ictimai proseslər reallaşdıqca bu
metodun məzmunu təshih olunur, dəqiqləşir.
Z.Tarixi analogiya metodu, gələcəyi öyrənərkən ictimai prosesləri və hadisələri
keçmişdə baş verənlərə bənzətməklə tarixi təcrübədən istifadə etməyi əsas götürür. Lakin
bu metodu mütləqləşdirmək olmaz, çünki keçmişdə baş verən tarixi proses və hadisələr
heç vaxt olduğu kimi gələcəkdə təkrar oluna bilməz.
3.
Kompyuter vasitəsilə modelləşdirmə metodu, elektron hesablama
maşınlarının (kompyuterlərin) köməyilə gələcəkdə baş verəcək ictimai proseslər və
hadisələrin riyazi modelinin verilməsinə əsaslanır. Hər bir riyazi modeldə sosial
gerçəkliyin müxtəlif tərəflərini əks etdirən dəyişən kəmiyyətlərin miqdarı əsas götürülür.
4.
Gələcəyin ssenarisinin yaradılması metodu, digər metodlardan da istifadə
etmək yolu ilə gələcəkdə ictimai həyatın təşkili və müxtəlif tərəflərinin mənzərəsini
göstənnəyi nəzərdə tutulur.
5.
Ekspert qiymətləndirmə metodu sosial proqnozlaşdırmada çox mühüm yer tutur.
Bu metod real tarixi prosesin perspektivini doğru, adekvat nəzəri tə- səv'/ürlər formasında
başqa metodların əldə etdiyi nəticələri düzgün təhlil etmək əsasında raüəy^^ən etməyə
yönəlir.
Qeyd olunmalıdır ki, gələcək haqqında uzunmüddətli proqnozlar işlənib
hazırlanarkən bu metodlar vəhdət halında götürülür, oıılann hər birinə ayrı-ayrılıqda xas
olan məhdudluqlar aradan qaldırılır və üstünİüRtərdən istifadə olunur.
Hansı metodlar üzrə tərtib olunmasından asılı olmayaraq sosial proqnozlar
məzmununa və məqsədinə görə aşağıdaki dörd növə ayrılır;
1.
Axtarış xaraktedi proqnozlar (realist proqnozlar). Bu növ proqnozlarda ictimai
fəaliyyətin müxiəıif sfera və sahələrində inkişafın bu gün üçün özünü göstəmıəkdə olan
meyllərini ümumiləşdurnək əsasında gələcəyin mənzərəsi müəyyən olunur. Onların
müəllifləri iqtisadi planlaşdırma, müxtəlif sosiaJ proqramlar və islahatlar həyata keçirmək
təlabatından doğan bilavasitə praktiki məqsəd güdürlər.
2.
Analitik proqnozlar gələcəyi tədqiq etməyin mü-xtəlif metod və vasitələrinə,
onlann idraki əhəmiyyətinə arxalanmaqla elmi məqsədlər irəli sürür. Həmin proqnozların
tərtib edilməsi, sosial uzaqgörənlik elminin malik olduğu ideya cəbbəxanasına əsaslanır.
Bu halda xüsusilə də müxtəlif füturoloji konsepsiyalann statistik və məntiqi
dəlilləri, sübutlar (verifıkasiyası) əsas götürülür.
S.Normativ proqnozlar gələcəkdə müəyyən məqsədlər əldə etməyə yönələn,
müvafiq plan və proqramlan yerinə yetirmək üçün müxtəlif praktiki tövsiyələr irəli sürür.
Onlar əsas etibarilə gələcəyin mənzərəsini arzu olunan istiqamətdə təsvir edir və ya bu
mənzərənin digər alternativlər ilə müqayisədə üstün olduğunu sübut etməyə yönəlir.
4.Qoruyucu, (mühafizəedici) xarakterli proqnozlar insanların şüur və
hərəkətlərinə bilavasitə təsir göstərməklə onları gələcəkdə gözlənilən arzuolunmaz
nəticələri aradan qaldırmağa sövq etmək məqsədi güdür. Bu proqnoz-
larm müəllifləri gələcəyin faciəli və kədərli mənzərəsini irəlicədən başa
salmaqla ictimai
rəyi onun qarşısını almağa səfərbər edirlər.
Normativ proqnozlar ilə axırıncı növ proqnozlar (qoruyucu, hifzedici proqnozlar)
bir-birinə çox yaxmdır. Bunların hər ikisinin əsas məqsədi kütlələrin şüur və davranışına
məqsədyönlü istiqamət verməkdir.
Sosial proqnozlaşdırmanın yuxarıda verilən təsnifatı xeyli dərəcədə nisbi xarakter
daşıyır. Belə ki, əksər proqnozlar bir növün hüdudları ilə məhdudlaşmır, digər növlərin
xassələrini də əhatə edir.
Gələcək haqqında uzumnüddətli sosial proqnozlar elmin gələcəyi irəlicədən
görmə funksiyası ilə bilavasitə əlaqədardır. Lakin bu proqnozların məzmununda
elmi-idraki tərəflə yanaşı həm də ideoloji səpki özünü göstərir. Belə ki, gələcəyə dair
sosial proqnozları hazırlayarkən bu və ya digər sosial qrupun, millətin nümayəndələri
burada öz mənafelərini də əks etdirirlər.
Müasir dövrdə gələcəyin öyrənilməsi, sosial proqnozlaşdırma bu və ya digər
konkret elmin hüdudlarından kənara çıxır. Bu təbiidir, çünki yalnız iqtisadi və demoqrafik
inkişafın, elmi texniki və mədəni tərəqqi göstəricilərinin, beynəlxalq münasibətlərin
perspektivinin təhlili əsasında həqiqi proqnozlar yaratmaq mümkündür.
Müasir dövrdə baş verən elmlərin inteqrasiyası meyli gələcək haqqında elmlərdə
de özünü göstərir. Bunun nəticəsidir ki, hazırda gələcəyin öyrənilməsi, bəşəriyyətin
perspektivlərinin tədqiqi getdikcə daha artıq dərəcədə müxtəlif elmlərin birgə fəaliyyəti
obyektinə çevrilir. Bu prosesdə humanitar, təbii elmi və texniki elmlərin əməkdaşlığı,
elmlərarası kompleks tədqiqatlar aparılması daha çox zəruri olur.
2.
Elmi texniki inqilab və bəşəriyyətin gələcəyi
Müasir elmi-texniki inqilab XX əsrin ikinci yarısından etibarən geniş fəaliyyət
göstərməyə başlamışdır. O, müasir dövrün universal hadisəsi olmaqla cəmiy>''ətdə əsaslı
irəliləyişlər yaradır. Elmi-texniki inqilabın mühüm rolu təkcə ümumdünya tarixinin bu
günü ilə məhdudlaşmır. O, həm də bəşəriyyətin gələcəyi ilə əlaqədar məsalələrin həlli
baxımından artmaqda olan əhəmiyyət kəsb etməkdədir.
Müasir elmi texniki inqilabın törətdiyi əsaslı texnoloji çevriliş _ təkcə
iqtisadiyyatda deyil, ictimai həyatın bütün sahə və tərəflərində hiss olunur. Bu mənada
elmi-texniki inqilab bəşəriyyətin ümumi yüksəlişinin, gələcək inkişafınm çox mühüm
amili kimi çıxış edir. Təsadüfi deyildir ki, gələcək cəmiyyətdə humanist idealların həyata
keçirilməsində sosial və siyasi dəyişikliklərlə yanaşı, elmi-texniki amillərə də böyük yer
verilir.
Elmi-texniki inqilabın ictimai həyatdakı rolu bu gün üçün xüsusilə böyükdür.
Müasir dövrdə mikroelektronika, informatika, robot texnikası, biotexnologiya və
elmi-texniki inqilabın digər istiqamətləri bütün dünyada güclü dəyişdirici rol oynayır.
Elmi-texniki inqilab nəticəsində bəşəriyyət qısa müddət ərzində təbiət qüvvələrinin
sirlərinin dərk olunması və onlardan praktiki istifadə edilməsində
470