HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   2   3   4   5   6   7   8   9   ...   13

____________Milli Kitabxana____________ 

11 


 

 

* * * 



 

XIV əsrdə Nəsimidən sonra, onun qüvvətli ədəbi təsirinə məruz qalan bir 

çox Azərbaycan  şairləri kimi, Həbibinin yaradıcılığında da hürufilik özünü 

aydın göstərmişdir. Bundan başqa, XV əsr Ağqoyunluların və  Şirvanşahların 

hakimiyyəti zamanı  vəhdəti-vücud, başqa sözlə, panteizm dünyagörüşü 

qüvvətlənmişdi. Bu dövrün şairlərində dini ehkamlara, etiqadlara qarşı 

mübarizə ümumi bir hal almışdı. Eləcə də, bu ayinlərdə sufiliklə heç bir əlaqəsi 

olmayan hisslər, düşüncələr panteist anlayışı ilə örtülüb, ona məxsus 

istilahlarla icra olunurdu. Bu dövrün başqa Azərbaycan şairləri kimi Həbibinin 

də üslubunda bir sadəlik, səmimilik özünü göstərirdi. Şah İsmayıl Xətayi kimi 

şairlər xalq ruhuna yaxın heca vəzni ilə  şeirlər yazırdı. Odur ki, Həbibinin 

ədəbi  şəxsiyyət kimi təşəkkülündə XV əsr Azərbaycan  ədəbiyyatının bu 

ümumi cəhətini aydın görürük. Lakin şairə  Nəsiminin təsiri daha qüvvətli 

olmuşdur. 

Həbibinin  əlimizdə olan şeirlərində sufi təbirləri, istilahları tez-tez gözə 

çarpır. Burada olan eşq, aşiq, məşuq, meyxana, xərabat, cami-Cəm, vaiz və 

onun mürşidinin tənqidi  şairin panteist dünyagörüşü ilə bağlı olub ilahi eşq 

anlayışına daban-dabana zidd idi. Azad düşünən bütün ədəbi simalar kimi 

Həbibi də öz şeirlərində insan ləyaqətini, mənəvi gözəlliyini, məhəbbətini din 

və təriqət ehkamlarına qarşı qoymuşdur. 

Həbibi orta əsr elmlərini - nücum-astronomiyanı,  Şərq 

ədəbiyyatının böyük nümunələrini və eləcə də şahmat 

  



____________Milli Kitabxana____________ 

12 


 

 

oyununu gözəl bilirdi. Bu cəhətlər onun poeziyasında da əks olunmuşdur. 



Həbibi yalnız Azərbaycanda deyil, İraqda yaşayan poeziyaya, osmanlı-türk 

ədəbiyyatına da güclü təsir göstərmişdir. 

Azərbaycan  ədəbiyyatında Həbibi  şeirlərinin  Şah  İsmayıl Xətayi, Füzuli, 

XVI  əsrdə yaşamış Ruhi Bağdadi və XIX əsrdə  İsmayıl bəy Nakamın 

yaradıcılığına müsbət təsir göstərdiyini də qeyd etməliyik. Bunlardan başqa 

Həbibinin: "Dün gördüm ol nigari-tərəbnakü  ərcimənd" misrası ilə başlayan 

məşhur müsəddəsinə bir sıra Azərbaycan və türk şairləri nəzirələr yazmışlar. 

Həbibi, eləcə də, Azərbaycan və Yaxın Şərq xalqlarının zəngin ədəbi irsi 

ilə tərbiyələnmişdir. Həbibinin bir sıra şairlərə, o cümlədən XV əsr Azərbaycan 

şairi Xəliliyə nəzirəsi vardır. Türk ədəbiyyatşünası Mehmed Fuad Köprülünün 

apardığı tədqiqata görə Həbibi, türk şairləri Şeyxiyə, Səfaiyə, Əhməd Paşaya, 

Cəlaliyə,  İbrahim bəyə, Öməriyə, Həmdiyə, Rəvaniyə,  Ədniyə  də  nəzirələr 

yazmışdır. 

Şah  İsmayıl Xətayi öz qocaman müasiri məliküşşüəra Həbibinin  şeir 

sənətinə çox yüksək qiymət vermiş  və bu cəhətdon  şairin Həbibiyə yazdığı 

nəzirələr maraqlıdır. Həbibinin daha sonralar Füzuli tərəfindən təxmis edilmiş 

məşhur qəzəlinə Xətayinin nəzirə yazdığı: 

 

Səndən özgə yarını olsa, ey pərivəş simtən,  



Asitanın çevrəsində qoy ki, xak olsun bədən - 

 

mətləli qəzəli diqqəti cəlb edir. 



 


____________Milli Kitabxana____________ 

13 


 

Yenə də Həbibinin: 

Görəldən zülli-ənbərbarın, ey dust,  

Pərişandır bu diləfgarın, ey dust – 

 

mətləli başqa bir lirik qəzəlinə Xətayi: 



 

Bu aləm hüsnüno heyrandır, ey dost,  

Sənə bu qönçə ləb xəndandır, ey dost – 

 

nəzirəsini aydın və səlis bir dildə yazmışdır. 



XVI  əsrdə osmanlı-türk təzkirəçilərindən Aşıq Çələbi, Həbibidən bəhs 

edərkən onun elm əhli olduğunu göstərmişdir. Aşıq Çələbi bundan sonra onun 

öz  əsərlərində sufi təsirini qeyd edib, müsəddəsindən aşağıdakı ilk bəndi 

nümunə gotirmişdir: 

 

Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,  



Kafur əliylə dəstələnmiş ənbərin kəmənd,  

Baxdım şikənci-türrəsinə zarü müstəmənd,  

Bir şəxsi-natəvan oturur gardənində bənd

- Kimdir bu miskin, ol no rəsondir? - dedim, dedi: 

-Züllim kəmondi tutsaği canındurur sənin. 

 

Həbibinin bu şeri Füzulinin ən məşhur şeirlərindən biri olan və: 



 

Dün sayə saldı başıma bir sərvi-sərbülənd  

Kim, qəddi dilrüba idi, rəftari dilpəsənd – 

beyti ilə başlayan müsəddəsinin yaranmasına səbəb olmuşdur. 




____________Milli Kitabxana____________ 

14 


 

 

Həbibinin müsəddəsinə nəzirə yazanlar XV-XVI əsrdə yaşayan şairlər ilə 



məhdudlaşmamışdır. Həbibiyə  təqlid və  nəzirələr yazılması XIX və XX əsrin 

əvvəllərinə qədər də davam etmişdir. 

XVI  əsrin birinci yarısında yaşamış görkəmli  şair Ruhi Bağdadinin 

nəzirəsində deyiliş  tərzi, işlətdiyi kəlmələr və hisslərinin ifadəsi baxımından 

Həbibi və Füzulinin təsiri açıq-aydın hiss olunur. 

Yenə də eyni əsrdə yaşamış təzkirəçi Lətifi şairin özünəməxsus bir "tərz və 

üslubu" olduğunu söylədikdən sonra ona bəslədiyi rəğbəti göstərmişdir. Bu 

sözlərə  əlavə olaraq, Həbibinin Füzuli tərəfindən təxmis edilən məşhur 

qəzəlinə yazdığı gözəl bir nəzirəni də qeyd etmişdir. Az sonra Türkiyə 

təzkirəçilərindən Həsən Çələbi isə iki əvvəlki təzkirənəvislərin dediklərini 

yalnız ümumiləşdirə bilmişdir. Təzkirəçilərdən sonra Türkiyədə Hacı Kamal 

tərəfindən Həbibinin 1512-ci ildə  tərtib olunmuş "Camiünnəzair" (Nəzirələr 

məcmuəsi) əsərinə yazılan nəzirələri də qeyd etmək lazımdır. Bunlar XVI əsr 

şairlərindən Nişançı  Cəfər, Çakəri, Səfai, Nişani, Həyati, Tutmaci kimi 

şairlərin nəzirələridir. 

 

* * * 



 

Həbibinin dili ilə  əksər halda xalq ifadə  tərzinə yaxın, sadə  və  bədii, 

əksəriyyətin anlaya biləcəyi poeziya dilidir. Burada çətin anlaşılan ərəb və fars 

tərkibləri azdır, şeirlərində ən zəruri hallarda ağır tərkiblərə yol verilir. Həbibi 

şeirlərində dilin təbiiliyinə, canlılığına, sadə və aydın yazıl- 

  



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə