Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə22/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   18   19   20   21   22   23   24   25   ...   159

72

Seyid Cəfər Pişəvəri

ruhoxşayan müla yim küləyi başqa yerlərə  əsən kimi, Hacı 

Qasımın evinin səli qəsiz həyətinə də əsirdi. Bu nəsim ancaq 

qadınların asdıqları yuyulmuş paltarların və səliqəsiz əkilmiş 

qızıl gül kollarının üzərindən əsərək onların mülayim və xoş 

ətrini ətraf mühitə yayırdı. Lakin təəssüfl ər olsun ki, rütubətli 

otaqların, qaranlıq zirzəmilərin və  səliqəsiz həyətin üfunətli 

qoxusu insanları o ürəkaçan təravətli  ətirlərin qoxularından 

bəhrələnməyə mane olurdu. Əlbəttə, bunlar əsla Hacı Qasımı 

narahat etmirdi. Çünki o, belə şəraitə adət etmişdi. Ümumiy-

yətlə, belə bir mühitdə o çəkinmədən öz qonaqlarını qarşıla-

yıb ziyafət də verirdi. 

O gecə isfahanlı Mirzə Mehdi, rəştli Hacı Əbdülsəməd və 

tehranlı Əhmədağa ziyafət gecəsi adı ilə Hacı Qasımın evində 

qonaq idilər. Əslində, onlar ticarət işlərini qaydasına salmaq 

üçün dəvət olunmuşdular. 

Yazın qısa gecələri qonaqlıq üçün elə də münasib deyil. 

Xüsusilə, gün çıxmamış səhər tezdən işə gedən insanlar üçün 

bu iş daha da ağır və üzüntülü olur. Lakin buna baxmayaraq, 

yuxarıda adı  çəkilən  şəxslərin hər biri müəyyən səbəblərə 

görə o gecə ziyafətində iştirak etdilər. 

Hacı Qasım tələbini və Mirzə Mehdi də məsələsini həll 

edib tez İsfahana qayıtmaq istəyirdi. Əhmədağa isə mümkün 

qədər müfl isləşməsinin qarşını almağa çalışırdı. Bu arada rəşt-

li Hacı Əbdülsəməd vacib bir işi olmadığı üçün oturmaqdan 

narahat deyildi. Çünki sabah günortaya qədər yata biləcəkdi. 

Hər halda təbiət öz istəyindən  əl çəkmir.  İnsan zəhmət-

siz əski adətini bir dəfəlik tərk edə bilməz. Bu üzdən də adi 

halda müəyyən vaxtadək yatmağa adət etmiş adam bir vaxt 

məcbu riyyət qarşısında köhnə adətinin əksinə gedərsə, o vaxt 

bu iş onun üçün çətin olar. Necə ki, o gecə yarıdan keçdik-

də bütün məclis iştirakçılarını yorğunluq hissi bürüdü. Buna 

baxmayaraq, onların hamısı yaxşı bilirdilər ki, bu vəziyyətə 

dözməkdən başqa çarələri yoxdur. Doğrudur, adət-ənənəni 




73

Nadirə

qorumaq lazımdır, lakin onlar hələ öz əsas məqsədlərinə nail 

olmamış və heç bir nəticə əldə etməmişdilər. Elə bu üzdən də 

Mirzə Mehdi: “Belə bir şəraitdə  nə etmək lazımdır?” – su-

alı qarşısında düşünürdü. Bu səbəbdən də axırda özü-özünə 

dedi: “Belə olmaz! Nəhayətdə bu işə son verib bir nəticəyə 

gəlmək lazımdır”. O, sözünə sahib çıxan adam olduğu üçün 

dərhal məclis iştirakçılarının müvəqqəti sükutundan istifadə 

edib dedi: 

– Ağalar! Güman edirəm ki, möv zu hamıya aydındır. Ar-

tıq qəti qərar verməyin vaxtı çatıbdır. Hətta düşünürəm ki, bir 

az da gecikmişik. Bu qədər söhbətlərdən sonra bir qərara gəl-

məliyik. 

Hacı Qasım qonaqlığın uzun sürməsindən və qeyri-adi 

yu xusuzluqdan  yorulduğu üçün sevinclə Mirzə Mehdinin tək-

lifi ni alqışlayaraq dedi: 

– Əlbəttə, Mirzə düz buyurur. Mövzu lazımi qədər araş-

dırılıb. Ağaların hər biri də öz fi kirlərini mükəmməl şəkildə 

bə yan  etdilər. 

Mirzə Mehdi fürsəti əldən verməyib sözünə davam edərək 

dedi: 

– Mənim  fi krimcə, cənabların buyurduqlarına  əsasən, 



Hacı Qasımın tələbinin yarısı ödənildiyi üçün borcun qalan 

hissəsinin ödənilməsinə bir il möhlət verməlidir ki, bacı oğlu 

Əhmədağa da əl-ayağını yığışdırıb bəzi lazımsız müəssisələ-

rini satsın və o borcu ödəsin. Əlbəttə, bunun əvəzinə Əhmə-

dağa Əhmədabad qə səbəsinin və Əhmədiyyə sarayının sənəd-

lərini Hacı Qasımın yanında girov qoymalıdır. Bu mülklərin 

qiyməti 15000 tümən dəyərində hesablanır. Hacı isə tələbinin 

yarısını silmək şərti ilə iki həftə ərzində qalan məbləği sahi-

binə qaytarmalıdır. 

Bu zaman Hacı Qasım Mirzə Mehdinin sözünü kəsərək dedi: 

– Sizin buyurduğunuz doğrudur, amma iki həftə ərzində 

7500 tüməni toplamaq çox çətindir. 




74

Seyid Cəfər Pişəvəri

Hacı Əbdülsəməd Hacı Qasımın dediklərinə güldü və is-

teh za  ilə yekə başını tərpədərək dedi: 

– Afərin Hacı ağa! Afərin! 

Əhmədağa isə bu gözlənilməz hadisədən çox narahat oldu 

və nə edəcəyini bilmədiyi üçün susmaq məcburiyyətində qal-

dı. Mirzə Mehdi yenə də sözünə davam edərək dedi: 

– Bu ağaların hüzurunda həmin məbləğ sahibinə qaytarıl-

malı, qalanı isə  Əhmədağanın borcundan silinməlidir. Bun-

dan  əlavə, ölkənin bugünkü vəziyyətini nəzərə alaraq ərzaq 

toplamaq məqsədilə dördümüz birgə şirkət yaratmalıyıq. Bu 

işin (ərzağın alınması) başlanması, yəni şirkətin nizamnamə 

kapitalı üçün Mazandarandan 200 xarvar (çəki vahidi – 300 

kq) və Gilandan isə 100 ton düyünün alınıb şirkətin ixtiyarı-

na verilməsi Hacı Əbdülsəmədin öhdəsində olmalıdır. İki ay 

müddətində Hacı Qa sım 300 xarvar buğdanı Tehranda təh-

vil verməlidir. Mən də  İs fahanda 400 xarvar buğda və arpa 

toplamalıyam. Əhmədağa da sabahdan var-dövlətini şirkətin 

ixtiyarında qoymalıdır. Nizam namə kapitalı 80.000 tümən 

olmaqla təsisçılər heyətinin hər birisin payı 20.000 tümən 

nəzərdə tutulur. Şirkətin bütün idarə işləri bu dörd nəfərin ra-

zılığı ilə yerinə yetirilməlidir. 

Əhmədağa bu sözləri eşitdikdən sonra dərhal bir neçə ad-

dım irəli atdı və dedi: 

– Ağalar, mənim deyiləsi çox sözüm var. Bu böyük və 

ağır işi belə sadəliklə həll etmək olmaz. Şirkət üçün nizam-

namə, qay da-qanun, həmçinin rəis, müdir, ofi s və s. lazımdır.

 Mirzə Mehdi gənc tacirin sözünü kəsdi və  əsəbi halda 

dedi: 

–Xahiş edirəm, siz danışmayın, çünki bütün işlərinizi 



his siy yat  üzərində qürursunuz. Mən sənin böyüyünəm, məs-

ləhətimə qulaq asmalı və heç bir bəhanə gətirmədən onu icra 

etməlisən. Burada Hacı Qasım yenidən sözə müdaxilə edib 

dedi: 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə