.
43
Əimmeyi-isna-əşərin* onuncusu, insü cinnin (insanlarla
cinnlərin) imamı, pədərlərinin* xəlifəsi və vəsisi olub.
Şənbə günü rəcəbül-mürəccəbin beşində, hicrətin iki yüz on
ikinci
sənəsində Sürya deyilən yerdə Mədinə şəhərində
Məmun ər-Rəşidin zamani-səltənətində Səmanədən
təvəllüd etmişdir. İsmi- mübarəki: Əli. Əlqabı*: Nəqi,
Hadi, Nasih, Mürtəza, Alim, Fəqih, Əmin, Mütəvəkkil,
Fəttah, Teyyib. Künyeyi-mübarəkəsi: Əbulhəsəni-salis.
Ömri-
şərifi qırx il olub otuz üç il imamət etmişdir. Cəddi-
büzürgvarlarının zamani-rehlətində ( vəfatı zamanında)
yeddi sinnində idilər. Həzrət təqiyyə etdiyi üçün heç bir
yerdə məks etməyib (uzun müddət qalmayıb) əksər ovqat
səfərdə idi. Müddəti-imamətində Hədisə adlı bir kənizi-
xassı təsərrüf edərək ondan beş övladı təvəllüd etmişdir. 1)
imam Həsən Əskəri (ə); 2) Hüseyn; 3) Məhəmməd; 4)
Kəzzab ilə məşhur olub əksər ömrünü ovbaşü əlvat (lotu-
potu)
ilə naməşru (qanunsuz) işlərə məşğul olmaqla
keçirmişdir; 5) Aişədir.
Mədinə valisi Abdullah bin Məhəmməd xəbər verməsi
üzərinə Mütəvəkkil Abbas bin Yəhya bin Hərsəməni
Mədineyi-münəvvərəyə
göndərərək,
o
Həzrəti
Sərrəmənraə
1
(Samirə)-yə gətirdərək on il orada iqamət
etdirdikdən sonra Mütəvəkkil tərəfindən təsmim edilmişdir
1
Sərrəmənraə – İraqdakı Samirə qəsəbəsinin nami-digəri olub.
Rəvayətə görə ismi-əsliyi-qədimi Saməra yaxud Samira olub.
Xəlifə Mötəsimbillah yolu tövsi’ və təzyin və məqərr ittixaz
(
genişləndirib bəzəyəndə və paytaxt) etdiyində “görən sevinir”
mənasıyla Sərramənraə təsmiyyə etmişdi (adlandırmışdı).
Bağdadın 107 kilometr şimal-qərbində olaraq Dəclənin sol
kənarında nəhri-Vandan mə’xuz cədvəllərlə irva olunur (arxlarla
suvarlanır). Bu ovada vaqe qəza mərkəzidir.
.
44
(
zəhərləndirilmişdir). Qırx bir yaşında ikən rəcəbül-
mürəccəb ayının üçündə hicrətin iki yüz əlli dördüncü
ilində şəhid olaraq Sərrəmənraədə kəndi evlərində dəfn
olunmuşlardır.
Həzrət mütəvəssitülqamə (orta boylu), ziyadəcə mərtub,
ağ, qırmızıca, çıxıq yanaqlı olub. Geniş gözlü idi, açıq
qaşlı, iri dişli, siması sevimli idi. O dərəcədə ki, mükəddər
birisi kəndilərinə baxdıqda kədəri zail olur idi. Daima
mütəbəssim bir halda Cənab Haqqın zikrinə məşğul olur
idi.
Vüqarlı, kərəmli, cəlalətli bir zat olub qayət həyasından
kimsənin üzünə baxmazlar idi. Mübahisədə israr etməz və
yüksəkdən söyləməz idi.
İmam Həsən Əskəri əleyhissalamım tərcümeyi-halı
Əimmeyi-isna-əşərin* on birincisi, atasının vəsi və
xəlifəsi olub cümə günü rəbiüssani ayının dördündə hicrətin
iki yüz otuz ikisində Hədisədən Mədineyi-münəvərədə
V
asiqbillahın hökumət zamanında təvəllüd etmişdir. İsmi-
mübarəki: Həsən və Abdullah olub. Əlqabi-mübarəkəsi:
Əskəri, Zəki, Xalis, Sirac. Künyəsi: Əbu Məhəmməddir.
Altı il imamət etmişdir. Həzrət bir rəvayətə görə Nərcis
banu namında bir kənizi, yaxud Süsən namında digər bir
kənizi ixtiyar etmiş idi. Vəsi və xəlifəsi olan həzrət
Sahibüləmr (ə) ismində bir övladi-zükuru* olmuşdur.
Həzrət iyirmi sinnində ikən rəbiüləvvəl ayının səkkizində
hicrətin iki yüz altmışıncı ilində Mötəmidəlallah Əhməd
bin Cəfər Mütəvəkkilin əmrilə məsmum olaraq
(
zəhərləndirilərək) şəhadətə yetmişdir. Samirədə pədəri-
büzürgvarlarının cünbündə (yanında) dəfn olunmuşdur.
.
45
Həzrət buğdayı rəngli, orta boylu, gözəl üzlü, siyah və
müqəvvəs (qövsvari) qaşlı, geniş alınlı, qırmızı yanaqlı və
sağ yanağında bir xal olaraq, mütənasib vücudlu xəlq
buyurulmuşlardır. Nəhayət dərəcədə səxavətli, həyalı,
iffətli, zöhdlü (tərki-dünya) olub daima səcdə əsəri mübarək
alnında aşkar idi. Dost və düşmən indində (yanında)
m
əhbubül-qəlb bir zat olub kimsə kəndilərindən
inciməmişdir və hər kəsin sualına mütabiq ( müvafiq)
surətdə dərhal cavab əta edərlərdi.
Həzrət Mehdi Sahibüzzaman əleyhissalam
Əimmeyi-isna-əşərin* on ikincisi, həzrət imam Həsən
Əskəri əleyhissalamın vəsi və xəlifəsi, sahibi-dəvəti-
nəbəviyyə,
xatəmi-vilayəti-mühəmmədiyyə,
pərkari-
daireyi-
nübüvvət ( peyğəmbərlik dairəsinin pərgarı),
məzhəri-əsrari-üluhiyyət (ilahi sirrlərin zahir olduğu yer),
qövs (
)
ﺙﻮ��ﻏ i-aləm (aləmin sığınacağı), xəlifeyi-ə’zəm,
Əbulqasım Məhəmməd bin əl-Həsən Mehdi Sahibüzzaman
sələvatüllahi əleyhi.
Cümə gecəsi (leylətül-bərat deyilir) şabanül-müəzzəmin
on beşində, hicrətin iki yüz əlli beşinci ilində, qeysəri-
Rumun qızı Nərcis banudan, digər bir rəvayətə görə İsa
əleyhissalamın həvarisi Şəm’un nəslindən Bəşu’a bin
Qeysərin qızı Süsən namdan Mö’təmid Abbasinin xilafəti-
zamanında Sərrəmənraə bələdəsində təvəllüd etdikləri
vaxtda səcdəyə düşmüş və kəlmeyi-şəhadətini qiraət edərək
əcdadi-büzürgvarlarının isimlərini pədəri-büzürgvarlarına
qədər birər-birər zikr etmiş və sureyi-Qəsəsin əvvəlindən
bir qaç ayə tilavət buyurmuşlardır.
.
46
İsmi-mübarəki: Məhəmməd. Əlqabi-şərifi: Mehdi,
Müntəzir, Sahibüzzaman, Höccət, Qaim, Sahibüləmr,
Xatəmüləimmə.
Künyeyi-mübarəkəsi:
Əbulqasımdır.
Viladətlərindən sonra Mötəmid Abbasinin xilafət
zamanında düşmənlərin xofundan Sərrəmənraədə beyti-
mövrus
ələrində (vərasət yoli ilə onlara çatmış evdə) cəddü
pədəri-büzürgvarlarının ibadət etdiyi sərdabədə xüsusi
şiələrindən (tərəfdarlarından) başqa ümumi əhali
nəzərindən
qeybət
etdiyi
mütəvatir
olmuşdur
(
söylənmişdir). Sünni və şiə o Həzrətin axır zamanda zühur
edəcəyinə mötəqid olub (inanıb) haqqında bir çox rəvayati-
mütəvatirə varid olmuş və zühuruna bir taqım əlamətlər
olacağını və kəndilərinə xas vükəla və süfəra (vəkillər ilə
səfirlər) bulunduğunu nəql etməkdədirlər. Həzrət
H
öccətüllahın iki dəfə qaib olması rəvayət olunmaqdadır.
Birinci qeybəti-suğra ( kiçik), digəri qeybəti-kübradır
(böyük)
. Qeybəti-suğralarıyla qeybəti-kübraları arası 74
sənə* davam etmişdir. Qeybəti-suğralarında xofi-əşrardan
(
şərin qorxusundan) və təqiyyə etdiklərindən Həzrətə
Nahiyeyi-
müqəddəsə və Sahibdar namları təbir olunurdu.
Əhalinin məsaili və həvaici (məsələləri və ehtiyacları)
süfərayi-ərbəə (dörd səfir) vasitəsilə həzrət Höccətüllahın
hüzuruna ərz olunur və cavab alırdılar. Süfərayi-ərbəə
şunlardır: Osman bin Səidülümri olmuşdur ki, vəfat
etdiklərində İmam əleyhissalamın fərmanıyla oğlu Əbu
Cəfər Məhəmməd bin Osmanı kəndi yerinə təyin etmişdir.
Və müşar-ileyh* dəxi heyni-vəfatında Həzrətin əmrilə
Əbulqasım Hüseyn bin Ruh Novbəxtini kəndi yerinə təyin
etmiş və bu dəxi üç yüz iyirmi altı tarixi-hicridə vəfat
etdikdə həzrət Vilayətpənahın əmrilə Əbulhəsən Əli bin
.
47
Məhəmməd əs-Səmirini təyin buyurmuşlardır. Şabanın on
beşində üç yüz iyirmi doqquzuncu sənədə* müşar-ileyh*
naminə Həzrətin: “Ey Əli bin Məhəmməd əs-Səmiri, altı
günə qədər dünyadan rehlət edəcəyindən (köçəcəyindən) bir
yenə kimsəni təyin etməyəcəksən, çünki qeybəti-kübra
dedikləri qeybət tam vaqe oldu və zühur ancaq çox uzun
müdd
ətdən sonra qəlblərin qəsavətlə (rəhmsizliklə) və yer
üzünün zülmlə dolmasından sonra cənab Haqqın iznilə
olacaqdır. Bu qeybət zamanı kimsə məni görməyəcək və bu
iddiada bulunan əşxas (şəxslər) dəxi müftəri və kəzzabdırlar
(iftiraç
ı və yalançıdırlar)” məzmununda tövqisi ( fərmanı)
sadir olmuşdur.
Zühurunu
göstərən əlaimi-məhtumə (vacib əlamətlər)
bunlardır: 1) yəmənli bir zatın xürucilə (ortaya çıxmasıyla)
Həzrətin zamani-xürucunun (ortaya çıxması zamanının)
yaxınlaşmasını söyləyərək bey’ətə dəvət etməsi; 2) Əbu
Süfyan övladından Osman bin Ənbəsə namlı (adlı) rəcəbül-
mürəccəb ayında xüruc edib səkkiz ay hökumət edərək
Şam
1
, Dəməşq
2
, Hüms
3
, Fələstin
1
, Ürdün
2
, Qin
nəsrin
3
1
Şam – hər nə qədər beynül-əvam ( avamlar arasında) bu isim
Dəməşq şəhərinə verilirsə də, əsl Şam lisani-ərəbidə (ərəb
dilində) qədimən Suriya deyilən xətteyi-vasiənin ismi olub.
Mərkəzi olan şəhərin ismi isə Dəməşqdir.
2
Dəməşq – Suriya vilayətinin və bütün Suriya qitəsinin mərkəzi
bir şəhər olub, Asiya qitəsində biladi-Osmaniyyənin ən böyük və
ən mühüm şəhəridir. Şərq və cənub cəhətindən bərrüş-Şam
deyilən çölə qədər mümtədd olan (uzanan) Qutə ismilə məruf
gözəl və münbit bir ovanın kənarında vaqe olub, şimalən
Qasibun dağıyla və qərbən və qərb-cənubi cəhətdən dəxi
cəbəlüş-Şeyxin digər ətəklərilə mühatdır (əhatə olunur).
3
Hüms –
Suriya qitəsinin ən məşhur şəhərlərindən olub, Suriya
vilayətində Həma sancağına məlhəq bir qəzanın mərkəzidir.
.
48
vilayətlərini təsərrüf etdikdən sonra Mədinə ilə Məkkə
arasında vaqe Beyda deyilən yerdə tamam əsgərlərilə ərzə
(
yerə) batmaları; 3) nəfsi-zəkiyyə (pak nəfs) sahibi olan
sadati-
hüsniyyədən Məhəmməd bin Həsən zati-kiramın
(
hörmətli zatın) rükn ilə məqam arasında on beş gecə
Həzrətin zühurundan əvvəl qətl olunması; 4) asiman (səma)
tərəfindən Cəbrayıl həzrət Mehdini ismü ləqəbilə Günəşin
tülu’undan (
çıxmasından) əvvəl nida etməsi (çağırması) və
bu nidanı dəxi cənab Haqqın iznilə kəndi lisanlarında
(
dillərində) eşitmələri. Sonradan bu günün axırlarında
Şeytan ərz (yer) tərəfindən əhalini Osman bin Ənbəsə tərəfə
Dəməşqin 150 kilometr şimalında və iskələsi olan Tərablisi-
Şamın 90 kilometr şərq-şimalısında olaraq Asi nəhrinin sahili-
yəminində, yəni şərqində və 20 saniyə, 43 dəqiqə, 34 dərəcə ərzi-
şimal ilə 13 saniyə, 22 dəqiqə, 34 dərəcə tuli-şərqidə vaqedir.
1
Fələstin – qədimən Qəzzə ilə Yafə arasında və Finikə, yəni ərzi-
Kən’anın cənubunda və ərzi-Müqəddəsin qərbində sahil boyunca
uzanan kiçik bir xəttəyə məxsus olan bu isim bə’dəhy Şam
qitəsinin bütün qismi-cənubisində təmim olunaraq, Finəkənin
nisfi-
cənubusunu və bütün ərzi-Müqəddəsi və bəhri-Lut
hövzəsini əhatə etmişdi. Kütübi-islamiyyədə ( müsəlman
kitablarında) Fələstin ismi bu ikinci surətlə qullanmışdır.
2
Ürdün –
Fələstində məşhur bir nəhr olub əl-yövm ( bu gün)
nəhrüş-Şəriə ismilə dəxi mərufdur. Bu nəhr Siriya, yəni bəhrüş-
Şam ilə Fələstin arasında cəbəlüş-Şeyxin ətəklərində nəb’anla
(
şırıltıyla) pək alçaq və dolaşıqlı bir vadinin içində cənuba doğru
axaraq Hillə və Təbəriyyə göllərinin içindən keçdikdə və 200
kilometrəlik cərəyandan sonra bəhri-Luta mənsəb olur.
3
Qinnəsrin – Şamda 25 kilometr cənub-qərbisində və nəhri
sahili-
qərbisi qürbündə bulunmuş bir əski qəsəbə olub 17-ci sali-
hicridə (hicrətin 17-ci ilində) Əbu Übeydə bin əl-Cərrah
mərifətilə fəth olunmuş və dördüncü qərni-hicri əvasitində
(
hicrətin dördüncü əsrin ortalarında) Seyfüddövlə bin Həmdan
zamanında xarab olub, bir daha e’mar olunamamışdır.
.
49
dəvət nidası edəcəyi; 5) ramazanül-mübarəkin on beşində
küsufi-
Şəms ( Günəşin tutulması) olub və axırlarında
xüsufi-
Qəmər ( Ayın tutulması) vaqe olacağı; 6) tək illərdə o
Həzrət zahir olaraq müstəcarda minbərə çıxacaqlarından
sonra
cənab Haqq tərəfindən nami-mübarəklərilə cümə
günü ramazanül-
mübarəkin iyirmi üçündə çağırılacağı və
şənbə günü məhərrəmül-haramın onunda rükn ilə məqam
arasında Hətimdə* Cəbrayıl (ə) üç yüz on üç nəfər ilə ona
bey’ət edəcək və sağ tərəfində duraraq əhalinin cənab
Mehdini
yüksəkdən dəvət eyləyəcəyi. Ətraf ərzdə ( yerdə)
Həzrətin bütün şiələri o vaxtda hüzuri-mübarəklərinə
şərəfyab olaraq bey’ət edəcəkləri. Bu gündə dəxi Həzrət on
min əsgər ilə Mədinəyə tərəf əzimət buyuraraq (yollanaraq)
bütün yer üzünü zülm və məfsədətdən (fəsaddan) pak
edəcəklərdir.
Xəlqən və xülüqən tamamı tamamına həzrət
Risalətpənaha bənzər bir zati-müqəddəsdir.
Əşxasi-mövsuqədən ( mötəbər şəxslərdən) hüzuri-
Vilayətpənahini dərk edənlərin əsamiləri (isimləri): həzrət
Risalətpənahın övladından məhsub olan (hesab olunan) və
İraqda bulunan Məhəmməd bin İsmayıl bin Musa bin
Cəfərdir; 2) Əbu Nəsr Zərifülxadim; 3) Əhməd bin İshaq;
4)
İbrahim bin İdris; 5) Qənbər Kəbirin oğlu və Əbulhəsən
Rizanın köləsi Qənbər; 6) Əbu Harun. 1) Ənas* tayfasından
imam Məhəmməd Təqi əleyhissalamın qızı və həzrət imam
Həsən Əskərinin əmməsi (bibisi) Həkimə; 2) İbrahim bin
Əbd Nişaburinin xadiməsi.
Vükəla və süfəradan ( vəkillərdən və səfirlərdən) o
Həzrəti görüb hüzuruna yetişənlər: 1) Məhəmməd bin
Hümam; 2) İshaq bin Yaqub; 3) Əbulqasım bin Calis; 4)
.
50
Əbu Abdullah Kindi; 5) Harun Fərah; 6) Əbu Abdullah bin
Ruh; 7)
Məsru r Təbbax; 8) İshaq Katib Novbəxti; 9)
Sərreyi-Məxtumə Sahibi; 10) Həsən bin Harun Deynuri;
11) İbn Barşaleyi-İsfahani; 12) Həsən bin Nəzr Qumi; 13)
Həsən bin Yaqub kəndi oğlu ilə; 14) Qasım bin Musa kəndi
oğlu ilə; 15) Əli bin Məhəmməd Kəlili; 16) Məhəmməd bin
Məhəmməd Kəlili; 17) Mərdas Qəzvini; 18) Məcruh Farsi;
19)
İbn əl-Xal Şəhrizori; 20) Əbu Sabit Mərvi; 21) Fəzl bin
Yəzid Yəməni; 22) İbn Ə’cəm; 23) Şəmətati; 24)
Sahibülmövlud bin Misri; 25) Əbu Zücac Məkki; 26) Haci;
27) Bilali; 28)
Əttar; 29) Abdullah Asim əl-Kufi; 30)
Məhəmməd bin İbrahim bin Məhziyad İxvani; 31)
Məhəmməd İshaq Qumi; 32) Məhəmməd bin Saleh
Həmədani; 33) Əbu Cədər Razi; 34) Məhəmməd bin
Abdullah Razi; 35) Qasım ibn Əla Azərbaycani; 36)
Məhəmməd bin Şazan Nişaburi; 37) Əbu Abdullah
Cüneydi; 38) Zeydan S
əmiri; 39) İshaq Qumi; 40) Əbu
Məhəmməd bin Harun; 41) Sahibülhissat; 42) Əbu Cəfər
Rəqq; 43) Sahibi-Əlfdinar; 44) Rəf’ülbeyza.
Cü
madiyülulanın qürrəsi ( biri) 1335 – mütabiqi-10 fevral
1917
(
Rusiya ərazisində 1918-ci ildə yulian təqvimindən
qriqorian təqviminə keçiddən sonra – 23 fevral 1917)
.
51
Sözlük
Baqir – (burada) açan,
dərk edən
Bə’dəhü – ondan sonra
Bəhri-Əhmər – qırmızı dəniz
Cədd – baba
Cəddə – nənə
Əimmeyi-isna-əşərə – on iki imam
Əlqab – ləqəblər
Ənas – qadın cinsindən olan
Ənzə
–
alnın hər iki tərəfinin tükü tökülmüş olan
Ərş, kürsi və sidrətülmüntəha – (burada) müvafiq olaraq göyün
yeddinci, səkkizinci və doqquzuncu qatları
Hətim – Kə’bənin önündə qövsvari şəkildə mühəccərlə
ayrılmış yer
Künyat –
künyələr
Qəryə – kənd
Mədfən – dəfn edilən yer
Müşar-ileyh – adı çəkilən
Övdət – qayıtma, qayıdış
Pədər – ata
Rehlət – köçmə, (burada) ölüm
Risalət – elçilik
Sənə – il
Sinn –
yaş (il)
Süls –
üçdə bir
Təğsil – qüsl vermə, qüsl etmə
Təkfin – kəfənə bağlama
Zindəganlıq – yaşayış, yaşama, ömür
Zükur –
kişi cinsindən olan
Zürriyyə – nəvə-nəticə, törəmə
Dostları ilə paylaş: |