.
28
Üdeyy bin Təmimənin qızı Ümm Rəbab
)
ﻱﺪﻋ ﻦﺑ ﺲﻴﻘﻟﺍﺅﺮﻣﺍ
ﻤﻴﻤﺗ ﻦﺑ
ﺏﺎ�ﺑﺭ ﻡﺍ ﻱﺰ�ﻴﻗ ﻦﻨ
(
; 6) Əbdürrəhman bin
Əbi Bəkrin qızı Əsmadır.
On be
ş nəfər o Həzrətin övladi-zükuru olmuşdur: 1)
Həsən; 2) Zeyd 3) Ömər; 4) Hüseyn; 5) Abdullahi-Əkbər;
6) Əbdürrəhman; 7) Abdullahi-Əsğər; 8) İsmayıl; 9)
Məhəmməd; 10) Yəqub; 11) Cəfər; 12) Təlhə; 13) Həmzə;
14) Əbu Bəkr; 15) Qasım.
Üləmayi-ənsab (
nəsəb üzrə alimlər) ittifaqilə imam
Həsənin zürriyyələri* fəqət Zeyd ilə Həsəndən nəşat
etmişdir. Sair övladi-zükurundan baqi qalmamışdır. Və beş
nəfər qızı olub: imam Məhəmməd Baqir əleyhissalamın
valideyi-
mükərrəməsi Ümmül-Həsən; 2) Zeynəb; 3) Ümm
Abdullah; 4) Ümmül-Xeyr; 5) Ümmüs-
Səlmə.
İmam Hüseyn əleyhissalamın tərcümeyi-halı
Əimmei-isna-əşərin* üçüncüsü və ali-əbayi-kiramın
beşincisidir. Həzrət Fatimeyi-Zəhra imam Həsənin
viladətindən əlli gün sonra imam Hüseyn əleyhissalama
hamilə olub seşənbə günü şabanın üçündə hicrətin
dördüncü ilində müddəti-həmlindən altı ay keçmiş təvəllüd
etmişdir. Həzrət Risalətpənaha o mövludi-mübarəkin
xəbəri-viladəti yetişdikdə həzrət Fatimeyi-Zəhranın evinə
gəlib mövludi-şərifi mübarək daməninə (ətəyinə) alaraq sağ
qulağına azan, sol qulağına iqamə qiraət etdikdən sonra
Harun əleyhissalamım ikinci oğlunun adı olan Şibbir
ləfzinin ərəbcə müradifi (müvafiqi) olan Hüseyn (kiçik
Həsən) ilə təsmiyyə buyurdular.
.
29
Əlqabi-mübarəkələri: Seyyid, Teyyib, Rəşid, Vəfi, Zəki,
Mübarək Səid, Səbit. Künyati-mübarəkələri isə Əbu
Abdullah, Əbuləimmə, Əbulməsakindir. Sinni-şərifi həzrət
Risalətpənahın heyni-rehlətində altı il mütəcaviz (altı yaşı
keçmiş) və pədəri-büzürgvarlarının şəhadət zamanında otuz
altı il olmuş və bə’dəhü* bəradəri-alilərilə (böyük
qardaşları ilə) dəxi tamam on il bərabər zindəganlıq*
etmişdir. İki ildən az imamət əmrinə mübaşir olmuşdur
(
imamət işini icra etmişdir).
Yəzid bin Müaviyə bin Əbi Süfyan şu Həzrəti şəhid
etmək xüsusunda Übeydüllah bin Ziyada əmr etmişdir.
Übeydüllah da Sə’d Vəqqasın komandasında (başçılığı
altında) o Həzrətin üzərinə əsgər sövq etmiş.
Bəradərzadələri (qardaşı oğulları), əqrəbaları və əshabları
ilə bərabər Kərbəlada cümə günü əsr vaxtı məhərrəmül-
haramın onuncu günündə hicrətin altmış birinci ilində
dərəceyi-şəhadətə faiz olmuşlar (yüksəlmişlər). Ömər bin
Sə’d yalnız kəndi ölülərini dəfn etməkçün bir gün orada
qalaraq o Həzrətin və əshabının əbdani-şərifələrini
(
şərafətli bədənlərini) dəfn etmədən Kufəyə azim oldu
(
yola düşdü). İkinci gün bəni-Əsəd qəbiləsindən bir camaat
Kərbəlaya gələrək bütün şühəda ilə bərabər o Həzrətə
namaz qılıb dəfn etdilər.
O Həzrət son görüşündə vəsayalarını və əsrari-imaməti
(
vəsiyyətlərini və imamət sirrlərini) oğlu imam Zeynəlabdin
əleyhissalama töfviz buyurmuşlardır (tapşırmışlardır).
Mədineyi-teyyibədən çıxdıqda bir para əmanətlərini öz
cəddeyi-büzürgvarə (böyük nənə) Ümmüssəlmənin yanında
qoymuş idi. İmam Zeynəlabdin (ə) əsarətdən xilas olubda
Şamdan Mədineyi-münəvvərəyə müraciət edəndən sonra
.
30
Ümmüssəlmə həman əmanətləri kəndilərinə təslim
buyurmuşlardır.
Kənizi-xassələrindən başqa beş qadınla izdivac
buyurmuşlardır ki, şunlardır: 1) Fars padşahı Yəzdicirdin
qızı Şəhrəbanu və yaxud Şahzənan; 2) Rəbab Ümm Leyla
namilə məşhur Əbi Mürrə bin Ürvə bin Məs’ud Səqəfinin
qızı; 3) İmra əl-Qeys bin Üdeyy Kəlbiyyənin qızı Rəbabə;
4) Təlhə bin Abdullah Teymiyyənin qızı Ümm İshaq; 5)
Qü
zaiyyə.
Altı nəfər övaladi-zükuru olmuşdur: 1) Ürveyi-
Səqəfiyyənin qızı Ümm Leyladan təvəllüd edən Əli
Əkbərdir ki, Kərbəlada pədəri-büzürgvarlarının məhzərində
(hüzurunda)
şəhid olmuşdur; 2) Şahzənan Yəzdicird
Şəhriyarinin qızından təvəllüd etmiş olan imam
Zeynəlabdin ilə məşhur Əli Övsət; 3) Əli Əsğərdir ki, rəzi
(
körpə) ikən Kərbəlayi-müəllada hülqi-mübarəklərinə
(
mübarək boğazlarına) ox dəyməklə şəhid olmuşlardır; 4)
və 5) Qüzaiyyədən təvəllüd etmiş olan Məhəmməd və
Cəfərdir ki, pədəri-büzürgvarlarının zamanında vəfat
etmişlərdir; 6) Rəbabə İmra əl-Qeys qızından təvəllüd edən
Abdullahdır ki, Kərbəlada şəhadətə yetmişdir. Bunlardan
əlavə üç nəfər qız övladı olmuşdur ki: 1) Rəbab İmra əl-
Qeys
bin Üdeyy Kəlbiyyənin qızından təvəllüd etmiş olan
Səkinə; 2) Ümm İshaq Təlhə bin Abdullah Teymiyyə
qızından təvəllüd edən Fatimə; 3) Zeynəbdir.
O Həzrətin imam Həsən əleyhissalama son dərəcə
şəbahəti
(
oxşarlığı)
olub.
Ümməti-Mühəmmədin
şücaətlisidir. Orta boylu əşrəf məxluqatdırlar. Mübarək
kəmərindən yuxarı qismilə Risalətpənaha, o digər əqsamilə
də həzrət Əmirülmöminin əleyhissalama müşabihətləri