Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə38/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

84 
 
ilin iyunun 11-də PiĢəvərinin  maĢın qəzası  nəticəsində dünyasını dəyiĢməsi  Sovet 
rəhbərliyini bu “baĢ ağrı”dan xilas etmiĢ oldu. 
C.PiĢəvəri bizim XX tariximizin yetiĢdirdiyi siyasi simalarından biri olaraq 
qalır.  Onun  həyatını,  mübarizə  yolunu,  dövlətçilik  bacarığını,  ədəbi-bədii  və 
jurnalistik  fəaliyyətini  bütün  çalarları  ilə  tədqiq  edib  öyrənmək  bizim  vətəndaĢlıq 
borcumuzdur.  Ġndiki  Ġran  mühitində  və  Güney  Azərbaycanda  müxtəlif  yöndən 
S.C.PiĢəvəriyə  aid  çoxsaylı  yazılar  və  söhbətlər  onun  göstərir  ki,  bu  tarixi 
Ģəxsiyyətin öyrənilməsi günümüz üçün də aktullağını itirməyib. 
 
Ədəbiyyat 
 
1. Keçən əsrin 20-ci illərində ilk soyadı “Cavadzadə”, sonra “Pərviz” 1927-
ci 
ildən 
sonra 
isə 
“PiĢəvəri” 
olmuĢdur. 
40-cı 
illərdə 
isə 
“Mir 
Cəfər”  adı  “Seyid  Cəfər”  adı  ilə  əvəz  olunduğundan  bizdə  adı  və  soyadı  “Seyid 
Cəfər PiĢəvəri” iĢlədəcəyik. 
2.  S.C.PiĢəvərinin  təvəllüd  tarixi  bir  sıra  kitab  və  yazılarda  fərqli  verilir: 
“1893”,  “1897”  və  hətta  bunu  1888-ci  il  yazanlar  da  var.  Doğma 
bacısı Suqraxanım isə  S.C.PiĢəvərinin 1892-ci ildə  anadan olduğunu deyir. Bu  tarix 
S.C.PiĢəvərinin  1930-cu  ildə  istintaqa  verdiyi  məlumat  və  “Ajir”də  özü  haqda  çap 
etdirdiyi yazdığı tarixlə düz gəlir. 
3.  Xalxal  mahalı  haqda  ətraflı  məlumat  üçün  bax:  Seyid  Məsud  Nəqib. 
Xalxal və MəĢahir, Təbriz, 1379 (814 səh.) 
4.  Suğra  xanımın  qardaĢı  haqda  xatirələri  tədqiqatçı  alim-jurnalist 
P.Məmmədli tərəfindən “21 Azər” dərgisində (1999) çap edilmiĢdir. 
5.  Əli  Muradi  Marağeyi.  Əz  Zendan  Rza  xan  ta  sədr  firqeye  demokrat 
Azərbaycan, Tehran, nəĢr “Övhədi” 1381. 
6. M.S.Ġvanov. Oçerk istorii Ġrana, M. 1952. 
7. M.Ə.Möcüz. SeçilmiĢ əsərləri, Bakı, 1954. 
8. “Ajir” (qəzet), 1322 
9. ġahrux Fərzad. Zindan Rza Ģah. Mühakimat, difaiyyat və xatrat zindan Mir 
Cəfər PiĢəvəri, Tehran, nəĢr “Ġran”, 1384. 
10. 
Seyid 
Cəfər 
PiĢəvəri  (Cavadzadə-Xalxali).  SeçilmiĢ  əsərləri 
“Azərbaycan” qəzetinin nəĢri, 1344. 
11. Nəriman Nərimanov. Ucqarlarda inqilabımızın tarixinə dair, Bakı, 1992 
12. AqĢin Babayev. Nazim Hikmət, Bakı, 1978. 
13. Həmin məktəb hal-hazırda Bülbülədə 79 №-li məktəb kimi tanınır. 
14. “Həqiqət” qəzeti haqda bax: Rəhim Rəisnıya. Arxinsəngər Azadı. Tehran, 
1377. 


85 
 
15. Həmid Əhmədi. Xatirat Bozorq Ələvı, Tchran, 1377. 
16. Kərim KəĢavərz. Xatrat əz Seyid Cəfər PiĢəvəri. Tehran “Buxara”. 
17. S.C.PiĢəvəri. Xatirələr, “Azərbaycan” qəzetinin nəĢri, 2007. 
18. “Azərbaycan” (qəzeti). ADF-nin orqanı 
19. “Qızıl səhifələr”. Təbriz, 1946 
20. Con Furan. Tarix təhvilat ictimai Ġran, Tehran, II çap. 1378. 
21. ġ.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə. Güney Azərbaycan, Bakı, 2000 
22. “Etelaate siyasi-iqtisadi” Tehran, 1381. 
23.  C.Həsənli.  Güney  Azərbaycanda  -  Sovet  Amerika-Ġngiltərə  qarĢı 
vuruĢması  (1941-1946),  Bakı, 2001. 
24. “Bakı-Təbriz” (dərgi), Bakı, 2007. 
25. Cami. QuzəĢte ruh çerağ ayəndə əst. Tehran, II çapı, 1371. 
26. Adıgözəl Məmmədov. ÇaĢ “UKS” nerevatora M.A.Baqirova i L.P.Berii,
 
Baku, 2005 
 
Dr.Səbahəddin ġĠMġĠR 
Balıkəsir, Türkiyə 
 
ĠKĠNCĠ DÜNYA SAVAġINDAN SONRA 
RUSĠYANIN TƏSĠRĠLƏ ĠRANDAKI GƏLĠġMƏLƏR 
 
Bilindiyi kimi, 1945-ci ilin mayından etibarən Avropada 1939-cu ildən bəri 
davam  edən  savaĢ  sona  çatdı.  Mayın  8-də  dünya  agentlikləri  Almaniyanın  Ģərtsiz 
təslim  olması  barədə  xəbər  yaydılar.  SavaĢın  bitməsi,  Almaniyanın  məğlubiyyəti 
qəbul etməsi xəbəri Ġran siyasi dairələrində ölkədəki yabançı əsgərlərin çıxarılması 
yönündə bəzi ümidlər doğurmuĢdu. Belə ki, Almaniyanın təslim olması xəbərinin 
gəldiyi 8 may tarixində saat 17-də Tehranda dövlət binalarının üzərində dalğalanan 
ingilis,  sovet,  Amerika  və  Çin  bayraqları  endirilmiĢdi.  Xalq  da  öz  evlərinə  Ġran 
bayraqları  asmağa  baĢlamıĢdı.  Üçtərəfli  anlaĢmaya  görə  altı  ay  ərzində  rus  və 
ingilis birlikləri Ġrandan çəkilməli idilər.  
Bu  vəziyyətə  baxmayaraq,  Ġranda  siyasi  dairələrdə  hələ  bir  boĢluq  olduğu 
görünürdü.   Çünki Murtəza Bəyat  hökuməti aprel  ayından istefaya  getsə  də, hələ 
yeni  hökumət  qurulmamıĢdı.  Nəhayət,  13  mayda  Qacarlar  dövründə  sülalənin 
həkimi  olmuĢ  76  yaĢlı  Ġbrahim  Həkimilmülkü  baĢ  nazir  və  daxili  iĢlər  naziri 
vəzifəsinə  gətirilir.  O,  Seyid  Həsən  Tağızadə  ilə  birlikdə  Tərəqqi  partiyasının 
qurucularından  biri  idi.  Həmin  dövrdəki  sovet  qaynaqlarına  görə  isə  Ġbrahim 
Həkimi nəinki Ġngiltərə meylli idi, hətta mərkəzi Londonda olan Fraksion adlı gizli 
partiyanın üzvü qəbul edilmiĢdi. 


86 
 
Ġbrahim Həkimi hökumətinin xarici siyasətində ilk addım Tehrandakı sovet, 
ingilis və Amerika səfirlərinə qalib ölkə əsgərlərinin Ġrandan çıxarılması haqqında 
nota vermək olmuĢdu. Ġran Xarici ĠĢlər Naziri ƏnuĢirəvan Sipehbudinin sovet səfiri 
M.Maksimova verdiyi 19 may 1945-ci il tarixli 117 saylı notada deyilir: “SavaĢın 
sona  çatması  münasibəti  ilə  ürəkdən  sevindik.  Ġran  hökumətlərinin  təbriklərini 
böyük  müttəfiqlərin  qəhrəman  ordusu  ilə  birlikdə  düĢmənin  qüvvələrini  əzmiĢ, 
alman  ordularını  Ģərtsiz  təslim  olmağa  məcbur  etmiĢ  SSRĠ-nin  qüvvətli  ordusuna 
çatdırmağı  özümüzə  borc  bilirik.  Ġran  ilə  Sovetlər  Birliyi  arasındakı  yaxĢı 
münasibətləri təsdiq etməklə  yanaĢı Ġran hökumətinin aĢağıdakı fikrini və ricasını 
zati-alinizin nəzərinə çatdırırıq. 
Belə  ki,  Avropada  müharibə  rəsmən  bitmiĢdir.  SavaĢın  nəticəsi  olaraq 
Ġrandakı  mövcud  vəziyyəti  saxlamağa  ehtiyac  duymuruq.  Ölkənin  qısa  müddətdə 
normala dönməsinin zəruriliyini və Ġran xalqının iradəsini ifadə edərək bildiririk ki
artıq  Ġran  ərazisində  sizin  dövlətinizin  silahlı  qüvvələrinin  qalmasına  ehtiyac 
yoxdur.  Almaniya ilə savaĢda bizim  müttəfiqlərin qalibiyyətinə  yardım  məqsədilə 
imzalanmıĢ üç dövlətin müqaviləsinin ruhuna uyğun olaraq Ġran hökuməti rica edir 
ki,  Sovet  Ġttifaqı  silahlı  qüvvələri  Ġran  ərazisini  tərk  etsin.  Sovet  səfirindən  rica 
edirik  ki,  yuxarıda  deyilənləri  Sovetlər  Birliyi  hökumətinin  nəzərinə  çatdırsın  və 
Ġran  Xarici  ĠĢlər  Nazirliyinə  bu  məsələ  ilə  əlaqədar  öz  hökumətinin  razılığını 
bildirsin”. Ġngiltərə və Amerika səfirliyinə təqdim edilən notalar da bu məzmunda 
idi.  Lakin  Ġran  siyasi  dairələri  Sovet  Ġttifaqının  ölkənin  cənubundan  asanlıqla 
çıxacağı  haqqında  fikir  yürütməkdə  yanılırdılar.  Çünki  Almaniya  qarĢısında  əldə 
edilən qalibiyyətdən sonra rusların iĢtahı bir xeyli artmıĢdı. Ġndi soyuq savaĢın isti 
nəfəsi Yaxın və Orta ġərqi, xüsusən də Ġran və Türkiyəni isitməkdə idi. 
1945-ci  ilin  iyununda  isə  Güney  Azərbaycanda  iĢlərin  bir  xeyli 
ciddiləĢməsində  Ġranda  yaĢanan  hökumət  böhranının  da  təsiri  olmuĢdur.  Bir 
tərəfdən  Ġbrahim  Həkimi  istefa  etmiĢ,  digər  tərəfdən  yeni  təyin  edilən  BaĢ  Nazir 
(Rza  Ģah  dövründə  ədliyyə  naziri  olan)  Möhsün  Sədr  (Sədr  əl-ƏĢrəf)  məclisdən 
lazımi  səs  çoxluğu  qazana  bilməmiĢdi.  Onun  Məmmədəli  Ģah  dövründə  Ədliyyə 
Naziri  iĢləyərkən,  Əsas  Qanun  (Qanuni-əsasi)  və  demokratiya  uğrunda  mübarizə 
aparan,  Rusiyanın  yardımı  ilə  həbs  edilən  demokratlara  məhkəmə  qurması, 
nəticədə  tutulanların  çoxunun    Tehrandakı  Ģah  bağında  güllələnməsi,  fikrimizcə, 
buna səbəb olmuĢdur. 
Digər tərəfdən Mircəfər Bağırov 1945-ci ilin ortalarında Moskvaya müxtəlif 
müraciətlərdən  sonra  10  iyun  1945-ci  il  tarixində  Xalq  Komissarları  Sovetinin 
baĢçısı Stalinə Ġranın cənubunda – Quzey Azərbaycanda sovet sənaye müəssisələri 
təĢkil  edilməsi  haqqında  gizli  qərarı  imzalada  bilmiĢdi.  Qərarda  əsasən  Təbriz  və 
digər  Ģəhərlərdə  Sovet  Azərbaycanı  sənaye  müəssisələrinin  Ģöbələrinin 
qurulmasından  bəhs  edilməkdədir.  Bu  müəssisələrin  qurulması,  onların  mühəndis 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə