Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

 
183 
    
 
        Onunla həmsöhbət olmaq adama  
                   mənəvi zövq verir 
 
   Özümü  dərk  etdiyim  gündən  insanlar  arasında  ən  böyük  önəm 
verdiyim  xüsusiyyət  səmimiyyət  olub.  Arada  mənə  elə  gəlir  ki, 
dünyada  hər  şey  səmimiyyət  üzərində  qurulsaydı,  bu  balaca  Yer 
üzü lap xoşbəxtlik kürəsinə bənzəyərdi. 
   Mən  də  Həqiqət  xanımla  Allahın  xoşbəxt  bir  günüdə  -  M.  F. 
Axundov adına Dövlət Kitabxanasında Qurani- Kərimin qiraətinə 
həsr  olunmuş  toplantı  zamanı  tanış  olmuşdum.  Bu  qadın  ilk 
tanışlıqdan mənə elə səmimi təsir bağışaldı ki... Söhbəti, danışığı, 
hətta  təbəssümü...  Hər  dəfə  insanları  tanımaq  haqqında 
fikirləşərkən  yadıma  Konfutsinin  sözləri  düşür:  “insan 
qəlbindəkiləri  dərk  etmək-  təbiəti,  dağları,  daşları,  çayları  dərk 
etməkdən qat-qat çətindir. Təbiətin yaz, bahar, payız, qış fəsilləri 
var.  İnsan  təbiəti  isə  bilinməzdir.  Hisslər  çox  dərinlərdə 
gizlənib...” 
   Həqiqət  xanımla  daha  yaxından  tanış  olduqca  bildim  ki,  o,  elə 
göründüyü 
kimi 
olan 
qadındır. 
Dünyanın 
bütün 
saxtakarlıqlarından uzaq, riyasız, boyasız, səmimi və xeyirxah. 
   Filosof,  publisist,  yazıçı,  jurnalist,  onlarla  kitabın  müəllifi, 
“Ziyalı”qəzetinin baş redaktoru, ölkəsinin yükünü öz çiyinlərində 
daşıyan  qadın,  ana    olan  Həqiqət  xanımın  işgüzarlığına,    vaxtı 
necə  ayırmasına,  saysız-  hesabsız  işlərini  çatdırmasına  təəccüb 
etməyə  bilmirsən.  Onunla  həmsöhbət  olarkən,  ondan  nəsə  yaxşı 
bir  şey  öyrənirsən.  Həqiqət  xanımla  qarşılaşarkən,  telefonda 
danışarkən  sevinirsən.  Bu  qadınla  ünsiyyətdə  olmağa  ehtiyac 
duyursan.         


 
184 
   Xeyirxahlığına  gəldikdə  isə    məncə,  Həqiqət  xanım  özü  çətin 
vəziyyətdə qalsa belə, insanların köməyinə çatmağı, əl tutmağı elə 
insanlıq borcu sayır. Mənə elə gəlir ki,  Həqiqət xanım dünyanın 
ən  böyük  və  ən  gözəl  sözlərinə  layiqdir.  Bu  ləyaqətli 
azərbaycançılıq  hisslərini  özündə  cəmləşdirən  Həqiqət  xanımın 
bütün xüsusiyytlərinin fövqündə isə səmimiyyət dayanır... 
 
                                                                                                                     
                                                                      Ağanisə Sultanova,                                                                                                                     
                                                                      jurnalist. 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
185 
 
 
                         
  
 
 
         Qəlb sirdaşım, məsləhətçim 
 
   İndi elə bir ziddiyyətli dövrdə yaşayırıq ki, insan mənəviyyatını, 
əxlaqını,  inamını,  etibarını,  yüksək  əqli  keyfiyyətləri  maddi 
dəyərlər 
üstələyərək, 
adamları 
əqidəsiylə, 
inamsızlığa, 
əxlaqsızlığa sürükləyərək, nəticədə milli mentalitetimizdə həyəcan 
siqnalı  verilmişdir.  Amma  təəssüf  hissiylə  demək  olar  ki,  bu 
həyəcan  siqnalı  kiminsə  heç  vecinə  deyildir.  Belə  bir  zamanda 
yolunu  azmış  insanlar,  pul  hərisləri  öz  soydaşlarına,  öz  soy-
kökünə  qarşı  sanki  “səlib  yürüşü”nə    çıxıblar.  Millətinin  tale 
yükünü  çiyinlərində  gəzdirən  millətsevrləri  isə  həyat  öz  amansız 
məngənəsində  elə  sıxıb  ki,  onlara  yerdən  qalxmağa  belə  macal 
vermir  və  nankorlarımızın  qəfil  zərbələrindən  çaşıb  qalıblar.  Nə 
etməli?!  Təhlükə  qarşısında  qalan  genefondumuzu  bu  gün  necə 
xilas etməli? 
   Belə  bir  tarixi  məqamda  ən  ağır  yük  ziyalılarımızın  üzərinə 
düşür.  Əlbəttə,  belə  bir  ağır  yükün  altına  girmək  insanlardan 
böyüklük,  prinsipiallıq,  dözümlülük,  mübarizlik,  qətiyyətlilik, 
dönməzlik, əqidə bütövlüyü və alicənablıq tələb edir. 
   Bugünkü  dövrdə  öz  həyat  salnaməsini  yazmağa  çalışan 
adamlara  qibtə  etməmək  mümkün  deyildir.  Belə  insanlardan  biri 
də  narahat  bir  ömür  yaşamış,  bütün  həyatını  elmə  sərf  etmiş, 
başaqaları üçün şam tək əriyən, özünə bir gün ağlamayan, etibarlı 
dost, vəfalı həyat yoldaşı, qayğıkeş ana, cəsarətli millətsevər qadın, 
hərtərəfli  dünyagörüşə  malik  elm  xadimi,  yazıçı,  uzun  illərdən 
bəri ürək sirdaşı olduğum Həqiqət xanımdır. 
   Həqiqət  xanımın  tarixi,  elmi,  fəlsəfi  yazılarıyla  bərabər,  çoxlu 
lirik şeirləri də vardır ki, həmin şeirlərə gözəl mahnılar bəstələnib. 


 
186 
Mahnıların  bəstələyicisi  də  Həqiqət  xanım  özüdür.  Onun 
bəstələdiyi  mahnıları  dinlədikcə  adam  özünü  tamam  unudur. 
Onun  həm  şux,  həm  də  lirik  mahnılarına  qulaq  asanda  hansı  bir 
ecazkar qüvvəsə səni özünə ram edir. Həqiqət xanımın bəstələdiyi 
Nərgizim”,  “Şəfqətim”,  “Bəxtimə  düşən”  lirik  mahnıları  nə 
qədər  şux,  oynaq  olsa  da,  “Təbrizi”,  “Vətən”,  “Səni  necə 
unudum?” mahnıları da bir o qədər kədərli, qəmli notlar üzərində 
köklənmişdir.Onun  musiqi  dünyası  çox  zəngin  və  rəngarəngdir. 
Həqiqət həddindən artıq incə,  kövrək qəlbə malik bir insandır. O, 
kimsəsiz,    imkansız  bir  adam  gördükdə  çalışacaq  ki,  hansı  yolla 
olursa-olsun,  ona  kömək  etsin.Özü  maddi  cəhətdən  o  qədər  də 
təmin  olunmamış  bir  ziyalı  olsa  da,  həmişə  kasıblara,  əlsiz- 
ayaqsızlara  əl  tutmağa  can  atır.Onun  bu  xeyirxahlığına  görə  də 
çoxlarının dərin hörmət və rəğbətini qazanıb Həqiqət xanım.Mən 
də  bu  insani  keyfiyyətlərinə  görə  Həqiqəti  çox  istəyirəm.  Onun 
yazılarını  oxuduqca  istər-istəməz  hər  bir  adamın  qəlbində  
xeyirxahlıq  və  mərhəmət  hissi  oyanır,  insanları  paklığa  çağırır, 
özünə  inam  hissini  artırır.Həqiqət  xanım  kimi  yaxın  rəfiqəm, 
sirdaşım, məsləhətçim olduğu üçün bundan böyük qürur duyuram.    
   Həqiqət xanıma bundan sonra da elmi yaradıcılığında tükənməz 
uğurlar, möhkəm can sağlığı və xoşbəxt həyat arzulayıram. 
 
                                                 
Tahirə xanım Muradova,  
                                                          müğənni. 
 
 
   
 
 
 
 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə