Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə151/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   147   148   149   150   151   152   153   154   ...   159

533

Dəlixana

Səid ancaq gülümsəyib bir məsafədə dayanır, sonra dönüb 

gedir. Səsləyirəm. Kədərli səslə səsləyirəm. Gedib gözümdən 

itəndən sonra hönkür-hönkür ağlamağa başlayıram. 

Hadisə axşam üstü baş verdi. Mən maşını götürüb, dos-

tum Səidi qapılarından mindirib gəzmək üçün şəhərə sarı ge-

dirik. Məktəbi təzə bitirmişdik. Nə universitetə girməyi, nə 

də ki, əs gərliyə getməyi heç istəmirdik. İkimiz də qız sevib 

elçi gön dərmişdik. Mənə əsgərliyi bitirməyimi şərt qoyurlar. 

Səidin atası zəngindi. Qız atasının gözü onu tutub, istəyir ki, 

evlənsinlər.

Maşın yel kimi gedir və bizim gözümüzdə qorxu deyə bir 

şey yoxdur. Səid hərdən başını  pəncərədən çıxarıb həyatda 

ən böyük bildiyi uğuru üçün, istədiyi qədər sevincini bağı-

rır. Mən də onunla səs-səsə verib içimdəki kədərimi, öfkəmi, 

qısqanc lığımı bağırıram. Uzun və düz yol qıvrılır. Mən hələ 

də sürətimi azaltmaq istəmirəm. Önümü kimsə kəsə bilməz, 

nə maşınlar, nə yoldan keçənlər, nə əyri-buruq yollar, nə də 

ki, Məryəmin atası! Bəzən bir balaca nədənlə böyük ümidlər 

heçə gedir, bəzən də elə həmin balaca nədən – yolun bir balaca 

burulması – ümidsizlikdən qurtara bilər. Yol burulur, maşının 

sürətini almaq istəmirəm. Birdən önümüzə böyük yük maşını 

çıxır. Mən maşını parka sarı verirəm. Maşın parkın qırağında 

çevrilir. Bir uzun tormoz çığırtısı, bir qorxunc gurultu və iz-

dihamın hay-küyü, diri qaldı ğımı mənə sübut edir. Heç ağrım 

yoxdur. Qapını kəsib məni eşiyə çıxardırlar. Yolun ortası büs-

bütün qan içindədir. Mənim qanım ola bilməzdi. Mən maşı-

nın içindəydim. Ancaq başımı yavaşca çevirə bilirəm. Səidin 

başsız və parçalanmış meyidini görürəm və daha qaranlıqdan 

başqa heç nə görmürəm. Gözlərimi bir də xəstəxanada açıram.

Əsgərliyə getməmək üçün tək çarəm var idi. Özümü dəli 

yerinə vurub qırmızı kağızı ala bilmək! Atamla dəlixanaya, 

həki min  yanına getdik. Mən uşaq kimi yavaş-yavaş yeriyir-

dim. Niga ran və kədərli baxışlarla baxırdım. Həkim deyir:




534

Ruqiyyə Səfəri

– Nə vaxtdan belə olub?

– Qəza keçirib yaralanıb, bir aydan çox xəstəxanada ya-

tıb. İndi də deyir bəs rəhmətlik dostu Səidi görür. 

Həkim dəli olduğumu dəqiqləşdirmək üçün iyirmi dörd 

saat dəlixanada qalmağımı istəyir. Atamın razılığını alandan 

sonra dəli paltarlarımı geyirəm. Atamın əlini buraxıb həki-

min köynəyinin  ətəyindən yapışıram. Həkim çox ehtiyatla 

məni otağıma sarı aparır. Doqquz nəfərlik bir otaq. Otaqda 

taxtlar sıra ilə düzülüb və hərəsi birin özünə çıxıb. Boş qalan 

bir taxtın üstündə oturdandan sonra dəlilərlə zarafatlaşaraq 

otaqdan çıxır. Tutduğum ifadəni dəyişməməliyəm. Kamera 

ilə izləndiyimi bilirəm. Bunun üçün yatmaq doğru olacaqdı. 

Taxtımda uzanan kimi dəlilərin biri mənə sarı gəlir. Ağzının 

ətrafı tüpürcəklidi. Məni yerimdən itələyir: 

– Dur ayağa bura mənimdi – deyir.

Qorxumdan etiraz etmədən ayağa qalxıb başqa bir taxtın 

üstünə keçirəm. Dəlilər etiraz edirlər. Taxtların hamısının on-

ların olduğunu deyirlər. Bir qədər ayaq üstə durub, gözlərimi 

divara zilləyirəm. Səidlə danışıram, səsləyirəm və hönkürmə 

vurub ağlayıram. Bu işi neçə saatdan bir təkrarlayıram. O qə-

dər vərdiş etmişəm ki, inanmıram biri şübhələnsin. Ayaq üstə 

dur maqdan  yoruluram.  Gecədən bir qədər keçib və dəlilərin 

bir ne çəsi yuxudadılar. Divarın dibində yerə uzanıb gözlərimi 

yuman kimi böyrümə ağır bır zərbənin dəyməsi ilə dik yerim-

dən qal xıram. Məni taxtımdan qovan dəlini görürəm. 

– Burada yatma, bu ra mənimdi. – deyir. 

Gözləri qan çanağına dönüb. Bir balaca eti razla boğazım-

dan yapışıb boğacağı mümkünsüz deyildi. Sakitcə ayaq üstə 

dururam. Vaxtı bilmək üçün otağa göz dolandırıram. Başa 

düşürəm ki, burada saatın anlamı yoxdu. Dəlilər üçün ge-

cə-gündüz birdir. Zamanı danmış kimi olurlar. Bütün gecəni 

səhərə kimi adi həyatlarını yaşayırlar. Birisi ancaq maşın sü-

rür. Siqnal larının, arada bir tormozlarının səsi eşidilir. Tualetə 




535

Dəlixana

gedəndə də maşınını sürür. Qapıya çatan kimi ucadan bir neçə 

dönə siqnal verir. Qapını açırlar. Arxa dəndəyə verib ehtiyat-

la maşınını otağa salır. Deyir həyətə salıram. Maşından çıxıb 

dincəlmək üçün taxtına sarı gedəndə də, iki əlini önünə tutub 

fərmandan yapışır kimi bir əda ilə gedir. Birisi də qaşığının 

ucuna ip bağlayıb boynundan asıbdır. Bir-bir dəliləri müayinə 

edir. Dəlixananın öz həkimlərini də müayinə edir. Qaşığı ürə-

yimin başına qoyur: – sən dəli deyilsən yalan demə, – deyir. 

Qorxu ürəyimi bürüyür. Bir dəli haradan dəli olmadığımı 

bilir – düşünürəm. Bəlkə elə bu dəli deyil və bizləri nəzarətdə 

saxlamaq üçün burada qalır. Bəlkə də dəlidir və dəli olduğu 

üçün özünə tayları tanıyır. Dəlilərin birisi gəlir, sol əlini irəli 

gətirib sağ əlinin işarə barmağı ilə ovcunda nəsə yazaraq: 

– Sənin pərvanən varmı belə mərizə baxırsan? – soruşur. 

Həkim dəli, məni buraxıb onunla dalaşmağa başlayır. Səs 

qalxır, qapı açılır. Dəlixana işçilərindən biri içəri girir. Hamı-

sının üstünə çığırmağa başlayır. Həkim dəli, qabağına qaçır. 

Barmağı ilə məni göstərərək: 

– Bu dəli deyil, bu dəli deyil – deyə bağırır. 

İşçi bir balaca sakitlik yaradıb qapını bağlayıb çıxır.

Dəlilər məni heç istəmirlər. Yuxusuzluqdan, yorğunluq-

dan və hamısından da pisi qorxudan yarıcan olmuşdum. Hər 

an birisinin içəri girib məni özü ilə bu dəli oğlu dəlilərin ya-

nından çıxarmasını gözləyirdim. 

Qapı açılır, işçilərdən biri içəri girir. Mənə sarı gəlib bilə-

yimdən tutub dünənki həkimin otağına aparır. Atam da orada-

dır. Onu görcək uşaq kimi ağlamağa başlayıram. Atam boynu-

mu qucaqlayıb toxdaqlıq verir. Həkim bir az məni danışdırır 

və son ra nəticəni atama deyir. 

Qırmızı kağızı ala bilmədiyim üçün başqa yolları sınama-

lıyam. Bəlkə mollalar məktəbinə girib molla olsam, bəlkə də... 

Axşam çağı Məryəmdən bir mesaj gəlir. Heç gözləmə di-

yim bir mesaj. Atası başqa birisinə ərə verir. Məndən, onu öldü 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə