H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

187 
 
hər hansı bir bitkinin örtüyünə, yəni örtük bitkisi kimi səpmək olmaz. 
Örtük bitkisi (məs: xəşəmbül) çox tez inkişaf edib böyüyür və onu 
inkişaf etməyə qoymur (boğur). 
Səpini.  İlanbaşının  toxumlarını  erkən  yazda  mayın  12-15-dən 
gec olmayaraq səpmək lazımdır ki, toxumlar cücərə bilsin. Səpindən 
qabaq mütləq toxumlar havada qurudulmalıdır. Belə olduqda toxum-
lar daha tez cücərir və bitkilər yaxşı inkişaf edir. Toxumları gencər-
gəli (cərgə araları 45-60 sm) üsulla səpilir. Toxumlarının basdırılma 
dərinliyi 2 sm-dən artıq olmamalıdır. Bərabər çıxışlar almaq üçün sə-
pin
dən qabaq torpaq səthi ağac vərdənələrlə vərdənələnməlidir. 
Əkinə qulluq işləri alaqların vaxtlı-vaxtında vurulmasından və 
cərgə aralarının  yumşaldılmasından ibarətdir.  
Yığım. Toxumları tam yetişdikdə yığılmalıdır, çünki yetişdikdə 
açılıb  tökülmür.  İlanbaşını  kombaynla  yığmaq  asandır,  çox  yaxşı 
yığılır. Əgər toxumlar tam yetişibsə quraq (günəşli) günləri gözləmək 
olmaz. Belə halda yaxşı olar ki, o adı otbiçən maşınlarla biçilib tö-
kül
sün,  hava  vursun,  sonra  onu  kiçik  dərzlər  halında  bağlayıb  tam 
quru
maya  qoymaq  lazımdır.  Bu  vaxt  ərzində  ayrı-ayrı  yetişməmiş 
toxumla
r da tam yetişir. Bundan sonra o döyülür təmizlənir, alaq to-
xum
larından təmizlənir və tam qurudulur. 
 
2. 16. 
KAMFORA  AĞACI   VƏ  YA  KAMFORA 
DƏFNƏSİ (KAMFORA DARÇINI) 
 
Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin  darçın (cin-
namomum
)  cinsinə  daxil  olan  həmişəyaşıl  ağacdır.  Kamfora  sözü 
ərəbcə kamhour sözündən götürülmüşdür. 
Tarixi və yayılması. Kamforanın vətəni Şərqi Asiya, Çinin cə-
nub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-
syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tay-
vanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 
metrə  qədər  yüksəklikdə  bitir.  Cənubi  Afrikada,  Kanar  adalarında, 
Madaqaskarda,  Avstraliyada,  Avropanın  cənub  rayonlarında  və  Şi-
mali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. 


188 
 
Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponi-
yada  bizim  eranın  doqquzuncu  yüzilliyində  alınmışdır.  Asiyada  isə 
ondan h
ələ  qədim zamanlardan həvəsəgətirici vasitə  kimi istifadə 
edilirdi. 
Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif 
tibbi m
əqsədlər üçün istifadə edirdilər. 
Kamfora  yağı    birinci  dəfə  Avropaya 1676-cı  ildə  gətirilib və 
Hollandiyada 
əkilmişdir. 
1910-cu ild
ən  başlayaraq  Almaniya  qeyri-təbii yolla kamfora 
istehsal etm
əyə başladı. 1920-ci illərdə kamfora  kefləndirici vasitə 
kimi istifad
ə olunurdu. 
Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı 
adalarında,  cənubi  -  şərqi  Asiya  ölkələrində,  Avstraliyada,  Yaponi-
yada, cənubi və şimali Afrikada, Cənubi Avropada  (Fransa, İtaliya) 
Cənubi  Amerikada  (Braziliya)  Filippin,  Antil  və  Qərbi  Hind  ada-
larında salınmışdır.  
Kommersiya m
əqsədli  kamfora  plantasiyaları  isə  Tayvanda, 
Hindistanda v
ə Gürcüstanda daha çoxdur.  
Kamfora ağacı Rusiyaya Qafqazın Qara dəniz sahillərinə XVIII 
əsrin 60-cı illərində gətirilmişdir. Sonrakı bir neçə onilliklər ərzində 
sahil boyu park və bağlarda həmişəyaşıl dekorativ ağac kimi əkilib - 
becərilmişdir. Sənaye miqyasında çoxaldılmasına isə XIX əsrin 20-ci 
illərindən başlanılmışdır. Gəncə şəhərindəki “xan bağı”nın ərazisində 
70-
ci illərin ortalarına qədər 2 ədəd kamfora ağacı mömcud olmuş, 
sonralar isə baxımsızlıq ucundan quruyub məhv olmuşdur. 
Ekoloji  və  bioloji  xüsusiyyətləri.  Kamfora  ağacı  nəmişli  sub-
tro
pik  və  tropik  iqlim  bitkisidir.  O,  illik  yağıntıların  miqdarı  600-
1000 mm olan ölkələrdə bitir. Çürüntülü qırmızı və allüvial torpaq-
larda  yaxşı  inkişaf  edir.  O,  həmçinin  qida  maddələri  ilə  zəif  təmin 
olun
muş qumlu, daşlı və gilli torpaqlarda da bitə bilir. Düzən sahə-
lərdə  dağ  yamaclarında  və  təpələrdə  gün  düşən  və  bəzən  isə  kölgə 
yerlərdə yaxşı bitir. Torpaqda əhəngin çox olmasına dözmür. 
Çubuğundan,  gövdəsindən və budağından çox asan bitir və tez 
böyüyür. Qafqazın qara- dəniz sahillərində 20 yaşlı kamfora ağacının 
hündürlüyü 15-
18 metr, 50 yaşlı ağacınkı isə 25-30 metrə çatır. Son-
ra ağacın böyüməsi zəifləyir, kökün və gövdənin yoğunlaşması (qa-


189 
 
lınlaşması) baş verir. Kamfora ağacı vətənində 1000 ilə qədər yaşa-
yır.  
Kamfora ağacı 1822-ci ildə Avstraliyaya gətirilib dekorativ bitki 
kimi parklarda və bağlarda istifadə edilmişdir. Amma o burada ende-
mik floranın alağına çevrildi. Kamfora ağacı otlaq  sahələrinə yayıl-
mış  və  koalaların  qidasının  əsasını  təşkil  edən  evkalipt  ağaclarını 
sıxlaşdırmağa başlamışdır. Bu bitkinin saçaqlı kökləri şəhərin drenaj 
və  kanalizasiya  sisteminin  işini  pozmuş,  çayların  axımını  zəiflət-
mişdir. Kamfora yarpaqlarında çoxlu miqdarda terpen komponentləri 
vardır ki, bu da suyun keyfiyyətini pisləşdirir, orada yaşayan balıqları 
öldürürdü. 
ABŞ-ın cənub ştatlarına gətirilmiş kamfora ağacı Florida ştatın-
da hətta zərərli növ hesab edilmişdir. 
Botaniki t
əsviri. Xarici görünüşünə görə kamfora ağacını darçın 
ağacı ilə tez-tez dəyişik salmaq olar. Bu ağacların ən əsas fərqi yar-
paq
larının iyindədir. Darçın ağacının yarpaqları  yüngül və asan hiss 
olunan darçın iyi, kamfora ağacının yarpaqları isə kəskin kamfora iyi 
verir. 
Darçın (cinnamomum) cinsinin təxminən 150-200 növmüxtəlif-
liyi  vardır  ki,  onların  əksəriyyəti  şərqi Asiyada bitir. Onlarda çoxu 
kam
fora ağacına bənzəyir. 
K
amfora ağacı (cinnamomum camphora (L.) Nees et Eberm.)20-
50 metrə qədər hündürlükdə həmişəyaşıl ağac olub, çadırşəkilli çətir 
əmələ  gətirir. Gövdəsinin diametri  5 metrə qədər, möhkəm, qabığı 
çox kobud, açıq və ya  açıq-boz rəngli olub, üzərində şaquli (dikinə ) 
çapıqlar  (yarıqlar)  vardır.  Cavan  budaqları  yaşıl,  çılpaq  və  hamar 
olur. 
Tumurcuğu  uzunsov-yumurtavari  olub  xırda  yarpaqcıqlıdır. 
Yar
paqları növbəli düzülüşlü, yumurtaşəkilli, bəzən ellipsvarı forma-
da, 7-10 sm uzunluqda, 4-
5  sm  enində  olmaqla, 2-3 sm uzunluqda 
saplağı vardır. Yarpağı qalınqabıqlı, tam kənarlı, yuxarı hissələrdəki-
lərin  kənarları  iti,  üstdən  parlaq-yaşıl,  alt  tərəfdən  açıq  yaşıl  və  ya 
göyümtraq  (tünd  göy)  olmaqla  üzərində  çoxlu  sayda  efir  yağı 
yerlikləri  vardır.  Çiçək  qrupu  simoz  -  süpürgəvari olub yarpaq 
qoltuqlarında və ya budaqların nəhayətində yerləşir. Çiçəkləri xırda, 
4 mm diametrində sarımtıl, iki cinslidir. Çiçək yatağı qısa borucuqlu 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə