Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə30/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   26   27   28   29   30   31   32   33   ...   159

99

Məhəbbət və nifrət

* * *


Məhkumların gözlərinin bağlanmasına icazə vermədilər. 

Onlar üzlərini o biri tərəfə  də çevirmədilər. Lakin onlar öz 

həyə canlarının son dəqiqələrində qucaqlaşa da bilmədilər. Əl-

lər zən cir lənmişdi.

İyirmi yeddi döyüşçü çiyin-çiyinə dayanmışdı.

... Atəş səsi eşidildi. Barıt qoxusu meydançanı bürüdü...

İyirmi yeddi mübarizin qanı axıb bir-birinə qarışdı. Üfüq-

dən boylanan günəş öz zərli şüalarını bir bayraq kimi onların 

üzərinə sərdi. 

MƏHƏBBƏT VƏ NİFRƏT

– Bəsdir, bəsdir! – deyə Lyuda nənəsinin üstünə qışqırdı. 

– Mən artıq səni dinləmək istəmirəm!..

Bağırtı ilə bu sözləri dedikdən sonra göz yaşları içərisin-

də boğulan Lyuda özünü çarpayıya tulladı. Başını incə qolları 

ara sında gizlətdi. Onun pırtlaşıq saçları çiyinlərinə, üzünün 

o tərəf bu tərəfi nə  səpələnmişdi. Başındakı  dəmir sancaqlar 

rəngli  ad ya lın üstünə düşmüşdü.

Otağın bucaq tərəfi ndə,  şifonerin yanında durmuş Vera 

Pav lovna  nəvəsinə yaxınlaşdı və lalmış kimi heç bir söz de-

mədən onun çiyinlərindən tutdu. Qız diksinən kimi oldu, 

bu tə rəfə dönərək, çaşqın nəzərlərini nənəsinin üzünə dikdi. 

Qızın görkəmi yuxudan hərasan qalxmış bir adamın sifətini 

xatırla dırdı. Onun iri mavi gözləri yaşarmışdı. Həyəcanın şid-

dətindən dodaqları əsirdi. Nənəsinə baxdıqda isə daha ürəklə-

nib, dodaqla rını bir uşaq kimi büzdü. O, içini çəkirdi. 

Lyuda təbiətən çox konaz, inadcıl və şıltaq bir qız idi. Biz-

lərdə öz sözünün üstündə duran adamlar barəsində belə deyər-

lər: “Lap rus kimidir, “net!” ki dedi, qurtardı”. Qız nənəsi ilə 



100

Həmzə Fəthi Xoşginabi

danış maq da istəmirdi. Fəqət səsini başına salaraq bağırırdı. 

Nənəsi ilə olan mübahisədə Lyuda bəlkə  də tutarlı bir dəlil 

tapa bil mədiyi üçün belə eləyirdi. Təngə gəlmiş Vera Pavlov-

na da qış qırdı:

– Səsini kəs, səsini kəs! – O, əllərini yanına saldı. Qəzəblə 

dolu, narazı və danlayıcı bir baxışla qızı süzdü. – Bir gör nə 

danışırsan! – dedi. – Lənətə  gələsən səni! Heç utanmırsan? 

Bir yadına sal, o cəlladı xatırla. Sənin gözlərinin qabağında 

atanı güllələdi, bütün bir kəndə od vurdu, uşaqları tankın altı-

na atdı... Lənətə...

Vera Pavlovnanın boğazı qəhərdən tutuldu. Hirsindənmi, 

yoxsa təəssüratının şiddətindənmi onun göz yaşları arıq, qırı-

şıqlı sifətinə axdı. O, kəskin bir hərəkətlə üzünü nəvəsindən 

döndə rərək otaqdan çıxdı.

Bir az sonra mətbəxdə, əsəbiliklə o yan bu yana qoyulan 

qab-qaşığın cingiltisi, daha sonra isə açılıb-örtülən qapının 

səsi eşidildi – Vera Pavlovna harayasa getdi.

Evdə sükut hökm sürməyə başladı. Lyuda artıq ağlamır-

dı. O, çarpayıda oturmuşdu. Uzunsov üzünü sağ əlinin ovcu 

içəri sində tutduğu və gözlərini qeyri-müəyyən bir nöqtəyə zil-

lədiyi halda fi krə dalmışdı. Bir qədər qalın olan alt dodağını 

dişləyir, saçlarını eşir, bəzən də tüklərinin ucunu ağzının içinə 

alırdı. Tez-tez köks ötürür, içini çəkir və yerindəcə narahatlıq-

la yırğalanırdı.

Nəhayət, Lyuda ayağa qalxdı. Güzgünün qarşısında da-

ya nıb, göz yaşlarından qızarmış üzünə azacıq pudra çəkdi, 

saçla rını, paltarını səliqəyə saldı. Otaqdan çıxarkən nəyi isə 

unut muş dur kimi qapının ağzında dayandı. Sonra mizin ba-

şına gəlib, balaca dəftərdən bir səhifə kağız qopardı və orada 

yazdı:

“Nənəcan, mən gəlməsəm, nigaran olma!”




101

Məhəbbət və nifrət

* * *


Lyuda yeddi yaşına qədər Lvov şəhərinin yaxınlığındakı 

bir kənddə yaşamışdı. Moskvada olduğu zaman, illərlə bun-

dan əvvəl tərk etmiş olduğu o meşəli – bağlı Ukrayna kəndini 

unuda bilməmişdi. Onun qoyub gəldiyi, uşaq ikən vidalaş-

dığı  kənd, o zaman dəhşətli bir xarabalığa çevrilmişdi. Bir 

istirahət gecəsini şənliklə keçirən əhali, səhər, hələ yuxudan 

ayılmadan, alman-faşist ordu dəstələrinin hücumuna məruz 

qalmışdı. Lyuda da başqa uşaqlar kimi bu səhər anasının 

mehriban, mülayim və nəvazişkar səsini eşitmədən, toplardan 

atılan yaylım atəşlərinin gurultusu ilə dəli kimi yuxudan sıç-

ramışdı. Onun müharibə haqqında heç bir təsəvvürü yox idi. 

Lakin elə həmin gün səhər, uşaq, müharibənin nə demək ol-

duğunu bütün varlığı ilə başa düşdü. Faşistlər Lyudanın atası 

Vladimir Nikolayeviçi evinin qa bağında güllələdilər. Bundan 

sonra arıq, geniş alnı olan alman tüfəngin qundağı ilə İrina 

Borisovnanın – Lyudanın anasının ba şından vurdu. Yazıq ar-

vad huşunu itirmiş halda yıxılıb, yan maq da olan evin pən-

cərəsindən asılı qaldı. Başqa soldatların Hans ad landırdıqları 

alman, tankı, bir az əvvəl öldürdüyü Vladimir Ni kolayeviçin 

cənazəsinin üstündən sürəndə Lyuda fəryad qopa raraq, ata-

sının cansız cəsədinə doğru yüyürdü. Lakin gördüyü mən-

zərədən dəhşətə düşüb evə qaçmaq istədi. Evdən isə tüstü 

və alov püskürürdü. Uşaq bağırır, anasını səsləyirdi. Az son-

ra ev büsbütün uçacaq, anası da yanıb kül olacaqdı! Arxa-

sı üstə pən cərədən asılı qalmış anasının saçlarından süzülən 

qan, həyətin torpaq döşəməsi üstündə laxtalanmışdı. Lyuda 

uşaqlara məxsus bir duyğu, instinktə baş vermiş hadisələrin 

dəhşətini dərk etdi. Anasını xilas etmək hissi onun qəlbində 

həyəcanla qarışıq bir qüvvə yaratdı. “Xilas edin! Xilas edin!.. 

Kömək!..” – deyə o bağırdı. Haraya gedəcəyini bilmədən o 

tərəf bu tərəfə yüyürdü... Yoruldu... Səsi tutuldu... İztirab və 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə