Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

Nazim Tapdıqoğlu
uşaq, 34 qadın,  13 kişi qətlə yetirilir. 38 kişi,  15 qadın girov götürülür...

fevral  1991-ci il - DQMV PK-nin  binası üzərində Azərbaycanın rəngli 
bayrağı ilə yanaşı  yaxınlıqdakı Vilayət Soveti İcraiyyə Komitəsi binası üzərində 
erməni bayrağı  da dalğalanır...

fevral  1991-ci il  Ağdam-Ağdərə  avtomobil  yolunda  ermənilər  azər­
baycanlıya məxsus olan avtomaşını gülləbaran edirlər.  1  nəfər ağır yaralanır...

fevral  1992-ci il - Ermənilər güclü artilleriya hazırlığından sonra 366-cı rus 
atıcı alayının köməyi ilə Sırxavənd kəndinə hücum edir. Rasim Ərşad oğlu Fər­
zəliyev şəhid olur.  Kənd sakini İsa kişi mərmi qəlpəsindən həlak olur.  Dinc sa­
kinlərdən - F.Qasımov, T. Bəşirov, Q.Mehdiyev,  B. Məmmədov, Ç. İbrahimov 
yaralanırlar...
7  fevral  1993-cü il - Füzuli və Cəbrayıl rayonlarının əraziləri ermənilər tərə­
findən atəşə tutulur. Tələfat və dağıntılar olur...
8  fevral  1806-cı il - Naxır bulağı adlanan ərazidə Bakı xanı Hüseynqulu xan 
görüş zamanı şəhərin rəmzi açarlarını Sisianova verərkən xanın əmisi oğlu İb­
rahim bəy  (Aslan bəy)  fürsət tapıb Sisianovu öldürür. Ara qızışdırılır. Yaranmış 
anlaşılmazlıq nəticəsində günahsız insanların qam tökülür...
8  fevral  1828-ci il - Rus qoşunları Ərdəbili tutur.  Onlar burda duz-çörəklə 
qarşılanır...

fevral  1905-ci il -  Silahlanmış  ermənilər Bakıda günahsız müsəlmanları 
qətlə yetirirlər...
8  fevral  1907-ci il - Təbrizdə silahlı üsyan baş verir. İran inqilabının mərkəzi 
Cənubi Azərbaycana keçir. Qubernator həbs edilir...

fevral  1919-cu il - Erməni silahlı quldurları  azərbaycanlılar yaşayan kiçik 
bir kəndə soxularaq kəndliləri öldürür,  onların əmlaklarını yağmalayır,  kəndi 
yandırırlar...

fevral  1919-cu il «Daşnaksütyun» beynəlxalq terror təşkilatının göstərişini 
yerinə yetirən erməni quldurları  Qaramanlı Azərbaycan kəndində 15 uşağı, 36 
qadını öldürür, 80 silahsız kişini bir-birinə bağlayaraq diri-diri torpağa basdı­
rırlar...

fevral  1919-cu il -  "Azərbaycan " qəzetində dərc olunmuş  "Ararat respubli­
kasında " adlı məqalədə Azərbaycan hökumətinin  nazir-sədr yanındakı xüsusi 
tapşırıq  məmurunun  nazirə  raportu verilir.  Raportun son cümlələri  belədir: 
"Həmin 3 kəndin tarmar edilməsinə 4 gün qalmış Çamırrı kəndində ermənilər tə­
rəfindən 4 kişi və 6 qadın öldürülmüşdür. Həm də kişilərin başı kəsilmiş, qadınların 
isə döşləri yarılmışdır.  Onların meyidlərini biz özümüz basdırdıq.  Şarab kəndinin
38
Azərbaycan faciələrinin təqvimi
ələ salınmış qadın sakini xəbər vermişdir ki, Şarab kəndinin bütün kişiləri qılıncdan 
keçirilmiş,  uşaqlar təndirlərdə yandırılmış, sonra bütün kənddən 8 qadını seçib 20 
gün saxlayaraq ələ salıb namuslarına toxunduqdan sonra buraxmışlar... ”
8  fevral  1993 -cü il - Erməni yaraqlıları Ağdam, Füzuli və Cəbrayıl rayonla­
rının ermənilərlə həmsərhəd ərazilərində azərbaycanlılar yaşayan kəndlərə bas­
qın edirlər. Dinc əhali arasında ölənlər və yaralananlar olur...

fevral  1905-ci il - Ermənilərin Rusiya hakim dairələrinin təhriki ilə Bakıda 
törətdikləri 3 gün davam edən şiddətli soyqırım bir qədər səngiyir...

fevral  1919-cu il - Erməni silahlı quldur birləşmələri Zəngəzur mahalının 
Dovorus  Azərbaycan  kəndini  tamamilə  çapıb-talayırlar,  kəndlilərə ölüncə 
işgəncə verilir...
9  fevral  1924-cü il - Naxçıvan Muxtar Sovet Sosialist Respublikası  (Naxçı­
van M S S R )  yaradılır...

fevral  1979-cu il - Tehranda baş verən üsyan böhranın dinc yolla nizama 
salınması planını pozur...

fevral  1992-ci il - Sırxavənd kəndi ərazisində qanlı döyüşlər gedir.  İtkilər 
olur...
9  fevral  1992-ci il - Erməni yaraqlıları  Şuşa rayonunun Malıbəyli kəndinə 
hücum edir.  nəfər qətlə yetirilir,  16 nəfər yaralanır. Kəndin ərazisinin bir his­
səsi işğal edilir...
9  fevral  1993-cü  il -  Ağdam rayonunun  Cinli kəndi  ermənilər tərəfindən 
atəşə tutulur...
9  fevral  1993-cü il - Xocavənd rayonunun Nərgiztəpə ərazisindəki döyüşdə 
1974-cü il təvəllüdlü, ağcabədili döyüşçü Namiq Vahid oğlu Abdullayev qumba­
ranı sinəsinə sıxıb özünü düşmən tankının altına ataraq şəhid olur...

fevral  1993-cü il -  Xocavənd rayonunun yüksəklikləri uğrunda döyüşdə 
ağcabədili qəhrəmanlar - Habil Mayıl oğlu Baxışov, Namiq Vahid oğlu Abdul­
layev,  Pərviz  Oqtay  oğlu  Əhmədov,  Cavad  Həsən oğlu Həsənov, Azər Firudin 
oğlu Hüseynov, Feyruz Telman oğlu Hüseynov, Maarif Xasay oğlu İbişov, Fər- 
mayıl Məhəmməd oğlu Quliyev, Rizvan Bilal oğlu Quliyev, Hafiz Baloğlan oğlu 
Məmmədov,  Hidayət Mirələm oğlu Səfərov, Həbib Sovet oğlu Səfərov, Həmid 
Şükür oğlu Şirinov, Müşfiq Malik oğlu Uluxanov şəhid olurlar...

fevral  1993-cü il - Bütün Ağdam cəbhəsi boyu vəziyyət son dərəcə ağırlaşır. 
Şəhər və ətraf kəndlərdə çoxlu dağıntılar törədilir.  Düşmən Ağdamkənd və Xo­
cavənd istiqamətlərində hücum edir. Hücum Şelli kəndi ərazisində dayandırılır. 
Şelli,  Xramord və Ergi istiqamətlərində cəbhə xəttinin yarılmasma cəhd göstə­
39


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə