88 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
HƏMZƏ CƏFƏROV
Naxçıvan Dövlət Universitetinin professoru,
tarix elmləri doktoru
E-mail: hamzacafarov@gmail.com
MÜSTƏQİLLİK DÖVRÜNDƏ DÖVLƏT GƏNCLƏR SİYASƏTİNİN
FORMALAŞMASINDA HEYDƏR ƏLİYEVİN ROLU
Açar sözlər: Heydər Əliyev, gənclər hərəkatı, gənclər forumu, gənclərlə iş, gənclərin təhsili
Ключевые слова: Гейдар Алиев, молодёжное движение, молодёжный форум, работа
молодёжью, образование молодёжи
Keywords:Heydar Aliyev, youth movement, youth forum, work with youth, education of youth
Hər hansı bir xalq kimi Azərbaycan xalqı üçün də mühüm tarixi nailiyyət olan dövlət
müstəqilliyinin qazanılmasından böyük hadisə yoxdur.Müstəqil dövlətçilik çoxəsrlik Azərbay-
can tarixinin ən böyük hadisəsidir.XX əsrin əvvəllərində Azərbaycanda qazanılmış birinci
dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının tarixində dönüş mərhələsi yaratmışdı. La-
kin Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli istiqlalının acı taleyi müstəqilliyin qoru-
nub saxlanması və möhkəmləndirilməsinin onu qazanmaqdan da zəruri olması faktını meyda-
na qoymuşdu. Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansının
ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi
bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev oldu.
Hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin
əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclər-
lə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqti-
sadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, gənclərin sosial-mənə-
vi ehtiyaclarının ödənilməsi, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün
münbit şəraitin yaradılması olmuşdur. Bu da təbiidir.Çünki gənclər xalqın ümidi, onun inkişa-
fının və yüksəlişinin əsas meyarı və barometridir.Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi
gənclər siyasətinin düzgün qurulmasından, gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət
şəraitindən bilavasitə asılıdır.
90-cı illərin əvvəllərində sovet imperiyasının, onun məhəng daşı olan kommunist ideo-
logiyasının süqutu ilə yeganə təşkilatı olan komsomolun fəaliyyətinə son qoyuldu.
Müstəqilliyin ilk dövrlərində əhalinin bütün təbəqələri, sosial qrupları arasında müşahi-
də olunan milli oyanış, sosial-siyasi fəallıq gənclərdən də yan keçmədi.«Sovet imperiyasına
qarşı mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının
ön sıralarında gənclərimiz getmişlər.1988-ci ildə erməni ekstremislərinin Azərbaycana qarşı
başladıqları hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və
fəaliyyət göstərməsində gənclərin böyük xidmətləri olmuşdur» (6).
Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi
formalaşmağa başladı.Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə
bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı.İlk gənclər təşkilatları
əsasən kortəbii surətdə, respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda xalq hərəkatının
təsiri altında təşəkkül tapmağa başlamışdılar. Lakin «1991-1993-cü illərdə respublikada hökm
sürən hərc-mərclik şəraitində təşəkkül tapmış gənclər təşkilatlarının çoxunda siyasiləşmə, pa-
Ümummilli lider Heydər Əliyev – 90 89
Tarix və onun problemləri, №2 2013
pulizm meylləri özünü büruzə verdi. Bu təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən
müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına düşdü. Azərbaycanın müstəqilliyi, su-
verenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu pro-
sesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi partiya və qurumların deyil,
ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasiətinin hazırlanıb
həyata keçirilməsi zərurətini ortaya atdı (6).
Təəssüf ki, həmin dövrdə Azərbaycanda təzahür edən xaos və özbaşınalıqlar, hakimiy-
yət uğrunda mübarizələr və bütün bunların məntiqi nümunəsi olan Qarabağ savaşında acına-
caqlı məğlubiyyət və torpaqlarımızın işğalı gənclər arasında bədbinliyin artmasına, vətənpər-
vərlik və vətəndaşlıq hisslərinin aşılanmasına, narkomaniya, cinayətkarlıq və digər neqativ
hallarının çoxalmasına şərait yaratmışdı. Təbii ki, belə bir şəraitdə cəmiyyətin aparıcı qüvvəsi
olan gənclərlə bağlı hər hansı bir dövlət siyasətinin aparıldığından söhbət gedə bilməzdi.
Müstəqil Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış bu boşluq yal-
nız 1993-cü ilin iyununda cənab Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından
sonra aradan qaldırılmağa başlandı və gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət
sahələrindən birinə çevrildi. Məhz 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət gənclər si-
yasəti təşəkkül tapmağa başladı.
1993-cü ilin 22 sentyabrında Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən, Res-
publika Ali Sovetinin sədri Heydər Əliyev cənabları gənclərin bir qrupu ilə görüşmüş, Azər-
baycan gəncliyini ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, ölkənin taleyinə
biganə qalmamağa çağırmışdı.
Gənclərlə iş sahəsində dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq, Azərbaycan pre-
zidenti Heydər Əliyev 1994-cü ilin iyul ayının 26-da bu siyasəti həyata keçirəcək yeni dövlət
quruluşunun - Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzalandı (4). Ye-
ni Nazirliyin qarşısına qoyulan əsas məsələlərdən biri böyüməkdə olan nəslin Vətənə, xalqa
məhəbbəti ruhunda tərbiyə olunması, gənclərin sosial-iqtisadi problemlərinin həlli, mənəvi eh-
tiyaclarının ödənilməsi, gənc nəslin hərtərfli inkişafı üçün şəraitin yaradılması olmuşdur. Res-
publikada çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə onların işini əlaqə-
ləndirmək zərurəti getdikcə özünü daha çox göstərirdi.Bu işi təmin etmək məqsədilə prezident
Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin 2 fevralında keçirilmiş Müstəqil Azərbaycan
Gənclərinin I Forumunun xüsusi əhəmiyyəti oldu. Forumda gənclərin bütün kateqoriyalarını:
tələbələri, hərbiçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını təmsil edən 2 mindən
çox nümayəndə iştirak etmişdi. Forumun işində respublika prezidenti başda olmaqla bütün
dövlət orqanlarının rəhbərləri iştirak etmiş, gənclərin irad və təkliflərini dinləmiş, bütün Azər-
baycan gəncliyinin problemlərini yaxından öyrənmişlər.
Forumda böyük nitq söyləyən Azərbaycan prezidenti gəncliyin qarşısında çox böyük
vəzifələr durduğunu, onun əsas vəzifəsinin isə özünü Müstəqil Azərbaycan Respublikasının
inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olması-
na həsr etməkdən ibarət olduğunu qeyd etmişdir (9, s.315).
Öz çıxışında dövlət başçısı həmçinin gənclərə Azərbaycan Konstitusiyasını öyrənməyi,
onun prinsiplərinə riayət etməyi tövsiyə etdi.Prezident eyni zamanda ölkəmizin ərazi bütöv-
lüyünün təmin edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, dövlət sərhədlərimizin
bərpa olunması Azərbaycan gənclərinin mühüm vəzifəsi olduğunu onların nəzərinə çatdırdı
(9, s.319). Bu vəzifənin yerinə yetirilməsi üçün Ali Baş komandan gənclər arasında hərbi-və-
tənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycan ordusuna, onun daha da möhkəmləndi-
90 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
rilməsinə diqqəti artırmağı tələb etdi və vurğuladı ki, gənclər təşkilatının, gənclərin əsas vəzi-
fəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya hazırlamaqdan ibarət olmalıdır (9,
s.321). «Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şə-
rəf bilməlidir».Prezidentimiz bu sözləri müasir Azərbaycan gənclərinin həyat defizinə çevir-
mişdir.
Hələ SSRİ-nin mövcudluğu dövründə Azərbaycan SSR-nin rəhbəri işləyərkən möhtə-
rəm prezident Azərbaycanın gələcəyi haqqında düşünmüş, onun yüksək ixtisaslı zabit kadrlara
ehtiyacını nəzərə alaraq, bir sıra tədbirlər görmüşdü. 1972-ci ildə onun bilavasitə təşəbbüsü və
təkidi ilə Bakıda xüsusi hərbi məktəb - Cəmşid Naxçıvanski adına məktəb açılmışdı. Azərbay-
can milli ordusunun yaranmasında və təşəkkül tapmasında bu məktəb çox böyük xidmətlər
göstərmiş, hər il onun 800-900 müdavimi Sovet İttifaqının ali hərbi məktəblərinə göndərilirdi.
İndi ordumuzda xidmət edən zabitlərin çoxu həmin dövrdə hazırlanan zabitlərdir.
Təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan Heydər Əliyev göstərir ki,
bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə qalxmaq-
dır. Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri də mənəvi tərbiyə məsələsinin oldu-
ğunu qeyd edən prezident gəncləri ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli-mənəvi
dəyərlərini dərindən mənimsəməyə çağırmış və göstərmişdi ki, milli dəyərlərimizi, milli ən-
ənələrimizi, dilimizi, dinimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Öz çı-
xışında dövlət başçısı vətənpərvərlik məfhumunun mahiyyətini açıb göstərmişdi: «Bu sadəcə
orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur
vətənpərvərlik» (9, s.324-326).
Dövlət başçısı öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün gənclərə şərait yarat-
mağı, dövlət quruculuğu prosesində onların potensialından daha səmərəli istifadə etməyi bü-
tün dövlət orqanlarına tövsiyə edirdi. Bunun konkret nəticəsi kimi gənc kadrların dövlət idarə-
etmə strukturlarında məsul vəzifələrə irəli çəkilməsi müşahidə olunmağa başladı.
İndi ölkəmizin müxtəlif sahələrində - yerli icra hakmiyyəti orqanlarında, bələdiyyələr-
də, nazirlik və idarələrdə yüzlərlə gənc öz vəzifələrini layiqincə yerinə yetirirlər. İdarə başçıla-
rı, nazir müavinləri, nazirlər, millət vəkilləri, siyasi xadimlər arasında Azərbaycan gəncliyini
ləyaqətlə təmsil edən çoxlu şəxslər vardır.
1 fevral 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti gənclər təşkilatlarının nü-
mayəndələri ilə görüşündən sonra, onların xahişini yerinə yetirərək 2 fevralın «Gənclər günü»
elan edilməsi haqqında Fərman imzalanmışdır (2; 8; 9, s.351). Həmçinin gənc istedadların
«Qızıl kitabı», gənc istedadlara yardım fondu yaradılmışdır.Bütün bunlar prezidentin gənclərə
göstərdiyi qayğının yalnız cüzi hissəsidir (9, s.352-353).
Onillik hakimiyyəti dövründə mərhum prezidentimiz özünün humanistlik prinsiplərinə
daim sadiq qalmış gənc məhbusların, ordudan fərarilik etmiş insanlara qarşı bir neçə dəfə
amnistiya elan etmiş, onlara ölkəmizin layiqli vətəndaşları üçün imkan yaratmışdır.
1999-cu ilin mart ayının 2-3-də Azərbaycan gənclərinin ikinci forumu keçirildi. O,
birinci forumdan keçən 3 il ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı müstəqil dövlət
quruculuğu yolunda gənclərin üzərinə düşən vəzifələri müəyyənləşdirdi, ictimai-siyasi həyat-
da gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclik
problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi (2, s.7-22).
Mərhum liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə dövlət gənclər siyasətinin
normativ hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində də əməli addımlar
atılmışdır.
Ümummilli lider Heydər Əliyev – 90 91
Tarix və onun problemləri, №2 2013
Azərbaycan Prezidenti tərəfindən 1999-cu ilin iyul ayının 29-da imzalanmış «Dövlət
Gənclər Siyasəti» haqqında Fərmanında və fərmanla təsdiq edilmiş geniş tədbirlər planında
Azərbaycanda gənclər hərəkatının əsas inkişaf mərhələləri, dövlət gənclər siyasətinin əsas isti-
qamətləri, bu siyasətin həyata keçirilməsi sahəsində mövcud olan problemlər və onların həlli
üçün konkret tədbirlər öz əksini tapmışdır (6).
Bu fərman ölkəmizin ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərai-
tin yaradılması, dövlət orqanlarının diqqətinin gənclik problemlərinin həllinə yönəldilməsi ba-
xımından tarixi bir sənəddir və Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi
dönmədən həyata keçirilir.Fərmandakı tədbirlər planının icrası ilə bağlı müxtəlif dövlət or-
qanları - nazirliklər, dövlət komitələri tərəfindən görülən işlər hər ilin sonunda prezidentə təq-
dim edilir.
Fərmana uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəz-
dində Gənclərin problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi, Respublika Uşaq İstirahət və
Sağlamlıq Mərkəzi yaradılmış, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı gənclərin üzə
çıxarılması, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, bədən tərbiyəsi və
idmanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin idarəetmə struktur-
larında məsul vəzifələrə irəli çəkilməsi sahəsində səmərəli işlər görülmüşdür (10, s.239).
1997-2000-ci illərdə ARGİN tərəfindən «Gənc ailə», «Gənclərdə vətənpərvərlik və və-
təndaşlıq hisslərinin gücləndirilməsi», «Ordudan tərxis olunmuş gənclərin məşğulluq proble-
minin həlli», «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemləri-
nin həlli» və digər dövlət proqramları hazırlanmış və onlar respublika hökuməti tərəfindən təs-
diq edilmişdir (10, s.239).
Eyni zamanda, 1993-2003-cü illərdə prezident tərəfindən təsdiq olunmuş dövlət proq-
ramlarının əksəriyyətində gənclərlə bağlı müvafiq maddələr öz əksini tapmışdır.
Uşaq və Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hü-
quqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək məqsədi ilə «Dövlət Gənclər si-
yasəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bu qanun prezident
Heydər Əliyevin 6 may 2002-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdi (7).
14 maddədən ibarət olan Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məq-
sədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati hüquqi əsaslarını müəyyən edir və bu sahədə
yaranan münasibətləri tənzimləyir.
Qanunda yazıldığı kimi, gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin hə-
yatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-
iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.Bu
siyasət çox geniş bir spektr - gənclərin təhsili, sağlamlığı, intellektual və mənəvi inkişafı, asu-
də vaxtlarının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi ilə bağlı məsələləri əhatə
edir.Qanuna əsasən «gənclər» anlayışı 16-35 yaşadək olan şəxslərə şamil edilmişdir (7).
Gənclər siyasəti ilə bağlı qəbul edilmiş qanun və qərarların əsas məqsədi gənclərin fizi-
ki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılması-
na kömək etmək, respublikanın ictimai-siyasi həyatında onların fəal iştirakına, bacarıqlı gənc-
lərin üzə çıxarılaraq onlarda idarəçilik vərdişlərinin yaradılması, gənclər arasında hüquq po-
zuntularının, cinayətkarlığın və digər neqativ halların qarşısını almaqdan ibarətdir.
Dövlət gənclər siyasəti dövlətin daxili siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir.
Gənclər siysətinin əsas məqsədi, prinsip və istiqamətləri Azərbaycan Respublikasının prezi-
denti və Milli Məclis tərəfindən müəyyən edilir. Həmçinin mərkəzi və yerli hakimiyyət orqan-
92 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
ları, bələdiyyələr öz vəzifə və səlahiyyətləri daxilində bu siyasətin həyata keçirilməsində
iştirak edirlər. Hal-hazırda Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasətini həyata ke-
çirən idarəetmə strukturları formalaşıb ki, bu strukturlarda yüksək ixtisaslı gənc mütəxəssislər
çalışırlar.
Respublikamızda demokratik dövlət quruculuğunun uğurla davam etdirilməsi, gənclər
siyasətinin inkişafı ölkə gənclərinin beynəlxalq əlaqələrinin təşəkkül tapmasına və möhkəm-
ləndirilməsinə təkan verdi. Azərbaycan Gənclər təşkilatlarının nümayəndələri dünya, Avropa,
regional səviyyəli müxtəlif səpgili tədbirlərdə iştirak etmək, gənclərlə iş sahəsində dünya təc-
rübəsini öyrənmək və ölkəmizdə tətbiq etmək imkanı əldə etdilər. Ayrı-ayrı milli gənclər təş-
kilatları müxtəlif ümumAvropa qurumları - Avropa Şurasının Gənclər Direktorluğu, Avropa
İttifaqının Gənclər İdarəsi ilə sıx əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır, birgə layihələr və
proqramlar həyata keçirirlər. 2000-ci ilin aprel ayında Azərbaycan Gənclər Təşkilatlarının
Milli Şurası Avropanın ən nüfuzlu Qeyri-Hökumət Təşkilatı olan Avropa Gənclər Forumuna
tam hüquqlu, 2002-ci ilin yanvarında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi üzv
seçilmişdir. Azərbaycan Skautlar Assossasiyası Beynəlxalq Skaut Hərəkatı Təşkilatına, Gənc
Hüquqşünaslar Birliyi Gənc Hüquqşünasların Beynəlxalq Assossasiyasına, Demokratik Tə-
ləbə Gənclər Təşkilatı Beynəlxalq Demokratik Tələbə İttifaqına üzv qəbul edilmələri nəticə-
sində Azərbaycan reallığının, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında
mühüm vasitə olmuşdur (10, s.243).
Azərbaycan dövlətinin gənclər siyasətinin ən bariz nəticələrindən biri ölkəmizdə gənc-
lər hərəkatının, müxətlif qeyri-hökumət gənclər təşkilatlarının inkişafıdır.Ümumiyyətlə, vətən-
daş cəmiyyətinin ən vacib faktorlarından biri də ictimaiyyətin ən müxtəlif təbəqələrinin öz
qarşılarına qoyduqları məqsədləri həyata keçirilməkdən ötrü ictimai qurumlarda - Qeyri Höku-
mət Təşkilatlarında birləşmək hüququnun gerçəkləşdirilməsidir.Son illər sıralarında əsasən
gəncləri birləşdirən QHT-nin ictimai qurumların, fondların, birliklərin ölkəmizdə bərqərar
olan demokratik dəyərlərin inkişafında xüsusi xidmətləri vardır.Gənclər dünyada qəbul olun-
muş sivil və intellektual formalardan, metodlardan bəhrələnərək, ölkəmizdə təşəkkül tapmış
demokratik ab-havadan istifadə edərək, gəncliyin müxtəlif problemlərini araşdırır, cəmiyyəti-
mizin sosial-iqtisadi, mənəvi-mədəni inkişafına öz töhfələrini verirlər.
Əgər 1998-ci ilin əvvəllərində II Gənclər Forumu ərəfəsində onların sayı 60-a yaxın
idisə (Bakinskiy raboçi, 1998 27 fevral), bu gün onların sayı 120-dən artıqdır (10, s.241).Bu
təşkilatlardan 40-dan artığı uşaq, 80-ə yaxını isə gənclər təşkilatıdır.Onların bir çoxu siyasi
partiyaların gənclər bölməsi olaraq siyasi fəaliyyətlə məşğul olsalar da, mütləq əksəriyyəti
gənclərin spesifik maraqlarını əks etdirərək, sırf gənclərlə bağlı məsələlərlə məşğul olur, müx-
təlif proqramlar vasitəsilə nizamnamə məqsədlərini həyata keçirməyə çalışırlar.Ölkəmizdə
fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə,
1995-ci ildə Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır.Hazırda AGTMŞ
milli gənclər hərəkatının inkişafında mühüm rol oynamaqdadır.
Xatırladaq ki, 2001-ci ildə ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunma-
sında AŞ-nin Gənclər və İdman Direktorluğunun ölkəmizdə gənclər hərəkatını müsbət qiymət-
ləndirən hesabatı da mühüm rol oynamışdır.
Dövlət gənclər siyasətinin müasir tələblərə uyğun qurulması ölkə gənclərini həyatın
başqa sahələrində olduğu kimi idman sahəsində də uğurlu nəticələr əldə etməsinə şərait yarat-
dı. Heydər Əliyev siyasətinin layiqli davamçısı, gənclərin və idmançıların lideri İlham Əliye-
vin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkəmizdə quruculuq dövrünü yaşa-
Ümummilli lider Heydər Əliyev – 90 93
Tarix və onun problemləri, №2 2013
yan olimpiya hərəkatı görülməmiş inkişaf mərhələsinə çatdı.Bu sahədə uğurla həyata keçirilən
fəaliyyətin nəticəsidir ki, respublikamızın müxtəlif bölgələrində Olimpiya İdman Komplekslə-
rinin tikintisinə xüsusi diqqət yetirilir, yeni müasir idman qurğuları gənclərimizin istifadəsinə
verilir.İdmançı gənclərimiz onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə adekvat ca-
vab verərək, beynəlxalq səviyyəli idman yarışlarında bir sıra uğurlu nəticələr qazanmışlar.
Xüsusən 2000-ci il Sidney Yay Olimpiya oyunlarında idmançılarımızın 2 qızıl və 1 bürünc
medal qazanmaları gələcəkdə idmanımızın daha böyük qələbələr qazanacağına ümidlərimizi
artırdı. Bunu 2003-cü ilin yekunları da bir daha təsdiq edir. Əgər 2002-ci ildə idmançılarımız
beynəlxalq yarışlarda 175 medal qazanmışdılarsa (10, s.245), 2003-cü ildə bu rəqəm 188-ə
çatmışdır (12).
Gənclərin sevimlisi İlham Əliyev YAP-ın II qurultayında partiya sədrinin I müavini se-
çilməsi, onun olimpiya hərəkatına rəhbərlik etməsi, böyük siyasətdə uğurlar qazanması gənclər-
də böyük ruh yüksəkliyi yaratmış və onlarda gələcəyə inamı daha da artırmışdı. İlham Əliyevin
Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilməsi bir daha təsdiq
etdi ki, Azərbaycan gəncliyi hələ 90-cı illərin ortalarında İlham Əliyevi özünə lider seçməklə
gələcək yollarını düzgün müəyyənləşdirmişdilər.2003-cü ilin oktyabrında Azərbaycan gəncliyi
artıq düzgün seçim etdiyini bir daha təsdiq etmiş, ona bütün sahələrdə uğur gətirən ümumilli li-
derimiz Heydər Əliyev cənablarının siyasi xəttini davam etdirən, onun siyasi varisi İlham Əliye-
vi ölkə başçısı seçmişlər.
Çünki müasir Azərbaycan gəncliyi bu gün yaxşı başa düşür ki, onların firavan yaşayışı,
ölkənin xoşbəxt gələcəyi yalnız və yalnız Heydər Əliyevin zəngin ideya irsini dərindən mə-
nimsəməklə, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının ətrafında sıx birləşməklə
bağlıdır.
2003-cü ilin dekabrında Azərbaycan son dərəcə ağır, üzüntülü, adamları şoka salan bir
itki ilə üzləşdi: ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyev vəfat etdi. Ağır ma-
təm günlərində xalqımızın gecə-gündüz Fəxri Xiyabana axışıb öz böyük oğluna sevgisini gül-çi-
çəklə, göz yaşları ilə ifadə etməsi Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə münasibəti-
ni, sonsuz sevgisini əyani şəkildə göstərdi. Bu ehtiram onu da göstərdi ki, Heydər Əliyev bizim
üçün keçmiş, bu gün deyil, həm də gələcək deməkdir.Böyük öndərimiz Heydər Əliyevin parlaq
ideyaları hələ uzun müddət Azərbaycanın yoluna işıq salacaq.Xalqımız bu zəngin ideyalardan
böyük mənəvi güc alaraq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin da-
ha firavan gələcəyini quracaq.
İndi Heydər Əliyev adı hər bir Azərbaycan gəncinin and yeridir. Əməlləri ilə, gördüyü
işlərlə onun böyük adına layiq olmaq, bu yolda çalışmaq hər bir gəncin əsas vəzifəsi olmalıdır.
Bu gün ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham
Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Dövlət başçısı daim
gənclərə arxalandığını açıq şəkildə söyləmişdir. Gənclərə göstərilən etimadın və dəstəyin nə-
ticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təm-
sil olunur, cəmiyyətin inkişafına töhfələrini verirlər.
ƏDƏBİYYAT
1.Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Bakı, 1989
2.Azərbaycan gənclərinin II Forumu. Bakı, 2000
94 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
3.Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı. «Azərbaycan» qəzeti, 1996, 22 iyun
4.Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı. «Azərbaycan» qəzeti, 1994, 27 iyul
5.Azərbaycan prezidentinin gənclərlə görüşü. Bakı, 1997
6.Dövlət Gənclər siyasəti haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
«Azərbaycan» qəzeti, 1999, 30 iyul
7.Dövlət Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu. «Azərbaycan»
qəzeti, 2002, 10 aprel
8.Əliyev H. Müstəqilliyimiz əbədidir. I və II hissələr. Bakı, 1998
9.Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi. Bakı, 2003
10.Əliyev V. Heydər Əliyev və müasir gənclik. «Tarix və onun problemləri» jurnalı. 2003,
№3, s.235-246
11.Xalqını sevən insan. Bakı, 2001
12.«Nedelya» qəzeti, 2003, 31 dekabr
13.Sabaha inamla. Bakı, 2002
14.Yeni əsrə yeni liderlə. Bakı, 2002
ГАМЗА ДЖАФАРОВ
профессор Нахчыванского Государственного Университета,
доктор исторических наук
РОЛЬ ГЕЙДАР АЛИЕВА В ФОРМИРОВАНИИ МОЛОДЁЖНОЙ ПОЛИТИКИ
ГОСУДАРСТВА В ПЕРИОД НЕЗАВИСИМОСТИ
В статье рассматриваются вопросы возвращения к политической власти общена-
ционального лидера Гейдар Алиева, политического положения в стране, роли Гейдар
Алиева в формировании молодѐжной политики государства, также мероприятия, осу-
ществленные понаправлению вовлечения молодѐжи к образованию и науки, моло-
дѐжные форумы и другие. На этой основе делаются определенные обобщения.
HAMZA JAFAROV
professor of Nakhchivan State University,
doctor of historical sciences
THE ROLE OF THE HEYDAR ALIYEV IN IN FORMING OF THE STATE
YOUNG POLITICS THE INDEPENDENCE TIME
In the article is investigated and generalized from historical view coming to power for
the second time National leader Heydar Aliyev, the role of the Heydar Aliyev in in forming of
the state young politics the independence time, political situation in country, ceremonies
implemented in the direction to the education and science of youth, youth forums.
Rəyçilər: t.e.d. A.C.İsmayılov, t.e.d. A.C.İsgəndərov
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 19 fevral 2013-cı il tarixli qərarı ilə çapa məslə-
hət görülmüşdür (protokol №05).
Dostları ilə paylaş: |