H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə16/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   12   13   14   15   16   17   18   19   ...   240

adlanırdı. Caynızm dualist xarakter daşıyırdı. Onun mərkəzi məsələsi şəxsiyyətin varlığı 

idi.  Caynizmə  görə  şəxsiyyət  həm  mənəvi  (civa)  və  həm  də  maddidir  (aciva).  Belə 

təsəvvür olunurdu ki, cansız, kobud materiya ilə ruh birləşərək insan şəxsiyyətini əmələ 

gətirir. Civa (ruh) qeyri-mükəmməl və mükəmməl formada olur. Birincidə 

0

, materiya ilə 



bitişikdir, buna görə də əzab çəkir. İkinci (mükəmməl) formada ruh materiyadan ayrılır və 

azad olur. Bu halda o, mö- minliyin ən yüksək mərhələsinə (nirvana) gəlib çatır. Caynizm 

etik  məsələlərə  böyük  diqqət  verirdi.  Onun  fikrincə  etik  tərbiyə  şəxsiyyətin 

qeyri-mükəmməl  vəziyyətdən,  mükəmməl  səviyyəyə  gəlməsində  həlledici  rol  oynayır. 

İnsan  həyatının  düzgün  təşkili  asketik  (tərki  dünya)  davranışla  əlaqəlidir.  Əsas  etik 

prinsiplər  dünya  nemətlərinə  aludə  olmamaq,  bütün  canlı  mövcudatlara  hörmət  etmək, 

ehtiraslan kənarlaşdırmaq və sair idi. 

Buddizm (nurlanan, maariflənən dem.əkdir) təlimi də qədim Hindistanda çox geniş 

nüfuza malik olmuşdur. Banisi hind şahzadələrindən biri Siddartha Qautama (e.ə, VI əsr) 

hesab olunur. Bu təlimin səciyyəvi cəhəti, onun etik-prak- tiki istiqamətindədir. Burada da 

şəxsiyyətin varlığı əsas yer tutur. Buddizmin əsa- ■—da aşağıdakı dörd həqiqət durur: 1) 

insan doğulandan ölənə qədər əzab çəkir; lu əzabın səbəbi vardır, həmin səbəb yaşamaq 

ehtirasıdır. Məhz o, sevincdən əzabdan keçərək ölüb yenidən yaranmağa doğru aparır; 3) 

əzabdan azad olmaq, onun səbəblərini, yəni bu ehtirası aradan qaldırmaq mümkündür; 4) 

əzabdan xilas olmağın yolu hissi ləzzətalma ilə tərki-dünyalıq, özünə əzabvermə arasında 

yerləşir. 

Qədim Çində də fəlsəfənin təşəkkülü təxminən Hindistandakı kimi olmuşdur. Yəni 

burada iqtisadi tərəqqi, pulun və xüsusi mülkiyyətin meydana gəlməsi nəticəsində ənənəvi 

icma münasibətlərinin dağılması, elmi biliklərin (birinci növbədə astronomiya, riyaziyyat 

və təbabət sahələrində) artması mənəvi həyatda çevriliş üçün əlverişli zəmin yaratmışdı. 

Səciyyəvidir  ki,  Çində  də  ilk  "müxalifətçilər"  sərgərdan  gəzərək  tərki-dünyalıq  edən 

aqillər  olmuşlar.  "Çjan  qo"  ("döyüşən  çarlıqlar")  dövründə  Çin  fəlsəfəsinin  "qızıl  əsri" 

onlai' tərəfindən hazırlanmışdır. 

Qeyd  edək  ki,  Çində  ayrı-ayrı  fəlsəfi  ideyalara  hələ  VI  əsrdən  əvvəlki  qədim 

mədəniyyət  abidələrində  rast  gəlinir.  "Şi-szin"  ("Şerlər  qanunu")  və  "İ  szm" 

("Dəyişikliklər  kitabı)  və  başqa  abidələrdə  əks  olunan  fikirlər  bunu  sübut  edir. 

Ümumdyyətlə  qədim  Çin  fəlsəfəsini  altı  böyük  məktəb  təmsil  edirdi.  Onlardan  üçü 

(konfusiyaçıhq, daosizm və moizm) daha geniş yayılmışdı. 

Konfusiyaçılıq  qədim  Çin  fəlsəfəsinin  ən  nüfuzlu  məktəbi  hesab  edilir.  Onun 

banisi Konflısi (e.ə.551-479) olmuşdur. Bu təlimin əsas mənbəyini "Lun yuy" ("Söhbətlər 

və  mühakimələr")  təşkil  edir.  Burada  Konfusinin  öz  tələbələri  ilə  söhbətləri  və 

mülahizələri əsas yer tutur. Konfusinin təlimi əvvəlkilərdən fərqli olaraq maddi dünya və 

kosmoqoniya (kainatın yaranması) məsələlərinə az maraq göstərmişdir. Onun fəlsəfəsinin 

başlıca predmetini insan təşkil edir. Konfusi ideal insan tərbiyəsini, yəni əqli və əxlaqi 

cəhətdən  yüksək  inkişaf  etmiş  insanı  ön  plana  çəkir.  Bu  təlimdə  insanın  davranış  və 

tərbiyə normaları dini rituala əsaslanırdı. Ritualların qorunması müdrikliyin özəyi hesab 

olunurdu. 

34 



Göstərilirdi  ki,  fəlsəfənin  mahiyyəti  müdrikliyi  düzgün  izah  etmək  və  anlamaqdadır. 

Konfusinin  tərbiyə  təlimində  jen  (yüksək  xeyirxahlıq,  humanizm,  bəşərilik)  əsas  yeri 

tutur. Şəxsiyyətin bütün əxlaqi keyfiyyətləri jenin təzahürüdür. Konfusinin “qızıl aralıq" 

haqqında fikirləri də əhəmiyyətlidir. 

Qədim  Çində  daosizm  (dao  -  yol  deməkdir)  təlimi  də  geniş  yayılmışdı  (e.ə.  

minilliyin II yarısı). Ontin banisi Lao-tsı hesab olunur. Bu təlimə gorə dao adlanan qanun 

ümumilikdə təbiətin və cəmiyyətin, habelə ayi'ilıqda götürülmüş hər bir insanın davranışı 

və hərəkətini müəyyən edir. Dao boşluq və sonsuzluqdur, o heç nə etmir, eyni zamanda 

hər  şeyi  edir,  Dao  həm  sükunətdədir,  həm  də  hərəkətdədir.  Onu  başa  düşmək  təbiətin 

daxili inkişaf qanununu bilmək deməkdir. Lao-tsı təbiətə münasibətdə hər bir fərdin və 

bütövlükdə cəmiyyətin xüsusi cəhd göstərməsini inkar edirdi. Onun fikrincə bu işdə yol 

verilən  hər  cür  gərginlik  insan  ilə  dünya  arasındakı  ziddiyyətləri  artınr.  Buna  görə  də 

ölçünü  gözləmək  davranışın  başlıca  prinsipi  elan  olunurdu.  Daosizmə  görə  müdrik 

hökmdar  ölkəni  idarə  etmək  üçün  heç  nə  etməməlidir.  Bu  halda  xalq  inkişaf  edir, 

cəmiyyətdə nizam və harmoniya yaranır. Daoya görə bütün insanlar (əslzadə və qul, gözəl 

və  eybəcər,  varlı  və  kasıb)  bərəbərdir.  Buna  görə  də  müdrik  adam  hamıya  eyni  gözlə 

baxmalıdır. 

Moizm məktəbinin banisi Mo-tsı (e.ə.475-395) olmuşdur. O, əvvəlcə Konfusinin 

ardıcılı  idi.  Sonradan  onunla  əlaqəni  kəsib  özünün  müstəqil  məktəbini  yaratmışdı.  Bu 

təlimin əsas ideyalarını ümumi sevgi, müdrikliyə hörmət, mənəvi borc və qarşılıqlt fayda 

götürmək təşkil edir. Ümumi sevgi və insanlıq dövlətdəki bütün insanlar üçün məcburidir. 

Hamı qarşılıqlı fayda əldə etməyə qayğı göstərməlidir. Bu təlim konfusiyaçılığm əksinə 

olaraq "Səmanın iradəsini" inkar edirdi. Moizmə görə insan göylərə itaət etməklə gününü 

keçirməməlidir.  O,  fəallıq  göstərməli,  mövcud  ictimai  qaydaları  dəyişdirməyə 

çalışmalıdır. 

Bütövlükdə  qədim  Şərq  fəlsəfəsi  ilə  tanışlıq  göstərir  ki,  burada  ümumilikdə 

insanları  maraqlandıran  və  düşündürən  problemlər,  (dünyanın  və  insanın  mövcudluğu, 

həyatın  mənası  və  sair)  müzakirə  edilmişdir.  Qədim  Şərq  fəlsəfəsi  Avropa  və 



bütövlükdə dünya mədəniyyətinin sonrakı inkişafında çox böyük rol oynamışdır. Bu 

irsin ən böyük rnənəvi nailiyyətlərindən olan zərdüştilik yunan fəlsəfəsinə və iudaizmə, 

onun  vasitəsilə  isə  xristianlığa  və  islam  dininə  əhəmi)^ətli  dərəcədə  təsir  göstərmişdir, 

Zərdüştün mənəvi triadasından (xeyir fikir, xeyir söz, xeyir əməl) Demokrit öz etik 

baxışlarında,  Anaksimandr  isə  kosmoloji  təlimində  istifadə  etmişdir.  Yaxud  da 

Zərdüştün xeyir və şərin mübarizəsi haqqında fıkiriəri Hegelə böyük təsir bağışlamışdı. 

Fridrix Nitsşe isə Şərq fəlsəfəsi ilə yaxından tanışlıq əsasında "Zərdüşt belə söyləmişdir" 

adlı  əsər  yazmışdı.  Yunan fəlsəfəsinin  görkəmli  nümayəndələri  (Fales,  Pifaqor və  baş- 

qalan) şərq fəlsəfi fikrində irəli sürülmüş bir sıra ideyalardan faydalanaraq, onları inkişaf 

etdirmişdilər. Sonralar, yəni XVII-XVIII əsrlərdə Avropa ictimai fikri (V.Leybnis və 

başqaları) yeni konfusiyaçılıqla tanış olmuşdur ki, bu tanışlıq onun inkişafına müsbət təsir 

göstərmişdir. Buddizm ideyaları bu günün özündə də Qərbdə geniş yayilmaqdadır. 



Şərq mütəfəkkirlərinin elmi irsi də çox əhəmiyyətlidir. XX əsrin ən böyük fiziklərindən 

olan V.Heyzenberq qeyd edirdi ki

35 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə