Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə153/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   149   150   151   152   153   154   155   156   ...   159

540

Ruqiyyə Səfəri

Ülkər atıldı sözün ortasına: “Sağ ol ər... Gör nə xərc qo yur 

arvadına”.

Nazlı dodağın büzüb, gözlərin süzdürərək dedi: “Hə”. Ül-

kər divara dayanıb, əllərini bir-birinə qıfıllayıb: “Belə, yaşa-

sın elə qədim kişilər!”. Sanaz: “Hən aa... Heç olmasa kişidilər. 

Vah-vah indikilərin nə kişilikləri var, nə pulları... Nəmənə 

uzunluq da da dilləri”. 

Hamımız güldük. Sanaz: “İndi bəs yaşasın femi nist lər”, 

– dedi.


Ülkər ləngərin o biri ayağından bu biri ayağına salıb: 

“Olar da istədilər savab eləyələr, kabab oldu da... Bu kişilərin 

kişi likləri lap heç oldi, nə olsun ki?”.

Qızlara bir göz dolandırıb dedim: “Hətmən Fərimahda 

tüklərini vurdurmusan... O gün yoldaşlarımın biri də orada 

vur dur muşdi, çox gözəliydi”.

Nazlını yaxşı tanıyıram, belə işlərin pozunu verməyə can 

atar; deyə bilməsə də vurnuxar sözünü desin. Bilirdim, Nazlı 

o an boğulurdu. 

Ülkər gözlərini bərəltdi Nazlıya, dedi: “Doğrudan?”

Nazlı gözucu güzgüyə baxıb dedi: “Hə... Da gedəcəyəm 

Fərimahın yanına... Bir az bahadı, amma işi gözəldi”.

Ülkər kanapələrə sarı yönəlib: “Gəlin oturaq da... Vallah, 

nənə ürəyi istər  o  ra  getmək... Çox-çox bahadı, canım çıxır 

pulu qazanıram, tökəmmərəm onların cibinə, özü də buradan 

tükü vu rdun oradan uzanacaq”.

Sanaz: “Hə, gəlin oturaq... Uşaqlardan Fərimahgilnən ya-

xın dostluqları var; deyirdi Fərimahı bahaladan dövrə pullular 

olublar... Bir karxanadarın qızı gəlir deyir payə nırxın bir mil-

yon du,  məni iki milyonluq bəzə, sonra o biri karxanadarın qızı 

bəhs-bəhs eləyir, deyir onu iki milyonluq bəzəmisən, məni üç 

milyonluq bəzə”, – dedi.

Uzun zamandır bəzək salonuna gedə bilməmişəm, vaxt ol-

mayıb, çox zaman da pulum özüm üçün olmayıb, bəzən də heç 




541

Görüş

marağımı çəkməyib. Olub o zamanlarım da, hərdən həyəcan-

lanıb güzgüdə özümü sevib, istəmişəm özümə yetişəm, bəzək 

salonuna gedib üz-gözümə baxmışam, sonra evə gəlib əyin-

ba şıma yetişib, Artanı gözləmişəm. Arta qapıdan içəri girib, 

heç üzümə baxmadan biriylə  cəng edən kimi qaş-qabaqlı: 

“Öldüm xəstəlıkdən... Bir şey var yeməyə?” – deyib, həvəs-

dən düşmü şəm. Arta deyir: “Elə sən bu cür gözəlsən...Canım 

çıxır pulu qa zanmağa, aparıb qər-qəhbələrin cibinə tökmə”.

Ülkər dedi: “Allah balam deyib da, bu cür adamlara”.

Ülkər şəhərdən bir saatlıq uzaqda ayran karxanasında iş-

ləyir; səhər saat yeddidə evdən çıxıb axşam saat beşə qədər, 

evlərinə çatdığında yeddi olur. Hər görüşü müz də gözləri axı-

nar, elə sərələnər kanapəyə, hərdən də bir yaşıl göz ləri yuxuya 

dalar, zorla özünü saxlar, yuxusu dərinləşməsin. Rəng bərəng 

dörd xanalı köynəkləri vardı, qabaqdan düymələnən köynək-

lərdən. At quyruğu saçlarını köynəyinin rəngindəki keş ilə 

bağlayar. Üstəlik özü toxuduğu qolbaqları da köynəyi, co-

rablarıyla uyğun olar. Hər bazara çıxdıqda bir dəstə sadə rəng-

li keş, bir də onlarla bir rəngdə corab almaq onun dəyişilməz 

adə tidi. 

Düyü bir az artıq suda qaynamışdı, Sanazı çağırıb bir az 

düyülərdən kəfkirə  yığıb dedim: “Bir bax gör, deyəsən xə-

mir oldu, hə?”. Sanaz bir neçə dənə düyülərdən atdı ağzına, 

dodaq larını yığıb: “Hə...Tez süzək... Başımız qarışdı”. Bir az 

səsin qı sıb dedi: “Yəni Nazlı partlardı ha, deməsəydi”. Mən 

gülüm sədim. Sumax qabını kasanın üstünə qo yub, oradan qız-

lara səsləndim: “Qızlar, düyünün suyunu istəmir siz?  Bütün 

vitamin B-di haa”. 

Qızlar gülüşdü, Nazlı dedi: “Əl çək! Təzə  bəzək-düzək 

eləmişik, sən də elə vitamin fi krində ol”.

Hər bir yeməyin vitaminin ölçüb biçərəm; Arta baş qoş-

maz, təkcə yemək olsun deyir.

“Səfeh olmayın... Saxladım gecə yatan vaxta”, – dedim.




542

Ruqiyyə Səfəri

Arta nə  qədər “vaxtı heçə vermə” desə  də, mən elə öz 

işimdə olaram. Bir vitaminli yemək, ya meyvə suyu ağlıma 

ta xılsa, onu hazırlamayanacan, əl çəkmərəm.

Nazlı dedi: “Bu oğlan bir dəqiqə də möhlət vermir ha mə-

nə, elə ayaq üstə işini gördü, başım pozuldu… Nə qədər de-

dim pozma biləmi, qulağı heç eşitmədi ki”.

Düyünün isti suyunun buxarı üzümü bürüdü. 

Arta dedi: “Özün bilərsən gəlirsən, qalırsan... Fərq eləməz 

bir şey tapıb yeyərəm. Kefi ndə ol... Mənim də bir az oxuma-

lım var... Gəlsən, özün fi krində ol ha”. Dünən güzgü qabağın-

da ba şar dığım qədər özümə nazlandım.

Düyüdən qalxan buxar gözlərimi yaşlandırdı.

Aytən altı ilə yaxındır Təbrizdə dövlət universitetində 

hüquq bölümündə dərs oxuyur. Ailəsi Urmi şəhərində yaşayır. 

Bir başqa urmili qızla Abrəsanda Qulgəşt xiyabanından Ma-

ralana sarı, birgə ev kirayə ediblər. İlk gördüyündə özünü elə 

tutub oturar, tanımayan elə zənn edər ki, çox ciddi, kimsəyə 

qoşulmayan bir vəkil xanımdır. Ucaboylu, enlikürəkli, qara 

saçlıdı. Danışığı asta-asta, vücuduna yaraşmayan incə  səsi 

var. Uzun qıçlarını bir-birinin üstünə aşırıb dübbədüz oturaca-

ğın dayanağına dayanyıb, iki əlinin içini sağ tərəfi ndə bir-bi-

rinin üstünə qoyar. Bu tərz oturmaq Aytənin ilk görüş fi qurla-

rındandı. Belə görkəm onun dış kobudluğunu bir az alır. Bir 

neçə saat keçdikdən sonra, bir az ara səmimiləşdikcə, Aytənin 

buzu açılır, daha saxlamaq olmaz.

Daima qol çantasında əsəb dərmanı olur; iki il öncədən 

əsəb doktoruna gedir.

Ailəsi Urmi şəhərinin adlım ailələrindən sayılırlar. Aytən 

iki çay arasında qalana bənzəyir; bir yandan ailəsini daha zir-

və lərə qalxızmaq istəyir, bir yandan özü istədiyi kimi yaşamaq 

is təyir. Deyəsən, özünü, ailəsi quran çərçivəyə yerləşdirəmmir.

İki il yarım öncə ərdəbilli bir oğlanla tanış olmuşdu. Aytən 

ona elə vurulmuşdu, az qala özünü universitetdən eşiyə salsın-




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə