Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə57/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   51   52   53   54   55   56   57   58   59

 
199 
       
             Tükənməz  işıq  mənbəyi... 
 
   
Mən Həqiqət xanımı orta  məktəb illərindən tanıyıram. Göyçay 
şəhər  Qantəmir  adına  1  saylı  orta  məktəbdə  divar  qəzetinin 
redaktoru olan Həqiqət Kərimovanın müavini mən idim. Onun da, 
mənim də tarixə, ədəbiyyata olan həvəsimiz hədsiz idi. O da şeir 
yazırdı,  mən  də.  O,  məktəb  kollektivinin  sevimlisi  idi.  Zəngin 
dünyagörüşə  malik  olmasıyla  fərqlənən  Həqiqət  xanım  öz 
nümunəvi  davranışıyla  mənim  yaddaşımda  saflıq,  səmimiyyət 
rəmzi kimi qalıb... 
   Bakı  Dövlət  Universitetinin  tarix  fakültəsində  ali  təhsil  aldığı 
illərdə  onun  fəlsəfə  elminə  sıx  bağlanması  təsadüfi  deyildi.  Sırf 
nəzəriyyəçilik  və  fərdi  intellektual  fəaliyyəti,  bu  sahədə  təbii 
istedadı bu gün onu fəlsəfə tarixi tədqiqatçısı kimi formalaşdırıb. 
Mən  özüm  şair  olduğuma  görə  Həqiqət  xanımın  bədii 
yaradıcılığından daha çox danışmaq imkanım var. Onun şeirləri də 
fəlsəfə  elmi  ilə  sıx  bağlıdır.  İstər  elmi-  dini  mülahizələri,  istər 
islam  astronomiyasının  məziyyətləri,  istərsə  də  ayrı-  ayrı  elmi- 
publisistik əsərləri deməyə əsas verir ki, Həqiqət xanım dövrünün 
görkəmli  alimi,  istedadlı  şairi,  dəyərli  ziyalısıdır.  Onun  yazdığı 
əsərlərin hamısında bir tükənməz işıq var. Vətəndaş ziyalı olaraq 
bu  işığı  bizə,  gələcək  nəslə  çatdırmağı  üçün  Həqiqət  xanım 
xoşbəxtdir,  daha xoşbəxt gələcəyi olan şəxsiyyətdir. 
                                                                                                        
                                                                       Ədalət  Əsgəroğlu, 
                           Azərbaycan Yazıçılar Birliyinin  mətbuat katibi. 
 
                       
 
 


 
200 
            
               Anamla fəxr edirəm 
 
   Mənim  anam  çox  işgüzar  qadındır.  Mən  anamı  çox  sevirəm. 
Anam həddindən artıq kitablara və elmi işə bağlı olan bir qadındır. 
Anamın xasiyyəti nə qədər mehriban olsa da, bir o qədər də sərtdir. 
O, kitab üzərində işləyəndə mən ona sual veməyə ehtiyat edirəm. 
Çünki anam o dəqiqə çaşır və yazdıqlarını unudur. Axşam saat 3-ə 
qədər kitab üzərində işləyir. Həmişə fikirləşirəm ki, görəsən anam 
haçan  dincələcək?  Bu  barədə  ona  sual  verəndə  o,  mənə  cavab 
verir ki, heç vaxt. 
   O, ailəmizin fəxridir. Onunla fəxr edirik. 
 
                                                                    
   Əli  Kərimov 
 
 
            
Hörmətli  yazıçımız  Camal  Zeynaloğlu! 
 
   Sizin  dünyalar  qədər  sevdiyim  anam  barəsində  zəhmət  çəkib 
qələmə  aldığınız    bu  kitab  mənə  və  qardaşıma  ən  böyük 
hədiyyədir. Arzu edirəm ki, bundan conra da yazacağınız kitablar 
həyatda  həmişə  anam  kimi  təmiz  insanlara  ünvanlansın.  Çox 
sevinirəm ki, anamın gecəli-gündüzlü çəkdiyi zəhmətin qiymətini 
verən insanlar var imiş. 
   Çəkdiyiniz  bütün  zəhmətə  görə  Sizə  Kərimovlar  ailəsinin 
minnətdarlığını bildirirəm. 
   Çox sağ olun!   
                                           
                                  Hörmətlə:  Aygün  Kərimova 
 


 
201 
                       
  
 
                     Ürəyin işıq yolu 
 
   Həqiqət xanımı ilk dəfə keçən ilin payızında Xətai rayonu üzrə 
bələdiyyə  seçkiləri  zamanı,  oğluna  ərəb-  fars  dili  öyrətdiyim 
məktəbdə valideyn kimi görmüşəm. Məktəbin tədris hissə müdiri 
Şəfiqə xanım  bizi tanış etdi. Həqiqət xanım baş redaktoru olduğu 
“Ziyalı”  qəzetinin  son  nömrəsini  və  üç  kitabını  mənə  bağışladı. 
Otuz  il  bundan  əvvəl  Rəsul  Rza  poeziyasındakı  realizm 
tərənnümünə düçar olarkən eşitmişdim ki, “Qəmin adı gəldi” deyə 
onu evdən qovarlarmı? Qəmi kipriklərin arasında özünlə yatırdıb, 
özünlə yaşa doldurub, kamilləşib, körpələşməlisən... 
   Bu  aksiomanı  Həqiqət  xanımın  mənə  verdiyi  qəzetdə  dərc 
olunmuş müsahibədə gördüm. Müsahibə məndə kədər doğursa da, 
o yazını oxuduğum üçün çox sevinirdim. 
   Çünki  Rəsul  Rza  dediyi  “QƏM”  in  kamilliyin  bənzərsizliyinə 
rast  gəlmişdim.  Bir  ay  sonra  Həqiqət  xanımın  seçki  platforması 
məktəbin qapısına vuruldu. Məktəbdə yığıncaq keçirildi; Həqiqət 
xanımın vəkilləri, qələm dostları, hətta dərs dediyi tələbələr də bu 
yığıncağa  gəlib  onun  seçki  platformasını  dinləyir,  haqqında 
danışırdılar.  Onu  nə  qədər  sevirmiş  dostları.  Alimlər,  yazıçılar, 
tibb  mütəxəssisləri,  şairlər,  jurnalistlər,  müğənnilər.  Həqiqət 
xanımın ünvanına deyilən dəyərli kəlmələr keçdiyi həyat yolunda 
zəhmətkeşliyi qeyd olunurdu. 
   Fikrimcə  insan  üçün,  bundan  gözəl  qiymət  ola  bilməzdi. 
Yığıncaq başa çatdıqdan sonra seçicilər onu öpür, zalı tərk etməyə 
qoymurdular. Xalqın məhəbbətini qazanmışdı Həqiqət xanım. Bu 
məhəbbəti  hər  insan  qazana  bilməzdi.  Bu  sevgini  o,  qətrə-qətrə, 
gecəsini gündüzünə qata-qata, insan psixologiyasını dərk edə-edə 
namuslu ömür yolunda əldə etmişdi. Əfsuslar olsun ki, xalqımızın 


 
202 
bu  qeyrətli  qızı  bələdiyyə  üzvü  seçilmədi.  Nə  üçün?  Məgər  o  bu 
ada  layiq  deyildimi?  Yox!  O  daha  yüksək  mövqeyə  layiq  idi, 
görünür  doğrudan  da,  onun  taleyi  müəmmalıdır.  Lakin  mən 
inanıram ki, o öz həqiqi qiymətini haçansa alacaq... 
   Əlimdəki  qəzetdə  isə  onun  “Özüm  də  bilmirəm  ki,  mən 
kiməm?” adlı müsahibəsi dərc olunmuşdur. Zaman keçdikcə ömür 
yolunu pillə-pillə qalxırdı Həqiqət xanım. Gözlərim dolur, sətirlər 
gözümün dumanlı pərdəsi arxasında qarışır: 
-  Həqiqət xanım, hazırda çoxlu tələbələriniz var, indiyə qədər 
dərs  dediyiniz  tələbələr  arasında  “TƏLƏBƏ  HƏQİQƏTƏ” 
rast gəlmisinizmi? 
-    Bəli,  rast  gəlmişəm.  Formal  qiymət  yazmağıma  razı  olmayıb 
biletin  suallarına  cavab  verdi  və  əla  qiymət  aldı.O,  mənim  canlı 
keçmişim  idi.Üzbəüz  oturmuşduq.Sanki  yuxulu,  qəm  dolu 
xatirələri mənə xatırlamağa gəlmişdi... 
   Tələbə  qız  çıxır.  Həqiqət  xanım  yerindən  qalxıb    pəncərəyə 
yanaşır.Gözlərində bir yığın iztirab və ümidsizlik, yuxusuzluqdan 
solğun  bənizli  tələbə  çağlarını  xəyalında  canlandırır  Həqiqət 
xanım.  Bircə  kəlmə  nəvazişli  sözə  bənddi...    Gözlərindəki  taya 
buludun  sinəsindən  nazik  qızıl  ilan  çalaydı,  dünyanı  selə  qərq 
edərdi bu ilahi qadın... 
 
                                 Gəl səninlə bir anlıq  
                                 Hamıdan uzaqlaşaq 
                                 Həsrətli dostlar kimi 
                                 Qol açaq, qucaqlaşaq. 
                                 Söküləndə dan yeri
                                 Şəfəq gülsün zər kimi. 
                                 Pıçıldaşaq astadan, 
                                 Gizli sözlülər kimi. 
                                 Ay tələbə illərim... 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə