H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə24/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   20   21   22   23   24   25   26   27   ...   240

3.

 

insan haqqmda təlim 

Orta əsrlərin mütəfəkkirləri  insan  və  onun  mahiyyəti  haqqında  çoxlu  fikirlər 

irəli  sürmüşlər.  Lakin  onlar  nə  qədər  rəngarəng  olsalar  da  iki  müqəd-  dəm  şərtə 

əsaslanırdı:  1)  insanın  mahiyyətinin  "allahın  obrazı  və  bənzəri"  kimi  müəyyən 

edilməsi;  2)  insanın  "zəkalı  heyvan"  kimi  anlaşılması.  Məhz  bu  mövqelərdən  çıxış 

edərək filosoflar insanda zəkanın, yoxsa heyvani tərəflərin üstün olması, insan üçün hansı 

keyfiyyətlərin zəruriliyi, zəkanın və həyatın mahiyyəti məsələlərini izah edirdilər. Onlar 

belə bir suala cavab verməyə çalışırdılar: əgər insan allahın surəti və bənzəridirsə, onda 

allahın hansı keyfiyyətləri insan təbiətinin mahiyyətini təşkil edir. Çünki aydındır ki, 

allahın  sonsuzluğu,  başlanğıcının  olmaması,  hər  şeyə  qadir  olmaq  kimi  keyfiyyətləri 

insana aid edilə bilməzdi. 

Orta  əsr  xristian  filosoflarının  antropologiyası  üçün  səciyyəvi  cəhət  insanın 



ikiləşmiş  şəkildə  qiymətləndirilməsidir:  O,  bir  tərəfdən  təbiətin  öz  daxilində 

götürüldükdə birinci yeri tutur, onun ağasıdır. Digər tərəfdən isə, insan allahın surəti və 

bənzəri olduğu üçün ümumiyyətlə təbiətin hüdudlarından kənara çıxır, ondan yüksəkdə 

duaır  (axı  allah  transendentdir,  o  öz  yaratdığı  dünyadan  tam  kənarda,  əlçatmazlıqda 

durur).  Orta  əsrlər  dövrünün  antropologiyasının  antik  dövrdəkindən  əsas  fərqi  də 

bundadır.  Antik  dövrün  insan  təliminin  hər  iki  əsas  cərəyanı  (platonizm  və 



aristotelizm)  onu  başqa  mövcudluqlar  sistemindən  kənarda  götürmürdü.  İnsana 

hətta  müəyyən  bir  sistemdə  üstünlük  də  vermirdilər.  Məsələn,  platonçular  insanın  əsl 

mahiyyətini, onun yalnız zəkalı ruh olmasında görürdülər. Həm də belə hesab edirdilər ki, 

insan  zəkalı  mövcudatlar  (ruh,  mələk,  şeytan,  allahlar  və  s.)  iyerarxiyasında  aşağı  yer 

tutur.  Yaxud  Aristotelə  görə  insan  hər  şeydən  əvvəl  canlı  bədəndir,  ruha  malik  olan 

heyvandır. Onun vəhşilərdən və həşəratdan fərqi yalnız nıhunun zəkalı olmasındadır. 

Orta  əsr  filosofları  isə  insan  ilə  qalan  kainat  arasında  keçilməz  sədd 

yaradırdılar.  Onların  fikrincə  insan  başqa  dünyadan  ("səma  səltənətindən",  "ruhlar 

dünyasından", "cənnətdən" və s.) gəlmişdir və yenidən oraya qayıtmalıdır. Allah insana 

bir tərəfdən zəka və azad iradə verir, yəni mühakimə yüıütmək,  yaxşılığı və yamanlığı 

fərqləndirmək  qabiliyyəti  verir.  Allahın  obrazı  kimi  insanın  mahiyyəti  məhz  bundadır. 

Digər tərəfdən allah insanın digər mövcudluqlar üzərində ağalıq etməsi üçün ona bədən və 

ruh verir. 

Xristian dini təliminə görə allahın oğlu Loqos və ya İsa Məsih çannıxa çəkilmiş 

şəkildə ölümü ilə insan nəslinin günahını yumaq və beləliklə də insanları xilas etmək üçün 

insan şəklində təcəssüm etmişdir. Qeyd olunmalıdır ki, bu ideya təkcə qədim bütpərəstlik 

mədəniyyəti üçün deyil, həm də digər monoteist dinlər - iudaizm və islam üçün yaddır. 



Xristianlıq  yaranana  qədər  ilahi  ilə  insanın  prinsipial  şəkildə  bir-birindən  fərqli 

olması, buna görə də iki əsasın birləşdirilə bilməyəcəyi haqqında tasəvvür mövcud 

idi. 

Xristian antropologiyasının digər bir əsas ehkamı insanın öləndən sonra yenidən 



dirilməsidir. Ruhun ölməzliyi haqqında, yəni bədən öldükdən sonra 

50 



ruhun başqa bədənə köçdüyü haqqında əvvəlki bütpərəstlik təsəvvürlərinin əksinə olaraq

orta əsrlərdə belə bir fikir yaranır ki, ölmüş insan müəyyən vaxt keçdikdən sonra bütöv 

şəkildə öz bədəni ilə yenidən diriləcəkdir. Bu təsəvvür təsadüfi deyildi, çünki xristianlığa 

görə ruh bədəndən ayrılıqda mövcud ola bilməz. 

Xristian ehkamlarını sistem şəklinə salmağa və buna əsaslanaraq insan haqqında 

təlim yaratmağa cəhd göstərən ilk filosof Origen (III əsr) olmuşdur. O göstərirdi ki, 

insan ruhdan, qəlbdən və bədəndən ibarətdir. Ruh insanın özünə mənsub deyildir, ona 

allah  tərəfindən  bəxşeyiş  verilmişdir.  O,  daim  yaxşılığa  və  həqiqətə  can  atır.  Qəlb  isə 

insanın öz "Mən"ini təşkil edir. O, insanda fərdiliyin əsasıdır. Öz təbiətinə görə qəlb ruha, 

bədən  isə  qəlbə  tabe  olmalıdır.  Lakin  qəlbin  ikiləşmiş  xarakterdə  olması,  xeyir  ilə 

arasında tərəddüq etməsi üzündən onun aşağı səviyyəsi tez-tez yuxarı səviyyə üzərində 

üstıänlük təşkil edir. Beləliklə insanı öz istək və ehtiraslarının ardınca getməyə sövq edir. 

Bu hal vərdiş, adət şəklini aldıqca, insan günahkar mövcudat olur. Yəni ilahinin yaratdığı 

təbii  qaydanı  tərsinə  çevirir,  yüksək  olanı  aşağıya  tabe  edir  və  beləlikiə  də  dünyada 

yamanlıq yaranır. Deməli, yamanlıq allahdan, təbiətin özündən və bədəndən irəli gəlmir. 

Onu  insanın  özü  yaradır,  daha  dəqiq  deyilsə,  yamanlıq  allahın  insana  bəxşeyiş  verdiyi 

azadlıqdan sui istifadənin nəticəsidir. 

Deyilənlərlə  yanaşı  orta  əsrlər  Qərb  fəlsəfəsində  asketizm  (tərki-dünyalıq)  da 

özünü göstərmişdir. Lakin bu asketizm bədəndən imtina etmək demək deyildi (təsadüfi 

deyildir  ki,  oıta  əsrlərdə  intihar  etmək  Əii  ağır  günah  hesab  olunurdu),  Onun  məqsədi 

bədəni yüksək mənəvi əsaslara tabe ruhunda tərbiyə etmək idi. 

Xristian allahında olduğu kimi insanda da iradə birinci yerdə dururdu. Buna görə 

də  orta  əsr  fəlsəfəsində 

yunan  antropologiyası  üçün  sociyyovi 

olan  etik 



ra- 

sionalizm  yenidən 

mənalandırılır. Əgər antik etikada məıkəzi yer biliyə verilirdisə, orta əsrlərdə onun j^crini 

etiqad  tutur.  Deməli  ağırlıq  mərkəzi  zəkadan  iradə  sahosin»  keçirilir.  Məsələn, 

Avqustin  göstərirdi  ki,  insanlarm  mahiyyəti  onisıin  iradəsində  ifadə  olunur.  İnsan 

yaxşılığın  nə  demək  olduğunu  bilir,  lakin  iradəsi  ona  tabe  olmur.  Buna  görə  də  insan 

etmək  istəmədiyi  hərəkəti  edir.  İnsanın  bu  cür  ikiləşməsini  o,  qəlbin  xəstəliyi,  onun 

öz-özünə, yəni özündəki yüksək başlanğıca tabe olmaması adlandırırdı. Odur ki, orta əsr 

təlimləri  göstərirdilər  ki,  insan  özünün  günahla  nəticələnən  istəklərini  təkbaşına,  yəni 

ilahinin köməyi olmadan dəf edə bilməz. 

Göründüyü  kimi  artıq  orta  əsrlərdə'  İtısan  kosmosun  üzvi  tərkib  hissəsi  hesab 

olunmurdu.  O,  kosmik  həyatdan,  təbiətdən  ayrı  götürülür,  ondan  yüksəkdə 



qoyulurdu.  Lakin  o,  özünün  günahkar  olması  üzündən  nəinki  təbiətin  ağası,  heç 

öz-özünün də ağası ola bilmir və ilahinin mərhəmətindən asılı vəziyyətə düşür. Buna görə 

də  insan  hətta  antik  dövrdə  bütpərəstliyin  ona  aid  etdiyi  bütün  heyvanlardan  yüksəkdə 

durmaq  statusuna  malik  deyildir.  İnsanın  bu  cür  ikili  vəziyyəti  orta  əsrlər 



antropologiyasının ən mühüm səciyyəvi cəhətidir. Antik təlimlər insan qəlbini, rulmnu 

ya  kosmik  həyatla,  ya  da  bütöv  bir  tam  kimi  götürülən  cəmiyyət  həyatı  ilə  müəyyən 

münasibətdə götürürdü. Orta əsrlərdə isə 

51 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə