Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

Nazim Tapdıqoğlu
olaraq azərbaycanlılardan da mühacirət edənlər olur...
13  fevral  1988-ci il - Ermənilərin Xankəndi (Stepanakert)
 
şəhərində-Dağlıq 
Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin binası qarşısında, Mərkəzi Lenin 
meydanında 400 nəfərlik ilk mitinqi keçirilir. Mitinqdə  “Dağlıq Qarabağın Azər­
baycandan  ayrılması  və  digər millətçilik  ruhlu şüarlar,  qərarlar səsləndirilir. 
Mitinqə  “Krunk”
 
terrorçu təşkilatının sədri ArkadiManuçarov rəhbərlik edir...
13 
fevral  1990-cı il - Armen Mixayloviç Avanesyanm terrorçu qrupu  Yev­
lax- Laçın
 
avtomobil yolunun 105 kilometrliyində Şuşa-Bakı
 
istiqamətində hə­
rəkət edən avtobusu partladır.  2 sərnişin həlak olur,  13 nəfər yaralanır...
13 
fevral  1992-ci il - Xocalıya ərzaq və yanacaqla dolu sonuncu M-26 hərbi 
vertolyotu gəlir...
13  fevral  1992-ci il -  Ağdam rayonunun Mərzili,  Abdal-Gülabh,  Şelli və s.
kəndləri  atəşə tutulur.  Dağıntılar  olur.  Şəhərin mərkəzi  meydanında mitinq 
keçirilir...
13  fevral  2001-ci il  - Yerevan  özünün  hərbi və təhlükəsizlik sistemindəki 
elektron poçt kanallarına  "COMİT"
 
texnoloji sistemini də əlavə edir...
14  fevral  1921-ci il - Ağdamdan ermənilər yaşayan Darnavaz kəndinə kon­
sert vermək üçün gedən  6 nəfər azərbaycanlı aktyor daşnaq Ağacan Azyiyanın 
terrorçu qrupunun üzvləri tərəfindən qətlə yetirilir...
14  fevral  1992-ci il - Xocalı  şəhəri Mehdikənd və Noraguh  kəndləri  istiqa­
mətlərindən  atəşə tutulur. Dağıntılar olur...
14 
fevral  1993-cü il - Ermənilər Tərtər-Kəlbəcər
 
yolunu kəsərək Sərsəng su 
anbarından cənuba və şimala doğru yerləşən yaşayış məntəqələrini ələ keçirir­
lər...
14 fevral 1994-cü il - Füzuli və Ağdam cəbhələrində gedən döyüşlərdə bir neçə 
Azərbaycan əsgəri həlak olur...
15  fevral  1796-cı il - Rusların hərbi hissələri general Savelyevin başçılığı ilə 
Dərbəndə çatır...
15 
fevral  1979-cu il - Cənubi Azərbcanda inqilab tam qələbə çalırsa da, çoxlu 
sayda itkilər olur...
15  fevral  1988-ci il -  DQMV XDS-nin sessiyası SSRİ və Azərbaycan  SSR 
konstitusiyalarına zidd  olaraq  DQMV-nin  Ermənistan SSR-ə  birləşdirilməsi 
haqqında qərar qəbul edir...
15  fevral  1992-ci il - Müdafiə naziri  Şahin Musayev Əməliyyat İdarəsinin
44
Azərbaycan faciələrinin təqvimi
baş zabiti, leytenant  Fəhmin Hacıyevə müdafiə naziri əvəzi və baş qərargah rəi­
sinin səlahiyyətli nümayəndəsi olması barədə vəsiqə verib onu Ağdama göndə­
rir.  Ona eyni zamanda qarşıya çıxan hər  hansı  çətinlikləri  (?)  yerindəcə həll 
etmək hüququ da verilir...
15 
fevral  1992-ci il - Silahlı erməni hərbi birləşmələri Xocavənd rayonunun 
Qaradağlı kəndinə hücum edir. Kənd sakinlərinin və köməyə gəlmiş 15 əsgərin 
səyləri nəticəsində silahlı ermənilər geri çəkilməyə məcbur olur. 3 nəfər kənd sa­
kini - Nobil Əli oğlu Zeynalov, Xanalı Həbib oğlu Hüseynov, Altay Məhəmməd 
oğlu Həsənov və köməyə  gəlmiş  əsgər Manaf İslam oğlu Dadaşov öldürülür,  2 
nəfər ağır, ölümcül yaralanır...
15  fevral  1993-cü il - MDB-nin 128 saylı motoatıcı alayı və muzdlu kazaklar 
Ağdərə istiqamətində əks-hücuma keçərək azad edilmiş əraziləri işğal edirlər...
16  fevral  1931-ci il - Bakıda açılmış Azərbaycan zərbəçi  kolxozçularının 
I Qurultayı kolxoz quruculuğunun ilk müvəffəqiyyətlərinə yekun vurur, kolxoz 
hərəkatını daha da inkişaf etdirmək uğrunda  mübarizəsini  "qüvvətləndirməyə 
çağırır"...
16  fevral  1991-ci  il  -  Goranboy rayonunun Başqışlaq kənd sakini erməni 
yaraqlıları ilə döyüşdə avtomat silahla öldürülür...
16 
fevral  1992-ci il - Milli Qəhrəman Səfərəli Qurban oğlu Məmmədov Qa­
radağlı kənd sakinlərini erməni quldurlarından xilas edərkən minaya düşərək 
həlak olur...
16  fevral  1992-ci il - Səhər erkən məkrli düşmən Xocavənd rayonunun Qa­
radağlı kəndini mühasirəyə alır. Park və kolxoz idarələri tərəfdən atılan atəş nə­
ticəsində  6  nəfər  kənd  sakini  yaralanır,  nəfər kənd  sakini isə ölür.  Atışma 
zamanı kəndə köməyə gəlmiş  14  Milli Ordu əsgərindən nəfər də həlak olur...
16  fevral  1992-ci il - Erməni yaraqlıları Sırxavənd kəndinə basqın edirlər. 
Kənd sakini İntizam Bəşirov həlak olur...
16 
fevral  1992-ci il - Ağdam şəhəri ermənilər tərəfdən mərmi yağışına tutu­
lur.  Mərmilərdən biri 2 saylı ruhi  xəstəxanamn həyətinə düşür.  nəfər həlak 
olur.  Atılan mərmilər nəticəsində sürücü Rasim  Yunusovun
 
evi ciddi zədələnir, 
onun körpə uşağı yaralanır...
16  fevral  1994-cü il - 8 azərbaycanlı hərbi əsir ermənilər tərəfindən aman­
sızlıqla güllələnir...
17  fevral 1872-ci il - İltizam sistemi ləğv edilir...
45


Nazim Tapdıqoğlu
17 
fevral  1918 -ci il - Andranikin başçılıq etdiyi erməni yaraqlıları Türkiyə­
nin  Təpəköy kəndində yaşma və cinsinə baxmadan bütün dinc əhalini qətlə ye­
tirirlər...
17  fevral  1990-cı il - Naxçıvanda Künnüt kəndi  (Şərur rayonu)  erməni ya­
raqlıları tərəfindən işğal olunur...
17 
fevral  1992-ci il - Ağdam şəhəri ermənilər tərəfindən atəşə tutulur. Ölən­
lər, yaralananlar, dağıntılar olur...
17 
fevral  1992-ci il - Saat 5:30-da erməni-rus hərbi birləşmələri hücum edə­
rək bir neçə saat ərzində Xocavənd rayonunun 1100 nəfər əhalisi olan və ermə­
nilər yaşayan qonşu Ağkənd, Aşan, Paravatumb,  Qağarza,  Qarakənd,  Gavahın, 
Dağdağan,  Kəndxurd,  Kiş, Mirikənd,  Mısmına,  Müşkabad,  Ningi  (Cəmiyyət), 
Harov  kəndləri ilə əhatələnən  azərbaycanlıların  məskunlaşdığı  cənnətməkan 
Qaradağlı  kəndini  işğal  edir.  Bu işğalda 23-cü diviziyanın  366-cı  alayının  da 
müstəsna xidməti olmuşdur. Ümumilikdə kənd sakinlərindən 77 nəfər ( Abbasov 
Sərvər  İldırım oğlu,  Abdullayev Abdulla,  Axundov Hafiz Elmaz oğlu,  Arazov 
Eldar, Babayeva Validə Həmid qızı, Bayramov Arif İbrahim oğlu, Bayramov Elm- 
dar Rəşid oğlu, Bayramov Rəşid Həşim oğlu, Bayramov Sultan Rəşid oğlu, Da­
daşov Eldar İsa oğlu, Dadaşov Manaf İslam oğlu, Dadaşov Mikayıl İslam oğlu, 
Dadaşov  Uğur  Eldar  oğlu,  Doluxanov  Rəhim  Möhkəmə  oğlu,  Əliyev  Qasım 
Hüseyn oğlu, Əliyev Xaliq Məhərrəm oğlu, Əliyev Vətən Əmirxan oğlu,  Əliyev 
Zahid Zeynal oğlu, Əhmədova Sürəyya Cavad qızı, Əzizov Alov Əfqar oğlu, Əzi­
zov Atəş Əfqar oğlu, Əzizov İltifat Yelmar oğlu, Həsənov Altay Məhəmməd oğlu, 
Həsənov Əvəz Yaşasın oğlu, Hüseynov Xanalı Həbib oğlu, Hüseynov Xandəmir 
Bəbir  oğlu,  Hüseynov  Fehruz  Mahmud  oğlu,  Hüseynov  Həbib  Həmzə  oğlu, 
Hüseynov İbiş Həbib oğlu, Hüseynov Dəmir Musa oğlu, Hüseynov Niftalı Bakir 
oğlu, Hüseynov Nahid Adil oğlu, Hüseynov İmran Əhməd oğlu, Hüseynov Şah­
murad Hüseynalı oğlu, Hüseynov Şura Hüseynalı oğlu, Hüseynov Əbülfət Meh­
man  oğlu,  Hüseynov  Əsgər  Səməd  oğlu,  Hüseynov  Fədail  Zülfüqar  oğlu, 
Hüseynov Zülfiqar Dəmir oğlu, Hüseynova Səbiqə Mürsəl qızı, Hüseynova Qə­
nirə Həmid qızı, Hüseynova Raxşəndə Bayram qızı, Hüseynova Rahilə Şahmar 
qızı, Hüseynova Məxmər Məcid qızı, Xəlilov Zahid Əyyub oğlu, Kazımov Nəsimi 
Kazım oğlu, Kazımov Səlim Kazım oğlu, Kərimov Əliqismət Qara oğlu, Quliyev 
Ələstan Nəriman oğlu, Quliyev Ələkbər Məmməd oğlu, Quliyev Əloğlan Əlastan 
oğlu, Quliyev Kamal Bəylər oğlu, Quliyev Gündüz Əlqəmə oğlu, Quliyev Mirzəli 
Müslət oğlu, Quliyev Nəbi Mütalib oğlu, Quliyeva Nazənin Rəşid qızı, Məmmə­
dov Ədatət Şahmar oğlu, Məmmədov Ərəstun Ağalar oğlu, Məmmədov Məmməd 
Əmirxan oğlu, Mustafayev Qərib Həsrət oğlu, Mustafayev Talib Yaqub oğlu, 
Nağıyev Aftandil Xanlar oğlu, Nazarov Sura İbad oğlu, Rəhimov Məhi, Rüstə­
46
Azərbaycan faciələrinin təqvimi
mova  Zivər Alıhüseyn qızı, Səmədova  Gülzəndə Bakir qızı,  Süleymanov Elçin 
Möhübbət oğlu, Şirinov Böyükkişi Lələ oğlu, Şirinov İltifat Əjdər oğlu, Tağıyev 
Faiq Həsrət oğlu, Tağıyev Elsevər Teyyub oğlu, Tağıyev Həsrət, Tağıyev Kamil 
Sərdar oğlu, Tağıyev Zakir  Gülüm oğlu, Tağıyev Telman Tevon  oğlu,  Vəliyev 
Fazil Cavad oğlu, Vəliyev Füzuli Cavad oğlu, Zeynalov Nobil Əliş oğlu) və eləcə 
də  köməyə  gəlmiş  Milli  Ordunun  14  nəfər əsgəri silahlı  ermənilər  tərəfindən 
xüsusi  amansızlıqla  qətlə  yetirilir.  Cəsədlərin  çoxusu  (40-a qədəri)  ermənilər 
tərəfindən "Bəylik bağı" adlanan ərazidəki "Silos quyusu"na atılır. Gündüz saat
15.00  radələrində ermənilər əsir götürdükləri adamlardan  10 nəfərini  Qağarza 
və Papavatumb kəndləri yaxınlığında güllələmək üçün maşından düşürüb sıraya 
düzürlər. On nəfərdən biri olan Telman adlı şəxs özündə saxladığı yeganə qum­
baranı ermənilərin toplandığı istiqamətə atır. Özü də daxil olmaqla 9 nəfər azər­
baycanlı  və 3  erməni həlak  olur.  Ağır partlayışdan  qəlpə  yarası  alan  Vidadi 
Hüseynov isə möcüzə nəticəsində salamat qalır. Ara qarışan kimi cəld özünü ti­
kanlı kollara vurub orada gizlənən  И dadı axşam toranlıq düşəndən sonra çox 
çətinliklə ermənilər yaşayan kəndin ərazisindən keçərək  (həmin kəndlərin əra­
zilərində  o,  bir sıra faciələrlə  də üzləşmişdir)  gecə saat 2  radələrində  (artıq 18 
fevralda)  Ağdam rayonunun Abdal-Gülablı kəndinə gəlib çıxa bilir...  Beləliklə, 
erməni quldur birləşmələri Xocavənd rayonunun azərbaycanlılar yaşayan Qa­
radağlı  kəndini işğal edirlər.  XX əsrin  amansız və  qələmin də yaza  bilmədiyi 
çox ağrılı səhnələri olan dəhşətli Qaradağlı faciəsi baş verir.  Xarici Kütləvi İn­
formasiya Vasitələrinin məlumatlarına görə, dinc əhaliyə qarşı olan bu cinayət­
lərdə erməni  quldur və terror  birləşmələri sırasında  öz  vətənlərində  məhkum 
olunmuş və həbsxanalardan qaçmış ərəb muzdluları da iştirak etmişlər...
17  fevral  1992-ci il - Ağdam şəhərində izdihamlı mitinq keçirilir. Qasım Kə­
rimov mitinqdə Ağdam rayonu PŞ-nin rəisi İslah  Paşayevin  bir sutka ərzində 
rayonu tərk etməsi tələbi ilə çıxış edir...
17 
fevral  1992-ci il - Separatçı daşnaq yazıçı Zori Balayan "Ocaq " kitabının 
müəllifi) Telavi hərbi bazasında silahlanmış ermənilərə başa salır ki, kim Böyük 
Ermənistan uğrunda vuruşursa, o,  tarix yaradır...
17 
fevral  1993-cü il - Ağdam rayonunun mərkəzi atəşə tutulur.  Ölənlər, ya­
ralananlar və dağıntılar olur.  Düşmən Şelli kəndi istiqamətində hücum etməyə 
cəhd göstərir...
17  fevral  1993-cü il - Ermənilərin güclü hücumları nəticəsində Qozlu Körpü 
(Hötevan)  və Heyvalı  (Drmbon)  kəndləri işğal edilir...
17  fevral  1994-cü il - Kəlbəcər bölgəsində şəmkirli igidlər - Zakir Lətif oğlu 
Əliquliyev, Osman İbrahim oğlu Əliyev, Rasim Camal oğlu İsayev, Abbas Haq- 
verdi oğlu Xudaverdiyev, Elman Qasım oğlu Qasımov, Bakir İskəndər oğlu Məm­
47


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə