Gülsüm Hüseynova. Tat dilinin leksikası
49
49
«özünəməxsus sözləri» qrupunda mənşəcə Azərbaycan dilinə
aid sözlər də yer tutmuşdur. Bunlardan bəzilərinin etimoloji
təhlilini veririk.
T.Əhmədov tat dilinin Quba ləhcəsində işlənən
çurpə//çülpə «çolpa» sözünü tat dilinin özünə məxsus sözləri
sırasında verir. Bu söz qədim türk sözləri lüğətində və
Mahmud Kaşğarinin lüğətində yoxdur. XIII-XIX əsrlərə aid
türk yazılı abidələrinin dilində isə «çolpa» sözü işlənmişdir.
Abidələrdə həmin sözün «çolpa» variantı ilə yanaşı, «çulpa»
fonetik variantı da qeydə alınmışdır: «axmaq», «bacarıqsız»,
«aciz», «zavallı»; çolpalık «işə yaramazlıq», «səfehlik».
Maraqlıdır ki, bu lüğətdə çoluq-çolpa qoşa sözü «çoluq-co-
cuq» anlamında verilmişdir (320, 58).
Azərbaycan dilinin izahlı lüğətində «çolma-çocuq –
övladlar, uşaqlar, oğul-uşaq; çolpa – 1) Toyuq, qartal, qırqovul
və bəzi başqa quşların bir və ya ikiillik xoruzu; 2) Həmin
xoruzun bütöv şəkildə qızardılmışı; 3) Məcazi mənada «uşaq»;
çolpalanmaq – çolpa yaşına çatmaq; çolpalı – «çolpadan bişi-
rilmiş, içərisində çolpa olan» sözləri var (16, 446-447). Çolpa
sözü Azərbaycan dilinin dialekt və şivələrində də eyni
mənalarda işlənir. Çolpa sözünün türk lüğətindəki mənası bu
sözün Azərbaycan dilindəki mənası ilə səsləşir. «Balacalıq»,
«acizlik», «uşaqlıq» semantikasının çolpa sözündən alınması
şübhə doğurmur.
Fars dilində
كسورخ
(xorusək)
sözü
«çolpa»
mənasındadır (253, 550). Tacik dilində çolpa sözünün qarşılığı
xurusça/xurusçak fars dili ilə eyni kök əsasında formalaşır
(274, 484). Bu dillərin heç birində eyni anlamda olan, «çolpa»
sözü işlənmir. Ayrı-ayrı İran və türk dilləri əsasında aparılmış
bu təhlilə istinadla demək olar ki, «çolpa» sözü türk
mənşəlidir.
T.Əhmədov Quba ləhcəsində işlənən əlçə «alça» sözünü
Gülsüm Hüseynova. Tat dilinin leksikası
50
50
tat mənşəli sözlər sırasında vermişdir.
Qədim türk sözləri lüğətində «aluç-alça qeydə alınmışdır
(193, 40).
Mahmud Kaşğaridə «alüç» sözü «sarı ərik, alıç»
mənasında verilmişdir (86, 141).
H.Eren alıç sözünün etimologiyasını izah edərkən bu
sözün «yabanı olaraq bitən bir ağac», türkməncədə «ağ tikan»
mənasında olmasını, qədim qıpçaqcada «alçu» şəklində
işlənməsini, Klosonun bu sözün farsca alu kökü ilə
yaxınlığının olduğunu göstərməsini, başqa bir mənbədə sözün
farsca alu kökü ilə -ça kiçiltmə şəkilçisindən törəməsini qeyd
etmişdir. O, sonuncu halda alu+ça formasında son «a» səsinin
düşməsinin, «alça» variantında isə «u» səsinin düşməsi
səbəbinin izah edilmədiyini göstərmişdir. Yerli ağızlarda bu
sözün «yemişan» mənasında işlənməsi də qeyd olunmuşdur.
Rəsenen də bu sözün farsca «aluça»dan alındığını söyləmişdir
(324, 8).
E.Quliyev «alça» sözünün abidələrdə «aluç» formasında,
müasir türk dillərində türk. «alça», qırğ. alşa, qaz. alıça, başq.
olça, özb. dillərində işləndiyini göstərərək, onun gavalı
növlərindən biri olub, rus dilindəki alıça sözünün M.Fasmerin
türk və Azərbaycan dillərindən alınmasını göstərdiyini qeyd
etmişdir. O, sözün daha qədim dövrlərdə şərqi slavyan
dillərinə keçməsi qənaətinə gəlmiş və bunu müasir türk dilləri
səviyyəsində
ikinci
hecadakı
saitin
düşməsi
ilə
əlaqələndirmişdir. E.Quliyev alça sözünü al kökü və ça şəkil-
çisinə ayırmış, şəkilçinin qədim türk -ç kiçiltmə şəkilçisinin
variantı -ça olduğunu söyləmişdir (214, 149).
T.Əhmədov əlamət və keyfiyyət bildirən sözlər sırasında
küçək «kiçik» sözünü də aid edir. Tədqiqatçı Quba ləhcəsində
işlənən gudək «gödək» sözü barəsində də eyni fikirdədir (47,
32).
Gülsüm Hüseynova. Tat dilinin leksikası
51
51
Tat dilinin müxtəlif ləhcələrində qədim türk sözlərinin
sayı çoxdur. Bu, tat-türk, tat-Azərbaycan dil əlaqələrinin
qədim tarixə malik olduğunu göstərir. Tat dilində işlənən
qədim türk sözləri haqqında bu işin sonrakı səhifələrində bir
daha ətraflı danışılacaqdır.
Tat dilinin Quba ləhcəsinin lüğət tərkibi sözlərin mənşəcə
növlərinə görə də tədqiq olunmuşdur. Ləhcədəki alınmaların
əsasən aşağıdakı dillərə aid olması göstərilir: 1) Azərbaycan
dili mənşəli sözlər: qurxmezi «qorxmazı – armud növü), balduz
«baldız»; quzi «quzu», süzmə «süzmə» və s.; 2) ərəb mənşəli
sözlər: ruh, şərəət «şəriət»; musulmun «müsəlman»; sahat
«saat», cəsus «casus» və s; 3) rus dilindən alınmalar: qarnizun
«qarnizon»; pulk «polk»; rumkə «rumka»; çuxutkə «vərəm»;
zoud «zavod» və s; 4) fars mənşəli sözlər: hərəmzodə
«haramzada»; aşbazxana «aşxana», «yeməkxana», şirmoyi
«şirmayi», yadigar «yadigar» və s. (325, 49-53).
Tat dilinin Quba ləhcəsindəki alınma sözlərdən bəhs
edərkən bəzi məsələlərə diqqət yetirmək lazım gəlir. Birincisi,
ərəb və rus dillərindən alınmaların birbaşa və ya vasitəli
olması maraq doğurur. T.Əhmədovun fikrincə, ərəb dilindən
tat dilinə bir sıra sözlər, o cümlədən xollu «dayı», amu «uzaq
əmi», gal «çığırmaq», da «pis», cə «xırda balıq», ləhə
«palçıq», çəh «çirk», həsü «xəşil» sözləri Quba ləhcəsinə
birbaşa keçmiş sözlərdir. Müəllif bu sözlərin ərəb dilindən tat
dilinə birbaşa keçməsini onlara nə Azərbaycan ədəbi dilində,
nə də dialekt və şivələrində, demək olar ki, təsadüf
olunmaması ilə bağlayır. Zənnimizcə, bu cür əsaslandırma
özünü doğruldur. Lakin bu və ya digər ləhcədə müxtəlif
alınmaların olması ərəb və tat dilləri arasındakı əlaqələrin
müxtəlif ərazilərdə başqa-başqa şəkildə getməsini iddia etməyə
imkan verir. Bu isə özünü doğrultmur. Birbaşa alınmaların
daha əvvəlki dövrə təsadüf etməsi, onların fars dili vasitəsi ilə
Dostları ilə paylaş: |