H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

64 
 
göbələkləri – Bac. subtilus, Bac. megaterium, Bac. mycoides və s-
dir. Mikr
oorqanizmlərin mənbəyi torpaq hesab olunur. Şeh ilə islat-
manın əsas faktorları istilik, nəmlik, işıq və havadır. Gövdələr ultra-
bənövşəyi şüaların təsirindən parıltılı ağ rəngə çevrilir. Kətan küləşi-
nin  qalıb  yetişməsinə  relyefin  düz  olması,  daimi  hava  mübadiləsi 
müsbət təsir göstərir.  
Pektini parçalayan mikroorqanizmlərin həyat fəaliyyətinin opti-
mal şərait üçün gün ərzində küləşin nəmliyi 40-60%, kətanın sərilmə 
hündürlüyü 8-10 sm., temperatur 14-20 
0
C arasında tərəddüd etmə-
lidir.  
Küləşin və isladılmış kətan gövdəsinin zibillənməsi 10%-i, nəm-
liyi isə 25%-i keçməməlidir. 
Quru  kətan  gövdəsi  yaxud  küləşi  1  m
3
-
də  quru  gövdənin  orta 
sıxlığı  65  kq  yaxud  küləşinki  80  kq  olmaqla  örtülü  binaya  yerləş-
dirilir. Örtülü binalarda dərzləri nizamla aşağı qalın hissəsini bayıra 
çıxarmaq  və  ensiz  hissəsini  aşağı  əyilməklə,  hər  bir  cərgə  özündən 
əvvəlkinə perpendikulyar yerləşdirilir. İsladılmış kətan gövdəsinin və 
küləşini tayalara vurulmuş halda saxlamaq olar. 
İsladılmış kətan gövdəsinin uzun liflərinin istehsalı kətan zavod-
larında  texnoloji  xətlərdə  həyata  keçirilir.  Kətanın  ilkin  emalının 
nisbətən  yeni istiqaməti lif tellərinin kətan küləşindən istehsal edil-
məsidir.  
Yağlıq kətanın aqrotexniki xüsusiyyətləri. Səpinlər darcərgəli 
olmaqla, səpin norması bir hektara 12-15 min ədəd cücərmə qabiliy-
yətli  toxum  götürülür.  Səpindən  3-4  gün  sonra  cücərtilər  alınana 
qədər yüngül malalarla malalama aparılır, rotasiya toxaları ilə torpaq 
qaysağı dağıdılır, küknarabənzər fazada herbisid tətbiq olunur, zərər-
veri
cilər kütləvi göründükdə əkinlərə kimyəvi preparatlar çilənir. Qu-
tu
cuqların 60-70%-i yetişdikdə yağlıq kətan ikimərhələli üsulla (his-
sə - hissə) yığılır. 
 
Biçilmiş kütlə taxıldöyən kombaynla, yaxud tam yetişkənlik fa-
za
sında birbaşa kombaynla yığılır. Yığım zamanı gövdə torpaq sət-
hindən 12 sm yüksəkdən biçilir. Sərilmiş kütlə 6-7 gündən sonra top-
lanır. 


65 
 
Ən böyük iqtisadi səmərəyə arası kəsilmədən yığım üsuluna nail 
olmaqdır. Təcili olaraq kətan qalağı təmizlənir. Toxum qurudularaq 
nəmliyi 12%-ə çatdırılır və saxlama anbarlarına yığılır. 
 
1. 7. SAFLOR 
 
Xalq  təsərrüfat  əhəmiyyəti.  Saflor  quraqlıq  cənub  -  şərq  böl-
gələrində  əsasən  yağ  almaq  üçün  becərilən  bitkidir.  Onun  toxum-
larında 15-37% (nüvəsində 50-56%)  yarımquruyan  yağ (  yod ədədi 
75-145), 12 %-
ə  qədər  zülal  vardır.  Bu  yağdan  yüksək  keyfiyyətli 
marqarin  hazırlanmasında  istifadə  edilir.  Texniki  məqsədlə  bu  yağ-
dan ağ rəngli boyaların alınmasında istifadə edilir. Bu rəng olduqca 
davamlıdır  və  vaxt  keçdikcə  saralmır.  Nüvəsindən  əldə  edilən  yağ 
dadına və keyfiyyət göstəricilərinə görə günəbaxan yağına yaxındır. 
Onu qida kimi istifadə edirlər.  
Bütövlükdə  toxumdan  alınan  yağı  isə  acı  dada  malik  olduğuna 
görə əlif, boya (kraska) mina, sabun, linoleum (müşəmbə) və s. Ha-
zırlanmasında  istifadə  edilir.  Saflorun  toxumu  quşlar  üçün  yaxşı 
yemdir.  100  kq  jmıxının  tərkibində  55  yem  vahidi  vardır.  Heyvan-
darlıqda istifadə olunur. O, acı dada malik olduğu üçün kiçik doza-
larla  verilir.  Onu  gübrə  və  yanacaq  kimi  də  istifadə  edirlər.  Saflor 
çiçəklərindən  şərq  ölkələrində,  orta  Asiyada  kartamin  adlanan  sarı 
boyaq alırlar. Bu boyaqlar keyfiyyətli xalça və parçaların boyanması 
işlərində,  həmçinin  kulinariyada  işlədilir.  Şərq  mətbəxində  saflor 
həm də zəfəranı (Crocus sativus) əvəz edir. 
Mənşəyi. Saflor  lap qədim zamanlardan  Misirdə, Hindistanda, 
Çində,  Şimali  Afrikada,  ön  Asiyada  becərilmiş.  Orta  Asiyanın 
quraqlıq rayonlarında və Rusiyanın cənub-şərq rayonlarında günəba-
xanın  əvəzedicisi  hesab  olunur.  Güman  edilir  ki,  safloru  Avropaya 
ərəblər  gətirmişdir.  O  birinci  dəfə  İspaniyaya  sonra  isə  İtaliya  və 
Fransaya keçmişdir.  
Cənubi  Rusiya  ərazisində  safloru  XVIII  əsrin  ikinci  yarısından 
bostan  bitkisi  kimi  becərməyə  başlamışlar.  İlk  vaxtlar  səhv  olaraq 
onu zəfəran adlandırmışlar. Saflor sözü ərəb sözü olan “usfur” sözü-
nün rus, al
man və ingilis dilində dəyişilmiş formasından alınmışdır.    


66 
 
O, əsasən Orta Asyada, cənubi Ukraynada aşağı Volqaboyunda 
əkilirdi.  Hazırda saflor quraqlığa davamlı bitki kimi çox da böyük 
olmayan sahələrdə Orta Asiya və Qazaxıstanda becərilir. Hektardan 
1,0-
1,2,  əlverişli  şəraitdə  isə  2,0  tona  qədər  və  ondan  çox  toxum 
məhsulu verir. 
Yayılması və məhsuldarlığı. Saflorun daha çox forma müxtəlif-
liyi Hindistan üçün xarak
terikdir. Burada saflorun alçaq və hündür-
boylu,  yığcam  və  budaqlanan  formalı,  yarpağında  tikan olmayan 
formaları mövcuddur ki, bunları heyvanlar da yeyə bilir. 
Saflorun  əsas  əkin  sahələri  Hindistanın  Maxaraştr    ştatında  və 
quraqlıq  Dekan  yaylasındadır.  Bu  yerlərdə  başqa  yağlı  bitkilər  bitə  
bilmir.  Saflor  Hindistanda  dəmyə  şəraitində  becərilir.  Adətən  onu 
buğda, arpa, maş lobyası ilə birlikdə (3 cərgə saflor, 6 və yaxud 12 
cərgə başqa bitki) əkilir. 
Sistematikası. Astrakimilər (Asteraceae) fəsiləsinin saflor (Car-
thomus
) cinsi 19 növü özündə birləşdirir. Onlardan  biri də mədəni 
olmaqla (Carthomus tinctorius L.) 
boyaq safloru adlanır. Bu növə ya-
ba
nı halda rast gəlinmir. Mutagen növ olduğu qəbul edilir.  
 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.  Saflor (Carthamus 
tinctorius L
.) Astrakimilər (Asteraceae) fəsiləsinə daxil olan birillik 
ot t
ipli bitkidir. Torpağın 1,5-2,0 m dərinliyinə işləyən yaxşı inkişaf 
etmiş mil kök sisteminə malikdir. Gövdəsi kobud, dikduran, hamar, 
güclü budaqlanan 90-
100  sm  hündürlükdədir.  Yarpaqları  sadə,  otu-
raq, çılpaq, qalın dərili  lanset formalı, kənarları dişşəkilli, iti tikanlı 
və  ya tikansızdır. Gövdənin  yuxarı hissəsində onlar kiçilir və çiçək 
qru
punun (səbətin) sarğı yarpaqlarına çevrilirlər 
(r
əngli şəkil 9-10).
 
Çiçəkləri xırda, boruşəkilli, sarı və ya narıncı rənglidir. Beş bö-
lümlü tacı vardır. Çiçək qrupu 1,5-3,5 sm diametrində səbətdir. Bu 
səbətdə 30-60 ədəd toxum yetişir. Bir bitkidə 18-dən 30-a qədər və 
daha çox səbət əmələ gələ bilir. Həşəratların köməyi ilə çarpaz tozla-
nır. Meyvəsi ağ rəngli, parlaq, uzadılmış dörd üzlü oval formalı ucu 
küt toxumd
ur. 1000 toxumun kütləsi 40-50 qr. Qabıqlılığı 40-50%-
dir. Toxumu zirehlidir. Zireh qatı örtük toxumasının  dərininə işləyir. 
Saflorun vegetasiya müddəti 90-120 bəzən 150 gündür. Cücərti-
ləri  toxum  səpildikdən  8-10  gün  sonra  alınır.  Cücərdikdə  ləpə  yar-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə