Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

yaxşı.  
Of eliy  a. 
Milord, yadigardır töhfəniz məndə. 
Xeyli var, onları istəyirəm ki, 
Geriyə qaytarım, 
buyurun, alın.  
Hamlet. 
Yox, yox, nə deyirsən, ömrümdə senə 
Heç vədə heç bir şey verməmişəm 
mən.  
O f e l i y   a. 
Yaxşı bilirsiniz, möhtərəm prins, 
Mənə verdiyiniz hədiyyələri. 
Qəşəng sözləriniz açdıqca qanad 
Artdı bəxşişlərin qiyməti qat-qat. 
Onlar dəyərini artıq itirmiş, 
Namuslu qızlara aydındır bu iş: 
Kim ki dönük olur, mürvətsiz olur, 
Qiymətli bəxşişi qiymətsiz olur. 
Buyurun. 
H a m 1 e t. Ha, ha, ha! Sən namuslusan? 
O f e l i y a. Milord! 
 
H a m 1 e t. Sən gözəlsən? 
Ofeliya. 
Siz cənabınız, 
Nə demek istəyir, bilmirəm, düzü?! 
H a m 1 e t. Onu demək istəyirəm ki, əgər sən namuslu və 
gözəl qızsansa, sənin namusun sənin gözəlliyinlə danışmağa 
heç kimə icazə verməməlidir. 
O f e 1 i y a. Milord, gözəlliyin namusdan yaxşı rəfıqəsi ola 
bilməz.  
H am 1 e t. Bəli, doğrudur! Fəqət bəla burasmdadır ki, namus 
gö-zəlliyi özü kimi bakir və büllur etməkdənsə, tezliklə 
gözəllik namusu aradüzəldənə, oğraşa çevirir. Əvvəllər bu 
mənə qeyri-adi görünürdü. İndi isə bizim dövr, zəmanə 
bunu təsdiq eləyir.Bir vaxtlar mən səni sevirdim. 
O f e 1 i y a. Həqiqətən, milord, mən sizin eşqinizə 


inanırdım. 
H a m 1 e t. Lap nahaq yerə. Çünki insan xilqəti qoca 
ağac gövdə-sidir, ləyaqət çiçəyi ona peyvənd tuta bilmir. 
Mən səni sevmirdim. 
O f e 1 i y a. Deməli, mənim aldanmağım daha dəhşətlidir. 
H a m 1 e t. Get monastıra. Nə üçün sən günahkarların 
sayını artırmağa can atırsan? Mən özüm də ala-babat təmiz 
adamam. Lakin özümü onda günahlandıra bilərəm ki
anam məni doğmasa daha yaxşı olardı. Mən çox lovğa, 
kinli, xudpəsəndəm. Daxilimdə o qədər eybəcərliklər var ki, 
onları fikirləşməyə düşüncəm, müəyyən bir şəklə salmağa 
təsəvvürüm, həyata keçirməyə vaxtım çatışmır. Göylə yer 
arasında vurnuxan mənim kimi belə  məxluqlardan nə 
gözləmək olar? Biz hamımız həqiqi fırıldaqçılarıq. Bizim heç 
birimizə inanma. Hələ ki bakirəsən, insanlardan uzaqlaş. 
Birbaşa monastıra get. Atan hardadır? 
O f e 1 i y a. Evdədir, milord. 
H a m 1 e t. Qapıları onun üzünə möhkəm bağla ki, o 
yalnız öz evində özünü ələ salsın. Əlvida. 
O f e 1 i y a. Ah, müqəddəs göylər, siz ona kömək olun! 
H a m 1 e t. Əgər ərə getsən, qoy mənim lənətlərim sənin 
cehizin olsun. Buz kimi şəffaf, qar kimi təmiz olsan da, yenə 
böhtanlardan qur-tara bilməyəcəksən. Monastıra tələs, 
dayanma,  əlvida. Hərgah mütləq  ərə getmək istəsən, onda 
bir axmağa get. Çünki ağıllılar çox yaxşı bilirlər ki, siz 
onlardan necə buynuzlu vəhşilər düzəldirsiniz. Monastıra 
get, cəld ol. Əlvida! 
O f e 1 i y a. Ey ulu qüvvələr, siz ona şəfa verin! 
H a m l e t .  Üz-gözünə  rəng çəkdiyini də  eşitmişəm. 
Allah-taala sizə bir sifət verir, siz onu boyayıb başqa şəklə 
salırsımz. Qəribə oyunlar, hərəkətlər çıxardır, danışıqlar 
icad edir, tanrının yaratdıqlarına yeni-yeni adlar verirsiniz, 
öz əxlaqsızlığına sadəlövlük donu geyindirirsiniz. Get, get, 
mən artıq bunu istəmirəm. Məni dəli eyləyən də elə bax 
budur. Sənə deyirəm, daha heç kəs evlənməyəcək.  İndiyə 
qədər evlənənlərin hamısı, bir nəfərdən başqa, qoy birgə 
yaşasınlar. Qalan-ları necə var elə  də qalsınlar. Monastıra 


get, rahibə ol. 
Gedir. 
Ofeliya. 
Ah, necə məhv oldu böyük bir zəka, 
Comərdlik, igidlik mücəssəməsi,  
Ağlın, dərrakənin ülvi timsalı, 
 
Vətənin ümidi, şöhrəti, şanı,  
Ləyaqət güzgüsü, gözəllik rəmzi, 
 Ellərin əzizi, ellərin gözü,  
Hamısı, hamısı məhv oldu, getdi!  
Mənəm qadınların ən bədbəxti, mən!  
Əvvəl musiqitək gözəl səsiylə 
 Gəlib and içərdi mənim eşqimə,  
İndi cingildəyir qırıq zəng kimi. 
 Hanı o qüdrətli, o nadir kamal?  
Onun o qənirsiz gözəl üzünü  
Dəlilik dəyişib nə günə salmış!  
İlahi, bu nədir, mən taleyi kəm  
Ah, nələr görmüşdüm, nələr görürəm! 
Kral və Poloni qayıdırlar. 
Kral. 
Məhəbbət? Bu deyil onun mərəzi.  
Sözləri dolaşıq olsa da bir az,  
Dəli sözlərinə bənzəmir əsla.  
Onu belə ağır qəmə qərq edən  
Nəsə qorxunc bir sirr yatır qəlbində. 
 Onun qalması da, açılması da,  
Dəhşətli fəlakət törədə bilər.  
Dərhal qarşısım almaqdan ötrü  
Belə bir qərara gəlmişəm ki, mən  
Onu tez göndərək İngiltərəyə,  
Yığsın ödənməmiş baci-xəracı. 
 Bəlkə de, dənizlər, müxtəlif yerlər,    

 
Müxtəlif adamlar onun bu təhər  


Üstündə əzabla baş sındırdığı  
Dərdi ürəyindən çıxara bildi.  
Sizin bu barədə fıkriniz nədir? 
P oloni. 
Çox gözəl, qoy getsin, fayda verəcək,  
Fəqət inanıram mən əvvəlkitək  
Bu qəmin səbəbi uğursuz eşqdir.  
-Qızım! Danışmağa yoxdur ehtiyac 
Eşitdik Hamletin dediklərini.  
İxtiyar sizindir, adil hökmdar,  
Ancaq istəsəniz, budur məsləhət:                                        
Tamaşadan sonra prins Hamleti 
Kraliça görsün tamam təklikdə.         
Onunla danışsın açıq, səmimi, 
 
Dərdini deməyi xahiş eləsin.                                       
                     Siz lazım bilsəniz, gizlənib mən də                   
 Dinlərəm onların söhbətlərini. 
 Öyrənə bilməsək sirrini əger, 
Təcili göndərin İngiltərəyə, : 
Ya da hökm verin dustaq etsinler      
 
              Etibarlı yerdə.                            
             Kral. 
Yaxşı, razıyam. 
         
 Böyük 
təbiətlər dəli olsa da
Azad yaşamasın gərək dünyada. 
 
 
Gedirlər. 
İKİNCİ SƏHNƏ 
Qəsrdə bir salon. 
Hamlet və bir neçə 
aktyor daxil olurlar. 
Hamlet. Təvəqqe edirəm, sizə necə demişdimsə, eləcə də 
təbii və aydın danışın.  Əgər siz öz nitqinizi, aktyorların 
əksəriyyəti kimi, bağıra-bağıra söyləyəcəksinizsə, yaxşı olardı 
ki, mən öz şerimi şəhər carçısına verəydim. Havanı mişarla 
doğrayırmış kimi, əl-qolunuzu ölçməyin, hər şeyin öz həddini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə