7
1.1.
GÜNƏBAXAN
Xalq t
əsərrüfatı əhəmiyyəti. Günəbaxan MDB ölkələrinin əsas
yağlı bitkisidir və yağlı bitkilər əkinlərinin 75 %-ni tutur. Toxumla-
rının tərkibində 47-50% yağ vardır. Günəbaxanın müasir sortlarının
toxumlarının tərkibində isə 50-54% açıq-sarı, yarımquruyan, yaxşı
taml
ı ərzaq yağı vardır. Günəbaxan yağı çox yayılmış bitki yağların-
dandır və ondan marqarin istehsalında geniş istifadə olunur. Bundan
başqa, konserv sənayesində, əlif hazırlığında, sabun bişirilməsində,
amin turşusu və stearin istehsalında da geniş tətbiq edilir. Eyni za-
manda lak-boyaq, gön-d
əri aşılama, ətriyyat, toxuculuq və s. sənaye
sah
ələrində istifadə olunur.Günəbaxan toxumlarının qabığından xam-
mal kimi s
ənayedə heksoz və pentoz şəkərlərinin alınmasında isti-
fad
ə olunur. Heksoz şəkərlərindən spirt, pentoz şəkərindən furfurol
alınır ki, bundan da süni lif, plastmas, qırılmayan şüşələr və s. alınır.
Eyni zamanda s
ənayedə müşəmbə (linoleum), su keçirməyən parça-
lar v
ə s. alınır. Yağlı bitkilər həm də bitki zülalı mənbəyidirlər. To-
xum
ların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40 % zülal
olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem va-
hidin
ə yaxud 3,6 kq proteinə bərabərdir.
İnsan orqanizmi üçün bitki yağları heyvan piylərindən və kərə
yağlarından üstündür. Amerika Birləşmiş Ştatlarının alimləri hesab-
la
mışlar ki, 1 ton bitki yağı hasil etmək üçün 1 hektar torpağın olması
kifay
ətdir. Bir ton kərə yağı hazırlamaq üçün isə 3,5 hektar torpaq
sah
əsi lazımdır ki, orada ildə 3,7 %-yağlılığa malik, 5200 litr süd
ver
ə bilən 5,2 baş inək saxlanılsın. Bu işlərə isə 1983-cü ilin qiymət-
l
əri ilə 23 min dollar vəsait və 300 adam gün tələb olunur. Bizim
şəraitdə isə ildə 3000 kq süd verən (yağlılığı 3,5 %) 9,5 baş inək sax-
lamaqla 1 ton k
ərə yağı almaq olar ki, bunun üçün də 10 hektara ya-
xın torpaq sahəsi tələb olunur. Bir ton günəbaxan yağı almaq üçün
is
ə təkcə 1,0-1,5 ha torpaq sahəsinin olması kifayətdir.
100 qr gün
əbaxan yağında 3870 kCol (929,1 kkal), kərə yağda
is
ə 9153 kCol (780,2 kkal) enerji vardır. Bir vahid günəbaxan yağı
kaloriliyin
ə görə 2-3 vahid qəndə (şəkərə), 4 vahid çörəyə, 8 vahid
kartofa b
ərabərdir.
8
İstehsal olunmuş günəbaxan yağları əsasən qida kimi və texniki
m
əqsədlər üçün istifadə edir. Günəbaxan yağının hidrogenizasiyasın-
dan marqarin alınır. Bu yağlardan lak-boyaq və sabunbişirmə sənaye-
sind
ə də istifadə olunur. Bir çox ölkələrdə işlədilmiş günəbaxan yağ-
larını mühərrik yağlarına əlavə edirlər. Günəbaxan yağı istehsalının
tullantılarından jmıx və cecə heyvandarlıqda yem kimi istifadə olu-
nur.
Rusiyada h
ələ günəbaxandan yağ alınmasından əvvəl onun qov-
rulmuş tumları “çırtlamaq” üçün istifadə olunurdu. Onun iri toxum-
ları olan çırtlaq növləri vardır. Günəbaxan bitkisinin tərkibində bio-
loji aktiv linol turşusu, fosfatidlər, PP, A, D, E, K vitaminləri vardır.
Yağın alınmasından sonra alınan jmıxın tərkibində 32-37% protein
olur.
Gün
əbaxan vacib bal verən bitkidir. Çiçəkləyən günəbaxandan
əldə olunan bal qızılı sarı rəngi və zəif iyi və özünəməxsus dadı ilə
seçilir. Kiçik d
ənələrə kristallaşır və parlaq kəhrəba rəngində olur.
Gün
əbaxandan az miqdarda kauçuk alınması faktlarına da rast gəli-
nir. Seleksiyaçılar tərkibində lateks və rezin olan sortlar da yetiş-
dirmişlər. Qabığı bioyanacaq kimi istifadə olunur.
Gün
əbaxanın yaşıl kütləsindən iri buynuzlu mal-qara üçün yem
v
ə keyfiyyətli silos alınır. Silos hazırlamaq üçün günəbaxanın yaşıl
kütl
əsini qönçələmə fazasında və ya çiçəkləmənin əvvəlində biçirlər.
Onun silos m
əhsuldarlığı 40-50 ton/ha-dır. 100 kq silosda 11-16 yem
vahidi v
ə 0,5-0,7 kq protein vardır.
D
ənlər yığıldıqdan sonra qurudulmuş səbətlər heyvandarlıqda
əlavə yem mənbəyinə xidmət edir. Quru səbət çıxımı dənin 55-60%-
ni t
əşkil edir. Səbətdən hazırlanmış 1 sentner unun yem vahidi 80,
asan h
əzm olunan proteini isə 3,8-4,3 kq.-a bərabərdir. Günəbaxanın
çiç
ək səbətlərinin sarı ləçəkləri tibdə işlədilir və bitkinin gövdəsindən
çoxlu m
əhsullar alınır. Cərgəarası becərilən bitki kimi günəbaxan bir
çox k
ənd təsərrüfatı bitkiləri üçün yaxşı sələfdir.
Gün
əbaxanın vətəni – Günəbaxanın vətəni Şimali Amerikanın
c
ənub hissəsi hesab olunur. Belə hesab edilir ki, günəbaxan bitkisini
ilk d
əfə Şimali Amerikada yaşayan hindlilər mədəniləşdirmişlər. Gü-
n
əbaxan toxumlarını Avropaya 1510-cu ildə İspanlar gətirib və Mad-
9
ridd
ə botanika bağında səpiblər. Amerikanın Arizona və Nyu-Mek-
sika ştatlarında aparılan arxeoloji qazıntılar zamanı b.e. 3000 əvvələ
t
əsadüf olunan günəbaxan qalıqlarına rast gəlinmişdir. Bir çox arxeo-
loqlar hesab edirl
ər ki, günəbaxan bitkisi buğda bitkisindən əvvəl
m
ədəniləşdirilmişdir.
Bir çox Hind m
ədəniyyətində, xüsusən də Meksikada yaşayan
Astekl
ər və Otomilər, Peruda yaşayan İnk tayfalarının mədəniyyətin-
d
ə günəbaxan “günəş allahı” kimi tərənnüm edilmişdir.
Fransisko Pissaro gün
əbaxana Tavantisu - da (Peru) rast gəldiyi-
ni qeyd edir
. Buradakı yerli əhali onu İnti (başqa adı Punçao) adlan-
dırıb “günəş allahı” kimi sitayiş etdirmişlər. Bu bitkinin qızılı ləçək-
l
əri və toxumları Avropaya gətirilmişdir. Hindlilər günəbaxan to-
xum
larından üyüdülmüş halda, yəni biz undan istifadə etdiyimiz ki-
mi istifad
ə etmişdirlər. Xırdalanmış günəbaxan toxumları incə, zərif
xör
ək hesab edilirmiş. Hindlilərin günəbaxanın yağından da istifadə
etm
ələri barədə məlumatlar vardır. Yağ çörəkbişirmədə, hətta kosme-
tik vasit
ə kimi dəri və saçların yağlanmasında istifadə edilirmiş. Hin-
dlil
ər günəbaxandan purpur boyaları da alırlarmış. Qeyd etdiyimiz
kimi gün
əbaxan Amerikadan Avropaya İspan səyyahları tərəfindən
g
ətirilmişdir. O burada ilk vaxtlar dekorativ bitki kimi istifadə edil-
miş, bəzən də tibdə işlədilirmiş.
“Gün
əşə sarı çevrilən çiçək” ifadəsinə qədim yunan mifologiya-
sı Kliti və Ovidiya-da da rast gəlinir. Bu isə günəbaxanın Avropada
m
əlum olmasından çox-çox əvvələ təsadüf edir. Ola bilsin ki, qədim
yunan mifologiyasında söhbət heliotropdan yaxud da Kalenduladan
gedirmiş. Avropada günəbaxandan yağ alınmasını ilk dəfə İngilislər
fikirl
əşmişlər. Onların bu sahədə 1716-cı ildə aldıqları patent möv-
cuddur. Lakin gün
əbaxandan yağ almağa geniş miqyasda Rusiyada
başlanılmışdır.
Rusiyaya gün
əbaxan toxumunu I Pyotr Holandiyadan gətir-
mişdir. Əvvəllər o dekorativ bitki kimi istifadə olunmuşdur. Rusiya
haqlı olaraq günəbaxanın ikinci vətəni hesab olunur. Məhz buradan o
özünün yeni dünya s
əyahətinə başlamışdır. Məhz Rusiyada günəba-
xan t
əkamül nəticəsində mədəni şəklə düşmüş, bir gövdəli, bir sə-
Dostları ilə paylaş: |