Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

65
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
M.P.Vaqifin və  Aşıq  Ələsgərin  şerlərində  təsadüf olunur: Ay 
qabaqlı,  bulud zülflü gözəlin, Duruban başına do lanmaq gərək 
(M.P.Vaqif); Büllur buxaq, lal ə yanaq, ay qabaq, Şahmar zülfü 
pərişanlar dolanır (A.Ələsgər). Sözün «alın» mənası Tali 
İmaninin «Bəda’i  əl-luğat», V.V.Radlov və L.Budaqov 
lüğətlərində, türk dili dialektlərində, həmçinin xakas, tuva və 
altay  dillərində  qeydə  alınmışdır  (128,  161;  129,  2578;  6 2). 
Fikrimizcə,  qabaq  sözünün ilkin mənası tat dilində mühafizə 
olunmuş «alın» mənasıdır, «üz» və «ön» mənaları  həmin məna 
əsasında  meydana  gəlmişdir.    Eyni    semantik    proses    alın 
sözündə  də müşahidə edilir: alın  «alın» 
  alın  «ön» Türk 
dillərindəki  yüz  «üz» sözü  yakut dilində  sü:s  fonetik varian- 
tında «alın» mənası bildirir. Ümumiyyətlə, türk dillərində «ön » 
və    «arxa»    məfhumlarının  insan  bədəninin  ön  və  arxa 
hissələrinin adları ilə adlandırılması geniş yayılmış semantik 
hadisədir. Bir çox türk dillərində  burun, kabak, kaş, köks, yüz, 
manlay  və s. «ön tərəf»,  dal, arxa, ənsə, sırt  və s. «arxa tərəf» 
mənalarını ifadə edir (124, 59). 
M.Hacıyev «qəbəq» sözünün «alın» mənasında tat dilinin 
Qonaqkənd    ləhcəsində    işlənməsini    şərh     edərkən    yazır: 
«Qonaqkənd ləhcəsində  qəbəq  «alın» sözü başqa tat dili l əhcə- 
lərində yalnız «üq» və «pişani» (29) kimi təsadüf olunur». 
Müəllif bu sözlə bağlı lüğətdə xüsusi qeydində yazır: «Klassik 
Azərbaycan  şerində (xüsusilə M.P.Vaqif və  Aşıq  Ələsgər 
dilində) olan ay qabalı  ifadəsindəki «alın» mənasında işlənmiş 
qabaq  sözü tat dilində eyni ilə qalır.  Bu, tat sözü deyilmi? » 
(29, 8). 
Açıldı niqabın ay qabağından, 
Aldı başdan ağlı, kamalı, Xurşid! 
(Ələsgər). 


66
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Ay kimi şox salıb ayna qabağı 
Çoxların eyləyib divana, Telli 
(Ələsgər) 
V.Aslanov  qabaq  sözünün «alın» mənasında bütün ya zılı 
abidələrdə,  xalq  şifahi  yaradıcılığında  geniş  işl əndiyini  qeyd 
etmişdir (3, 47). 
«Qabaq» sözünün müasir Azərbaycan dilindəki «ön, irə- 
li»  mənaları  da  semantik  baxımdan  alınla  yaxınlığı  nü mayiş 
etdirir.   Semioloji   yaxınlıq   «ön,   ir əli»   mənasındadır.   Alın 
insanın   ön   tərəfində,   irəli   baxan   tərəfindədir.   «Alın»   mə- 
nasında  işlənən  bu  söz,  görünür,  çox -çox  əvvəllər  tat  dilinə 
keçmişdir. Hazırda həmin söz Azərbaycan dilində «alın» 
mənasında işlənmir. 
Qılığ  «xarakter, xasiyyət, davranış» (Ab., Lah.). Azər- 
baycan   dilinin   Şəki    dialektində   qılıx    fonetik   variantında 
«xasiyyət, xarakter» mənası bildirir (11, 135). Qılıq  sözünə bu 
mənada     M.Kaşğarlının     «Divanü -luğat-it-türk»     lüğəti     və 
«Qutadğu  bilig»də,  uyğur,  Xarəzm  və  Cağatay  abidələrində 
rast gəlmək olur (78, 443; 82, 630). Eyni m əna XIV əsrə aid 
Anadolu  yazılı  abidələrindən  «Xurşidnamə»də  əks  olunmuş- 
dur: Nə köp yaxşı  həmiyyət qıldınız siz, Yaman könlüm qılığın 
bildiniz siz; Alır ola cihanın alığını, Bilür ola za manın  qılığını 
(TS, I, 2483). XVIII əsr Azərbaycan  şairi M.P.Vaqifin şeir- 
lərində  də bu sözə  təsadüf edilir: Günəş üzlü, şirin sözlü, 
xoşqılıq, Ləblərindən axar balı gözəlin. Müasir Azərbaycan 
dilində bu söz qılığına girmək  ifadəsinin tərkibində qorunub 
saxlanmışdır (11, 511). Qılıq  «xasiyyət, rəftar» sözü qılmaq 
felindən yaranmışdır. Həmin feldən yaranan qılınc  «xasiyyət, 
rəftar»   sözü   də   erkən   dövr   türk   yazılı   abidələrində   geniş 
şəkildə  işlənməkdədir: Kişi  əsli bilmək tiləsə açuq, Könül, til, 
qılıncı  bu işkə tanuq «Əgər bir kişini tanımaq istəsələr, onun 


67
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
könlü, dili, xasiyyəti şahidlik edə bilər» («Qutadğu biliq») (14, 
71). 
Buzlamac/buzlamoc  «qalın yayılmış  xəmirdən bişirilən 
lavaş növü». Azərbaycan dili dialekt və  şivələrində  bozda- 
mac/bozzamac/bozzamaş/bozdamaş  («sac üstündə bişirilən 
çörək») variantlarında işlənir (6, 64; 53, 77). Bozdamac/boz- 
zamac  formaları  bozlamac  sözündəki  z  samitinin yanaşı  gələn  
samitinə    assimilyativ    təsiri  nəticəsində  yaranmışdır.  Tat 
dilində alınma sözlərdə ilk hecadakı  o>u  səs  əvəzlənməsi 
sistemli  şəkildə başqa sözlərdə  də özünü göstərir:  qol- 
tuq>qultuğ,  qoç>quç,  qolay>qulay,  qol>qul,  boğma>bug mə, 
qonaq>qunağ və s. (55, 8). Bozlamac sözünə türk dilinin yazılı 
abidələrində, həmçinin, dialekt və  şivələrində,  əsasən,  bazla- 
mac, bazlama, bazlambac, bazlanbac fonetik variantlarında 
təsadüf   edilir:   Bozlamac   kim,  Arapça  ona  «hibzu’t -tabık » 
derler,   tabıatı   kurudur   (Edviye,   XIV);   Pişmiş   koyunlar   v ə 
kaymaklar, peynirler, bazlambaclar  getirdiler (Muslim, XV); 
Varın imdi bu hamırları dörd dane bazlama  idüp sac üzerinde 
pişirin (Bektaş, XV); Her dögün gögsümün üstünde yanık 
bazlamadır.   Sevgi   odiyle   bu   gögsim   dahi   bir   kızğın   sac 
(«Divan-i türk-i» Basit, XVI); Dediyordim, odur derdim ilacı, 
Teze soğanla yumşak  bazlamacı (Güvahi, XVI) və s. (78, 471- 
472; 131, 587-589). 
Həmin leksik vahid «Kitabi -Dədə Qorqud»un Drezden və 
Vatikan nüsxələrində azacıq dəyişikliklə  bazlammac  və 
bazlambac  şəkillərində  işlənmişdir: Gəldin ol kim solduran 
soldur,   sapadanca   yerind ən   örü   turar,   əlin-yüzin   yumadın 
toquz  bazlammac,  igən bir küvlək yoğurd gözlər toyunca tıqa- 
basa yer... (53, 136-137). 
Yazılı abidələrdə sözün ilk hecasının «a» saiti il ə olduğu- 
nu nəzərə alaraq bazlamac  formasını daha qədim hesab edirik. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə