Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə158/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   151   152   153   154   155   156   157   158   159

556

Saleh Ətayi

Kapurun fi lmlərində oynamağa gedirəm – deyəndən, ya da bir 

az ondan öncə mən ərəbcə bir şeir kitabı çıxartdığım vaxtdan 

belə oldu. 

Ozan, mən paradoksal olmuşam. Hər şeyə ziddi ilə fi kir-

ləşirəm və bəlkə mən yanılıram... Vidalaşmağı deyirəm. Ha-

mıy la qabaqcadan vidalaşdığımı sanıram. Dostlarla, anamla. 

Bəlkə babam bunu deyirdi və mən bilmirdim. 

Gecədir, qürbətdir, necə də qır kimi... Gördüm yolun qı-

ra  ğına çəkilmişəm. Balıncımı, yorğanımı götürmüşəm və 

düz yo lun ortasında uzanmışam. Gülməliydi. Maşınlar məni 

basmır dılar. Hansı maşın gedirdisə, sükanı çevirib sovuşurdu. 

Keyi miş dim. Özümü bir kal meyvə kimi hiss edirdim. Dişlə-

rimi qısma dan,  qolumu-qıçımı sıxmadan hələ uyudum da. Bir 

səs eşitmir dim.  Maşınların nəriltisini eşitmirdim. Məni mu-

siqi sarayına gö türdülər. Gördüm, orada da uzanmışam. Və bir 

çox adam üstüaçıq qəbirlərdə uzanmışlar. Bir uşağı bələkdə 

gətirdilər. Sonra onun başı üstə saz çaldılar. Sonra gördüm, 

ölülərin barmaqları mizrab vurar kimi tərpənir, əyilib-düzəlir-

dilər, oynayırdılar... Və gör düm ki, bir sürücü əlimdən tutub 

sil kə ləyir. Yaman-yovuz deyə-deyə məni maşınımın içinə top-

ladı və qapını çırpdı. 

Bacım musiqi dərsi verir. O, bir müasir adamdır. Sevinir, 

kədərlənir, qəriblik edir.

Özgə bir adam kimi özümə tuş  gəlirəm. Yol getdiyimi 

görürəm, illər boyu yol gedirəm. Ozan! Hər şəhər yarıyolda 

qalıbdır. Şəhərlərdə düşürəm, dolanıram və yenə yol gedirəm. 

Ozan, niyə çalmadan yığışdırdın? Ozan, hara? Ozanım, da-

yan... Mənim üçün bir qoşma qoş. De ki, hər şəhər yarı yolda 

qalıbdır.




557

Xəlvət caddə

XƏLVƏT CADDƏ

Gecədir və caddə xəlvət. Oturarkən, durarkən sürüşüb ge-

dirik. Fırlanırıq. Və bir zənci də truba çalır. 

“Şoğərib qızdırdı”. Dururam, çırağın işığından yolun o ta-

yında bir körpü görünür. Kapotu qaldırıram. Hava çox gözəl-

dir. Düzdü, mehdi, amma sərin su kimi də içməlidir. 

Plastik qabı götürürəm. Mən gedib-qayıdana qədər radia-

to run  ağzını açmaq olar. 

– Dostum, mən gedirəm. 

O, bir daş kimi düşüb. Oyatmağa dəyməz: “Neçə yol de-

yim, qabın suyun işlədincə yenə də doldur”. Siqarımı alışdı-

rıb körpüyə sarı cığırı tapıram. Ağacların sızıltısı, uzaqlardan 

gələn uğultu məni qorxudur. Bəlkə qurd var – deyə, yan-

yörəmə baxıram. “Fit çal, qorxun tökülsün”. Çalışıram, ma-

şında qulaq asdığımız musiqidən ayrılmayam. 

Körpü üstə bir adam var. Bəli, bir adam körpünün daş ha-

sarında oturub. Cəld ağac dalında gizlənirəm. Haçandan-ha-

çana boylanıb yenə də baxıram. O, indi sis-duman içrə san-

ki qaladığı bir şeylərə kibrit çəkir. Və birazdan addımlayır. 

Yekəpər, bəlkə iki adam boyda bir kişi. Qılıncını böyründən 

asmış, papağı  qıvrım qoyun dərisindən, cübbəsi və sarıqlı 

ayaqqabısı var.

Mən də onları qarabasan adamlardanam. “Gözlərini yum, 

özünə gəl”. Bir az dincəlirəm. “İndi arxayın dönüb baxa bilər-

sən”. Hər  şey öz yolundadır. Kimsə yoxdur. Qılınclı adam 

keçmişlərə qayıtmış. 

Daşdakı yazının aradan gedən yerləri var. Ancaq oxumaq 

olur. Körpünü tikənin adıdır. Görəsən, bu adam elə özüdür-

mü? Ağaclar alışdı, o, haradadır? Birdən bir çığırtı içində “za-

man” kəlməsi.




558

Saleh Ətayi

“Dəfələrlə bir qorxulu yuxudan oyanıb su içsən də, yenə 

yatınca elə həmən yuxuya götürülübsən”. 

Oda yaxın əyləşib və özüylə bəlkə də zamana görə danı-

şır.

Gəldiyim yoldan arxadan bir səslər gəlir. Taqqırı-tuqqur, 



taqqırı-tuqqur. Bu, bir atın ayaq səsi ola bilər. Ancaq at deyil

bir arıq qatırdır. Və belində  bəlkə  də bir şovalye. Nə  qədər 

də şax oturub. Dəmir papağı, dəmir geyimi, qalxanı və əlində 

yanılmıramsa, “zubin” deyilən bir şey var. O, ucaboy və qatı-

rı kimi arıqdır. Odun yanında oturan adam donub qalır. Mən 

onun şaşırdığını duyuram. O, bir pəzəvəng və bir div də olsa, 

buralı kimidir. Və bir şovalyenin yolunu heç gözləmirdi. Belə 

getsə, divin boynu quruyacaq. Ondan danışmalıdırlar. 

– Pəhləvan, adını söylə.

– Əvvəlcə, sən söylə.

– Sanıram, məni dünyanın hər yerində tanıyırlar, səfi l şo-

valye.


– Nə yaxşı, aşağıdan – çaydan sovuşmaq istəmədin. Yox-

sa səni döyə-döyə körpüyə alardım. 

Şovalye sanki sevinir. Bəlkə ona görə ki, yenə bir qorxunc 

macəraya tuş  gəlib. Sonra dua edər kimi özünü “sevgilim” 

deyə Dolsinaya tapşırır. Nizəni endirib ayaqlarıyla qatırın 

qarnına çırpır və divə doğru çapır. Yaraqlar çaqqışırlar və mən 

onları odun işığında görürəm. Divin zərbələri ağırdır. Şoval-

yenin qalxanı düşür. Qatır qorxub mırıldayır və nəhayət, şo-

valyeni salıb qaçır. Div şovalyenin sinəsi üstə atılır. 

– Bilirsənmi! Bir gün atımın ayağı daşa dəydi, hürkdü. 

Tolazlandım. Və Əzrayıl bir quş kimi üstümə qondu. 

Mümkündür, şovalye dilindən əl çəkməsin. 

Duman sıxlaşır. Heç nə görmürəm. Və birazdan ikisi də 

odun qırağında oturublar. 

– …Cavan bir oğlanın canını almışdı. Və mən onu giri-gi-

ri axtarırdım. 




559

Xəlvət caddə

Şovalye  Əzrayılla döyüşməyi ağlından keçirməmişdi. 

Amma birdən bu pəhləvanın yerində olsaydı… bəlkə Tanrı 

onu da bağışlardı. 

Arada bir neçə kəlmə eşitmirəm. Ya da heç danışan olmur. 

Div şovalyenin əzilmiş yerlərinə məlhəm qoyur. 

Yadımda olsun, dostuma at və maşınla bağlı bunu deyim: 

“Bir şovalye dörd yolun ayrıcında hansını seçib getmək üçün 

bütün ixtiyarını atına verər”. 

– Gördüyün bu körpünü mən tikmişəm. 

Yenə bir neçə kəlmə eşitmirəm. Şovalye əllərini qaldırır 

və havada ölçüb-biçir. 

– Sən o dəli olmalısan. O adlı-sanlı dəli. O, Əzrayıla “sən 

ortadan çəkil, mən özüm Tanrı ilə danışım” deyən. 

Sonra sanki güvəndiyi pəhləvanların adını söyləyir. Özü-

nü də onların sırasında, hətta onlardan baş bilir. 

– Qatır üstə görən kimi bir şeylər yadıma gəldi. Yoldaşını 

neyləyibsən? 

– Bilmirəm.

Şovalye verdiyi cavabdan sonra susur. Amma sözü tez də-

yişmək olar. 

– Qılınc çəkdiyim gecənin bu çağında yolkəsənlərə  və 

hətta bir qaraltıya bənzədiyin üçün idi. Əlbəttə, cəhənnəmdən 

qaçan şeytan da olsaydın, mən yenə də öz işimi görməliydim. 

Hey! Bəlkə dostun oyanıb? Nigarandır. Qabın ağzını 

çuxurda duran suya dayayıram. Bu çayın körpü tikilən za-

man quru olduğunu bilirəm. Və körpünün aşağısından, quru 

çayın yatağından sovuşmaq istəyənlər döyülə-döyülə… 

Adlı-sanlı dəli səfi l şovalyenin ovcuna nə isə qoyur. 

– Bu nədir? 

Əl atır qılıncına. 

– “Ağça”dır. Pulumuz. Yadigarlıq verirəm. 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə