Gülsüm Hüseynova. Tat dilinin leksikası
37
37
etmək olar ki, bir dil, hətta özünün ən qədim vəziyyətində
belə, başqa dilin heç bir təsirinə məruz qalmamış olsun» (302,
17).
Tat və Azərbaycan xalqlarının uzunəsrlik tarixi əlaqələri
nəticəsində bu xalqların dillərində qarşılıqlı şəkildə söz
alınması prosesi baş vermişdir. Bu alınmaların xarakteri
keyfiyyətcə bir-birindən fərqlənir. Azərbaycan dili leksik
səviyyədə ümumən tat dilinə təsir etdiyi halda, tat dili daha
çox
qonşuluqda
yaşayan
bu
və
ya
digər
dialekt
nümayəndələrinin məhəlli şivələrində öz izlərini buraxmışdır.
Tədqiqatçılar Azərbaycan dilinin Quba dialektində, başqa
dialektlərdə işlənməyən bir sıra sözlərin tat dilindən keçdiyini
göstərirlər. Həmin sözlər tat dilinin digər ləhcələrində də eyni
şəkildə işlənir (60, 67; 121, 10).
M.İ.Hacıyev qeyd edir ki, bu təsir xüsusilə Azərbaycan
dilinin iki dialektində – Bakı və Quba dialektlərində özünü
daha qabarıq göstərir.
Abşeron tatları Azərbaycan dilini qəbul etməklə, tədricən
öz ana dillərinin bir sıra elementlərini də Azərbaycan dilinə
gətirmişlər (60, 68).
Azərbaycan – İran dillərinin çoxəsrlik qarşılıqlı əlaqəsi
nəticəsində müxtəlif İran dillərinə məxsus ayrı-ayrı leksik
vahidlər Azərbaycan dilinin dialekt və şivələrinə keçmiş və
hazırda bəzi şivələrdə qorunmaqdadır. Bu təsir daha çox
irandilli xalqların yaşadıqları regionlarda müşahidə olunur
(109, 173).
Əldə olan materiallar əsasında Azərbaycan dialekt və
şivələrində aşağıdakı tat mənşəli sözlər qeydə alınmışdır:
Əngilava – Dərbənd şivəsində bu söz «üzüm mürəbbəsi»
mənasında işlənmişdir. Bu söz düzəltmə olub, tat mənşəlidir.
Tat dilində anqur//əngur//əngür «üzüm» + ava su, maye»
mənasında işlənir. Ümumiyyətlə, Azərbaycan dialekt və
Gülsüm Hüseynova. Tat dilinin leksikası
38
38
şivələrində -av//-ava komponentləri ilə yaranan sözlər çoxluq
təşkil edir.
Nümunə üçün ardava «sıyıq» (un və suyun qatışığından
hazırlanmış xörək), xəkav (susuz qalmış əkin yeri) sözlərini
qeyd etmək olar.
Demək
lazımdır
ki,
Vs.Miller
-ava
ünsürünü
anlaşılmayan şəkilçi kimi qəbul etmişdir (236, 64).
Əngiştənə – Dialektlərdə bu söz «üzük» mənasında qeydə
alınmışdır.
Tat
ləhcələrində
anquştdərin//əngiştdərin//ənguşdonə kimi variantlarda işlənir.
Əskeş – əsasən, Bakı dialektində «arabanın qolu»
mənasında işlənir. Bu söz tat mənşəli olub: əs (<əsb) «at» və
keş – «çək» ünsürlərinin birləşməsindən əmələ gəlmişdir. Tat
dilində keş//kəş – keşirən//kəşiran «çəkmək» felinin şə-
kilçiləşmiş formasıdır.
Giozən – Bakı dialektində «yerin otunu təmizləmək üçün
ağzı iti alət» mənasında qeydə alınmışdır. Tat dilində
givo//giyo «ot» + zən (zərən «vurmaq» felinin formasıdır)
komponentlərinin birləşməsindən yaranmışdır.
Goduş – «sərnic». Əsasən, Qəbələ, Lənkəran, Oğuz,
Salyan şivələrində işlənir. Bu söz tat dilində gödüş//goduş
fonetik
variantlarında
işlənir.
Go
«inək»
+
düş
(duşiran//düşirən «qaynamaq» felindən).
Goudan – «tövlə». Bakı dialektində işlənir. Düzəltmə söz
olub, gou «inək» + dan ünsürlərinin birləşməsindən əmələ
gəlmişdir.
Tat dilində -dan//-don//-dun şəkilçisi isimlərə qoşularaq
yer, qab, alət adlarının və onların saxlanıldığı yer mənalarını
verir. Bu şəkilçi bir çox İran dillərində işlənən məhsuldar
şəkilçilərdəndir (72, 69).
Cuna – Bakı dialektində «yanaq» mənasında işlənir. Tat
ləhcələrində guna//günə formasında geniş yayılmışdır.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
39
39
Həsi – «süd və undan bişirilən duru xörək». Əsasən,
Ağdam, Cəbrayıl, Çəmlərək, Füzuli, Gədəbəy şivələrində geniş
işlənir.
Tat
dilində
həsi//həsü
variantlarında
«əriştə»
mənasında qeydə alınmışdır.
Pöpursozum – «dayandoldurum» (köhnə tüfəng növü;
sümbə ilə doldurulan ov tüfəngi). Tat dilinin Lahıc ləhcəsində
geniş işlənir. Məs: Hə inə tan şiniran pöpursozuma vəyift. «Elə
bunu eşitcək, dayandoldurumu göturdu». Tat dilində pö
«dayan» + pursozum «doldurum» (soz – saxtən//soxtan «et-
mək») felindəndir.
Ləbgərdən – Bu söz Şamaxı şivəsində geniş işlənir. Tat
ləhcələrində abgərdən//obgərdan variantları məlumdur. Bu söz
mürəkkəb olmaqla, ab//ob «su, maye» + gərdan//gərdən
«boyun» sözlərinin birləşməsindən yaranmışdır.
Xırş – «ağuz» (təzəcə doğmuş heyvanın ilk südü).
İsmayıllı şivəsində geniş işlənir.
Kusbənd – «qoyun». Əsasən, Dərbənd dialektində qeydə
alınmışdır. Tat dilində bu söz müxtəlif fonetik variantlarda
(cısband//qusbənd) işlənir.
Kələsər – «işçi arı». Azərbaycan dilinin dialekt və
şivələrində kələsər sözü «işçi arı», «təzə əkilmiş tənək
(«qələmə»)» mənalarında işlənir.
Qilində – İsmayıllı şivəsində «heyvanın boynuna
keçirilən dairəvi ağac» mənasında qeydə alınmışdır. Tat
ləhcələrində bu söz «boyunbağı, muncuq» mənalarını bildirir.
Dəstəçin – «zədələnmədən dərilmiş meyvə»: dəst «əl» +
ə (ünsür) + çin «yığmaq» (< çiran «yığmaq» felindən). Eyni
mənada bir sıra Azərbaycan dili dialektlərində geniş işlənir.
Tat dilində çin qeyri-məhsuldar şəkilçi olub, yalnız bir
neçə sözdə qeydə alınmışdır: sərçin «bərbər» (sər «baş» +
çin<çiran «vurmaq», «qırxmaq» felindən).
Bəhərxır – Bakı dialektində «müvəqqəti olaraq bağ
Dostları ilə paylaş: |