Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

Göz yaşı tökərəm qan əvəzinə. 
K r a 1 i ç a. Oğlum, bu sözləri kimə deyirsən? 
H a m 1 e t. Məgər görmürsünüz? 
K r a 1 i ç a. 
Əsla heç neyi
Orda nə vardırsa, gördüklərimdir. 
H a m 1 e t. Doğrudan, heç bir səs eşitmirsiniz? 
K r a 1 i ç a. Yalnız eşidirəm öz səsimizi. 
H a m 1 e t. 
Nə üçün, bir baxın, oraya baxın,  
Atamdır, özüdür, diridir sanki!  
Baxın, yavaş-yavaş çıxır qapıdan! 
Kölgə gedir. 
Kraliça. 
Pozulmuş əsəbin illətidir bu,  
Səni qara basır, bu xəstəlikdə  
İnsanın gözünə görünür hər şey. 
H a m 1 e t. 
Məni qara basır? Yanılırsınız,  
Mənim nəbzim vurur sizinki kimi,  
Ağlım da, huşum da öz yerindədir.  
Yoxdur dəlilikdən sözümdə əsər.         
 
Bir şübhəniz varsa, sınayın məni,  
Sizə təkrar edim, nə demişəmsə.  
Dəli deyə bilməz dediklərini.  
Bir Allah eşqinə düşünün, ana,  
Elə zənn etməyin qəmimə səbəb 
 Sizin günahınız, suçunuz deyil,  
Yalnız, yalnız mənim dəliliyimdir.  
Bu yalançı inam - yalançı məlhəm  
Sizin qəlbinizin yaralarım  
Qərtməklə bağlayar, sağalda bilməz.  
Yaralar gizlicə irinləyərək 
 İçəridən yeyib məhv edər sizi.  
Allaha yalvarın, tövbə eyləyin,  


Yuyun keçmişdəki günahınızı,  
Çəkinin gələcək qəbahətlərdən.  
Gübrə verməzlər ki alaq otuna,  
Onu köklərindən yolub atarlar.  
Bağışlayın, dedim mən həqiqəti.  
Çünki bu qudurğan, harın zamanda 
 Şərə bir yaxşılıq eyləmək üçün  
Şərə xeyirxahlıq minnət eyləyir. 
Kr a 1 i ç a. Ah, Hamlet, qəlbimi parçaladın sən. 
H a m 1 e t. 
Çürük parçasını atın bir yana,  
Təmiz parçasıyla yaşayın onun.  
Hə, xanım, gecəniz xeyrə qalsın,  
Əmimin yanma getməyin ancaq.  
Əxlaqlı, ismətli olmasanız da, 
Əxlaqlı, ismətli görünün hər vaxt.  
Hər şeyə qadirdir vərdiş əzəldən:  
O, bakir hissləri yeyir iblistək,  
Gözəllik yaradır bir mələk kimi. 
Paltara, geyimə bənzəyir vərdiş, 
Həya pərdəsinə bürünsəniz siz, 
Həyalı olmağı öyrənərsiniz. 
Bu gecə dözsəniz, sonra get-gedə 
İşlər daha yüngül, asan olacaq. 
Vərdiş təbiətin, demək olar ki, 
Ən möhkəm möhrünü dəyişə bilir. 
Xeyirxah vərdişlər, gözəl adətlər 
Ya tabe eyləyir mənfur şeytanı, 
Ya da qovur onu min bir dəhşətlə. 
Bir daha gecəniz xeyrə qalsın. 
Gedib xeyir-dua istəyən zaman 
Mənə də istəyin pərvərdigardan. 
(Polonini göstərərək). 
Mənim bu cənaba yazığım gəlir. 
Görünür, beləymiş taleyin hökmü: 
O məni, mən onu cəzalandıraq.  
Mən olum taleyin cəza qırmancı. 


Onun cəsədini aparıb, özüm 
Cavab verəcəyəm bu ölüm üçün. -  
Yenə də gecəniz xeyrə qalsın. 
Qəddar olmalıyam mərhəmətimdən, 
Sizin halınıza acıyıram mən. 
Bununla fəlakət başlandı artıq, 
Hələ qarşıdadır müdhiş bədbaxtlıq. 
Bircə söz də deyim, mehriban ledi. 
K r a 1 i ç a. Söylə, söylə görüm, neyləməliyəm? 
H a m 1 e t. 
Heç nə, gedin mənə məhəl qoymadan
Girin yatağına lovğa kralın, 
Yenə sığallasın üz-gözünüzü, 
Sizə quzum desin, maralım desin.     
:
 
O, lənətə gəlmiş qolları ilə 
Sizin boynunuzu qucaqlayaraq 
Bir cüt öpüş alsın yanağınızdan. 
Bunun əvəzində, təşəkkür kimi, 
Siz də sirri açıb ona deyin ki, 
 
 
Hamlet dəli deyil həqiqətən də,  
Dəliliyə vurub özünü qəsdən. 
 Bu iş onun üçün əla olacaq,  
Çünki belə gözəl, belə ağıllı,  
Belə fərasətli bir kraliça  
Onuntək bir paza, bir yarasaya  
Bu cürə qiymətli bir sirr açacaq.  
Bunu kim eyləyər?  
Əlbəttə, heç kim!  
Hətta nağıldakı məşhur meymun da  
Ən uca binanın çıxıb damına,  
Xəlvətcə, gizlicə orda saxlanan  
Səbəti açaraq göyərçinləri  
Havaya buraxmaz heç vaxt, heç vədə.  
Səbətə girməz ki təcrübə üçün,  
Səbətlə birlikdə yıxılar birdən,  


Boynu yerə dəyib qırıla bilər. 
K r a 1 i ç a. 
Arxayın ol, oğlum, ölərəm ancaq  
Heç zaman heç kimə satmaram səni. 
H a m 1 e t. 
Məni göndərirlər İngiltərəyə,  
Bunu bilirsiniz? 
Kraliça. 
Bəli, çox əfsus, 
Mən tamam unutdum, bu qət olunub. 
Hamlet. 
Əmr möhürlənib, hazırdır artıq. 
 Mənimlədir iki məktəb yoldaşım  
Bu uzaq səfərdə, inanıram mən  
Onlara gürzəyə inandığımtək.  
Məni salmalıdır onlar tələyə.  
Yaxşı, belə olsun, görək kim kimi  
Bu gizli yarışda məğlub edəcək. 
 Düzü, gülməlidir quyu qazan kəs  
Yıxılıb düşəndə öz quyusuna.  
Qalanı əlinə keçirmək üçün  
Onlar lağım atıb, qurğu quracaq 
Mənsə lağım atıb daha dərindən 
Qurğu quracağam qurğuya qarşı, 
Göyə sovrulacaq bütün qurğular. 
Həngamə qopacaq eyni zamanda 
Yer altda hiylələr qarşılaşanda. - 
Aparım, gizlədim bu içalatı, 
Mənim səfərimi sürətləndirdi. : 
Anacan, gecəniz xeyrə qalsın. 
Doğrudan, nə yaman susdu müşavir! 
Çərənçi, gicbəsər bu haramzada 
Nə ciddi, təmkinli olub dünyada! - 
Gəl, cənab, səninlə çürüdək işi. — 
Gecəniz xeyrə qalsın, anacan. 
Hərəsi bir yana gedir. Hamlet Poloninin cəsədini sürüyərək 
aparır. 


DÖRDÜNCÜ PƏRDƏ 
BİRİNCİ SƏHNƏ 
Qəsrdə bir otaq. Kral, kraliça, Rozenkrants və 
Qildenstern daxil olurlar. 
Kral. 
Bu dərin ahlarda nəsə bir sirr var. 
Bunun səbəbini öyrəndinizmi? 
Oğlunuz hardadır?  
K r a 1 i ç a. 
Bizi tək buraxın beş-on dəqiqə. 
(Rozenkrants, Qildenstern gedirlər). 
Ah, mehriban ərim, mən nələr gördüm!  
K r a 1. Nə var, Gertruda? Hamlet necədir?  
Kraliça. 
Hiddətlə çarpışıb tufan qoparan 
 
Dəniztək, küləktək ağılsız idi. 
Xalça arxasından elə bu vaxtı 
 
Şıqqıltı eşidib şaşırdı tamam. 
"Siçovul, siçovul!" deyə qışqırdı,    
Qılmcı sıyırıb sancdı xalçaya, 
Öldürdü bilmədən yazıq qocanı. 
Kral. 
Necə də qorxulu, dəhşətlidir bu! 
Orda gizlənsəydik, biz də ölərdik. 
Onun belə sərbəst, azad gəzməsi 
Sizinçün, bizimçün, hər bir kəs üçün
Bütün hamı üçün təhlükəlidir. 
İndi bəs bu qana kimdir cavabdeh? 
Əfsus ki, özümüz. Çünki vaxtında  
Nəzarət etmədik bu dəli gəncə,         
Onu ayırmadıq başqalarından. 
Tükənməyən Övlad məhəbbətimiz 
Aldı başımızdan ağılımızı, 
Düşünüb seçmədik yaxşını pisdən. 
Hamıdan biz onun dəliliyini  
Gizlədik ayıblı xəstəlik kimi. 
İndi içimizdə şiddət eyləyib 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə