Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə16/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   12   13   14   15   16   17   18   19   ...   191

Sovet dövlətinin və Azərbaycandakı yerli hakimiyyətin kommunist baĢçıları (onların bir çoxu indi 

də  hakimiyyətdədir)  Meydan  hərəkatına  olmazın  ləkələr  yaxdılar  və  onu  xalqın  gözündən 

salmağa çalıĢdılar (bu ənənə indi də davam edir).   

Meydana  yığıĢmıĢ  milyonların  Azərbaycan  tarixindəki  ən  möhtəĢəm  azadlıq  mücadiləsinin 

boğulmasıyla  1989'un  26 Martında  SSRĠ  Ali  Sovetinə  seçkilərin  “təhlükəsiz”  keçirilməsinə  Ģərait 

yaradıldı.  Bundan  istifadə  edən  Ə.Vəzirov  98,5  faizli  “qələbə”ylə  özünün  deputat  korpusunu 

formalaĢdırdı  -  63  deputatdan  72,8%'i  kommunist,  11%'i  komsomolçu,  48%'i  fəhlə,  16,9%'i 

kolxozçuydu! 

5 Yanvar 1989'da - inzibati qaydada verilmiĢ bir aylıq həbsdən buraxıldıqdan sonra Əbülfəz bəy 

Azərbaycan  Xalq  Cəbhəsini yaratmaqla məĢğul  oldu. AXC  təĢəbbüs qrupuyla  “Varlıq”  cəmiyyəti 

martın  baĢlanğıcında  birləĢərək  AXC'nin  Müvəqqəti  TəĢəbbüs  Mərkəzini  yaratdılar.  13  Martda 

TəĢəbbüs Mərkəzinə “Çənlibel”, “Bakı alimlər klubu” və b. təĢkilatlar da qoĢuldu. 9 Aprel 1989'da 

Tiflisdə  də  qırğınlar  baĢ  verdikdə  artıq  qəti  aydınlaĢdı  ki,  sovet  rejimi  özünün  mövcudluğunu 

qorumaqçün  qandan  çəkinməyəcək.  Ona  görə  də  Azərbaycan  demokratları  barıĢmaz 

radikallıqdan uzaqlaĢmağı məqsədəuyğun bildilər.   

19 Aprel 1989'da Əlyazmalar Ġnstitutundakı iĢdaĢlarıyla görüĢdə Bəy bildirdi ki, Vəzirovla bu ay 

üç  dəfə  görüĢmüĢəm.  Onun  yanında  Xalq  Cəbhəsi  yaratmaq  ideyasını  müdafiə  etdik. 

Sentyabr-Noyabrdaysa Cəbhənin qurultayını çağırmaq fikrindəyik.   

6  May  1989'da  SSRĠ  Nazirlər  Sovetinin  qərarıyla  DQMV'dəki  idarə  və  müəssisələr  Azərbaycan 

SSR'in səlahiyyətindən çıxarıldı. Bu xəbər Azərbaycanda daxili sabitliyi ciddi Ģəkildə pozdu.   

Meydan  hərəkatı  yatırılandan  sonra  ilk  dəfə  olaraq  28  May  1989'da  -  Azərbaycan 

Cümhuriyyətinin  yaranması  günündə  minlərcə  adam  küçələrə  çıxaraq  mitinq  və  nümayiĢ 

keçirməyə  baĢladı.  Göstərək  ki,  bu  xalq  nümayiĢləri  çox  sistemsiz  təĢkil  olunmuĢdu.  4  Ġyun 

1989'dasa  “Spartak”  stadionunda  ilk  mütəĢəkkil  mitinq  keçirildi.  Burada  iki  dəfə  çıxıĢ  edən 

Əbülfəz  bəy  Azərbaycan  Cümhuriyyətindən  danıĢdı  və  bildirdi  ki,  bu  dövlət  bütün  ġərqdə  ilk 

demokratik  respublika  olub  və  biz  indi  də  demokratiya  uğrunda  mübarizə  aparırıq.  Bəy 

Azərbaycanda hərbi vəziyyətin və qadağan saatının götürülməsini hakimiyyətdən tələb etdi. 

 

 



 

 

 



 

 



Azərbaycan Xalq CəbhəsĠnĠn beĢĠyĠ baĢInda 

16 Ġyul 1989'da Azərbaycan xalqının tarixində heç zaman unudulmayacaq bir hadisə baĢ verdi - 

Azərbaycan  Xalq  Cəbhəsinin  təsis  konfransı  keçirildi.  AXC'nin  30  rayon  Ģöbəsindən  səsvermə 

hüquqlu  196,  məĢvərətçi  səslə  240  nümayəndənin  iĢtirak  etdiyi  konfrans  Əbülfəz  bəyi  ruh 

yüksəkliyiylə  AXC  sədri  seçdi.  Konfransın  qəbul  etdiyi  9  sənəd  arasında  “Azərbaycan  SSR'in 

dövlət suverenliyi” haqqında qətnamə də vardı. 

Bundan  13  gün  sonra  -  29  Ġyulda  Bakıda  keçirilən  mitinq  DQMV'dəki  Xüsusi  Ġdarəetmə 

Komitəsinin  götürülərək  burada  Azərbaycan  hakimiyyətinin  bərpa  olunmasını,  AXC'nin  təsdiq 

edilməsini,  Azərbaycan  Cümhuriyyətinin  bayraq,  gerb  və  himninin  milli  dövlət  rəmzlərimiz  kimi 

qəbul  edilməsini  və  b.  istədi.  5  Avqustdakı  mitinqdəsə  milli  azadlıq  hərəkatının  lideri  olan 

Azərbaycan Xalq Cəbhəsinin sədri öz çıxıĢında 

“Gələcəkdə olsa da mən əminəm ki, xalqımız bir 

gün  bu  meydanda  Cənubi  Azərbaycanla  birləĢmək  üçün  yığıĢacaq”

  inamını  bildirəndən  sonra 

göstərdi  ki, 

“Azərbaycan  torpağını  Azərbaycan  xalqının  özü  idarə  etməlidir”

.  Bu  mitinqdəcə  ilk 

dəfə yüksək tribunadan məhz Bəy bəyan etdi: 

“Bizim ən böyük vəzifəmiz Azərbaycanın iqtisadi, 

siyasi  suverenliyinə  nail  olmaqdır.  Ancaq  əgər  bizə  yenə  etina  edilməsə,  yenə  tapdansaq 

SSRĠ'dən çıxmaq tələbini irəli sürəcəyik”.

 AXC'nin elə bu təzyiqləri sayəsində SSRĠ hökumətinin 

DQMV'ni Ermənistana vermək cəhdlərinin qarĢısı alındı.   

Bu  dövrdə  Azərbaycanda  əslində  ikihakimiyyətlilik  yaranmıĢdı  -  rəsmi güc  Moskvanın  qoruduğu 

KP'də olsa da faktik güc, arxasında bütün xalqın dayandığı Azərbaycan Xalq Cəbhəsindəydi. AXC 

isə  olduqca  müxtəlif  maraqlara  malik  sosial  təbəqələri  birləĢdirdiyinə  görə  onu  idarə  etmək  də 

xüsusi  bacarıq  istəyirdi.  Əbülfəz  bəy  daim  kollektiv  idarəçiliyə  üstünlük  verir,  qərarların  məhz 

onun yox, AXC'nin rəhbər qurumu olan Ġdarə Heyətinin ümumi rəyini əks etdirməsinə çalıĢırdı. 

Bu mərhələdə Azərbaycan Xalq Cəbhəsinin qarĢısında duran baĢlıca vəzifə fövqəladə vəziyyətin 

və  qadağan  saatının  götürülməsi,  DQMV'dəki  XĠK'nin  ləğviydi.  MK,  onun  I  katibi  Ə.Vəzirovsa 

buna  Ģiddətli  müqavimət  göstərirdilər.  Bu  Moskva  marionetkasını  “yumĢaltmaq”çün  AXC 

ikigünlük  xəbərdarlıq  tətilindən  (21-22  Avqust)  sonra  olduqca  güclü  birhəftəlik  (4-11  Sentyabr 

1989) ümummilli tətilə baĢladı. Məhz bu təzyiqin nəticəsində 13 Sentyabrda Azərbərbaycan KP 

MK  ilə  AXC  ĠH  arasında  razılıq  protokolu  imzalandı.  Sənəddə  Azərbaycan  Ali  Sovetinin 

növbədənkənar  sessiyasının  çağırılması  və  burada  Dağlıq  Qarabağ  problemiylə  bağlı  vacib 

məsələlərin müzakirəsiylə yanaĢı, Azərbaycan SSR'in dövlət suverenliyi və vətəndaĢlığı haqqında 

qanunların qəbul edilməsi də razılaĢdırıldı (vətəndaĢlıq haqqında qanunun layihəsi bir qədər gec 

hazırlandı, ancaq müzakirəyə çıxarılmadı). 

15  Sentyabr  1989  sessiyası  Azərbaycan  xalqının  tarixində  olduqca  əlamətdardır.  Vəzirovun 

ikiüzlülüyünə dözməyən AXC nümayəndələrinin sessiyanı tərk etməsiylə (bunu xalq televiziyayla 

birbaĢa  izləyirdi)  Ali  Sovetin  qarĢısında  təsəvvüredilməz  gərginlik,  dəhĢətli  partlayıĢ  qorxusu 

yaranmıĢdı və məhz Əbülfəz bəyin təmkini, hədsiz vaxt darmacallığında düzgün çıxıĢ yolu tapa 

bilməsi  sayəsində  saat  21:49'da  sessiya  yenidən  bərpa  olundu  və  Qarabağın  Azərbaycandan 

alınmasının  qızğın  tərəfdarlarından  olan  və  bundan  ötrü  əlindən  gələni  etmiĢ  Arkadi  Volskinin 

baĢçılığı  altındakı  Xüsusi  Ġdarəetmə  Komitəsi  ləğv  edildi.  Həmin  sessiyada,  bir  növ,  öyüdverici 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə