Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

Nazim Tapdıqoğlu
27  fevral  1827-ci il - Rus qoşunları  İrəvanı  mühasirəyə alır.  Çoxlu sayda 
itkilər verilir...
27 
fevral  1917-ci il -  Fevral burjua inqilabının  qələbəsi  ilə Rusiyada mütlə­
qiyyət üsul-idarəsinə son qoyulur...
27 
fevral  1988-ci il -  Sovet İKP MK-nin  Baş  katibi M.S.Qorbaçov Azər­
baycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciət edir...
27  fevral  1988-ci il - Sovet İKP MK-nin məsul işçisi, erməni Brudens Xan­
kəndinə gələrək yalnız erməni liderlərindən ibarət olan çox məxfi bir iclas keçi­
rir.  O,  Moskvaya qayıtdıqdan sonra ermənilər mitinqləri  artıq  vilayətin  digər 
rayonlarında da keçirməyə başlayırlar...
27  fevral  1988-ci il - Ermənilər planlı şəkildə hazırladıqları  "Sumqayıt fa ­
ciəsi"ni həyata keçirirlər.  Bu təxribat aktı daşnaq terrorçular tərəfindən fitnə­
karlıq  məqsədi  güdür.  Eduard Qriqoryan,  Ohanyan,  Samoylov,  Pavlovski və 
başqa muzdluların iştirakı ilə 32 nəfər (26 erməni, azərbaycanlı) qətlə yetirilir, 
40  nəfər yaralanır...
27  fevral  1990-cı il - Laçın rayonunun Aşağı və  Yuxarı Cicimli kəndləri er­
mənilər tərəfindən  Gorus rayonu ərazisindən fasilələrlə avtomat və pulemyot­
lardan atəşə tutulur...
27  fevral  1992-ci  il  -  Firdovsi Fazil oğlu Vəliyev Ağdamın Şelli kəndindən 
bir  qədər  kənarda -  Qaraqayada pərən-pərən düşmüş Xocalı  sakinlərini  xilas 
edərkən erməni gülləsindən həlak olur...
28  fevral  1918-ci il - Trabzona gedəcək nümayəndə heyətinin birgə  iclası 
keçirilir. İclasda erməni nümayəndələri Türkiyə Ermənistanı üçün muxtariyyət 
tələbi haqqında danışıb Osmanlı dövlətinin Qars, Batum,  Ərdahana olan iddia­
sının rədd edilməsinin hüquqi əsasının olmadığını söyləyir. Bu, Türkiyənin daxili 
işlərinə müdaxilə idi...
28  fevral  1919-cu il - Erməni quldur dəstələri Seyid Kotanlı, Xaraba Kotanlı, 
Şaqaib azərbaycanlı kəndlərində əhalini qırıb-çatırlar. Meyidlər təhqir edilərək 
qarınları yırtılır, gözləri çıxarılır, qulaqları kəsilir...
28 
fevral 1919-cu il - Hökumətin qərarı ilə Naxçıvan general-qubernatorluğu 
yaradılır. Andranikin buradakı özbaşınalığına son qoyulur. Amma türk ordusu 
Naxçıvandan  (Qafqazdan)  çıxdıqdan sonra vəziyyət yenidən kəskinləşir. And­
ranikin  quldur dəstəsi  Gorusdan Dıx  kəndinə  yollanır.  Həmin  dəstədən 400 
nəfər Akara kəndi istiqamətində azərbaycanlılar yaşayan kəndlərə hücum edir­
56
Azərbaycan faciələrinin təqvimi
lər. Öldürülmüş azərbaycanlıların cəsədləri eybəcər hala salmır, evləri yandırılır, 
əmlak və mal-qaraları talan edilir...
28 
fevral  1992-ci il - Prezident fərmanı ilə Qarabağ zonası üzrə Silahlı Qüvvə­
lərə komandanlıq o  qədər də təcrübəsi olmayan Dadaş Rzayevə,  Ağdam şəhə­
rinin komandanlığı isə Ağdam DİŞ-nin rəisi  Rəşid Məmmədova tapşırılır...
28  fevral  1992-ci il - Xocalıdan qaçıb canını qurtarmaq istərkən güllələr ilə 
öldürülmüş azərbaycanlıların  bəzisinin müxtəlif bədən  orqanları  erməni qani­
çənləri tərəfindən kəsilərək götürülür...
28  fevral  1992-ci il - Döyüşlərdə göstərdikləri fəallığa, fədakarlığa görə S.Pri- 
myan  və  Z.əl-Məhəmməd  yüksək  mükafata  -  "Qızıl  Xaç"  ordeninə  layiq 
görülürlər...
28  fevral  1992-ci il - Füzuli şəhəri ermənilər tərəfindən qrad qurğularından 
güclü atəşə tutulur. B.Sərdarov ilə 28 May küçələrinin kəsişdiyi ərazi,  “Şəlalə” 
restoranının yaxınlığı dağıntılara məruz qalır...
28  fevral  1992-ci il -  Ağdam  şəhəri  19:30-da  ermənilər  tərəfindən  qrad 
qurğularından  atəşə tutulur.  Ciddi  dağıntılar baş verir.  2  nəfər həlak  olur,  2 
nəfər yaralanır.  Mərmi yağışı bir saatdan sonra yenə davam edir. Daha 10 nəfər 
dinc sakin həlak olur...
28  fevral  1993-cü il - Şimali Qafqazın Qudermes stansiyası yaxınlığında  "Kis- 
lovodsk-Bakı" sərnişin qatarı erməni terrorçuları tərəfindən partladılır; 11 nəfər 
həlak olur,  18  nəfər yaralanır...
28  fevral  1993-cü il - Füzuli rayonunun Aşağı  Veysəlli və Ağdam rayonunun 
Mərzili kəndlərindən  olan  erməni  əsarətində əzablı  işgəncələr  çəkmiş  6 girov 
dəyişdirilir...
29  fevral  1992-ci il  - Azərbaycanın  Milli  Qəhrəmanı,  Xocalının  igid oğlu 
Tofiq Mirsiyab oğlu Hüseynov ayağından yaralansa da,  düşmən əlinə diri keç­
məmək üçün sonuncu qumbarasını partladaraq özünü öldürür...
29  fevral  1992-ci il - Azərbaycanın Milli Qəhrəmanı Yavər Yaqub oğlu Əliyev 
idarə etdiyi Mİ-24 vertolyotu ilə havaya  qalxarkən  qəzaya  uğrayaraq həlak 
olur...
57


Nazim Tapdıqoğlu
M A R T

mart  1992-ci il - Erməni terrorçuları Xocalıdan əsir götürdükləri 120 nəfəri 
güllələyirlər...

mart 1992-ci il - Xocalı şəhidləri Ağdam qəbiristanlığında torpağa tapşırı­
lırlar.  Meyid  və  girovların  geri  alınması  üçün  tədbirlər  görülür.  Ermənilər 
Ağdam rayonunun sərhəd kəndlərindən 83 baş xırdabuynuzlu heyvan aparır­
lar...
1  mart  1992-ci il  -  Xocalı faciəsi ilə  bağlı ermənilərin  ruslarla əlaqələrinə 
dair sənədlərin böyük bir qismi Zaqafqaziya Hərbi Dairəsinin aviasiya koman­
danı, general-mayor S.Lukaşovun əmrilə yandırılır...

mart  1992-ci il  -  Şiraslan  Qaçay  oğlu Nəsibov Qazançı  kəndi  uğrunda 
döyüşdə həlak olur...
1  mart  1993-cü il - Cəbrayıl, Füzuli, Ağdam rayonlarının əraziləri ermənilər 
tərəfindən atəşə tutulur. Tələfat və dağıntılar olur...
•2 mart 1240-cı il - Görkəmli Azərbaycan mütəfəkkiri, alim, həkim, qazi, xey­
riyyəçi Şəmsəddin Əbdülabbas Əhməd ibn Xəlil ibn Cəfər ibn İsa Bərməki Xoylu
müəmmalı şəkildə ölür...
2  mart  1903-cü il- Bakıda siyasi nümayiş keçirilir...

mart  1917-ci il - Fevral burjua inqilabının qələbə xəbərindən sonra Bakıda 
çoxminli mitinq və nümayişlər keçirilir...

mart  1921-ci il - Azərbaycan K(b)P M K Siyasi Bürosunun iclasında Qa­
rabağ üsyanının yatırılması üçün  Ə. Qarayevin  rəhbərliyi altında Azərbaycan 
hissələri göndərilir.  Hökumət Qarabağa göndərilən  dəstələrin maliyyələşdiril­
məsi üçün xeyli vəsait ayırır...

mart  1991-ci il - Ağdamın Cinli kəndinə ermənilər hücum edirlər. Dağın­
tılar olur...
2  mart  1991-ci il - Martuni  (Xocavənd)  rayonunun Xocavənd kəndi erməni 
yaraqlıları tərəfindən atəşə tutulur. Kənd sakini Haqverdi Şəfi oğlu Yusifov qətlə 
yetirilir...
2  mart  1992-ci il - Axşam 366-cı 
alayın 
523 
nəfərlik şəxsi heyəti Gürcüstanın 
Vaziani 
şəhərinə aparılır...
58
Azərbaycan faciələrinin təqvimi
3  mart  1460 - cı il - Şeyx Cüneyd  Dağıstana və Şirvana hərbi yürüş edir... 
3  mart  1830-cu il - Car-Balakən camaatlığı ləğv edilir...

mart  1917-ci  il  -  Cənubi  Qafqazda  mülki  hakimiyyət  yeni  yaradılmış 
Xüsusi Zaqafqaziya Komitəsinə - OZAKOM-a verilir...

mart  1988-ci il - Erməni terrorçu-kamikadze millətlərarası zəmində toq­
quşma yaratmaq üçün adamların gözü qarşısında bir nəfər  azərbaycanlını gül- 
lələyir...
3  mart  1990-cı il - M.Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət He­
yətinin iclası keçirilir...
3  mart  1992-ci il - Ermənilər Ağdamın Gülablı kəndinin tərk edilməsi haq­
qında kənd əhalisinə ultimatum verir...
3  mart  1992-ci il - Şirin Mirzəyevin hazırladığı əməliyyat nəticəsində Qazançı 
kəndi tam nəzarətə götürülür.  Ələ keçən girovların bir qismi Xocalı əsirləri ilə 
dəyişdirilir...
4 mart 1460-cı il  -  Ərdəbil  hakimi Şeyx  Cüneydin  (I  Şah İsmayılın babası) 
dəstəsi Samur çayı sahilində Şirvanşahlarla baş verən döyüşdə Şirvanşah IIXə- 
lilullah tərəfindən məğlub olur, onun özü isə öldürülür...
4  mart 1915-ci il - Erməni Baradyan İngiltərədən kömək istəyir...
4  mart  1992-ci il - Erməni terrorçuları Sırxavənd kəndinə  basqın edirlər. 7 
nəfər həlak olur,  10 nəfər yaralanır, 2 nəfər itkin düşür...

mart 1993-cü  il - Ağdam,  Füzuli və Cəbrayıl rayonlarının əraziləri ermə­
nilər tərəfindən müxtəlif silahlardan atəşə tutulur.  İtkilər  və  dağıntılar olur...

mart 1994-cü il - Füzuli və Ağdam cəbhələrində gedən döyüşlərdə bir neçə 
Azərbaycan əsgəri həlak olur...
5  mart  1831-ci il - Talış xanı Mir Həsən xan  Lənkərana gəlir və Lənkəran 
üsyanına rəhbərlik etməyə başlayır...

mart  1922-ci il - Azərbaycan MİK-nin III sessiyası kənd təsərrüfatı məh­
sulu vergisi haqqında qanun qəbul edir. Azərbaycanda ərzaq vergisi tətbiq edil­
məyə başlayır...
5  mart  1938-ci il - Azərbaycan SSR XDİK-in müavini, DT mayoru Rayevin 
əmri ilə 566 nəfər güllələnir...

mart  1988-ci il - Xankəndi şəhər İcraiyyə Komitəsi gizli fəaliyyət göstərən 
«Krunk» təşkilatını rəsmi olaraq Dağlıq Qarabağı Ermənistana birləşdirici ko­
mitə kimi təsdiq edir...
59


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə