Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə15/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   11   12   13   14   15   16   17   18   ...   191

qaydaları”  (1986)  və  «Əhməd  Tantarani  və  onun  “Tantaraniyyə”  qəsidəsi»  (1987)  adlı  çox 

sanballı əsərləri nəĢr olundu. Artıq psixoloji sarsıntıları bütünlüklə və birdəfəlik geridə buraxmıĢ 

Bəy özünü qarĢıdakı siyasi döyüĢlərə hazırlamıĢdı.   

1987'də  mən  Əlyazmalar Ġnstitutunda iĢə  baĢlayarkən  Əbülfəz  bəy  artıq savaĢ meydanına  tam 

köklənmiĢ, özünə hərtərəfli inamlı görünürdü. Kollektivdə bir sözü iki edilməyəcək nüfuzu vardı. 

Akademiyanın  baĢqa  institutlarına  getdikdə  də  dərin  hörmətlə  qarĢılanır,  elmi  yığıncaqlara 

ehtiramla dəvət edilirdi.   

17 Fevral 1988'də (bu sətirləri yazanla eyni gündə və eyni qərarla) o, Əlyazmalar Ġnstitutunun 

aparıcı elmi iĢçisi oldu. Bircə gün sonra Bakıda “Qarabağ!” Ģüarlı ilk mitinq keçirildi, bununla da 

möhtəĢəm  Xalq  hərəkatının  özülü  qoyuldu  və  onun  ilkin  qərargahlarından  biri  məhz  Əbülfəz 

bəyin Əlyazmalar Ġnstitutundakı iĢ otağında yerləĢdi. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Ġkinci bölüm. LĠDER 

“XalqImIzI ermənĠ hücumundan qorumaq üçün müdafĠə cəmĠyyətĠ yaradIlsIn” 

Əbülfəz bəy dustaqdan buraxılandan bir qədər sonra keçmiĢ tələbələri, yaraqdaĢları yavaĢ-yavaĢ 

onun  ətrafında  toplaĢmağa,  DTK'dan  sağ-salamat  qurtulmuĢ  gizli  qruplar  yenidən  bərpa 

edilməyə baĢladı. Özəyi gənc millətçilər olan silahdaĢlarıyla o, əsasən, çayxanalarda görüĢürdü. 

Bu görüĢlərdəki söhbətlər də daha çox siyasi maarifçilik səciyyəsi daĢıyırdı. 

Səksəninci illərin baĢlanğıcında məhz Bəyin mənəvi rəhbərliyi altında mərhum Aydın Məmmədov, 

Kamil  Vəliyev,  Firidun  Cəlilov,  Kamal  Abdullayev  və  b.  kimi  gənc  türkoloq  alimlər  türkçülük  və 

yurdsevərlik  ideyalarını  təbliğ  etməkçün  Akademiyada,  ali  məktəblərdə  gəncləri  öz  ətrafına 

yığaraq geniĢ iĢ görməyə baĢladılar. Onların birbaĢa təĢkilatçılığı və yaxından iĢtirakıyla keçirilən 

elmi konfrans və müzakirələr, mətbuat və televiziyadakı milli ruhu oyandıran silsilə çıxıĢlar indi də 

yaddaĢlardan  silinməyib.  Televiziyadakı  “Ozan”,  radiodakı  “Bulaq”  veriliĢləri,  möhtəĢəm 

“Azərbaycan  filologiyası  məsələləri”  topluları  (3  buraxılıĢı  çıxdı)  o  dövrçün  inqilabi  səciyyə 

daĢıyırdı. Bu vaxt Əlyazmalar Fondunun elmi iĢçisi Əbülfəz bəy, təbii ki, üzdə yoxdu. O, televiziya 

ekranında ilk dəfə yalnız 1987'də əlyazmalarla bağlı veriliĢdə görünmək imkanı əldə etmiĢıdi. 

1987'nin 18 Noyabrında akad. A.G.Ağanbeqyanın “Humanite” qəzetinə verdiyi müsahibə Dağlıq 

Qarabağı  Azərbaycandan  qoparmaq  və  Ermənistanı  türklərdən  təmizləmək  istəyənlərçün 

“Avrora”  atəĢi  timsalında  oldu.  25  Yanvar  1988'də  Ermənistandan  soydaĢlarımızın  ilk  dəstəsi 

qovuldu. Zorakılıq prosesini gündən-günə sürətləndirən ermənilər “türksüz Ermənistan” ideyasını 

gerçəkləĢdirməyə var gücləriylə giriĢdilər. 

19  Fevral  1988'də  Ermənistandakı  vəhĢiliyə  və  DQMV'ni  Azərbaycandan  qoparmaq 

təĢəbbüslərinə  qarĢı  etiraz  edən  soydaĢlarımız  Bakıda  ilk  nümayiĢ  keçirdilər  və  bununla  da 

uğrunda Əbülfəz Elçibəyin uzun illər gizli mübarizə apardığı milli-azadlıq savaĢının ilkin mərhələsi 

açıq Ģəkildə baĢlandı.   

Azərbaycanda Ermənistanı türklərdən təmizləmək və Dağlıq Qarabağı Ermənistana birləĢdirməyi 

qarĢısına məqsəd qoymuĢ “Qarabağ”, “KRUNK” və baĢqa erməni təĢkilatlarına qarĢı duracaq heç 

bir  qurum  yoxdu.  Moskvanın  əlində  oyuncaq  olan  yerli  hakimiyyət  bütün  gücünü  xalqımızı 

susdurmağa, onun etirazını boğmağa yönəltmiĢdi. Azərbaycan KP MK'nın I katibi Kamran Bağırov 

və ideoloji katib Ramiz Mehdiyev Azərbaycan mətbuatında ermənilərə qarĢı ən kiçicik etirazı da 

beĢiyindəcə  boğur,  əslində  xalqımızı  tərksilah  edirdilər.  (Gənc  alim  Ġsa  Qəmbərovun  Zori 

Balayanın “Ocaq” kitabına yazdığı çox sanballı cavabın dərc edilməsinə imkan verilməməsi buna 

ən yaxĢı sübutdur). 

Belə  bir  Ģəraitdə  24  Fevral  1988'də  Elmlər  Akademiyasında  keçirilən  yığıncaqda  Əlyazmalar 

Ġnstitutunun aparıcı elmi iĢçisi Əbülfəz Əliyev Mərkəzi Komitəni alimlərin və jurnalistlərin ağzını 

yummaqda ittiham etdi. Akademiyada 16 Martda keçirilən və o günlərçün ən möhtəĢəm sayılan 

mitinqdə ilk dəfə məhz Əbülfəz bəyin dilindən bu sözlər eĢidildi: 

“Ermənilər “Qarabağ” komitəsi 

yaradıblar. Aldığımız məlumata görə, burada gənclərdən ibarət müdafiə Ģöbəsi fəaliyyət göstərir. 

[...]  Mən  təklif  edirəm  ki,  xalqımızı  erməni  hücumundan  qorumaq  üçün  müdafiə  cəmiyyəti 



yaradılsın. Adını sonra da dəqiqləĢdirmək olar”.

 

Sonrakı  proseslərin  hamısı  mənim  gözlərim  qarĢısında  baĢ  verib.  Əbülfəz  bəyin  Əlyazmalar 



Ġnstitutundakı  qərargaha  çevrilmiĢ  iĢ  otağı  Azərbaycanın  gələcəyiyçün  təĢviĢ  keçirən  və  onu 

bəladan qurtarmağa çalıĢan insanlarla bütün gün dolub-boĢalır, məhz burada vəziyyətdən xilas 

yolları  aranırdı.  Ölkənin  ən  nüfuzlu  adamları  məhz  Əbülfəz  bəyin  yanına  gələrək  onunla 

məsləhətləĢirdilər.  Oysa  təklif  etdiyi  “müdafiə  cəmiyyəti”ni  heç  kəsə  bildirmədən,  yavaĢ-yavaĢ 

qurmaqda, onunçün adamlar seçməkdəydi. 

16 May 1988'də indiki Azadlıq meydanında keçirilən möhtəĢəm mitinqdə Əbülfəz bəy bəyan etdi: 

“Biz Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti yaratmıĢıq”

. Əslində bu nümayiĢ də elə o cəmiyyətin 

fəaliyyətinin nəticəsiydi. 

1988'in  birinci  yarısında  Dağlıq  Qarabağın  kəndlərini  erməni  hücumlarından  qorumaqçün  yerli 

əhalinin  müqavimətini  təĢkil  etmək  ən  baĢlıca  məsələlərdəndi.  Onun  təĢkilatçılığı  altında 

Qarabağın türk kəndlərinə dövlət orqanlarından gizli Ģəkildə silah və baĢqa yardımlar göndərilirdi. 

Artıq  gerçək  liderə  çevrilmiĢ  Əbülfəz  bəyi  Mərkəzi  Komitə  də  istər-istəməz  bu  rolda  tanımağa 

məcbur  olmuĢdu  və  xalqın  tələblərini  irəli  sürən  “müxalifət”  nümayəndə  heyətləri  də  burada 

məhz onun baĢçılığı altında qəbul edilirdi. 

“VarlIq” cəmĠyyətĠ 

26  Oktyabrda  1988'də  Əbülfəz  bəyin  öncüllüyündə  “Varlıq”  cəmiyyəti  yarandı,  bir  sıra  xırda 

cəmiyyətlər də ona birləĢdi.   

Artıq milyonlarca insan içərisində Xalq Cəbhəsini yaratmaq ideyası meydana çıxmıĢdı. Onu elan 

etməkçün 14 Oktyabrda Üzeyir bəyin ev muzeyindəki ilk təĢəbbüs Xudu Məmmədovun ölümüylə 

yarımçıq qaldı. Bir ay sonra - 15 Noyabr 1988'də Akademiyada keçirilən növbəti mitinqdə Əbülfəz 

bəy dedi: “Elan etməklə Xalq Cəbhəsi olmaz. Ayrı-ayrı adamlar birləĢib Cəbhə yaradılmalıdır”. 

17  Noyabr  1988'də  baĢlanan  19  günlük  Meydan  epopeyasında  Əbülfəz  bəy  özünə  baĢ  rolun 

ifasını yox, rejissorluğu seçmiĢdi. Ġndi heç kəsə gizli deyil ki, gənc, təcrübəsiz və savadsız Neməti 

Meydanda məhz Əbülfəz bəy idarə edir, onun çıxıĢlarının baĢlıca tezislərini müəyyənləĢdirir, ona 

konkret vəziyyətdə davranıĢ yollarını öyrədirdi.   

18 Noyabrda Meydanda “qarĢımızda üç problem var” deyərək onları çözməyin yollarını araĢdıran 

Bəy  “bəlkə  də  ağacların  (

Topxanada  qırılanlar  nəzərdə  tutulur  -  Ə.T.

)  yox,  on  minlərlə  insanın 

taleyini düĢünməliyik” fikrini söylədi, 22 Noyabrdaysa artıq MÜSTƏQĠLLĠK istəkli siyasi görüĢlərini 

ortaya qoydu: “Təqsir Moskvadan  bizə  edilən  rəhbərliyin  düz olmamasındadır. [...] Azərbaycan 

dövləti suveren hüququnu itirmiĢdir”. 26 Noyabrdaysa o daha da irəli getdi: “Azərbaycan xalqının 

ən böyük idealı birləĢməkdir”. 

BaĢ qərargahı Əbülfəz bəyin “AbĢeron” otelində kirələdiyi otağı olan Meydan hərəkatı 5 Dekabrda 

amansızcasına  yatırıldı,  onun  baĢçıları,  o  sıradan  Əbülfəz  bəy  Bayıl  zindanına  atıldı.  Onu 

tez-tələsik Əlyazmalar Ġnstitutunda iĢdən çıxardılar (13 Dekabrda yenidən bərpa olundu). 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə