Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə17/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   13   14   15   16   17   18   19   20   ...   191

çıxıĢ edən Bəy demokratiyanı inkiĢaf etdirməyə çağırdı. 

Ertəsi gün - 16 Sentyabrda Azadlıq meydanında keçirilən mitinqdə Əbülfəz bəy artıq Azərbaycan 

Xalq Cəbhəsinin sədri kimi yox, millətin ağsaqqalı kimi nitq söylədi. 

“Ġndi siyasi döyüĢə girmiĢik”

 

deyə bəyan edən sədr bu mübarizədə demokratik yolun həddən artıq çətin olduğunu bildirdi. O, 



siyasi  uzaqgörənliklə  bunu  da  söylədi  ki, 

“AXC'dən  sonra  Azərbaycanda  müxtəlif  partiyalar 

yaranacaq”

17  Sentyabrda  qəzetlər artıq  “Azərbaycan  Sovet  Sosialist  Respublikasının  suverenliyi  haqqında” 



Konstitusiya  qanununun  layihəsini  dərc  etdi.  Həmin  qanun  Ali  Sovetin  23  Sentyabrda  davam 

etdirilən  sessiyasında  cəbhəçilərin  güclü  təzyiqi  altında  qəbul  edildi.  Bu,  Azərbaycan  Xalq 

Cəbhəsinin olduqca mühüm qələbəsiydi, çünki, Əbülfəz bəyin öz sözləriylə desək, 

“bizdəki kimi 

suverenlik  haqqında  Konstitusiya  qanunu  yalnız  Çexoslovakiyada  olub,  SSRĠ'də  isə  bəyannamə 

Ģəklində. Yalnız ilk dəfə Azərbaycan belə bir Konstitusiya qanunu qəbul etmiĢdir”

. Xatırladım ki, 

həmin  qanun  layihəsinin  bir  həftəlik  müzakirəsinə  AXC'nin  təĢkilatçılığı  altında  25  mindən  çox 

adam qatılmıĢ, Ali Sovetə çoxsaylı təkliflər göndərilmiĢdi. 

Həm o gün Ali Sovet binası qarĢısındakı, həm də 24 Sentyabrda Azadlıq meydanındakı mitinqdə 

Bəy  Azərbaycanın  öz  ordusunun,  pulunun  və  xəzinəsinin  yaradılmasının  həqiqi  müstəqilliyin 

göstəricisi olduğunu bildirərək “bu yolda mübarizədən dönməyəcəyik” söylədi.   

5 Oktyabr 1989'da Azərbaycan Xalq Cəbhəsini Nazirlər Soveti, axır ki, rəsmən tanıdı. Artıq ölkədə 

AXC gerçək hakimiyyətə çevrilmiĢdi. Örnəkçün bircə Ģeyi göstərim ki, onun keçirdiyi mitinqlərdə 

kiminsə  ünvanına  bircə  kəlmə  “ar  olsun!”  sözlərinin  səslənməsi  həmin  Ģəxsin  xalq  nifrətini 

qazanmasına  və  vəzifədən  uzaqlaĢdırılmasına  yetərliydi.  Bu  hal  Moskvanın  və  Azərbaycan 

rəhbərliyinin  yuxusunu  sözün  həqiqi  anlamında  ərĢə  çəkmiĢdi.  Onlar günbəgün  AXC  qarĢısında 

geri  oturmağa  məcbur  olurdular.  Bəy  fəxrlə  qeyd  edirdi  ki,  Pribaltika  respublikalarının  iki  ilə 

keçdiyi demokratik yolu biz iki aya keçmiĢik. 

 

“LĠberallar” və “radĠkallar” 



Əlbəttə, Moskva Azərbaycan Xalq Cəbhəsinin yüksəliĢini, SSRĠ'də ən nüfuzlu siyasi təĢkilatlardan 

birinə çevrilməsini həzm edə bilməzdi. Bütün SSRĠ'nin ozamankı ən nüfuzlu informasiya qaynağı 

olan  “Zaman”  xəbərlər  proqramı,  ümumən  Moskva  mətbuatı  AXC'nin  Ģəxsində  düĢmən  surəti 

yaratmaqçün  dəridən-qabıqdan  çıxırdı.  AXC'yə  qarĢı  mübarizə  aparmaqçün  SSRĠ'nin  xüsusi 

xidmət orqanları Azərbaycandakı kanalları vasitəsiylə onu daxildən parçalamaq qərarına gəldilər. 

Artıq  Oktyabr  ayında  onlar  ilk  “nailiyyət”  qazandılar.  Ġdarə  Heyətində  yaradılmıĢ  iki  cinah  - 

“liberallar”la “radikallar” arasında ilk çat yarandı.   

25 Oktyabrdakı mitinqdə Əbülfəz bəy bildirdi: 

“AXC coĢqunluq dövründən kamillik dövrünə girib. 

Ancaq  düĢmən  də  öz  iĢini  görməkdədir.  AXC'nin  bu  dövründə  ağır  məsələ  daxilimizdəki 

əyintilərdir”

.  26'lar  rayon  PK'nin  I  katibi  Vəli  Məmmədov  (sonralar  Qarabağa  gedən  dövlət 

nümayəndə heyətiylə birlikdə ermənilər tərəfindən vurulan vertolyotda həlak olmuĢdu) artıq 17 



Oktyabrda  (Cəbhə  yaranandan  heç  üç  ay  keçməmiĢ!)  iddia  edirdi  ki,  “AXC'nin  vahid  rəhbərliyi 

yoxdur”.  (AXC'nin  parçalanmasında  onun  özünün  xüsusi  rolu  olmuĢdu).  28-29  Oktyabrda 

keçirilən  AXC'nin  I  Məclisində  baĢqa  məsələlərlə  yanaĢı,  AXC'də  vəziyyət,  AXC  I  qurultayına, 

Azərbaycan  AS'nə  və  yerli  sovetlərə  seçkilərə  hazırlıq  müzakirə  edildi.  Bu  yığıncaq  Ġdarə 

Heyətində  yaradılmıĢ ciddi  ziddiyyətləri ortalığa qoydu  -  Z.Əlizadə  və  L.Yunusovayla  bağlı ciddi 

gərginlik ortaya çıxdı. 

Ġdarə  Heyəti  üzvlərini  bir-birinə  qarĢı  qoymaq,  onları  düĢmən  etməkçün  dövlət  orqanları  15 

Noyabr  tarixli  “AXC  Ġdarə  Hey‟ətininin  məlumatı”  adlı  saxta  sənəd  hazırlayaraq  əhali  arasında 

geniĢ yaymağa baĢladılar. Burada N.Pənahov və E.Məmmədov Cəbhəni parçalamaq istəməkdə, 

mafiyayla  əməkdaĢlıqda  və  b.  iĢlərdə  suçlandırılırdı.  Bu  və  baĢqa  təxribatçı  sənədlər  təsirsiz 

qalmadı. Ancaq Əbülfəz bəyin baĢçılığı altında AXC bir təĢkilat kimi öz monolitliyini saxlayırdı. 17 

Noyabrda  keçirilən  mitinqdə  Bəy  elan  etdi: 

“Bu  gün  SSRĠ'də  müsəlman  xalqlarının  demokratik 

hərəkatının  baĢında  AXC  dayanır”

.  Həmin  mitinq  Ali  Sovetə  seçkilər  haqqında  qanunun  dərc 

edilməsini tələb etdi. (Qanun 23 Noyabrda dərc edildi). 

Azərbaycan  rəhbərliyinə  açıq-aydın  bəlliydi  ki,  qarĢıdakı  seçkidə  AXC  hökmən  qələbə  çalaraq 

əksər deputat yerlərinin tutacaq. Buna yol verməməkçün həqiqətən xalqın iradəsini təmsil edən 

bu təĢkilatı cəzalandıraraq sıradan çıxarmaq taktikası yürüdülürdü. Cəzalandırmaqçünsə onu süni 

Ģəkildə radikallaĢdırmaq lazımdı. 

27 Noyabrda ümumazərbaycan siyasi tətili baĢlandı. 29 Noyabr mitinqi bu radikallığın nümayiĢi 

oldu. Rəhim Qazıyevin idarə etdiyi yığıncaqda “AXC milli cəbhəyə çevrilib”, “indi yolumuz yalnız 

SSRĠ'dən  ayrılmaqdır”,  “SSRĠ'dən  çıxmaq  üçün  referendum  keçirilsin”,  “tətil  davam  etməlidir”, 

“bu  imkanı  əldən  buraxsaq  nəvələrimiz  bizi  lənətləyəcək”,  “bu  gündən  kommunistlər  partiya 

biletlərini  atmalıdırlar.  Komsomolçular  komsomoldan  çıxmalıdırlar”,  “bu  gündən  oğlanlarımızı 

əsgər  vermirik”  kimi  tələblər  irəli  sürüldü.  Elə  həmin  gün  keçirilən  partiya-təsərrüfat  fəallarının 

yığıncağındasa Ə.Vəzirov deyirdi: 

“Biz yol verə bilmərik ki, bir ovuc adam xalqı ələ salsın. Buna 

son qoymaq vaxtı çatıb”.

 

Azərbaycan  həyatındakı  bu  ən  gərgin  anlarda  Əbülfəz  bəyin  liderlik  bacarığının  müstəsna  rolu 



oldu. Məhz onun səbirli və təmkinli siyasəti labüd hakimiyyət - AXC toqquĢmasının qarĢısını aldı. 

O, ölkədəki ictimai-siyasi proseslərin süni yox, təbii, demokratik Ģəkildə inkiĢafının tərəfdarıydı.   

1 Dekabr 1989'da “Bakinski raboçi” qəzetində akademik Ziya Bünyadovla müsahibə “ekstremist” 

AXC'yə  ciddi  xəbərdarlıqdı.  2  Dekabr  mitinqində  Nemət  Pənahov  AXC  ĠH'dən  istefa  verdiyini 

bildirdi, Etibar Məmmədov bəyan etdi ki, “bugündən Ģəhərdəki asayiĢə AXC nəzarət edəcəkdir”, 

Əbülfəz  bəysə  AXC'nin  “Azadlıq”  qəzetinin  çıxacağını  söylədi.  Demokratik  ideyaların 

yayılmasıyçün qəzetin vacibliyini hamıdan yaxĢı dərk edən Əbülfəz bəy Cəbhənin qəzetinə adı da 

özü  qoymuĢdu  -  “Azadlıq”  sözüylə  o,  Azərbaycanın  əsl  müstəqillik  və  suverenliyini,  xalqımızın 

gerçək  azadlığını  nəzərdə  tuturdu.  7  hərflik  bu  sözlə  o,  əslində  uğrunda  bütün  həyatını  həsr 

etdiyi  müqəddəs amalının  qəzet  baĢlığında  əks  etdirilməsini görmək  istəyirdi.  (Boynuma  alıram 

ki, mən - Əbülfəz bəyin özünün təqdimatıyla bu qəzetdə redaktor müavini iĢləməyə baĢlayan bir 

adam  “Azadlıq”  adı  eĢidəndə  bu  baĢlıqla  qəzetin  çıxa  biləcəyinə  inanmamıĢdım,  ancaq  Bəyin 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə