Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə7/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   2   3   4   5   6   7   8   9   10   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              21
1.2. Qafqaz Müsəlmanları İdarəsinin təsis olunması
XIX əsrin əvvəllərində Qafqazın (Zaqafqaziya) Rusiya im-
periyasına  qatılması  ilə  əlaqədar  bölgədə  İslam  təsisatlarının 
quruluşunda  əhəmiyyətli  dəyişikliklər  baş  verdi.  1823-cü  ildə 
Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Tif-
lis  şəhərində  şeyxülislam  vəzifəsi  təsis  edildi.  Bundan  9  il 
sonra, 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı 
olan müfti vəzifəsi də təsis edilir. Lakin şeyxülislam və müfti 
vəzifələrinin təsis edilməsi hələ Qafqaz (Zaqafqaziya) Ruhani 
İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada 
fəaliyyət göstərən dini başçılar idilər. 
Şeyxülislamın rəhbərlik etdiyi şiə, müftinin rəhbərlik etdiyi 
sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli əsasnaməsi ilə 
təs diq edildi və 1917-ci ilin fevralına qədər bu əsasnamə əsa-
sın da fəaliyyət göstərdi. Şeyxülislam və müfti çarın Qafqaz ca -
nişini tərəfindən təyin edilirdi. Ruhani idarələrin fəaliyyəti isə 
çarizm üsul-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar döv-
lət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bə-
rabər tutulurdu. İslam ideologiyasını imperiyanın səadəti naminə 
xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz şiə və 
sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə 
də elan etdi. Həmin nizamnaməyə görə, buraya (şiəlikdə) şey-
xülislamlar, qazılar və axundlar, sünnilikdə isə müftilər, imam-
xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mol-
lalar, müəzzinlər, İslam dininin müxtəlif məddahları, seyidlər, 
mürşidlər və b. daxil idi. 
1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda mü-
səlman  ruhaniləri  iki  dərəcəyə  bölünürdü:  şeyxülislam,  müf ti  
və s., şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məc  lis-
lərinin üzvləri, məscid mollaları. Bununla yanaşı, ru ha nilər dini 
ideologiya, ehkam, əməli həyat məsələlərini həll et  mək və onlara 
dini, ictimai qiymət vermək səlahiyyəti baxı mın  dan üç zümrəyə 
aid edilirdi: birinci ali zümrəyə Qafqaz ru  hani idarələrinin baş-


22                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
çıları - şeyxülislam və müftilər, ikinci or ta zümrəyə quberniya 
ruhani məscidlərinin üzvləri və qazılar, üçüncü aşağı zümrəyə 
isə yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər, 
mükəbbirlər), əməleyi-movtlar (yas mə  rasimini aparanlar) və s. 
daxil idi.
Bakı  və  Gəncə  (o  zamankı  Yelizavetpol)  quberniyalarının 
hər birində şiə və sünni cərəyanlarına aid olan, eləcə də yanaşı 
fəaliyyət göstərən iki quberniya ruhani məclisinin sədri durur du. 
Hər məclisdə iki nəfər üzv və başqa məmurlar fəaliyyət gös tərirdi. 
Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə, 
16 nəfər sünni qazısı, 1823-cü ildən bu günə kimi isə 12 şeyxül-
is lam və 11 müfti olub.
Hələlik  isə  XIX  əsr  idi  və  yenicə  rus  əsarətinə  düşmüş 
Azərbaycanda tez-tez işğalçılara qarşı üsyanlar baş verir, bu üs-
yanlara çox vaxt xalqın ruhani atası olan din xadimləri başçılıq 
edirdilər. Belə bir şəraitdə çarizm işğal etdiyi ərazilərin əhalisini 
ram etməyin yollarını axtarırdı. Peterburqda yaxşı başa düşürdülər 
ki, bunun ən yaxşı yolu cəmiyyətin ruhani təbəqəsini ələ almaqla 
mümkün  ola  bilər.  Xristian  və  müsəlman  mədəniyyətləri  kimi 
iki yad amilin toqquşduğu bir məkanda müsəlman əhalisini idarə 
etməyin yeganə çıxış yolu həqiqətən bunda idi. Azərbaycanda 
zora arxalanan yadelli mədəniyyət yüz illər ərzində təşəkkül tapıb 
inkişaf etsə də top-tüfəng qarşısında aciz qalan yerli mədəniyyəti 
istədiyi kimi sıxışdırıb məhv edə bilmədi. Bunun bir neçə səbəbi 
vardı:  ictimai  şəraitdə  azərbaycanlıların  dil  birliyi,  qüdrətli 
ədəbiyyatı,  mənəvi  şəraitdə  isə  İslam  dini  yerli  mədəniyyətin 
özünümüdafiəsinin rəhninə çevrildi.
Ümumiyyətlə  İslam  mədəniyyətinin  sivilizasiya  qarşısın-
da  ən  böyük  dünyəvi  xidməti  onun  birləşdiricilik  bacarığı  ilə 
ölçülə bilər. Tarixən İslam dini Azərbaycanda da dili, dini, xal-
qı  vahidləşdirmiş,  onun  vahid  mədəniyyət  məkanı  yaratması-
na əlverişli yol açmışdı. İslam dini Qafqaz Albaniyasında ya-
yılmasaydı  Azərbaycan  olmaya  bilərdi.
6
  Azərbaycan  xalqının 
taleyində bu cür möhtəşəm rol oynamış İslam dini yeni dövrün 
6
 Axundzadə Mirzə Əbu Turab. İslamın təfriqəsi səbəbləri. səh. 31-34.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              23
işğalçılarına qarşı mübarizədə də öz sözünü demiş oldu. Qanlı 
döyüşlər düşmənin qələbəsi ilə nəticələnsə də İslam dininə və 
anadilli İslam mədəniyyətinə sığınan xalq yadelli qüvvəyə qarşı 
özünün  gizli  sürən  mübarizəsini  davam  etdirirdi.  Bunu  görən 
çarizm açıq-aşkar baş verən üsyanların qarşısını almaq və belə 
bir  mübarizəni  tədricən  söndürmək  üçün  Qafqazın  müsəlman 
əhalisini bir ittifaqda birləşdirmək və ona ayrıca bir qurum va-
si təsi ilə təsir göstərmək siyasətinə rəvac verdi. Bununla da bir 
tə rəfdən Qafqaz müsəlmanlarının gözlənilməz çıxışlarının qar-
şısını  almaq,  digər  tərəfdən  ruhani  rəhbərliyinin  hərəkətlərini 
məhdudlaşdırmaq, beləliklə regionun müsəlman əhalisini daha 
asan idarə etmək mümkün olacaqdı.
İşğal dövründə və sonrakı illərdə baş verən qanlı-qadalı qır -
ğınlardan  sonra Azərbaycanda  da  din  xadimləri  siyasi  sabitli-
yin  yaradılmasına  böyük  əhəmiyyət  verir,  çalışırdılar  ki,  sülh 
və  əmin-amanlıq  bərqərar  olsun.  Buna  görə  də  işğalçıların 
təşəbbüsü etiraz doğurmadı. Məhz belə bir şəraitdə Qafqaz Mü -
səlmanları Ruhani İdarəsi yaradıldı və müsəlmanların dini şə-
rait, eləcə də məişət məsələləri bu dövrdən etibarən həmin ida rə 
tərəfindən tənzimlənməyə başlandı
7
. Lakin bu o qədər də asan 
başa gəlmədi. 
Belə ki, daxili-siyasi qarşıdurma və toqquşmalar, müt lə qiy-
yətin polis-bürokrat maşınının səhlənkarlıq və sürün dür mə çiliyi 
XIX əsrin 60-cı illərinin axırlarına qədər müsəlman din adam-
larının statusunun müəyyən edilməsi, onların müxtəlif fəaliyyət 
aspektlərinin  qaydaya  salınması  ilə  bağlı  bir  çox  məsələlərin 
əməli həllinin başa çatdırılmasına imkan vermirdi. Halbuki bu 
məsələlərin nəzəri cəhətdən işlənib hazırlanması ilə 40 ildən ar-
tıq bir müddət ərzində o dövrün heç də səriştəsiz olmayan mü tə-
xəssisləri məşğul olmuşdular.
8
Qafqaz  Müsəlmanları  İdarəsinin  yaradılması  ilə  bağlı  ilk 
təkliflər hələ 1842-ci ildə irəli sürülmüşdü. Dini baxımdan ruha-

 Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda İslam: Tarix və müasirlik. səh. 94.
8  
Əlizadə Aygün. Qurani-Kərimin təfsirləri. Quran və sünnə. Konfrans materialları, 
səh. 14, 7.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə