Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

61 
 
Mahmud Fəzli deməyin,  
bir könül özgürlüyü paylaşmaqdayam,  
könlümüzə bir avıc su da istəmədik...  
Urmu gölümüz
ə bir avıc su...!  
Güneyimizə qocaman bağımsızlıq,  
qurtuluş, özgürlük… (42) 
 
Kurşun yağmuru altında oturub çay içməkdir sevgi...  
Yüz ill
ərdir seirler yazılır, qələmlərin ucu bitmir. Duygular 
s
əhifələrdən dolub-daşır, gözlər bulağa dönür, axır göz yaşları, sətir-sətir 
q
əm, kədər, ələm yüklənir misralara. Sonra bir-bir eşq, sevgi, mutluluk 
v
ə səfa düzülür ard-ardınca, amma yenə də şairlər doldura bilmir 
könüll
ərindəki boslugu… Məsud Haray da bu boşluğu doldura 
bilm
əyənlərdəndi və onun üçün “Kurşun yağmuru altında oturub çay 
içm
əkdir sevgi...” Və “şərabın bardaqlarda donduğu o gecə, ağlayarkən 
donmayan göz yaşlarını əllərilə silərkən bu sevginin gerçəkliyinə inanıb 
M
əsud...” 
61 
 


62 
 
“Sarıl mənə...” şeiri isə Şərifə Cəfəri Dənizin eşq etirafı, qurduğu 
m
əhəbbət evinin, sevgi dünyasının modelidir:  
üzünd
əki mehirbanlıq mənə elə xoş gəlir ki,  
ür
əyinə sahıb olmaq istəyirəm. 
ulduzların toy gecəsi, ay doğulan bir gecədə… 
 unudark
ən dünyaları, sənlə qalmaq istəyirəm… 
gözl
ərinin dənizində çimib-çimib
sonra yorqun durna kimi 
qanad salıb sınən üstə nəfəs almaq istəyirəm... 
...s
ən də yorğun, mən də yorğun, 
sarıl mənə doya-doya 
darıxmışam, sənin olmaq istəyirəm.(24) 
Onlar da özl
əri üçün bir sevgi, məhəbbət evi qurmaq istəyirlər, elə bir ev 
ki, “burada musiqil
ər susmur, duvarlar mahnılardan hörülür və tavanlar 
da r
əqs edir... (Rumi)” 
 
“Hər türk anasından şair və əsgər doğulur” kəlamını şeirlərilə 
təsdiqləyən Leyla Kəhali “Adəm və Həvva” əfsanəsinin “Alma taxdım 
62 
 


63 
 
ürəyimə! Sənə vurulub cənnətdən qaçdım. Mən allahın günahkar 
adamıyam, Günahkar Havvası, Səni sevməyim Böyük yasaqmış sanki, 
qadası! Kitablardan poz, tarixi keçmiş bu hekayəni, Gəl ürəyimdən bu 
almanı dər!Yoxsa oturub qarğış edərəm, Cənnətdə yanar Alma ağacı!” 
kimi misralarda konkret 
təsirli bədii ifadəsini yaradır, ancaq şeirin fəlsəfi 
qatında gizlənən mənalar insanı olum və ölüm, hər bir yaxşı və pis 
əməlinə görə qiyamət günü cavab verməli olacağı-Bərzəx, İrfan, özünü 
tanımaq və s. barədə düşünməyə sövq edir...  
Əzəl günündə Əbəd zindana verildim axı, 
Və indi mənəm, Məcnunsuz Leyli 
Leylisiz Məcnun, Bərzəxin özü. 
Cənnətdə suyam, cəhənnəmdə od! 
Ağ köynəklə gəl, ey sarı köynək! 
Gəl də, üstümdən götür bu adı. 
Uzun ill
ər ədəbiyyatın aparıcı qollarından olan qəzələ yeni mövzu, 
yeni m
əna və məzmun gətirmək ənənəsini bir çox söz ustadları kimi, 
g
ənc şair Xosrov Barışan bir sıra qəzəllərində, eləcə də “Sənsiz”də uğurla 
63 
 


64 
 
davam etdir
ir. X.Barışan əsrlərdən bəri ədəbiyyatda öncül mövqeyini 
qoruyub saxlayan 
klassik şeir şəklini köhnəlik əlaməti sayanlara, 
modernizmi köhn
ələri yıxıb-dağıtmaq üzərində yaşatmaq istəyilə yazıb-
yaradan q
ələmdaşlarına üz tutur və “Musiqi adlı sarayımızın-
muğamatımızın divarları qəzəlsiz yıxılar”, - Ayılın! ismarıcını sərgiləyir: 
Sarayın tanrıçasın övməyəli, hürr uçuram 
Duyub insan səsini, xalq içini seçdi qəzəl.  
Dil bağın yağmaladı yad söz ilə əski qəzəl! 
Yeniləndi, o alaq otlarını biçdi qəzəl.     
Bəzi söz al-ver edənlər də modernik deyərək; 
İsmlər noxtası beynində sanır köçdü qəzəl.     
Hamı bax; al-ver edir, şer yazırsan ((BARIŞAN))!!! 
Gədə, modlar bazarında yekə bir suçdu qəzəl! (22) 
“S
ənsiz” qəzəlində sevgi motivi üstünlük təşkil etsə də, “O qədər böyüdü 
ki, kiçikl
ərin kölgəsi, Gün batdı, qalmadı bir umud şöləsi sənsiz, 
Diktatordur bu doğa, arzıma çatanmadım... Elə bil filter olub arzı adresi 
s
ənsiz! Öz içində həbs olan yenilən mən, ya da yox; Bir şaham, futuhatım 
64 
 


65 
 
x
əyal ölkəsi sənsiz!!!” ironiyası da nəzərdən qaçmır. Təqdir olunası 
haldır ki, qəzəl janrı bu gün də Güney ədəbiyyatında öz aktuallığını 
itirm
əyib. Məsumə Elqızı, Xosrov Barışan, Əli Daşqın, Ədalət Duman, 
Eldar Muğanlı, Behruz Dövlətabadi, Mir Camal və Mir Cəlil Hüseynilər, 
Huşəng Cəfəri, Əli Cavadpur, Baraz, Nurəli Qurbanzadə kimi bir çox 
q
ələm ustasının yaradıcığında bu janrda yazılan əsərlər önəmli yer tutur. 
Bu gün M
əsumə Elqızı bütün yaradıcılığında klassik poeziyanın 
ənənələrini, heca vəzninin və məsnəvi janrının özəlliklərini qoruyub 
saxlayır, lakin əsərlərinin məzmununu yeni hadisə və olaylar üzərində 
qurur. M
əsumənin müşahidələri əsasında, bədii dilinin imkanları ilə 
t
əsvir etdiyi hadisə və mənzərələr yeni məna çalarları kəsb edir. Ən çox 
sevdiyi iş şeir yazmaq, nifrət etdiyi isə savaş... olan gənc şairə “Qartal 
qanadlım” adlı epik poemasında özünün riyasız, yalansız, günahsız, çırıl-
çıplaq sevgi dünyasını qurur. Elşən Böyükvəndin modern bir şeirində isə 
həsrətin, ayrılığın yuxusuz gecələrdə sevgili bir varlığın-ananın rəsmini 
tavanda nəqş etməyin vasitəsi, özəl bir səbəbi olduğunu görürük: 
65 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə