Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

Ömrü asılıdır bir çoxlarının.  
Beləsi daha çox qorunmalıdır.  
Adi ölüm deyil kral ölümü;  
Bu ölüm ən güclü girdaba bənzər,  
Özüylə aparar yaxın kəsləri.  
Dövlət maşınına hərəkət verən  
Ən nəhəng təkərdir kral elə bil.  
O sanki dayanıb uca zirvədə,  
Tək ona bağlıdır minlərlə kiçik  
Qaya da, təpə de, daş da, ağac da.  
Ele ki, o təkər qopdu yerindən,  
Onunla birlikdə dağda nə varsa,  
Qorxulu, dəhşətli gurultularla  
Tökülür yarğana bir an içində.  
Heç vaxt tək sönməyir kralın şamı,  
Kral ah çəkdimi ah çəkir hamı. 
Kral. 
Təvəqqe edirəm, vaxt itirmədən  
Təcili səfərə hazırlaşın siz.  
İndi azad gəzən bu fəlakətin  
Gərək qandal vuraq ayaqlarına. 
 
Rozenkrants və Qildenstern. Hətta itirmərik bircə an belə. 
Rozenkrans ve Qildestern gedirler. Poloni gəlir. 
P o 1 o n i. 
 
Hökmdar, o gəldi öz anasının           
Yataq otağına. Bu saat gedib              
Divar xalçasının arxasında mən      
Gizlənib dinlərəm söhbətlərini.      
Buna inamram, anası onu                  
Danlayıb suçunu başa salacaq.       
Dediyiniz kimi, siz düz dediniz 
Ana övladına hakimlik etməz,          
Ana övladına terəfgir olur.             
Onların sözünü kənar adamın       . 
Xəlvət dinləməsi ağıllı işdir.         
Hələlik, hələlik, böyük hökmdar,        


Mən geri qayıdıb siz yatmamışdan         
Sizə danışaram bildiklərimi.                    
Kral.  
Təşəkkür edirəm, mehriban dostum.      
(Poloni gedir).                                     
Eyvah, üfunətdir bu cinayətim,     
Yeri də, göyü də tutub qoxusu.     
Qədim zamanlardan qalmış bu adət 
Qardaş qatilinin qara damğası        
Mənim vicdanıma basılıb indi.    
 
Bütün varlığımla arzulasam da,    
 
Dua eyləməyi bacarmıram mən.  
Qırır ağır suçum qətiyyətimi.         
Tərəddüd içində qalan adamtək          
Bilmirəm, nə edim, nədən başlayım.  
Heç nə də, heç nə də gəlmir əlimdən 
Qardaş qanı töküb məlun əllərim      
Qana daha artıq bulansa idi,                               
Onları qar kimi ağartmaq üçün          
Məgər göydə yağış tapılmazdımı  
Əgər cinayəti bağışlamırsa,              
Bəs nəyə gərəkdir Allahın rəhmi?   
Dua nə üçündür? İki iş üçün: 
Ya tanrı hifz etsin bizi günahdan,     
Ya da bağışlasın günahımızı. 
Artıq törədilib bu çirkin günah. 
Üz tutum göylərə, fəqət, ah, necə, 
Mən dua eyləyim: "Pərvərdigara, 
Bu iyrənc qətli mənə bağışla!" 
Beləmi yalvarım? Yox, mümkün deyil. 
Ölkə, kraliça, taxt-tac, şan-şöhrət - 
Bu mənfur qənimət hələ məndədir. 
Varmı elə cani əfv eləsinlər, 
Qalsın cinayətin bəhrəsi onda? 
 
Bu satqın dünyada görürsən tez-tez: 
Qızıla tutulmuş cani əlləri 
Haqqın, ədalətin tutur ağzını.  


Oğurluq sərvəti, oğurluq varı 
 
Hakimlərdən satın alır qanunu.         
Lakin yuxarıda belə deyildir. 
Orda nə hiylə var, nə də bir yalan.        
Hər iş, hər hərəkət olduğu kimi
 
Tapır doğru, düzgün əksini orda. 
Cavab verməliyik biz bircə-bircə        
Bütün taqsırımız, günahımızçün. 
Onda neyləməli? Hanı bir çarə? 
Tövbəmi etməli? Bir xeyri varmı? 
Əgər biri tövbə edə bilmirsə, 
Onda necə olsun? Ah, müdhiş əzab! 
Ah, ölümtək zalım, amansız qəlbim! 
Ah, çirkin günahın bataqlığından 
Azad olmaq üçün çapaladıqca 
Daha çox qərq olan ləkəli ruhum! 
Mənə kömək edin, siz ey mələklər! 
Əyilməz dizlərim, əyilin yerə. 
Sən ey daş ürəyim, təzə doğulmuş 
Körpə ürəyitək yumşal, zərif ol! 
Hər şey yaxşı olar. 
Bir kənara çəkilib dizi üstə çökür. Hamlet gəlir. 
H a m 1 e t. 
İndi nə fürsətdir! O, dua edir.         
(Qılıncı qınından sıyırır). 
 
Mən onu öldürüm, beləliklə, o 
Qovuşsun əbədi, uca göylərə, 
Beləliklə, mən də intiqam alım. 
Yox, dayan, ətraflı düşünmək gərək: 
Bir əclaf öldürsün mənim atamı,  
Bunun əvəzində mən, fərsiz oğul,      
O alçaq canini öz əllərimlə 
Göndərim cənnətə! 
Oh, bu mükafatdır, intiqam deyil. 
O mənim atamı qanı coşarkən, 
Şövqə gələn vaxtı may ayı kimi, 
Günahlar içində həlak eylədi. 


Təkcə xaliq bilir, atam nə çəkir?! 
Dini etiqada, inama görə, 
O, ağır əzaba düçardı indi. 
Bu yaramaz iblis günahlarını 
Duayla, tövbəylə təmizləyərək 
Gedər-gəlməz yola tamam hazırkən 
Onu məhv eləmək məgər qisasdır? 
Xeyr! 
Qayıt öz qınına, qayıt, qılıncım! 
Gözlə en dəhşətli, qorxunc məqamı. 
O sərxoş yatanda, ya hirslənəndə, 
Ya azğın şəhvətlə xumarlananda, 
Qumar oynayanda, söyüş söyəndə, 
Ya da pis niyyətlə alovlananda 
Elə şaqqala ki onun başını, 
O öz qəlbi kimi zülmət, qaranlıq 
Cəhənnəmə getsin kəllə-mayallaq.  
(Qılıncı qınına qoyur). 
Məni otağında gözləyir anam. - 
Hələlik sən yaşa, möhlət məlhəmdir
Bu məlhəm güldürər xəstə çöhrəni, 
Ancaq xilas etməz ölümdən səni (Gedir). 
K r a 1 (ayağa qalxaraq). 
Sözüm göylərdədir, fikrim yerdə, ah!  
Fikirsiz sözləri eşitmir Allah. 
Gedir. 
DÖRDÜNCÜ SƏHNƏ 
Kraliçanın otağı. Kraliça və 
Poloni daxil olurlar. 
Poloni. 
O indi gələcək, bərk sıxışdırın. 
Son qoysun dözülməz hoqqalarına. 
Deyin ki, siz onu əlahəzrətin 
Hədsiz qəzəbindən qorumusunuz. 
Mən elə burdaca gizlənəcəyəm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə