22
lazımı sıxlıqda səpilir. Sıx yuva üsulu səpində cərgələrarası 60 və 90
sm-lik, silosluq gün
əbaxan səpinində isə 45, 60 və 70 sm ilə səpin əl-
verişlidir.
Son dövrl
ərdə günəbaxanı gencərgəli punktir səpin üsulu ilə yəni
c
ərgəarası 70 sm olmaqla becərirlər. Səpin üçün SUPN- 8, SKPP- 12
aqreqatlarından istifadə edilir. Bitki sıxlığı hektarda 40-50 min ədədə
b
ərabər olmalıdır. Cərgələrdə bitki arası məsafə 30-40 sm-ə qədər,
h
ər metrdə orta hesabla 3,0-3,5 bitki olmalıdır. Nəmlik ehtiyatı az
olan yerl
ərdə bitki sıxlığı 20-30 min və cərgələrdə bitki arası məsafə
50-60 sm, y
əni hər metrdə orta hesabla 1,5-2,0 bitki olmalıdır. Səpin
norması 1000 ədəd toxumun kütləsindən asılı olaraq müəyyənləşdiri-
lir. H
ər hektara 8-14 kq toxum səpilir. Günəbaxan silos üçün becəril-
dikd
ə səpin norması 35-40 kq-a qədər artırılır. Səpinin dərinliyi 6-8
sm olur.
Əkinə qulluq işləri. Cücərtilərin torpaq səthinə çıxmasına 4-5
gün qalmış tarla, qaysağı dağıtmaq və alaqları məhv etmək məqsə-
dil
ə malalanır. Əgər səpindən sonra torpaq səthi həddən artıq quru-
yarsa çıxışların alınmasını gözləmədən torpaq səthi sıxlaşdırılmalıdır.
Bunun üçün ZKK-
6 markalı dişli kotandan istifadə olunur. Səpin
c
ərgəvi üsulla aparılıbsa malalama cərgələrə perpendikulyar istiqa-
m
ətdə həyata keçirilir. Əgər sahə alaqlı olarsa günəbaxanın 2 cüt yar-
paq fazasına qədər malalamanı aparmaq mümkündür. Cərgəarası 70
sm olduqda birinci kultivasiya 50 sm enind
ə, ikinci kultivasiya isə 45
sm enind
ə aparılır. Alaq otlarına qarşı prometrin yaxud treflan her-
bisidl
əri ( hektara 2-3 kq ) işlədilir.
2-
3 yarpaq fazasında günəbaxan seyrəldilir və hər hektarda 50-
55 min bitki saxlanılır. Dəqiq səpin texnologiyasında seyrəltmə əmə-
liya
tına ehtiyac qalmır. Bundan başqa cərgələrarası torpaq sahəsinin
bec
ərmə texnologiyasına başlanır. Adətən, 2-3 cərgələrarası beçərmə
aparılır. Cərgə araları KRN- 4,2 və KRN - 5,6 kultivatorları ilə becə-
rilir. Birinci kultivasiya 6-8 sm, ikinci 8-10 sm v
ə üçüncü isə 5-6 sm
d
ərinlikdə aparılmalıdır. Bitki 60-70 sm hündürlükdə olduqda cərgə-
l
ərarası becərmələr qurtarır. Suvarma şəraitində günəbaxan becərmə
texnologiyasında sahə dondurma şumundan sonra arat edilir. Vege-
tasiya
ərzində bitkiyə üç-dörd dəfə su verilməlidir. Suvarmaların
23
t
əqbiqi toxumlarda yağın miqdarını yüksəldir.
Birinci suvarma cüc
ər-
til
ər seyrəldikdən sonra (dörd yarpaq fazasında), ikinci - səbət əmə-
l
əgəlmə dövründə, üçüncü - çiçəkləmə qabağı, dördüncü suvarma isə
toxumların dənə dolduğu dövrdə hektara 800-1000 m
3
olmaqla
aparılır. Yaxşı gübrələnmiş suvarma şəraitində becərilən günəbaxan
üçün h
ər hektarda bitki sıxlığı 55-60 min ədəd müəyyənləşdirilmiş-
dir.
Gün
əbaxan çiçəkləyərkən mayalanmanın yaxşı getməsi və tum-
ların boş olmaması üçün bir hektar sahəyə 2 bal arısı ailəsini gətir-
m
ək zəruridir. Bu halda məhsuldarlıq daha da yüksəlir.
Keçmiş SSRİ-də günəbaxanın intensiv texnologiya ilə becəril-
m
əsi üsulları işlənib hazırlanmışdır. Bu becərmənin əsas üsulları
növb
əli əkində günəbaxanı əlverişli sələflərdən (taxıl bitkiləri, göy
noxud, qarğıdalı) sonra yerləşdirmək, torpağın keyfiyyətli hazırlan-
ma
sı, azotlu və fosforlu gübrələrin tətbiqi, alaqlarla mübarizədə
herbisidl
ərin səpini hektarda optimal bitki sıxlığı (35-50 min) yarat-
maq,
əkinlərə vaxtında qulluq, müasir və keyfiyyətli yığımın təşkili
üsullarıdır.
M
əhsulun yığılması. Günəbaxan toxumlarda yağ toplanması
başa çatıb, hər sorta aid tipik rəngə çalanda, rüşeym bərkidikdən
sonra yığılmalıdır. Quraqlıq illərdə toxumların dolması çiçəkləmədən
38 gün sonra, n
əmli illərdə isə 48-50 gün sonra başa çatır. Xarici
əlamətlərinə görə günəbaxan toxumlarında 3 cür yetişmə qeyd edilir:
sarı, qonur və tam yetişmə.
1. Sarı yetişmədə yarpaqlar və səbətin alt tərəfi limonu- sarı rəng
alır. Bu dövrdə səbətdə nəmlik 78- 82%, tumda isə 30- 40% olur.
2. Qonur yetişmədə səbət tünd qonur rəng alır, nəmlik 40-50%,
tumda is
ə 12-14% olur.
3. Tam yetişkənlikdə səbətin nəmliyi 18-20%, tumunku isə 10-
12%-
ə çatır.
Toxumların orta nəmliyi 12-14 %-ə endikdə günəbaxanın yığı-
mına başlanılır. Bu dövrdə bitkinin 80- 90 %-i qonur-sarı, səbətlərin
əksəriyyəti qonur, quru olmaqla 10-12 %-i sarı rəng alır. Nəmişli il-
l
ərdə günəbaxanın yetişməsi uzanaraq çiskinli havaların başlanması
24
il
ə bir yerə düşür ki, bu da sklerotina və boz çürümə xəstəliyinin ya-
yılmasına səbəb olur.
Yığımı qısa müddətdə aparmaq üçün desikasiya edilir. Desi-
kasiya bitkinin yetişməsini sürətləndirir, yığım müddətini qısaldır, ağ
v
ə boz çürüməni zərərsizləşdirir, quru və yüksək keyfiyyətli toxum
alınmasına şərait yaradır.
Desikasiya m
əqsədi ilə maqnezium-xloratdan istifadə edilir.
Kütl
əvi çiçəkləmədən 35-40 gün sonra toxumlarda nəmlik 30-35%
olduqda
əkinlərə maqnezium-xloratın 60 %-li məhlulu (hektara 20
kq), 20 %-li reqlon (2 litr/ha) v
ə ya onların qarışığı (10 kq + 1 litr )
100-150 litr suda h
əll edilir və 1 hektara çilənir. Bu halda məhsul
yığımına 10-12 gün tez başlamaq mümkündür. Yığıma çiləmədən 8-
10 gün sonra başlamaq lazımdır. Desikatlar tətbiq olunmuş sahələr-
d
əki bitki qalıqları ilə heyvanların yemləndirilməsi qadağandır. Yığı-
mı gecikdirdikdə səbətlər tam quruyur, hektardan 2-3 sentner toxum
m
əhsulu və ya 2-3 % yağlılıq itirilir. Yığım zamanı kombaynın hərə-
k
ət sürəti saatda 5 km olmalıdır ki, toxumun zədələnməsi və xırda-
lanmasının qarşısı alınsın.
Gün
əbaxan birbaşa kombayınla yığılır. Bu məqsədlə taxılyığan
kombayn
lara xüsusi qurğu quraşdırılır. Taxıl kombaynları CK-5
“Niva”, PSP-1,5 t
ərtibatı ilə də yığım aparmaq olar. Bu tərtibatla
kombayn gövd
ələri 20 sm - lik yüksəklikdən kəsərək 15 sm iriliyin-
d
ə xırdalayır, toxumlar isə bunkerə tökülür. Yığım, bütün bitkilərin
m
əhsul yığımında olduğu kimi, qısa müddətdə həyata keçirilməlidir.
Yığımdan sonra toxumlar alaq otlarının toxumlarından və digər yad
qarışıqlardan təmizlənib, 10-12% nəmlik həddinə qədər qurudulur,
satış üçün hazırlandıqda isə toxum 6-7 % nəmliyə qədər qurudulur.
Qurudulmuş toxumlar təmizlənir və saxlanma yerlərinə daşınır.
T
ərkibində yağlılıq faizi çox olan toxumlar saxlanılarkən nəmliyi
7%-
ə bərabər olmalıdır. Belə toxumları 7%-dən yuxarı nəmlikdə sax-
lamaq m
əsləhət deyil. Toxumlar 1 metr təbəqədə (qalınlıqda) saxla-
nılır. Kisələrdə saxlanılan toxumların nəmliyi isə 8-10%-ə yaxın ol-
ma
lıdır.
Şərait olduqda günəbaxan intensiv texnologiya ilə də becərilə
bil
ər. Bu texnologiyada hər hektardan 2-2,5 ton toxum almaqla,
Dostları ilə paylaş: |