HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   2   3   4   5   6   7   8   9   ...   13

____________Milli Kitabxana____________ 

15 


 

masına meyil göstərmişdir. Bu baxımdan aşağıdakı misralara diqqət edək: 

 

Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən? 



 

Səadətli ayağınun tozu hər başa kim qonsa... 

 

Tutam ömrüm kimi zülfün ucun bərk... 



 

Al əlindən ayağı, qoy ayağında başuni... 

 

Dərdinin dərman yerində görmüşəm. 



 

Aşiqin yanmaqdan özgo dordino dərmanı yox.  

 

Can verib bir can üçün yansa Həbibi, qəm deyil.  



 

Gözdən axan cigərdəki qanındürür sənin... və s. 

 

Həbibinin  şeirlərindən gətirilən belə sadə, səmimi, xalis Azərbaycanca 



deyilmiş misralara, xalq ifadələrinə onun başqa  şeirlərində  də tez-tez rast 

gəlmək olar. 

Həbibinin əldə edilən şeirlərini çapa hazırlarkən şairin dilinə xas olan söz 

və ifadələr olduğu kimi saxlanmışdır. Məsələn, kitabda işarə əvəzlikləri əslində 

olduğu kimi: ol, şol, şu, ana (ona), anda (onda), anunçün şəklində yazılmışdır. 

Yalnız "mana", "sana" əvəzlikləri yerinə görə iki formada mana - mənə, sana – 

sənə  şəklində getmişdir. Ayrı-ayrı sözlər mətndə olduğu kimi: tapun (səcdə), 

başun (başın), 




____________Milli Kitabxana____________ 

16 


 

bərü (bəri),  əlümə  (əlimə), yürək, ayruq (qeyri, artıq), yanağun, yüzün; 

müxtəlif feil formaları mətndə olduğu kimi: ur (vur), edib, doğildan (doğulan 

andan), görüngil (görünginən), yaşarduqca (yaşadıqca) və s. şəkillərdə 

getmişdir. 

Həbibi  şeirlərində fonetik cəhətdən diqqəti cəlb edən bir çox sözlərin 

əvvəlində  işlənilən cingiltili "q" samiti mətndə olduğu kimi qamu (hamı), 

qaçan (haçan) şəklində saxlanılmışdır. 

Şeirlərin mətnlərində  bəzən qafiə  və  rədif xətalarına da rast gəlmək olur. 

Belə hallar Həbibi  şeirlərində yalnız bir nüsxəsində olduğu üçün bərpa 

olunmadı. Bir-iki yerdə beytlərin daxilində oxunulmayan və  bəzən də yanlış 

yazılan misralar üç nöqtə (...) ilə  əvəz edilmişdir. Eləcə  də misra daxilində 

bərpa edilən sözlər orta mötərizəyə [ ] alınmışdır. 

Kitabın sonunda şeirlərdə  işlədilən  ərəb, fars sözlərinin, çətin anlaşılan 

arxaik kəlmələrin, tərkiblərin lüğəti verilmişdir. 

 

Əzizağa Məmmədov 

  



____________Milli Kitabxana____________ 

17 


 

Tövhid 

 

Ədəmdən ta ki, aləm oldu peyda,  

Bulunmadı tapuna mislü həmta.  

Sana kim bənziyə, ey dilrüba, kim  

Ki, sənsən o əltafı-əsli həyula

1

.  



Xəyalın xeylidür, ey şahi-əzəm,  

Edən canü könül mülküni yəğma.  

Pərişan zülfinin sevdalarından  

Dimağım doldu fasid fikri-sevda.  

Ləbi-ləlin fəraqından axıbdır  

Gözüm hər dəmbədəm xuni-suvəyda.  

Gözüntək görmədi bir fitnə əngiz  

Olaldan dövri-aləm çeşmi bina.  

Görəldən nərgisi-məxmurin, ey dust,  

Cəhan xalqına oldum məstü rüsva.  

Cəhanda qalmadı bir zərrə zülmət,  

Olaldan gün yüzün nuri hüveyda.  

Cəmalin müshəfin eynim görəldən,  

Könülə rövşən oldu sirri-əsma. 

 

                                                            



1

 Misrada vəzn xətası vardır. 

 



____________Milli Kitabxana____________ 

18 


 

Yüzündür ayəti-Səbülməsani,  

Sözündür xud əsəh-əsmai-hüsna.  

Xətü xalindürür əbcəd hürufi,  

Oxudun Lamü Badir, Kaf ilə Ha.  

Qiyamət qamətini görən eydür:  

Bəlamidir bu, yaxud qəddi-bala.  

Yüzüni hər ki, gördü barəkallah,  

Dedi: zi hüsn içində vəchi-ziba.  

Yüzündür cənnəti-firdövsi-əla  

Ki, Ta ha oxur onda haqq təala.  

Şu kim tövhidə qaildir əhəd der  

Sənə, ey hüsn içində fərdi-yekta.  

Xəti-yaqutini can müshəfində,  

Həbiba, dəsti-qüdrət etdi inşa.  

Vücudi-kainatın cümlə sənsən,  

A cudi binəhayət, fəzli-mövla. 

Həqiqət sənsən, ol məzhər, həqiqət  

Ki, məzhərdir sənə sər cumlə əşya.  

Əgər aşiq və gər məşuq sənsən,  

Gəh Adəm qorsan

1

 adın, gəh Həvva,  



Gəhi Məcnun olursan Leyli iyçün,  

Gəh olursan geri Məcnuna Leyla.  

Gəhi Vamiq, gəhi Əzra olursan, 

 

                                                            



1

 Qoyarsan 

 



____________Milli Kitabxana____________ 

19 


 

 

Gəhi Yusif, gəh olursan Züleyxa.  



Gəhi Əhməd, Əlisən, gəh Xədicə,  

Gəhi Məryəm olursan, gəh Məsiha...  

Gəhi surət olursan, gəh məni.  

Gəhi əsma olursan, gəh müsəmma.  

Eşidir bu sədayi xəlqi-aləm  

Ki, səndədir səməna və ətəna.  

Günəşdən kəndözünü zahir etdin,  

Qamu şeydə görəməz leykin əma.  

Dü aləmdə nə kim var cümlə sənsən,  

Əgər əsfəl əlavü, yaxud əla.  

Görünürsən bu kəsrət aləmində,  

Bəsirət əhlinə pünhanü peyda.  

Səni hər şeydə gördü çün Həbibi,  

K-o layi nəfy edüb, eydür ki, lilla.  

Bilürsən k-ol fəqiri müstəhəqdir,  

Nola hüsnün zəkatın etsən ita.  

Təmənnayi visalındır, həmin bəs,  

Əgər imruz əlavü, yuxu

1

 fərda.  



Anın məqsudi sənsən gecə-gündüz,  

Səni səndən edər hər dəm təmənna.  

O huri-cənnətü rizvani anmaz,  

Edəldən rövzəyi-hüsnün tamaşa. 

                                                            

1

 Yaxud 



 


Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə