım məqsədilə fövqəladə vəsaitlərin ayrılmasına zəmanət
vermişdi. 2009-cu
ildə hökumət qurbanlara yardım üçün $625,000 məbləğində
vəsaitin ayrıldığını bəyan etsə də, bu vəsaitin heç bir hissəsi məcburi
əməyin bu qurbanlarına yardım üçün istifadə edilməmişdi; nəticədə fövqəladə
yardım təmin etmək məqsədilə beynəlxalq icma bir neçə yüz qurbana ərzaq və
içməli suyun təmin edilməsi üçün öz vəsaitlərini ayırmışdır.
Azərbaycan üçün tövsiyələr: məcburi əməyin qurbanlarını müəyyən etmək üçün
səylər artırılsın; İnsan Alveri Qurbanları üçün Milli İstiqamətləndirmə
Mexanizmini ciddi şəkildə icra etməklə məcburi əməyin müəyyən edilmiş
qurbanlarının qurbanlara yardım üçün hökumət tərəfindən ayrılmış vəsaitlərə
çıxışı təmin edilsin; həm seksual, həm də əmək alverində əlbir olan regional
polis zabitləri daxil olmaqla hökumət rəsmilərini ciddi şəkildə araşdırmaq,
cinayət təqibini həyata keçirmək, mühakimə etmək və cinayət məsuliyyətinə
cəlb etmək üçün səyləri nümayiş etdirərək bu barədə hesabatı təqdim etmək;
polisə rəsmi şikayət ərizəsi ilə müraciət etmələrini tələb etmədən daxili
qurbanlara ilkin yardım təmin etmək; hüquq-mühafizə orqanlarının aşağı
səviyyəli zabitləri üçün daha çox qurbanları müəyyən etmək və qurbanlarla
həssas davranış üzrə təlimlər həyata keçirilsin; həm seksual, həm də əmək
alveri ilə bağlı ictimaiyyətin məlumatlandırma səviyyəsini qaldırmaq
məqsədilə səylər davam etdirilsin və məcburi əməyin potensial qurbanlarını
müəyyən etmək üçün inşaat sahələrinin yoxlanması yolunda səylər nümayiş
etdirilsin.
Cinayət təqibi
Azərbaycan hökumətinin hüquq-mühafizə sistemində apardığı orta
təkmilləşdirmələr yüksək səviyyəli mütəşəkkil cinayətkarlığı təqib etmək və
hökumətin insan alverində əli olması ilə bağlı bəyanatları, o cümlədən 2009-
cu ilin payızında məcburi əməyin 700-dən çox qurbanını müəyyən edən halın
həll olunması işində siyasi iradə sərgiləməməsi ilə kölgə altına alınmışdır.
Azərbaycan Respublikasının 2005-ci ildə qəbul edilmiş İnsan alverinə qarşı
mübarizə haqqında Qanunu ilə həm fahişəliyə cəlbetmə, həm də məcburi əmək
qadağan edilir və 5 ildən 15 ilə qədər cəza, həbs qətimkan tədbirini nəzərdə
tutur, bu cəzalar kifayət qədər ciddi olmaqla, məsələn, zorlama kimi digər
ciddi cinayətlər üçün nəzərdə tutulmuş cəza tədbirləri ilə səsləşir. 2009-cu
ildə hökumət 2008-ci ildə həyata keçirilən 66 araşdırma ilə müqayisədə insan
alveri ilə bağlı 80 araşdırmanın, o cümlədən məcburi əməklə bağlı 3
araşdırmanın aparılmasını bəyan etmişdir. 2008-ci ildə aparılan 61 cinayət
təqibindən sonra səlahiyyətli orqanlar 76 insan alveri halının cinayət
təqibini həyata keçirmişlər. Hökumət 2008-ci ildə mühakimə edilmiş şəxslərlə
müqayisədə 2010-cu ilin mart ayınadək 62 insan alveri cinayətkarı barəsində
müvafiq hökm çıxarmışdır. Mühakimə edilmiş cinayətkardan 28 nəfərinə 1 ildən
5 ilədək, 15 cinayətkara 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası
verilmiş, insan alveri ilə məşğul olan bir şəxs məcburi əməklə
cəzalandırılmış və 18 şəxsə şərti cəza verilərək onları həbsə almamışlar.
Hökumət rəsmilərinin insan alveri hallarında əlbir olmaları ilə bağlı bəzi
məlumatlar olmuşdur. Daxili İşlər Nazirliyi onun tərəfindən insan alverində
iştirakla bağlı bütün bəyanatları araşdırdığını qeyd etmiş, amma bu
araşdırmalarla bağlı hər hansı məlumatları təqdim edə bilməmişdir. Hesabat
dövrü ərzində insan alveri, o cümlədən məcburi əməkdə əlbir olma halı ilə
bağlı hər hansı hökumət rəsmisinə qarşı cinayət təqibi tətbiq etməmiş,
mühakimə və ya cinayət məsuliyyətinə cəlb etməmişdir. Bosniya və Serbiya
vətəndaşlarının məcburi əməyə cəlb edilmələri ilə bağlı ibtidai araşdırma
mərhələsində müstəntiqlər insan alveri ilə
məşğul olan şəxslərin şahid
qismində olan təxminən 496 qurbanı birtərəfli qaydada evlərinə göndərməsinə
mane olmamış və bu günə qədər hökumət tərəfindən bu hadisə ilə bağlı heç bir
cəza tətbiq edilməmişdir. Polis zabitləri tərəfindən nəzarət edilən bir çox
saunalarda, motellərdə və massaj salonlarında fahişəliyə cəlbetmə hallarına
dair davamlı məlumatın olmasına baxmayaraq hökumət, yenə də, bu zabitlərin
ciddi şəkildə araşdırılması, haqlarında cinayət təqibi aparılması, mühakimə
edilərək cinayət məsuliyyətinə cəlb edilməsini həyata keçirə bilməmişdir.
Müdafiə
Hesabat dövründə Azərbaycan Hökuməti bəzi qurbanlara yardım edilməsi
sahəsində az irəliləyişə nail olmuşdur; amma məcburi əməyin yüzlərlə
qurbanına hökumətin yardım göstərməməsi bu cəhdləri də kölgə altına
salmışdır. 2009-cu ilin avqust ayında hökumət İnsan alveri qurbanları üçün
Milli İstiqamətləndirmə Mexanizmini qəbul etmiş və 2009-cu ilin sentyabr
ayında qurbanların müəyyən edilməsində hüquq-mühafizə orqanlarına yardım
etmək məqsədilə insan alveri qaydalarının (indikatorlarının) siyahısını
təsdiq etmişdir, amma hökumət 2009-cu ilin oktyabr ayında aşkar edilmiş bir
əmək alveri halı ilə əlaqədar təqribən 496 qurbanı müəyyən edərək onlara
yardım göstərmək üçün bu vasitələrdən istifadə etməmişdir. Əldə edilmiş
məlumatlara əsasən, insan alveri ilə mübarizə aparmaq və qurbanlara yardım
etmək işinə təhkim edilmiş hökumət qurumları arasında koordinasiya
yaxşılaşmışdır və bütün qurumlar insan alveri ilə mübarizə işinə cəlb edilmiş
digər qurumlarla koordinasiya məqsədilə məsul əlaqələndirici şəxsi müəyyən
etmişlər. 2008-ci ildə QHT-lər və hüquq-mühafizə orqanları tərəfindən müəyyən
edilmiş 121 qurbanla müqayisədə 2009-cu ildə QHT-lər və hüquq-mühafizə
orqanları tərəfindən ən azı 920 qurban, o cümlədən hüquq-mühafizə orqanları
tərəfindən 220 qurban müəyyən edilmişdir.
Hökumət bu qurbanlardan 48 nəfərinə
yardım göstərmiş bir sığınacağı maliyyələşdirmişdir, 2008-ci ildəki 55 rəqəmi
ilə müqayisədə rəqəm azalmışdır. Hökumət tərəfindən maliyyələşdirilən
sığınacaq yaxud yardımla təmin edilmiş qurbanlardan heç biri məcburi əməyin
qurbanları deyildir. 2009-cu ilin oktyabr ayında hökumət insan alverinin uşaq
qurbanlarına yardım etmək məqsədilə yer ayırmaqla mühüm tərəqqi nümayiş
etdirmişdir; hesabat dövründə dörd uşağa həmin sığınacaqda yardım
göstərilmişdir. 2009-cu ilin mart ayında hökumət həmçinin istismar
dövriyyəsini yarmağa kömək etmək məqsədilə peşə təhsili və işə düzəltmə
xidmətləri təqdim edən yardım mərkəzi açmışdır. Hesabat dövrü ərzində bu
Mərkəz 31 qurbana yardım etmişdir.
2008-ci ildə göndərilmiş 52 qurbanla müqayisədə 2009-cu ildə hüquq-mühafizə
orqanları hökumət tərəfindən maliyyələşdirilən sığınacağa 48 qurban
göndərmişdir. Hökumət qurbanların insan alveri ilə məşğul olan şəxslərin
istintaqı və cinayət təqibində iştirakını bununla ruhlandırdığını bəyan
etmişdir.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, səlahiyyətli
qurumlar tərəfindən müəyyən edilmiş 91 qurban hesabat dövrü ərzində hüquq-
mühafizə orqanlarına yardım etmişdir. Əvvəlki hesabat dövrü ərzində qurbanlar
iddia edirdilər ki, bəzi korrupsiyalaşmış polis zabitləri fiziki zor tətbiq
edərək hədələməklə onları şikayət etməkdən çəkindirmişlər.
Qanunla hüquq-
mühafizə orqanları ilə əməkdaşlıq edən, insan alverinin müəyyən edilmiş
xarici qurbanlarının məhkəmə işi tamamlananadək Azərbaycanda qalmasına icazə
verilir; halbuki 2009-cu ildə beynəlxalq icma tərəfindən məcburi əməyin
müəyyən edilmiş 496 qurbandan heç biri hüquq-mühafizə orqanlarına yardım
etməyə həvəsləndirilməmiş yaxud həmin halın istintaqı və cinayət təqibi başa
çatanadək ölkədə qalmalarına icazə verilməmişdir. Bundan əlavə, hökumət insan
alveri ilə məşğul olan şəxslər tərəfindən pasportların qurbanlara
qaytarılmasını təmin edə bilməmiş, habelə insan alveri ilə məşğul olan
şəxslərin şahid-qurbanları zor gücünə, sistemli şəkildə ölkədən çıxarmasının
və bununla da cinayətin sübutunu gizlətmələrinin qarşısını ala bilməmişlər.
Qurbanların insan alverinə cəlb edilmələrinin birbaşa nəticəsi kimi qanunsuz
hərəkətlər törətdiklərinə görə cəzalandırıldıqlarına dair məlumatlar
olmamışdır; amma fahişəliklə bağlı aparılan reydlər zamanı hüquq-mühafizə
orqanları tərəfindən həbs edilmiş qadınların bəzilərinin insan alverinin
potensial qurbanları olduqlarının yoxlanılmaması və insan alverinə cəlb
edilmələrinin nəticəsi olaraq törətdikləri qanunsuz hərəkətlərlə bağlı,
konkret desək fahişəlik pozuntu hallarına görə cəzalandırılmaları ilə bağlı
narahatlıqların olduğuna dair məlumat vardır.
Preventiv (profilaktik) tədbirlər:
Hesabat dövrü ərzində hökumət əsas etibarilə ictimaiyyətin məlumatlılığının
artırılması tədbirləri vasitəsilə insan alverinin qarşısının alınması
sahəsində bəzi səylər göstərmişdir. Hökumət, ölkənin 58 şəhər və rayonunda
insan alverinə qarşı mübarizə mövzusunda əsas etibarilə tələbələr və dövlət
qulluqçuları olmaqla hədəf auditoriya üçün seminarlar keçirmişdir. Hökumət
radio və televiziyada reklam yerləşdirməklə insan alveri ilə bağlı ümumi
məlumatlandırma kampaniyasını davam etdirmişdir. O, QHT tərəfindən idarə
edilən qaynar xətti maliyyələşdirməyə davam etmişdir ki, bu da ictimaiyyətə
informasiya təqdim etmək və insan alverinin potensial qurbanlarını müəyyən
etmək xidmətini göstərmişdir. Amma hökumət seksdən ticarət məqsədi ilə
istifadəyə olan tələbatı azaltmaq yolunda ictimaiyyətin məlumatlandırılması
kampaniyasını həyata keçirməmişdir. Hökumət insan alveri ilə mübarizə aparan
bəzi QHT-lərlə tərəfdaşlıq münasibətləri qurmuş, amma insan alveri ilə
mübarizə səylərində hökuməti tənqid edən QHT-lərlə əməkdaşlıqdan çəkinmişdir.
Dostları ilə paylaş: |