Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   2   3   4   5   6   7   8   9   ...   58


 
millətin Ģərəfinə səbəb olur ki, ondan istifadə edə bilsin”. Sonra Seyid Cəmaləddin 
sözünə  davam  edərək  demiĢdir:  “Elm  və  maarif  hər  bir  millətin  öz  dilində  tədris 
olunarsa, həm onun mənimsənilməsi asan olar, həm də o beyinlərə tez həkk olunar 
və  gec  silinər”.  Deməli,  Seyid  Cəmaləddin  milli  birlik  üçün  dinin  roluna  yüksək 
qiymət  verdiyi  halda,  üstünlüyü  dildə  görürdü.  Deməli,  türk  oğlu  türk  olan  Seyid 
Cəmaləddin  millətin  əlaməti  olaraq  din  və  dili  əsas  götürüb  dilə  üstünlük  verdiyi 
halda, hazırda Ġran Ġslam Cümhuriyyəti dövlət və din baĢçıları islam dinindən sui-
istifadə edərək Ġranda sakin müxtəlif etnik, irq və dillərə mənsub xalqları, millətləri 
“Ġran  milləti”,  “müsəlman  ümməti”  adlandırmaqla  millətin  formalaĢmasında  nə 
qədər gülünc görünsə də dinə üstünlük verirlər.  
Bir  məsələni  də  unutmaq  olmaz  ki,  təklikdə  olan  milli  əlamət  ola  bilməz. 
Məsələn, müsəlman farsdilli və ya irandilli  ilə türkdilli türk bir millət ola bilməz. 
Necə  ki  xristian  erməni  ilə  xristian  rus  bir  millət  deyildir.  Hələ  1887-ci  ildə 
“KəĢkül”  qəzeti  “Azərbaycan”  imzası  ilə  dərc  etdiyi  bir  yazıda  əcnəbinin  bir 
azərbaycanlı  türkü  ilə  söhbətini  dərc  etmiĢdir.  Hansı  millətə  mənsub  olduğunu 
bilməyən və “müsəlmanam” deyən azərbaycanlının islam dininə mənsub olduğunu 
bildirən  əcnəbi  ona  milliyyətini  baĢa  salıb  deyir:  “Sizə  tatar  deyən  qələt  edir. 
Tatarlar  Krımda,  Qazanda  olan  müsəlmanlardır.  Sizin  millət  azərbaycanlıdır. 
Arazın  o  tayındakı  məmləkətin  tayfası  da  sizinlə  birgə  Azərbaycan  millətidir”. 
Deməli,  dini  baxımdan,  azərbaycanlı  müsəlmandır,  müsəlman  ümmətidir, 
milliyyətcə  azərbaycanlı,  daha  doğrusu  Azərbaycan  türküdür.  Ġndi  Güney 
Azərbaycanlılar  da  daxil  olmaqla  farsları,  kürdləri,  talıĢları,  giləkləri,  lorları, 
mazandaranlıları,  ərəbləri  bir  qəlibə  salıb  “iranlı”,  “Ġran  milləti”  adlandırmaq 
kökündən yanlıĢ, elmi cəhətdən düzgün deyildir. 
Hakim fars Ģovinizmi və üzdəniraq bəzi azərbaycanlı tarixçilər iddia edirlər 
ki,  Ġranın  çoxmillətli  ölkə  olması  ideyası  Ġranda  kommunist  partiyası,  sonralar  isə 
onun varisi Ġran Xalq Partiyası tərəfindən irəli sürülmüĢdür. Halbuki, Ġranda milli 
məsələnin  həll  edilməsi  uğrunda  mübarizənin  yüz  ilə  yaxın  tarixi  vardır.  O  vaxt 
Ġranda nə kommunist partiyası, nə də Ġran Xalq partiyası mövcud idi. 
Azərbaycan  türkləri  Ġrana  hökmranlıq  etdiyi  vaxt,  xüsusilə  Nəsrəddin  Ģah 
dövründə  (1848-1896) Azərbaycan dilinə  qarĢı bu biganəlik  milliyyətcə  fars olan 
Rza  Ģah  1925-ci  ildə  hakimiyyətə  keçəndən  sonra  da  davam  etdirildi.  Təsadüfi 
deyildir ki, XIX əsr ingilis tarixçisi Eduard Boraun yazmıĢdı ki, Ġranın Cənubu ilə 
ġimalı arasında sakin olmuĢ irqlər arasında o qədər də əlaqə və məhəbbət yoxdur. 
Bu  da  Ġran  dövlətinin  iki  müsəlman  qardaĢ  olan  fars-türk  arasında  ayrı-seçkilik 
siyasəti yürütməsinin nəticəsidir. 
Qeyd  etmək  lazımdır  ki,  hələ  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində 
Ġranda  mətbuat  səhifələrində  “Millət”,  “Vətən”  ifadələri  üzərində  xüsusi 
dayandıqlarını faktlarla görürük. Həmin mətbuat dövlətin vəzifələri ünvanı altında 



 
millətin  hüquq  və  vəzifələrinin  necə  müəyyənləĢdirilməsindən  söhbət  açaraq 
müəyyən  fikirlər  irəli  sürmüĢdülər.  Hələ  MəĢrutə  inqilabı  dövründə  “millətiyan”, 
“milliyyun” istilahları, məĢrutəçilik “inqilabçılıq” mənasında yayılmıĢdır. 
MəĢrutə inqilabı nəticəsində qəbul və təsdiq olunan Ġranın Əsas Qanununda 
millət  istilahı  anlayıĢına  görə  bir  ölkənin  sakini,  bir  dövlətin  təbəəsi  olmaq  millət 
əlamətlərindən  sayılmaqla  bərabər,  əsas  və  baĢlıca  əlamət  vahid  dinə  tabe  olmaq 
hesab  edilir,  baĢqa  sözlə  desək,  bir  ölkənin  sakinləri  və  bir  dövlətin  təbəələri 
müxtəlif  dini  əqidələrə  malik  olduqda  onlar  vahid  millət  deyil,  müxtəlif  millətlər 
sayılırlar.  
Azərbaycanlıların  özlərini  bir  millət  kimi  dərk  etməsi  ġeyx  Məhəmməd 
Xiyabani hərəkatı dövründə daha kəskin xarakter aldı. 1920-ci ilin may ayının 27-
də  ġeyx  Məhəmməd  Xiyabani  demiĢdir:  “Azərbaycan  azərilərə  aiddir...  Millət 
həqiqi  xidmətçilərini  tanıyır.  Azərbaycan  sözdə  vətənpərvərlərin  yalanlarına 
inanmayacaqdır. Millətimizin özü bu vicdansızların toruna düĢməyəcəkdir... türkü 
türkə  qaldırmaq  istəyirdilər...  millətimiz  ayıq  olmalıdır,  yaĢamağın  nə  olduğunu 
bilməlidir.  Ġrəliləmək  istəməyənlərin  ölmələri  gərəkdir.  Biz  azərbaycanlılar  öz 
dəyərimizi bilməliyik, özümüzə güvənməliyik.  Bir millətin Ģərəfli olması üçün ilk 
Ģərt  müstəqillikdir.  Bir  millətin  müstəqilliyi,  azadlığı  o  millətin  cəsarət  və 
qəhrəmanlıq  duyğularını  qorumaqdır.  Hər  millət  özünə  uyğun  olan  hökumətin 
qurulmasına  icazə  verir”.  ġeyx  Məhəmməd  Xiyabani  qurduğu  hökuməti  milli 
namus  kimi  qiymətləndirərək  demiĢdir:  “ġərəf,  iftixar,  Ģanlı  bir  keçmiĢ  tarixə  və 
yüksək bir dinə sahib olan bir millət öz ölkəsində səfalət və rəzalət içində yaĢaya 
bilməz”. 
ġeyx  Məhəmməd  Xiyabani  millətin  ayağa  qalxıb  öz  hakimiyyətini  ələ 
alması  zəruriliyindən  bəhs  edərkən  demiĢdir:  “Bu  günə  qədər  Azərbaycan 
millətinin vaxtı hər dəfə yeni Ģahlıq yaratmaqda keçmiĢdir. Bu millət məhkumiyyət 
çarpayısından  qalxıb  özü  hakimiyyət  taxtına  çıxmalıdır.  Dövlətləri  və  səltənətləri 
millətlər  yaradır,  artıq  Ģahlıq  dövrü  qurtardı.  Azərbaycanda  hakimiyyət  tamamən 
millətin olmalıdır”. 
Seyid  Cəfər  PiĢəvəri  isə  “Azərbaycan”  qəzetinin  11  sentyabr  1945-ci  il 
tarixli sayında yazmıĢdır: “Hər xalqın müqəddəratı öz tərəfindən təyin edilməlidir. 
Milliyyət  azadlığı  və  hər  bir  xalqın  öz  müqəddəratını  təyin  etməsində  azad  və 
muxtar  olmasının  əsas  prinsipləri  dil  azadlığı,  milli  mədəniyyət  azadlığı  və  sair 
iqtisadi,  siyasi  və  ictimai  azadlıqlardan  ibarətdir.  Azərbaycan  milləti  (əslində 
Azərbaycan türkü – S.O.) dünyanın ən qədim və mədəni xalqlarından biridir”. 
Maraqlıdır  ki,  Ġran  Xalq  partiyasının  məramnaməsində  heç  vaxt 
“Azərbaycan  milləti”  ifadəsi  öz  əksini  tapmamıĢdır.  Halbuki,  hələ  Səttar  xanın 
yanına  mütləqiyyət  tərəfdarlarından  bir  neçə  nəfəri  gələndə  Səttar  xan  onlara 
demiĢdir:  “Burada  qaldırılmıĢ  bayraq  azadlıq  bayrağıdır.  Dünyanın  72  milləti 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə